Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-16(3-10)-44/2026 25.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi “müvəqqəti təminat tədbirinin tətbiqi barədə” ərizəsi üzrə (Açar sözlər: Müvəqqəti təminat, qadağan edilmə) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Qax Rаyоn Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərаrdаdındаn Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: Ərizəçi Ərizəçi cavabdeh Cavabdeh qarşı “fərdi yaşayış evinin üzərinə həbs qoyulması və evə dair çıxarışın verilməsinin qadağan edilməsi” tələbinə dair müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə Qax rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, sahəsi 145,9 kv.m olan fərdi yaşayış evinin üzərinə həbs qoyulması, həmin evə dair cavabdeh Cavabdeh adına çıxarışın verilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlə aramızda bağlanmış ##.##.2026-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən, mən, mülkiyyətimdə olan ünvan 3 ünvanda yerləşən, sahəsi 145,9 kv.m olan fərdi yaşayış evimi 215000 manata cavabdeh Cavabdeh satmışam. Yuxarıda qeyd edilən müqavilənin bağlanması, aramızda bağlanacaq barışıq sazişinin şərtlərindən biri olduğundan, müqavilənin qiyməti kimi göstərilən pul məbləği mənə 5 gün sonra ödənilməli olduğundan müqavilə bağlanan günü cavabdeh tərəfindən mənə heç bir pul ödənilməmişdir. Belə ki, mən, Cavabdeh və X5 arasında barışıq sazişi ##.##.2026-cı il tarixdə bağlanmış və həmin müqavilənin 1.1.3-cü bəndində qeyd edilmişdir ki, mən, Əmlak məsələləri dövlət xidməti daşınmaz əmlakın dövlət kadastı və reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışı əsasında mülkiyyətində olan ünvan 3 ünvandakı, 0,013776 ha torpaq sahəsində yerləşən, 145,9 kv.m sahəli fərdi yaşayış evini 5 iş günü ərzində 215.000 manata Cavabdeh satmalıyam. Qeyd etmək istəyirəm ki, aramızda gedən uzun müddətli məhkəmə çəkişmələri olduğundan, bir- birimizə inamımız olmamış və alqı-satqısı həyata keçirilmiş evin bir gün sonra barışıq sazişini belə bir bəndlə salınmasında məqsədimiz ondan ibarət olmuşdur ki, mən 5 gün ərzində evi boşaltmalı və sazişin digər bəndlərində olan öhdəlikləri yerinə yetirməli, bundan sonra isə, cavabdeh 215.000 manat məbləğində pulu mənə verməli idi. Belə ki, notariusun depozit hesabına qoyulmuş pul, elə Cavabdeh tərəfindən götürülürək onda saxlanılmışdır. Bununla bağlı video görüntülər iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən məhkəməyə təqdim olunacaqdır. Lakin, şəxsi əşyalarımı götürməyə gedərkən mənə məlum olmuşdur ki, Cavabdeh tərəfindən aldadılmışam. Evin qıfılı sındırılaraq açarları dəyişdirilmiş və mənim evə girməyim mümkünsüzdür. Belə olan halda Elşənlə əlaqə yaratdıqda mənə bildirilmişdir ki, artıq ev mənim mülkiyyətimdir və əmlakımla istədiyim kimi rəftar edə bilərəm. Pulun ödənilməsindən isə tamamilə imtina etmişdir. Yalnız Polisə müraciətimdən sonra evə daxil olaraq əşyalarımı çıxara bilmişəm. Bu səbədən də, hazırda alqı-satqı müqaviləsinin ləğv edilməsi və evin mənə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək niyyətindəyəm. Müqavilənin ləğvi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş pretenziya qaydasına riayət olunması, iddia ərizəsinin tərtib olunması və məhkəməyə müraciət edilməsi vaxt apardığından, evin özgəninkiləşdirilməsi və hətta sökülməsi təhlükəsi olduğunadan, hesab edirəm iddia ərizəsi məhkəməyə verilənədək evin üzrəinə həbs qoyulmalı, cavabdehin adına mübahisəli əmlakla bağlı çıxarışın verilməsi qadağan edilməlidir. Qax Rаyоn Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı ilə (hakim Asim Mirzəzadə) Ərizəçi tərəfindən verilmiş ərizənin qismən təmin edilməsi, ünvan 3 ünvanda yerləşən, sahəsi 145,9 kv.m olan fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh Cavabdeh tərəfindən şikayət verilmişdir. Qax Rаyоn Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1, 157.2, 157.3, 157.4, 157.7, 158.5, 158.5.1, 158.5.2, 159.2, 160.1, 163.1, 163.3-ci maddələrinə, "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il ## #### tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, müvəqqəti təminat tədbiri barədə ərizədə əvvəllər Ərizəçi mülkiyyətində ünvan 3 ünvanda yerləşən, sahəsi 145,9 kv.m olan fərdi yaşayış evinə bitişik torpaq sahəsi dostu Cəlil Talıbov tərəfindən, paralel sonrakı torpaq sahəsi də onun tərəfindən satın alınmış və orada məlumatlandırma icraatında ev tikintisinə başlanılmışdır. Ərizəçi ona və Cəlil Talıbova qarşı tikintinin dayandırılması, sökülməsi və pul tələbi barədə iddia tələbi üzrə 2023-cü ilin iyun ayında Səbail rayon məhkəməsində iddia tələbi vermiş, iddia tələbi rədd edilmiş, qərarı Ali Məhkəməyədək qüvvədə qalmışdır. Bununla yanaşı Bakı Inzibati məhkəməsində eyni torpaq sahəsində aparılan tikinti layihəsinin ləğv edilməsi barədə Səbail rayon məhkəməsinə təqdim etdiyi iddia ərizəsi üzrə məhkəmə işi 2023-cü ildən davam edir. Nəticədə də tikinti 3 ildir ki, MTT qərarı ilə dayandırılmışdır. Bizə məxsus tikintidə istifadə olunan armatur, taxta və s kimi tikinti materialları artıq zay olmuşdur. Buna görə məhkəmə prosesini yekunlaşdırmaq məqsədilə, onlar Ərizəçi ilə aşağıdakı formada şifahi razılığa gəlmişlər ki, o, mülkiyyətində olan, qonşuluqda yerləşən ünvan 3 ünvanındakı 0.013776 ha torpaq sahəsində yerləşən 145,90 kv.m sahəli təmirsiz fərdi yaşayış evini onun adına keçirtməyi, bununla da qonşuluğuna son verməyi və o, məhkəmədən isə əvəzində dəyəri 360000,00 manatdan baha olan tikintisi Elite City MMC tərəfindən həyata keçirilən, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov k, 568-ci məhəllədə yerləşən X2 payçısı olduğu çoxmənzilli yaşayış binasının 3-cü giriş, 11-ci mərtəbəsində yerləşən, *** saylı 2 otaqlı mənzilin Ərizəçi adına rəsmiləşdirilməsini təmin etməyi öhdəliyinə götürmüşdür. Onlar əvvəlcə barışıq sazişi imzalamağı daha sonra isə evlərin alqı-satqı proseslərini həyata keçirtməyi planlasalar da xanım bildirdi ki, şifahi razılıqları kifayətdir. Onlar ## ##### 2026-ci il tarixində eyni vaxtda, eyni gündə, eyni saatda tikintisi Elite City MMC tərəfindən həyata keçirilən, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov k, 568-ci məhəllədə yerləşən X2 payçısı olduğu çoxmənzilli yaşayış binasının 3-cü giriş, 11-ci mərtəbəsində yerləşən, *** saylı 2 otaqlı mənzilin Ərizəçi adına rəsmiləşdirilməsini təmin etmək üçün eyni vaxtda Ərizəçi oğlu, bacısı qızı və onun vəkili Könül Əzimova ilə birlikdə Elite City MMC-nin ofisinə getmişlər. Ərizəçi notarial qaydada etibar verdiyi bacısı qızı X4 isə öz anası və onunla birlikdə * saylı asan xidmətə getmişlər. Alqı-satqı proseslərini eyni vaxtda icra etməyi planlasalar da * saylı notariat ofisində prosesi gecikdirmişlər və birinci ev Ərizəçi adına rəsmiləşdirilmişdir daha sonra isə onlar, Ərizəçi, oğlu və digər bacısı qızı və onun vəkili Könül Əzimova * saylı notariat ofisinə gəlmişlər və burada onun mülkiyyətində olan evin onun adına keçirilməsi üçün alqı-satqı prosesini icra etmişlər. Axıra qədər onlarla bərabər asan xidmətdə olmuşlar ancaq pul artıq alıcının hesabına keçdikdən sonra Ərizəçi və qohumları asan xidməti tərk etmişdir ki, qalan prosesi onsuz da etibarnamə üzrə nümayəndəsi bacısı qıza davam etdirəcəyini bildirmişdir. Bacısı qızı da asan xidmətdəki bank şöbəsinə yaxınlaşaraq evin dəyərini imza ataraq təhvil almışdır. Həmin məbləğ onun etibarnamə üzrə nümayəndəsi tərəfindən bankdan təhvil alınmışdır. Əgər onun ərizəsində yazdıqları həqiqətdirsə hansı ağılsız insan notarial qaydada satdığı evin pulunu alıcıya geri qaytarar və deyər ki, al bu pulu 5 gündən sonra mənə qaytararsan. 1 manat deyil, 5 manat deyil, 215 min manatdan söhbət gedir. Daha sonra isə onlar Ərizəçi tələb etdik ki razılıq üzrə onun barədə ünvanlandığı şikayətləri geri götürmək üçün tədbirlər görsün. Bu zaman razılığa gəldilər ki planlaşdırdıqları barışıq sazişini təsdiq etdirsinlər və hər iki tərəf həmin sazişi imzalasın və bildirsin ki. evlər bir birinin adına keçirilmişdir. Yaxşı ki həmin saziş o vaxt təsdiq edilib və bugünkü gün onlara sübut edə bilirik ki, ən azından onun adına keçirilən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov k, 568ci məhəllədə yerləşən X2 payçısı olduğu çoxmənzilli yaşayış binasının 3-cü giriş, 11-ci mərtəbəsində yerləşən, *** saylı 2 otaqlı mənzil bu sazişin bir parçasıdır. Onlar ##.##.2026-cı il tarixində alqı-satqı prosesləri başa çatdıqdan 1 gün sonra alqı-satqı proseslərinin başa çatdığını təsdiq etmək üçün notarial qaydada barışıq sazişi bağlamış və yuxarıda qeyd etdiyi məsələlər də orda öz əksini tapmışdır. Alqı-satqı müqaviləsində də qeyd edilmişdir ki, Ərizəçi mülkiyyətində olan ünvan 2 ünvanındakı 0.013776 ha torpaq sahəsində yerləşən 145,90 kv.m sahəli fərdi yaşayış evini mənə dərhal təhvil verməlidir. Onun orda müəyyən əşyaları olduğu üçün məndən əşyalarını daşımağa 15 gün vaxt istəmişdir. Mən də mənə “evə əşyaları götürmək üçün gələrkən məlumat vermək” şərtilə razılıq verdim. Barışıq saziş imzalanan günü notariat kontorunun qarşısında, evin alqısatqı müqaviləsindən bir gün sonra evlərin açarlarını bir birimizə təhvil vermişik. eyni zamanda da artıq satın aldığım evimin açarlarını normal olaraq dəyişdim. Bir iki gün sonra Ərizəçi mənə zəng edərək onun adına keçirilən evdə müəyyən təmir işləri görülməsini yeni mebellər alınmasını istəmişdir. Mən isə buna əlbətdə razı olmamışam. Ərizəçi evə baxıb bəyənib razılaşıb və adına keçirilib, nəyə görə yenidən ona əlavə mebel yığdırmalıyam, ev təmir etməliyəm. əgər aramızda belə bir razılıq olsaydı bu məsələlər ##.##.2026-cı il tarixli sazişdə öz əksini tapardı. Bundan hiddətlənən Ərizəçi polisə şikayət vermiş guya qapı pəncərəsi belə olmayan, yaşayış olmayan, mənə satdığı, açarlarını təhvil verdiyi yarıtikilidə guya qızıl saxladığı barədə polisə yalan məlumat vermiş 41 -ci polis şöbəsində bu məsələ araşdırılır, polis təhqiqatçısının iştirakı ilə gəlib əşyalarını həmin evdən çıxartmışdır. Daha sonra isə o məndən yenidən pul qopartmaq məqsədilə yenə məhkəmədən təsir mexanizmi kimi istifadə edərək Qax rayon məhkəməsinə MTT ərizəsi vermişdir və bildirmişdir ki guya pul ona 5 gün sonra veriləcəkdir. Evin pulu * saylı asan xidmətin bankına qoyulmuş, onun bacısı qızı tərəfindən də imzalanaraq götürülmüşdür. Sazişdə olan 5 gün ərzində keçmiş zamanda olan “satılmışdır” sözünü isə öz xeyrinə guya buna pul verməliyik kimi təhrif etməyə və məhkəməni dövləti aldatmağa çalışır. 41-ci polis şöbəsinin rəisinin otağında mən nə istəyirəm ki, bir otağın aboyunu dəyişsin, iki otağın da döşəməsini 35 manatlıq parketlə dəyişsin deyən xanım indi gəlib məndən əlavə 215000 də pul almaq istəyir. Heç bir məhkəmə perspektivi olmasa da xanımın dişinin dibində əvvəlki proseslərdən şirə qalımışdır ki, əgər mənim ikiyüzminlik evimin əvəzinə 360000 lik veriblərsə deməli əlavə 200000 də verə bilərlər deyə düşünür və məhkəməyə MTT ərizəsi verir. Məqsəd sadəcə adıma çıxarışın alınmasına bir müddət maneə olmaq bu zaman ərəfəsində də Bakı Inzibati Məhkəməsində gedən proseslərdə iştiraklna davam etməkdir. Odur ki, Qax Rаyоn Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadının ləğv edilməsi, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətlərə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. 158.1.1-ci maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri kimi cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlakın üzərinə həbs qoya bilər. 158.1.2-ci maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. 158.1.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri kimi mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. 159.2-ci maddəsinə əsasən, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. 163.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri üzrə bütün qərardadlardan şikayət vermək olar. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Qax Rаyоn Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadının ləğv edilməsi və müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizənin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Qax Rаyоn Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*- ***)-**/**** saylı qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müvəqqəti təminat tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, müvəqqəti təminat tədbiri tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə kollegiyası, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olubolmadığını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təminat tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında sözügedən daşınmaz əmlakla bağlı mübahisə vardır. Ərizəçi alqı-satqı müqaviləsi üzrə pul vəsaitinin ona ödənilmədiyini, müqavilənin ləğv edilməsi barədə iddia qaldırmaq niyyətində olduğunu bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, mübahisəli əmlakın özgəninkiləşdirilməsi və ya hüquqi vəziyyətinin dəyişdirilməsi gələcəkdə iddia təmin edilərsə, qətnamənin icrasını çətinləşdirə və ərizəçinin hüquqlarının müdafiəsini mümkünsüz edə bilər. Buna görə də, mövcud vəziyyətin qorunması məqsədilə əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi zəruri və mütənasib təminat tədbiri hesab edilir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında işdə iştirak edən şəxsin ərizəsinə baxılarkən işin konkret halları nəzərə alınmalı və məsələyə iddianın əsaslığı prezumpsiyası (ehtimalı) baxımından yanaşılmalıdır. Müvəqqəti təminat tədbirlərinin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmasa da, bu tədbirlərin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş işdə iştirak edən şəxsin pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu təsdiq edən ilkin sübutların məhkəməyə təqdim olunması zəruridir. Konstitusiya Məhkəməsi Plenumunun X3 şikayəti üzrə 2017-ci il ## ### tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Işin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni qismən təmin etməkdə haqlı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şikayətin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsasızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 357, 360, 398.0.3, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Qax Rаyоn Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-16(3-10)-44/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-10)-44/2026
25.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver