Məhkəmə qərarları › İş №e-16(3-10)-45/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-10)-45/2026

23.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-16(3-10)-45/2026 23.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbirinin tətbiqi, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizəsi üzrə Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadından maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Maraqlı şəxs adına DƏDR-də ##.##.2017-ci il tarixdə qeydiyyata alınmış qeydiyyat nömrəsi 3617000124 olan, reyestr nömrəsi 402013066662 olan çıxarışda qeyd olunmuş, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,12 ha yaşayış məntqələri torpaqları üzərində iddia ərizəsi üzrə hazırki iş üzrə mübahisə yekunlaşanadək müvəqqəti təminat tədbiri olaraq torpaq sahəsinin özgəninkiləşdirilməsinə qadağa qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-***)-**/**** nömrəli qərardadı ilə ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizəsi təmin edilərək, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “cavabdehin adına DƏDR-də ##.##.2017-ci il tarixdə qeydiyyata alınmış qeydiyyat nömrəsi 3617000124 olan, reyestr nömrəsi 402013066662 olan çıxarışda qeyd olunmuş, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,12 ha yaşayış məntəqələri torpaqları üzərində ½ hissədə mülkiyyət hüququnun tanınması” tələbinə dair e- 2(5-167)- ***/**** saylı mülki iş üzrə iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə müvəqqəti təminat tədbirinin məhkəmə aktının qanuni qüvvəyə minməsinə qədər, iddia təmin edildikdə isə məhkəmə aktının icrasına qədər cavabdeh Maraqlı şəxs adına DƏDRX-də ##.##.2017-ci il tarixdə qeydiyyata alınmış qeydiyyat nömrəsi 3617000124 olan, reyestr nömrəsi 402013066662 olan çıxarışda qeyd olunmuş, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Həmin qərardaddan cavabdeh Maraqlı şəxs ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e16(5-167)- 17/2026 qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*- ***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “cavabdehin adına DƏDRX-də ##.##.2017-ci il tarixdə qeydiyyata alınmış qeydiyyat nömrəsi 3617000124 olan, reyestr nömrəsi 402013066662 olan çıxarışda qeyd olunmuş, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,12 ha yaşayış məntəqələri torpaqları üzərində ½ hissədə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə ##.##.2026-cı il tarixdə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, DƏDRXdə ##.##.2017-ci il tarixdə qeydiyyata alınmış qeydiyyat nömrəsi 3617000124 olan, reyestr nömrəsi 402013066662 olan çıxarışda qeyd olunmuş, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,12 ha yaşayış məntqələri torpaqlarından ibarət hissəsinin özgəninkiləşdirilməsi nəticəsində ərizəçinin hüquqlarının qorunması (təmin və ya bərpa edilməsi) əhəmiyyətli dərəcədə çətinləşəcək. Ona görə də bunun qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbiri tətbiq edilməlidir. Eyni zamanda ərizəyə nəzər yetirildikdə məhkəmə iddia tələbinin əsaslılığına dair ilkin sübutların mövcud olduğu qənaətindədir. Ilkin sübutların isə hazırda mövcudluğu gələcəkdə iddianın təmin edilməsi qənaətinə gəlinməsi üçün əsas deyil. Əks halda müvəqqəti təminat tədbirləri öz əhəmiyyətini itirmiş olar. Ona görə də müvəqqəti təminat tədbirləri barədə ərizə məhkəməyə daxil olduqda, ərizəçinin pozulmuş və ya mübahisəli hüququn mövcudluğunu təsdiq edən sübutların təqdim olunması və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.5-ci maddəsində göstərilən halların ərizədə mövcudluğunun əsaslandırılması müvəqqəti təminat tədbirlərinin görülməsi üçün kifayətdir. Məhkəmə hesab etmişdir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıdığından və işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyindən, hazırki iş üzrə də müvəqqəti təminat tədbiri iddia tələbinin məzmununa, həddinə və ruhuna uyğundur. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçının ərizəsi qanuni və əsaslı sayılmaqla təmin edilərək, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “cavabdehin adına DƏDR-də ##.##.2017-ci il tarixdə qeydiyyata alınmış qeydiyyat nömrəsi 3617000124 olan, reyestr nömrəsi 402013066662 olan çıxarışda qeyd olunmuş, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,12 ha yaşayış məntəqələri torpaqları üzərində ½ hissədə mülkiyyət hüququnun tanınması” tələbinə dair e-*(*-***)-***/**** saylı mülki iş üzrə iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə müvəqqəti təminat tədbirinin məhkəmə aktının qanuni qüvvəyə minməsinə qədər, iddia təmin edildikdə isə məhkəmə aktının icrasına qədər cavabdeh Maraqlı şəxs adına DƏDRX-də ##.##.2017-ci il tarixdə qeydiyyata alınmış qeydiyyat nömrəsi 3617000124 olan, reyestr nömrəsi 402013066662 olan çıxarışda qeyd olunmuş, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə qadağa qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddələrinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbiri barədə ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair ## #### 2018-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsi həmin qərarda gəldiyi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar. Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir, - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Beləliklə, kollegiya hesab edir ki, iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*- ***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar