Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-16(3-10)-50/2026 23.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə; Ərizəçi Ərizəçi cavabdeh Cavabdeh qarşı “fərdi yaşayış evinin üzərinə həbs qoyulması və evə dair çıxarışın verilməsinin qadağan edilməsi” barədə müvəqqəti təminat tədbirinin tətbiqinə dair Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərаrdаdındаn cavabdeh Cavabdeh tərəfindən verilmiş şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Ərizəçi Ərizəçi cavabdeh Cavabdeh qarşı “fərdi yaşayış evinin üzərinə həbs qoyulması və evə dair çıxarışın verilməsinin qadağan edilməsi” tələbinə dair müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə Qax rayon Məhkəməsinə müraciət edərək, ünvan 5 ünvanda yerləşən, sahəsi 145,9 kv.m olan fərdi yaşayış evinin üzərinə həbs qoyulması, həmin evə dair cavabdeh Cavabdeh adına çıxarışın verilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış ##.##.2026cı il tarixli alqı-satqı müqaviləsinə əsasən, o, mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən, sahəsi 145,9 kv.m olan fərdi yaşayış evimi 215000 manata cavabdeh Cavabdeh satıb. Yuxarıda qeyd edilən müqavilənin bağlanması, aralarında bağlanacaq barışıq sazişinin şərtlərindən biri olduğundan, müqavilənin qiyməti kimi göstərilən pul məbləği ona 5 gün sonra ödənilməli olduğundan müqavilə bağlanan günü cavabdeh tərəfindən ona heç bir pul ödənilməmişdir. Belə ki, özü, Cavabdeh və X4 arasında barışıq sazişi ##.##.2026-cı il tarixdə bağlanmış və həmin müqavilənin 1.1.3-cü bəndində qeyd edilmişdir ki, o, Əmlak məsələləri dövlət xidməti daşınmaz əmlakın dövlət kadastı və reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışı əsasında mülkiyyətində olan ünvan 2 ünvandakı, 0,013776 ha torpaq sahəsində yerləşən, 145,9 kv.m sahəli fərdi yaşayış evini 5 iş günü ərzində 215.000 manata Cavabdeh satmalıdır. Qeyd etmək istəyir ki, aralarında gedən uzun müddətli məhkəmə çəkişmələri olduğundan, bir-birilərinə inamı olmamış və alqı-satqısı həyata keçirilmiş evin bir gün sonra barışıq sazişini belə bir bəndlə salınmasında məqsədləri ondan ibarət olmuşdur ki, o, 5 gün ərzində evi boşaltmalı və sazişin digər bəndlərində olan öhdəlikləri yerinə yetirməli, bundan sonra isə, cavabdeh 215.000 manat məbləğində pulu ona verməli idi. Belə ki, notariusun depozit hesabına qoyulmuş pul, elə Cavabdeh tərəfindən götürülərək onda saxlanılmışdır. Bununla bağlı video görüntülər iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən məhkəməyə təqdim olunacaqdır. Lakin, şəxsi əşyalarını götürməyə gedərkən ona məlum olmuşdur ki, Cavabdeh tərəfindən aldadılmışdır. Evin qıfılı sındırılaraq açarları dəyişdirilmiş və onun evə girməyi mümkünsüzdür. Belə olan halda Elşənlə əlaqə yaratdıqda ona bildirilmişdir ki, artıq ev onun mülkiyyətidir və əmlakı ilə istədiyi kimi rəftar edə bilər. Pulun ödənilməsindən isə tamamilə imtina etmişdir. Yalnız polisə müraciətindən sonra evə daxil olaraq əşyalarını çıxara bilib. Bu səbəbdən də, hazırda alqı-satqı müqaviləsinin ləğv edilməsi və evin ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək niyyətindədir. Müqavilənin ləğvi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş pretenziya qaydasına riayət olunması, iddia ərizəsinin tərtib olunması və məhkəməyə müraciət edilməsi vaxt apardığından, evin özgəninkiləşdirilməsi və hətta sökülməsi təhlükəsi olduğunadan, hesab edirəm iddia ərizəsi məhkəməyə verilənədək evin üzərinə həbs qoyulmalı, cavabdehin adına mübahisəli əmlakla bağlı çıxarışın verilməsi qadağan edilməlidir. Qax Rayon Məhkəməsinin (hakim Asim Mirzəzadə) ## #### 2026-cı il tarixli, e-**(*- ***)-**/**** saylı qərardadı ilə Ərizəçi tərəfindən verilmiş ərizənin qismən təmin edilməsi, mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək, ünvan 2 ünvanda yerləşən, sahəsi 145,9 kv.m olan fərdi yaşayış evinin özgəninkiləşdirilməsi Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Qərardaddan cavabdeh Cavabdeh şikayət verərək Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh şikayəti onunla əsaslandırılmışdır ki, əvvəllər Ərizəçi mülkiyyətində ünvan 2 ünvanda yerləşən, sahəsi 145,9 kv.m olan fərdi yaşayış evinə bitişik torpaq sahəsi dostu Cəlil Talıbov tərəfindən, paralel sonrakı torpaq sahəsi də onun tərəfindən satın alınmış və orada məlumatlandırma icraatında ev tikintisinə başlanılmışdır. Ərizəçi ona və Cəlil Talıbova qarşı tikintinin dayandırılması, sökülməsi və pul tələbi barədə iddia tələbi üzrə 2023-cü ilin iyun ayında Səbail rayon məhkəməsində iddia tələbi vermiş, iddia tələbi rədd edilmiş, qərarı Ali Məhkəməyədək qüvvədə qalmışdır. Bununla yanaşı Bakı İnzibati məhkəməsində eyni torpaq sahəsində aparılan tikinti layihəsinin ləğv edilməsi barədə Səbail rayon məhkəməsinə təqdim etdiyi iddia ərizəsi üzrə məhkəmə işi 2023-cü ildən davam edir. Nəticədə də tikinti 3 ildir ki, MTT qərarı ilə dayandırılmışdır. Onlara məxsus tikintidə istifadə olunan armatur, taxta və s kimi tikinti materialları artıq zay olmuşdur. Buna görə məhkəmə prosesini yekunlaşdırmaq məqsədilə, onlar Ərizəçi ilə aşağıdakı formada şifahi razılığa gəlmişlər ki, o, mülkiyyətində olan, qonşuluqda yerləşən ünvan 2 ünvanındakı 0.013776 ha torpaq sahəsində yerləşən 145,90 kv.m sahəli təmirsiz fərdi yaşayış evini onun adına keçirməyi, bununla da qonşuluğuna son verməyi və o, məhkəmədən isə əvəzində dəyəri 360000,00 manatdan baha olan tikintisi Elite City MMC tərəfindən həyata keçirilən, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov k, 568-ci məhəllədə yerləşən Hümbətova İlahə İlham qızının payçısı olduğu çoxmənzilli yaşayış binasının 3-cü giriş, 11-ci mərtəbəsində yerləşən, *** saylı 2 otaqlı mənzilin Ərizəçi adına rəsmiləşdirilməsini təmin etməyi öhdəliyinə götürmüşdür. Onlar əvvəlcə barışıq sazişi imzalamağı, daha sonra isə evlərin alqı-satqı proseslərini həyata keçirməyi planlasalar da, xanım bildirdi ki, şifahi razılıqları kifayətdir. Onlar ## ##### 2026-ci il tarixində eyni vaxtda, eyni gündə, eyni saatda tikintisi Elite City MMC tərəfindən həyata keçirilən, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov k, 568-ci məhəllədə yerləşən Hümbətova İlahə İlham qızının payçısı olduğu çoxmənzilli yaşayış binasının 3-cü giriş, 11-ci mərtəbəsində yerləşən, *** saylı 2 otaqlı mənzilin Ərizəçi adına rəsmiləşdirilməsini təmin etmək üçün eyni vaxtda Ərizəçi, oğlu, bacısı qızı və onun vəkili Könül Əzimova ilə birlikdə Elite City MMCnin ofisinə getmişlər. Ərizəçi notarial qaydada etibar verdiyi bacısı qızı İsmayılova Nigar Mehman qızı isə öz anası və onunla birlikdə * saylı asan xidmətə getmişlər. Alqı-satqı proseslərini eyni vaxtda icra etməyi planlasalar da * saylı notariat ofisində prosesi gecikdirmişlər və birinci ev Ərizəçi adına rəsmiləşdirilmişdir daha sonra isə onlar, Ərizəçi, oğlu və digər bacısı qızı və onun vəkili Könül Əzimova * saylı notariat ofisinə gəlmişlər və burada onun mülkiyyətində olan evin onun adına keçirilməsi üçün alqı-satqı prosesini icra etmişlər. Axıra qədər onlarla bərabər asan xidmətdə olmuşlar ancaq pul artıq alıcının hesabına keçdikdən sonra Ərizəçi və qohumları asan xidməti tərk etmişdir ki, qalan prosesi onsuz da etibarnamə üzrə nümayəndəsi bacısı qıza davam etdirəcəyini bildirmişdir. Bacısı qızı da asan xidmətdəki bank şöbəsinə yaxınlaşaraq evin dəyərini imza ataraq təhvil almışdır. Həmin məbləğ onun etibarnamə üzrə nümayəndəsi tərəfindən bankdan təhvil alınmışdır. Əgər onun ərizəsində yazdıqları həqiqətdirsə hansı ağılsız insan notarial qaydada satdığı evin pulunu alıcıya geri qaytarar və deyər ki, al bu pulu 5 gündən sonra mənə qaytararsan. 1 manat deyil, 5 manat deyil, 215 min manatdan söhbət gedir. Daha sonra isə onlar Ərizəçi tələb etdik ki razılıq üzrə onun barədə ünvanlandığı şikayətləri geri götürmək üçün tədbirlər görsün. Bu zaman razılığa gəldilər ki planlaşdırdıqları barışıq sazişini təsdiq etdirsinlər və hər iki tərəf həmin sazişi imzalasın və bildirsin ki. evlər bir birinin adına keçirilmişdir. Yaxşı ki həmin saziş o vaxt təsdiq edilib və bugünkü gün onlara sübut edə bilirik ki, ən azından onun adına keçirilən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov k, 568-ci məhəllədə yerləşən Hümbətova İlahə İlham qızının payçısı olduğu çoxmənzilli yaşayış binasının 3-cü giriş, 11-ci mərtəbəsində yerləşən, *** saylı 2 otaqlı mənzil bu sazişin bir parçasıdır. Onlar ##.##.2026cı il tarixində alqı-satqı prosesləri başa çatdıqdan 1 gün sonra alqı-satqı proseslərinin başa çatdığını təsdiq etmək üçün notarial qaydada barışıq sazişi bağlamış və yuxarıda qeyd etdiyi məsələlər də orda öz əksini tapmışdır. Alqı-satqı müqaviləsində də qeyd edilmişdir ki, Ərizəçi mülkiyyətində olan ünvan 1 ünvanındakı 0.013776 ha torpaq sahəsində yerləşən 145,90 kv.m sahəli fərdi yaşayış evini mənə dərhal təhvil verməlidir. Onun orda müəyyən əşyaları olduğu üçün məndən əşyalarını daşımağa 15 gün vaxt istəmişdir. Mən də mənə “evə əşyaları götürmək üçün gələrkən məlumat vermək” şərtilə razılıq verdim. Barışıq saziş imzalanan günü notariat kontorunun qarşısında, evin alqısatqı müqaviləsindən bir gün sonra evlərin açarlarını bir birimizə təhvil vermişik. eyni zamanda da artıq satın aldığım evimin açarlarını normal olaraq dəyişdim. Bir iki gün sonra Ərizəçi mənə zəng edərək onun adına keçirilən evdə müəyyən təmir işləri görülməsini yeni mebellər alınmasını istəmişdir. Mən isə buna əlbətdə razı olmamışam. Ərizəçi evə baxıb bəyənib razılaşıb və adına keçirilib, nəyə görə yenidən ona əlavə mebel yığdırmalıyam, ev təmir etməliyəm. əgər aramızda belə bir razılıq olsaydı bu məsələlər ##.##.2026-cı il tarixli sazişdə öz əksini tapardı. Bundan hiddətlənən Ərizəçi polisə şikayət vermiş guya qapı pəncərəsi belə olmayan, yaşayış olmayan, mənə satdığı, açarlarını təhvil verdiyi yarıtikilidə guya qızıl saxladığı barədə polisə yalan məlumat vermiş 41 -ci polis şöbəsində bu məsələ araşdırılır, polis təhqiqatçısının iştirakı ilə gəlib əşyalarını həmin evdən çıxartmışdır. Daha sonra isə o məndən yenidən pul qopartmaq məqsədilə yenə məhkəmədən təsir mexanizmi kimi istifadə edərək Qax rayon məhkəməsinə MTT ərizəsi vermişdir və bildirmişdir ki guya pul ona 5 gün sonra veriləcəkdir. Evin pulu * saylı asan xidmətin bankına qoyulmuş, onun bacısı qızı tərəfindən də imzalanaraq götürülmüşdür. Sazişdə olan 5 gün ərzində keçmiş zamanda olan “satılmışdır” sözünü isə öz xeyrinə guya buna pul verməliyik kimi təhrif etməyə və məhkəməni dövləti aldatmağa çalışır. 41-ci polis şöbəsinin rəisinin otağında mən nə istəyirəm ki, bir otağın aboyunu dəyişsin, iki otağın da döşəməsini 35 manatlıq parketlə dəyişsin deyən xanım indi gəlib məndən əlavə 215000 də pul almaq istəyir. Heç bir məhkəmə perspektivi olmasa da xanımın dişinin dibində əvvəlki proseslərdən şirə qalımışdır ki, əgər mənim ikiyüzminlik evimin əvəzinə 360000 lik veriblərsə deməli əlavə 200000 də verə bilərlər deyə düşünür və məhkəməyə MTT ərizəsi verir. Məqsəd sadəcə adıma çıxarışın alınmasına bir müddət maneə olmaq bu zaman ərəfəsində də Bakı İnzibati Məhkəməsində gedən proseslərdə iştirakına davam etməkdir. Göstərilənlərə əsasən Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadının ləğv edilməsini Ərizəçi MTT ərizəsini təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 10.8-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431- 3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılmasına dair vəsatət daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.5, 157.5.1 və 157.5.2-ci maddələrinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Hüquq normalarının məna və mahiyyətindən göründüyü kimi, müvəqqəti təminat tədbiri qətnamənin gələcəkdə icrasına təminat yaratmaq, qətnamənin icrasını çətinləşdirə və ya mümkünsüz edə biləcək halların baş verməsinin qarşısını almaq məqsədi daşıyır. Müvəqqəti təminat tədbiri həm də ona yönəlir ki, məhkəmənin icraatında olan mülki iş üzrə qətnamə qəbul edilənə və həmin qətnamə qanuni qüvvəyə minib icra edilənədək olan müddətdə iş üzrə cavabdehin və digər şəxslərin hərəkətləri nəticəsində iddiaçının qanuni mənafeyi daha artıq dərəcədə pozulmasın və iddiaçıya əlavə zərərin dəyməsinin qarşısı alınsın. Cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə, ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirləri tətbiq edilir. Müəyyən edilmişdir ki, iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlak üzərində əvvəlki mülkiyyət hüququnun bərpa olunması və tərəflərin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət etmiş və həmin iddia tələbi ilə bağlı məhkəmənin icraatında *(*-***)-***/**** saylı mülki iş vardır. İş materiallarında olan ##.##.2026-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı Ərizəçi ünvan 2 ünvanda yerləşən, sahəsi 145,9 kv.m olan fərdi yaşayış evini və 0.013776 ha torpaq sahəsini 215000 manata alıcı Cavabdeh satmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında mübahisəli daşınmaz əmlakla bağlı hüquqi mübahisənin mövcudluğu iş materialları ilə ilkin olaraq təsdiq edilir. Ərizəçi alqı-satqı müqaviləsi üzrə pul vəsaitinin ona ödənilmədiyini, müqavilənin ləğv edilməsi barədə iddia qaldırmaq niyyətində olduğunu bildirmişdir. Məhkəmə nəzərə alır ki, mübahisəli əmlakın özgəninkiləşdirilməsi və ya hüquqi vəziyyətinin dəyişdirilməsi gələcəkdə iddia təmin edilərsə, qətnamənin icrasını çətinləşdirə və ərizəçinin hüquqlarının müdafiəsini mümkünsüz edə bilər. Buna görə də, mövcud vəziyyətin qorunması məqsədilə əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi zəruri və mütənasib təminat tədbiri hesab edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə müvəqqəti təminat tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, müvəqqəti təminat tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardır: gələcəkdə qətnamənin icrasını təmin etmək və bu məqsədlə zəruri hallarda işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisə obyektini qoruyub saxlamaq. Bu mənada, məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbiri öz təbiəti etibarilə qaçılmaz olaraq proses iştirakçılarından birinin hüquqlarına toxuna, onların həyata keçirilməsində müəyyən məhdudiyyətlər yarada bilər. Belə hallar, bu institutun bilavasitə mahiyyətindən irəli gəlir. Ona görə də, müvəqqəti təminat tədbirlərindən verilmiş dəlilinə istinad özlüyündə kifayət deyildir. Belə dəlil məhkəmə tərəfindən mütənasiblik prinsipi baxımından ciddi şəkildə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun X2 şikayəti üzrə 2017-ci il ## ### tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbirlərinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsaslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, müvəqqəti təminat tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə almalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 398, 400 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №e-16(3-10)-50/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-10)-50/2026
23.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver