Məhkəmə qərarları › İş №e-16(3-10)-56/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-10)-56/2026

21.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-16(3-10)-56/2026 21.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi “SAS İnşaat” Mənzil-Tikinti Kooperativinin “müvəqqəti təminat tədbirinin tətbiqi barədə” ərizəsinə dair iş üzrə (Açar sözlər: Müvəqqəti təminat, qüvvə) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadından cavabdeh Cavabdeh İsrayil qızı tərəfindən verilmiş şikayətə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, yazılı icraat qaydasında bаxаrаq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: Ərizəçi “SAS İnşaat” Mənzil-Tikinti Kooperativi müvəqqəti təminat tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev ***C saylı çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində, ** saylı mənzildə təmir işlərinin aparılmasının cavabdeh Cavabdeh İsrayil qızına və digər şəxslərə qadağan olunması, həmçinin qeyd olunan mənzilə elektrik enerjisi və su verilişinin dayandırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “SAS İnşaat” MTK Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçərək «**********» nömrəli VÖEN əldə etmiş və hazırda Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun qaydada fəaliyyətini həyata keçirir. MTK-nın əsas fəaliyyət istiqaməti yaşayış komplekslərinin inşaatını həyata keçirməkdən ibarətdir. ünvan 1 *** saylı ünvanda yerləşən 0.102470 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə “SAS İnşaat” MTK-ya məxsusdur. MTK-nın mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ##.##.2021-ci il tarixdə, 1621038841 qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq çıxarış verilmişdir. “SAS İnşaat” Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş binalardan biri də Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev ***C saylı çoxmərtəbəli yaşayış binasıdır. Həmin binanın 3-cü mərtəbəsində, ** saylı mənzilin mülkiyyətçisi cavabdeh Cavabdeh İsrayil qızı tərəfindən mənzilində təmir işlərinə başlanılmışdır. Təmir işləri zamanı binanın əsas yük daşıyıcı sütunlarına müdaxilə edildiyi üçün digər sakinlər öz mənzillərində yüksək silkələnmə hiss edərək MTK-ya müraciət etmiş və bundan sonra həmin mənzilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həqiqətən də ** saylı mənzilin yük daşıyıcı sütunlarına müdaxilə edilərək, kəsiklər və deşiklər açılmışdır. Hazırda olduqca narahat vəziyyətdədirlər, çünki binanın yük daşıyıcı sütunlarına müdaxilə olunması, üstəlik də ki, 15 mərtəbəli binanın 3cü mərtəbəsində belə müdaxilənin olması həmin binada yaşayan bütün sakinlər üçün həyati təhlükə daşıyır, istənilən zaman bədbəxt hadisələr baş verə bilər. Nəzərə alınsa ki, Abşeron rayonu ərazisi seysmik ərazilərə daxildir, onda bu cür qanunsuz müdaxilələr çoxsaylı sakinlərin həyat və sağlamlığı üçün daha da təhlükəlidir. Beləliklə də, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev ***C saylı çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində, ** saylı mənzilin mülkiyyətçisi cavabdeh Cavabdeh İsrayil qızı tərəfindən aparılan təmir işləri Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə zidd olmaqla yanaşı, sakinlərin həyat və sağlamlığının təhlükəli vəziyyətə düşməsi ilə nəticələnir. Bildirir ki, qeyd olunan məsələ ilə bağlı binada yaşayan çoxsaylı sakinlər tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət olunaraq qanunamüvafiq tədbirlər görülməsi xahiş olunmuşdur. Hazırda nazirliyin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılaraq binaya vurulmuş ziyanın həcmi barədə hesablamalar aparılır. Həmin araşdırma yekunlaşdıqdan sonra tərəflərindən cavabdeh Cavabdeh İsrayil qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunacaqdır. Binanın dayanıqlılığının pozulmasının qarşısının alınması və çoxsaylı sakinlərin həyat və sağlamlığının qorunması məqsədilə, həmçinin də gələcəkdə qəbul olunacaq məhkəmə aktının icra olunmasında əlavə problemlər yaranmaması üçün Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev ***C saylı çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində, ** saylı mənzildə həmin mənzilin mülkiyyətçisi cavabdeh Cavabdeh İsrayil qızı tərəfindən aparılan təmir işlərinin dayandırılması məqsədə uyğundur və bu səbəbdən də təmir işlərinin aparılması cavabdehə və digər şəxslərə qadağan olunmalıdır. Tərəflərindən müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizə ilə cavabdehin mənzilinin yerləşdiyi rayon üzrə Abşeron Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmə hazırkı tələbin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin təsir dairəsinə düşməməsi əsası ilə e-**(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardad qəbul edərək ərizəni geri qaytarmışdır. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 16(5-146)-69/2026 saylı qərardadı ilə (hakim Elza Cəbrayılzadə) ərizənin təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev ***C saylı çoxmərtəbəli yaşayış binasının 3cü mərtəbəsində, ** saylı mənzildə təmir işlərinin aparılması cavabdeh Cavabdeh İsrayil qızına və digər şəxslərə qadağan olunması, həmçinin qeyd olunan mənzilə elektrik enerjisi və su verilişinin dayandırılması, qərardadın qüvvədə olma müddətinin ##.##.2026cı il tarixdən ##.##.2026-cı il tarixinə kimi müəyyən edilməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrası Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh Cavabdeh İsrayil qızı şikayət verərək, qərardadın ləğv olunmasını və ərizənin təmin olunması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 16(5-146)-69/2026 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1, 157.2, 157.3, 157.5, 157.5.1, 157.5.2, 157.7, 158.1, 158.1.1, 158.1.2, 158.1.3, 158.1.4, 158.1.5, 158.1.6, 15.1.7, 159.1, 160.1-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi “SAS İnşaat” Mənzil-Tikinti Kooperativi müvəqqəti təminat tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev ***C saylı çoxmərtəbəli yaşayış binasının 3cü mərtəbəsində, ** saylı mənzildə təmir işlərinin aparılmasının cavabdeh Cavabdeh İsrayil qızına və digər şəxslərə qadağan olunması, həmçinin qeyd olunan mənzilə elektrik enerjisi və su verilişinin dayandırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini belə əsaslandırmışdır ki, ünvan 1 *** saylı ünvanda yerləşən 0.102470 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə “SAS İnşaat” MTK-ya məxsusdur. “SAS İnşaat” Mənzil-Tikinti Kooperativi tərəfindən həmin torpaq sahəsində inşa olunmuş binanın 3-cü mərtəbəsində, ** saylı mənzilin mülkiyyətçisi cavabdeh Cavabdeh İsrayil qızı tərəfindən mənzilində təmir işlərinə başlanılmışdır. Təmir işləri zamanı binanın əsas yük daşıyıcı sütunlarına müdaxilə edildiyi üçün digər sakinlər öz mənzillərində yüksək silkələnmə hiss edərək MTK-ya müraciət etmişlər. Binanın dayanıqlılığının pozulmasının qarşısının alınması və çoxsaylı sakinlərin həyat və sağlamlığının qorunması məqsədilə, həmçinin də gələcəkdə qəbul olunacaq məhkəmə aktının icra olunmasında əlavə problemlər yaranmaması üçün Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev ***C saylı çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində, ** saylı mənzildə həmin mənzilin mülkiyyətçisi cavabdeh Cavabdeh İsrayil qızı tərəfindən aparılan təmir işlərinin dayandırılması məqsədə uyğundur və bu səbəbdən də təmir işlərinin aparılması cavabdehə və digər şəxslərə qadağan olunmalıdır. Mingəçevir Şəhər Məhkəməsinin e-16(5-146)- **/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Qərardadı tam əsassız və qanunsuz sayır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Məhkəmə heç bir araşdırma aparmadan cavabdehin mülkiyyət hüququnu qanunsuz olaraq məhdudlaşdırmışdır. Belə ki, cavabdeh tərəfindən binaya zərər vurulması barədə sübut yoxdur. Ərizəçi cavabdehlə qərəzli mövqedə olduğu üçün binanın sakinlərinə məcburi şəkildə imza etdirərək məhkəməyə saxta sənəd təqdim edərək, məhkəməni inandırmağa cəhd edir ki, guya cavabdeh binanın konstruksiyasına ciddi zərər yetirib və bina təhlükəli vəziyyətlə üzləşib. Sual olunur, axı cavabdeh özü də, onun gəlini də həmin binada mülkiyyətçidir, onlar öz əmlaklarına niyə zərər yetirsinlər?. Digər tərəfdən əgər məqsəd təmir işlərini dayandırmaqdırsa, nəyə görə kommunal xidmətlərin də dayandırılması tələb olunur? Ərizəçinin qərəzli olmasının səbəbi də odur ki, cavabdeh Abşeron Rayon Məhkəməsində ərizəçiyə qarşı mülki iddia qaldırmış və məhkəmə cavabdehin xeyrinə qətnamə çıxarmışdır. Bütün faktlar onu göstərir ki, ərizəçinin məqsədi ondan ibarətdir ki, saxta yollara əl ataraq məhkəmələrdə əsassız iddialar qaldırmaqla, cavabdehi mülki iddiasından çəkinməyə məcbur etsin. Təssüflər olsun ki, az da olsa məqsədinə çata bilmişdir. Belə ki, məhkəmə bu halları araşdırmayaraq cavabdeh barədə qanunsuz qərardad çıxarmışdır. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Məhkəmə araşdırmayıb ki, ərizəçinin bu iddianı qaldırmağa subyektiv hüququ var yoxsa yox. Ərizəçi MTK tərəfindən inşa olunan çoxmərtəbəli yaşayış binasındakı bütün mənzillər satıldığı üçün ərizəçinin hazırkı fəaliyyəti tam qanunsuzdur. Yuxarıda göstərilən normanın tələbinə görə ərizəçi MTK ləğv olunmalıdır. Buna baxmayaraq, məhkəmə bu halı da araşdırmayaraq iddia qaldırmağa subyektiv hüququ olmayan şəxsin xeyrinə qərar qəbul etmiş, nəticədə cavabdehin hüquqlarını pozmuşdur. Məhkəmə cavabdehə, ümumiyyətlə, müvəqqəti təminat tədbiri tədbiq edilə bilməzdi. Çünki iddia tələbi qeyri-müəyyəndir. Təxmini başa düşmək olur ki, iddia tələbi maddi ziyanla bağlı olacaq. Belə olan halda, məhkəmə müəyyən edə bilməzdi ki, cavabdehin mülkiyyətində olan mənzildə təmir işlərinin dayandırılması, mənzilin suyunun, işığının kəsilməsi gələcəkdə ərizəçinin hansı hüquqlarının qorunmasına, qətnamənin icrasına maneə törədilməsinə səbəb ola bilər. Digər tərəfdən bu iddianı cavabdehə qarşı ancaq digər mülkiyyətçilər qaldıra bilərdi. Nəticədə, məhkəmə cavabdehin hüquqlarını lüzumsuz məhdudlaşdıran qərardad qəbul etmişdir. Ərizəçi məhkəməyə cavabdeh tərəfindən binaya ziyan vurulması barədə mötəbər sübut təqdim etməmişdir. Ərizəçinin iddia etiyi halın yeganə sübutu ekspert rəyidir. Lakin belə bir rəy mövcud olmamışdır. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin e-16(5- ***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadın ləğv edilməsinə dair yeni qərardad çıxarılmasını xahiş etmişdir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-***)-**/**** saylı qərardadının ləğv edilməsi və ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. 158.1.1-ci maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri kimi cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlakın üzərinə həbs qoya bilər. 158.1.2-ci maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. 158.1.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri kimi mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. 159.2-ci maddəsinə əsasən, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. 163.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri üzrə bütün qərardadlardan şikayət vermək olar. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadını ləğv etməklə, "müvəqqəti təminat tədbiri" ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli,16(5-146)-69/2026 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 16(5-146)-69/2026 saylı qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müvəqqəti təminat tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, müvəqqəti təminat tədbiri tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə kollegiyası, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olubolmadığını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təminat tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Məhkəmə kollegiyası şikayətin dəlillərini nəzərdən keçirərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında işdə iştirak edən şəxsin ərizəsinə baxılarkən işin konkret halları nəzərə alınmalı və məsələyə iddianın əsaslığı prezumpsiyası (ehtimalı) baxımından yanaşılmalıdır. Müvəqqəti təminat tədbirlərinin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmasa da, bu tədbirlərin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş işdə iştirak edən şəxsin pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu təsdiq edən ilkin sübutların məhkəməyə təqdim olunması zəruridir. Cavabdeh Cavabdeh İsrayil qızının şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinin təmin edilməsinə dair qərardad qəbul edərkən məhkəmə düzgün nəticəyə gəlmişdir. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, Mingəçevir Şəhər məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(5-146)-69/2026-ci il tarixli qərardadının qüvvədə olma müddəti ##.##.2026-cı il tarixədək müəyyən edildiyindən, qərardad artıq öz hüquqi qüvvəsini itirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh Cavabdeh İsrayil qızının şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 357, 360, 398.0.3, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Cavabdeh İsrayil qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar