Məhkəmə qərarları › İş №e-16(3-10)-57/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-10)-57/2026

31.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-16(3-10)-57/2026 31.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (məruzəçi hakim), Hüseynov Elçin Şirin oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, ərizəçi “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi” barədə ərizəsi üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadından cavabdeh CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ## #### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanmış AN-İ № ******* saylı, ##.##.2019-cu il tarixli və AN-İ № ******* saylı, ##.##.2019-cu il tarixli alqı-satqı müqavilələri ilə “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə satılmış Ağdaş rayonunun Xosrov kəndində yerləşən 71 və 117,7 ha torpaq sahələrinin üzərinə həbs qoyulması bаrədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) ## #### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadı ilə ərizəçi “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi” barədə ərizəsi təmin edilmişdir. Həmin qərardaddan narazı qalan cavabdeh CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verərək, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadının ləğv edilməsini və ərizəçi “X1” MMCnin “Ağdaş rayonu Xosrov kəndində yerləşən 71 ha və 117,7 ha torpaq sahələrinin üzərinə həbs qoyulması” barədə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsinin rədd edilməsini xahiş etmişdir. Iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e- **(*-**)-**/**** nömrəli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadından cavabdeh CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilmiş və həmin şikayət - təmin edilməyən hissəsində isə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, qərardadan verilmiş şikayətə - qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 269.3cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadından cavabdeh CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qərardaddan verilən şikayətə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, aşağıdakıları etmək hüququ vardır: - məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (maddə 398.0.1); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2); qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3); qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək (maddə 398.0.4). Məhkəmə kollegiyası, şikayəti və iş materiallarını araşdıraraq, işin konkret hallarına və aşağıda qeyd olunanlara əsasən hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadından cavabdeh CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətin Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadı ilə təmin edilməyən hissəsi də təmin olunmamalı və birinci instansiya məhkəməsinin həmin qərardadı, eləcə də Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılmış hissəsi qüvvəsində saxlanmalıdır. Belə ki, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadı ilə ərizəçi “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi” barədə ərizəsi təmin edilərək, Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanmış ##.##.2019-cu il tarixli, AN-İ №******* saylı və AN-İ №******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə satılmış Ağdaş rayonu, Xosrov kəndində yerləşən 71 ha və 117,7 ha torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan narazı qalan cavabdeh CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verərək, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadının ləğv edilməsini və ərizəçi “X1” MMCnin “Ağdaş rayonu Xosrov kəndində yerləşən 71 ha və 117,7 ha torpaq sahələrinin üzərinə həbs qoyulması” barədə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsinin rədd edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadından cavabdeh CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilmiş və həmin şikayət təmin edilməyən hissəsində Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Yəni, iş üzrə cavabdeh CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət əsasında qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadından verilmiş həmin şikayət qismən təmin edilərək, qərara alınmışdır ki: - “Şikayət qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilərək Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış ##.##.2019-cu il tarixli AN-İ № ******* saylı və AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə “X1” MMC tərəfindən CavabdehƏhmədov adına “xxxx” QSC-yə satılmış Ağdaş rayonu, Xosrov kəndində yerləşən 71 ha və 117,7 ha torpaq sahələrinin üzərinə “həmin torpaq sahələrindən istifadə, ona sahiblik, məhsul toplanması (əkin-biçin, suvarma, dərmanlama və digər işlər) istisna olmaqla” həbs qoyulsun. Qərardaddın dəyişiklik edilən hissəsindən, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Qərardad qalan hissədə dəyişdirilmədən qüvvəsində saxlansın. Şikayət qeyd edilən hissədə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilsin. Qərardadın qüvvədə saxlanılan hissəsindən şikayət verilə bilməz.” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 158.1-ci maddəsinin tələblərinə görə, cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq (158.1.1), müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək (158.1.2), mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək (158.1.3), əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq (158.1.4), borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq (158.1.5), icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq (158.1.6) və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək (158.1.7) kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlarla və işin konkret halları ilə müəyyən olunur ki, Şəki Kommersiya Məhkəməsi - ## #### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadla hazırkı iş üzrə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından verilmiş məlum şikayəti qismən təmin edib, Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadını dəyişdirərək, Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanmış ##.##.2019-cu il tarixli AN-İ № ******* saylı və AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə “X1” MMC tərəfindən CavabdehƏhmədov adına “xxxx” QSC-yə satılmış Ağdaş rayonu, Xosrov kəndində yerləşən 71 ha və 117,7 ha torpaq sahələrinin üzərinə “həmin torpaq sahələrindən istifadə, ona sahiblik, məhsul toplanması (əkin-biçin, suvarma, dərmanlama və digər işlər) istisna olmaqla” həbs qoymaqda, eləcə də Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadını qalan hissədə dəyişdirmədən qüvvəsində saxlamaqda - tamamilə haqlı olmuşdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Qərarında qərara alınmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 395-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadından cavabdeh CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətin Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e- **(*-**)-**/**** nömrəli qərardadı ilə təmin olunmayan hissəsi də təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadının dəyişdirilməmiş hissəsi qüvvəsində saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir və qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar