Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-16(3-10)-58/2026 11.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi üzrə (Açar sözlər: Müvəqqəti təminat, qüvvə) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mustafayev Etibar Mustafa oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, yazılı icraat qaydasında bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı nikahın pozulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib cavabdeh Cavabdeh ilə aralarında ## ###### 2016cı il tarixdə ** nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan doğulmuş ## ##### 2017-ci il təvəllüdlü Qasımov Qabil Ceyhun oğlu və ## ####### 2018-ci il təvəllüdlü X2 ananın qanında qalması və yetkinlik yaşına çatanadək saxlanmalarından ötrü cavabdeh Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,9 misli həddində sabit pul məbləğində aliment tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinə baxılıb yekun qərar qəbul edilənədək işə mahiyyəti üzrə baxılıb qurtaranadək birgə nikahdan doğulmuş ## ##### 2017-ci il təvəllüdlü Qasımov Qabil Ceyhun oğlu və ## ####### 2018-ci il təvəllüdlü X2 üçün onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahları ## ###### 2016-cı il tarixdə Qəbələ Rayon İcra Hakimiyyəti Həmzəli kənd İnzibati Ərazi Dairəsi tərəfindən 01 nömrə ilə qeydə alınmışdır. Ailə münasibətlərindən ## ##### 2017-ci il tarixdə Qasımov Qabil Ceyhun oğlu və ## ####### 2018-ci il tarixdə X2 iki övladı dünyaya gəlmişdir. İlk dövrlərdə ailə münasibətləri normal olmasına baxmayaraq, sonralar bu münasibətlər kəskin şəkildə pisləşmiş, birgə yaşamaqları qeyri-mümkün olmuşdur. Belə ki, cavabdeh içki içərək onu döyür, söyərək təhqir edir. Bundan əlavə ona işgəncələr verir. Artıq onların bir ailə kimi yaşamağı qeyri-mümkündür.Cavabdehlə birgə nikahlarından doğulmuş Qabil adlı övladı “vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları” xəstəliyindən əziyyət çəkir. Hazırda hər iki övladlarının saxlanılması, eləcə də Qabil adlı övladının müalicəsi üçün cavabdehdən aliment tutulması zərurəti yaranmışdır. Ona görə də hesab edir ki, iş üzrə məhkəmə qətnamə çıxaranadək uşaqların zəruri ehtiyaclarının qarşılamaq üçün müvəqqəti təminat tədbiri olaraq alimentin təyin edilməsinə ehtiyac var. Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e -**(*-***)-**/**** saylı qərardadı ilə, ərizə qismən təmin olunmuş, iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı “nikahın pozulması, uşaq və aliment” tələbi barədə iddiasına dair iş üzrə müvəqqəti təminat tədbiri tətbiq edilərək birgə nikahdan doğulmuş ## ##### 2017-ci il təvəllüdlü Qasımov Qabil Ceyhun oğlu və ## ####### 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü cavabdeh Cavabdeh hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində aliment alınıb iddiaçı Ərizəçi xeyrinə ödənilməsi qərara alınmışdır. Cavabdeh Cavabdeh məhkəməyə şikayətlə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e -**(*-***)-**/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e -**(*-***)-**/**** saylı qərardadı ilə, cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1, 157.2, 158.1.2, 158.2, 160.1, 160.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını araşdırmadan ərizəni qismən təmin etmiş, ## ##### 2017-ci il təvəllüdlü Qasımov Qabil Ceyhun oğlu və ## ####### 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü cavabdeh Cavabdeh hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində aliment alınıb iddiaçı Ərizəçi xeyrinə ödənilməsi barədə qərardad qəbul edilmişdir. Həmin qərardad icra edilməsi üçün Qəbələ rayon İcra şöbəsinə göndərilmişdir. İddiaçı Ərizəçi evi tərk edən zaman övladları Qasımov Qabil Ceyhun oğlu və X2 da özü ilə aparıb və hal-hazırda övladları ilə görüşməyinə, ünsiyyətinə qərəzli şəkildə maneçilik yaradır. Əlavə olaraq bildirmək istəyir ki, o, nikahlarının xitam olunmasına, övladlarının evdən zorla aparılması ilə razı deyil. O, daim övladlarının təhsili, tərbiyəsi, gündəlik ehtiyacları, maddi və mənəvi lazım ola biləcək hər şeylərini təmin etmiş, onlarla hər zaman qayğıkeş ata kimi rəftar etmişdir. Oğlu ##.##.2017ci il təvəllüdlü Qasımov Qabil Ceyhun oğlu vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları xəstəliyindən əziyyət çəkir. Bildirmək istəyir ki, illlərdir oğlunun sağlamlığı ilə o, yaxından maraqlanır, həkimə aparır, bütün müalicə xərclərini qarşılayır. Ərizəçi hər zaman uşaqları ilə soyuq münasibətdə olmuş, ata tərəfindən uşağa maddi və mənəvi dəstək olunsa da, ana atanın uşağı ilə təklikdə ünsiyyət qurmasına və onun həkimə aparmağıma maneə yaradır.Hal-hazırda övladlarının onun yanında qalması daha doğru olardı. Beləliklə, İşə sədrlik edən hakim işin halları ilə yaxından tanış olmamış, bir sıra maddi və prosessual hüquq pozuntularına yol verərək, habelə, əhəmiyyətli faktları nəzərə almadan, sübutsuz iddiaları isə fakt qismində götürərək qərardad çıxarmışdır. Bildirmək istəyir ki, onun hal-hazırki gəliri 850 AZN-dir. Bu səbəbdən təyin edilmiş aliment miqdarı ilə razı deyil. Ali Məcəlləsinin tələbinə əsasən hər iki valideyn öz uşaqları barəsində bərabər vəzifə və hüquqlara malikdir və iki uşağa görə əmək haqqı və digər gəlirlərin 1/3 hissəsi məhkəmə qaydasında tutula bilər. Onun hazırki qazancı stabildir. Hər ay eyni miqdarda əmək haqqı alır. Odur ki, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadının ləğv edilərək aliment miqdarının azaldılmasını xahiş edir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.5.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tələbi haqqında ərizədə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. 158.2-ci maddəsinə əsasən məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 101.1-ci maddəsinə əsasən məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. «Uşaq hüquqları haqqında» Beynəlxalq Konvensiyanın; 6-cı maddəsinə əsasən, hər bir uşaq yaşamaq üçün ayrılmaz hüquqa malikdir və buna görə də dövlət uşağın sağ qalmasına və inkişafını təmin etməyə borcludur. 3-cü maddəsinə əsasən, uşaq barəsində bütün tədbirlərdə onun manefeləri tam həcmdə nəzərə alınmalıdır. Əgər uşağa müvafiq qayğı üçün məsuliyyət daşıyan valideyn(lər) və ya digər şəxslər bu qayğını göstərməmişsə, onda dövlət uşağı müvafiq qayğı ilə təmin etməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanununun; «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün hüquqi və fiziki şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafeylərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafeyləri məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadının ləğv edilməsini və aliment miqdarının azaldılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*- ***)-**/**** saylı qərardadının tam yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Ərizəçi ilə Cavabdeh birgə nikahlarından ## ##### 2017-ci il təvəllüdlü Qasımov Qabil Ceyhun oğlu və ## ####### 2018-ci il təvəllüdlü X2 adlı uşaqları vardır. Ərizəçi nikahın pozulması, uşaqların himayəsində saxlanılması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hazırda ərizəçi müvəqqəti təminat tədbiri qismində maraqlı şəxsdən uşaqların saxlanılması üçün alimentin tutulmasını xahiş edir. Məhkəmə kollegiyası şikayətin illlərdir oğlunun sağlamlığı ilə yaxından maraqlanması, bütün müalicə xərclərini qarşılaması, iddiaçının hər zaman uşaqları ilə soyuq münasibətdə olması, onun tərəfindən uşağa maddi və mənəvi dəstək olunsa da, ana atanın uşağı ilə təklikdə ünsiyyət qurmasına və onun həkimə aparmağıma maneələr yaratması, hazırda sabit aylıq gəlirinin 850 manat olması və illərdir oğlunun maddi təminatının, müalicələrinin onun tərəfindən qarşılanması dair dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin valideynin sonradan bağladığı nikah və həmin nikahdan doğulan uşağın mövcudluğu əvvəlki nikahdan olan uşağın maddi təminat səviyyəsinin azaldılmasına əsas vermir. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, ərizəçi azyaşlı uşaqlar onun himayəsində olduğundan Ailə Məcəlləsindən irəli gələn hüquqlarından istifadə edərək müvəqqəti olaraq cavabdehdən uşaqların saxlanması üçün aliment tutulması barədə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki işin icraatının davam etdiyi müddətdə valideynlərin uşaqları saxlamaq vəzifəsini, habelə tutulan vəsaitin müvəqqəti xarakter daşıdığını nəzərə alaraq bu qənaətə gəlir ki, şikayətin heç bir hüquqi əsası yoxdur və ona görə də şikayət təmin edilə bilməz. Bu mənada, hazırkı işin halları, mübahisənin mahiyyəti və tərəflərin münasibətləri baxımından birinci instansiya məhkəməsi əsaslı nəticəyə gəlmişdir. Ona görə də qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 357, 360, 398.0.3, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-10)-58/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-10)-58/2026
11.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver