Azәrbaycan Respublikası adından Qərardad Şәki şәhәri İş № e-16(3-10)-59/2026 07.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şәki Apellyasiya Mәhkәmәsinin hakimlәri - Sadiqov Zülfüqar Əhmәd oğlu (mәruzәçi hakim), Hüseynov Elçin Şirin oğlu vә X1 ibarәt tәrkibdә, әrizәçi Ərizәçi “müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi” barәdә әrizәsi üzrә qәbul edilmiş Zaqatala Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrәli qәrardadından әrizәçi Ərizәçi tәrәfindәn verilmiş şikayәtә Şәki Apellyasiya Mәhkәmәsinin inzibati binasında (Şәki Mәhkәmә Kompleksindә) apellyasiya qaydasında yazılı icraatda baxaraq, mәhkәmә kollegiyası MÜƏYYƏN ETDİ: Ərizәçi Ərizәçi ## #### 2026-cı ildә “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinet vasitәsi ilә “müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi” barәdә әrizә ilә Zaqatala Rayon Mәhkәmәsinә müraciәt edәrәk, Zaqatala rayonu Çökәkoba kәndi әrazisindә yerlәşәn 0,03 ha torpaq sahәsinin özgәninkilәşdirilmәsinә qadağa qoyulması barәdә qәrardad qәbul olunmasını xahiş etmişdir. Zaqatala Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrәli qәrardadı ilә әrizәçi Ərizәçi “müvәqqәti tәminat tәdbiri kimi Zaqatala rayonu Çökәkoba kәndi әrazisindә yerlәşәn 0,03 ha torpaq sahәsinin özgәninkilәşdirilmәsinә qadağa qoyulması” barәdә әrizәsi tәmin edilmәmişdir (hakim Zәrifә Mәmmәdova). Hәmin qәrardaddan narazı qalan әrizәçi Ərizәçi “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinet vasitәsi ilә Zaqatala Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrәli qәrardadından şikayәt verәrәk, Zaqatala Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qәrardadının lәğv olunması vә müvәqqәti tәminat tәdbirinin tәtbiqi barәdә әrizәsinin tәmin edilmәsi barәdә yeni qәrardad qәbul olunmasını xahiş etmişdir. Hәmin şikayәt әsasında iş üzrә qәbul edilmiş Zaqatala Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrardadı ilә Zaqatala Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrәli qәrardadından әrizәçi Ərizәçi tәrәfindәn verilmiş şikayәt tәmin edilmәmiş vә hәmin şikayәt Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 269.3-cü maddәsinin tәlәblәrinә uyğun olaraq işlә birlikdә baxılması üçün Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 269-cu maddәsinin tәlәblәrinә әsasәn, qәrardaddan verilmiş şikayәtә - qәrardadı qәbul etmiş birinci instansiya mәhkәmәsi tәrәfindәn 3 gün müddәtindә yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayәt әsaslıdırsa, hakim qәrardadı dәyişdirir vә ya lәğv edir vә mübahisәyә baxılması üçün tәrәflәrlә birlikdә sonrakı prosessual hәrәkәtlәri yerinә yetirir (maddə 269.2) vә әks tәqdirdә bu şikayәt baxıldıqdan sonra 7 gün müddәtindә işlә birlikdә apellyasiya instansiyası mәhkәmәsinә, bu Mәcәllәnin 32.5-ci maddәsindә nәzәrdә tutulmuş qaydada aidiyyәt haqqında qәrardaddan şikayәt verildikdә isә hәmin şikayәt bu Mәcәllәnin 403-1.5-ci maddәsinin tәlәblәri izah edilmәklә işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verilir vә iş kassasiya instansiyası mәhkәmәsinә göndәrilir(maddə 269.3). Hәmin Mәcәllәnin 397.1-ci maddәsinә әsasәn, Mülki-Prosessual Mәcәllәnin 269.3cü maddәsindә nәzәrdә tutulmuş әsaslar olduqda mәhkәmәnin qәrardadından verilәn ilkin şikayәt işlә birlikdә apellyasiya instansiyası mәhkәmәsinә göndәrilir. Hәmin Mәcәllәnin 397.2-ci maddәsinin tәlәblәrinә görә, apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. Şәki Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyası Azәrbaycan Respublikası Mülki- Prosessual Mәcәllәsinin 397.2-ci maddәsinin tәlәblәrinә uyğun olaraq, Zaqatala Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrәli qәrardadından әrizәçi Ərizәçi tәrәfindәn verilmiş şikayәtә apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qәrardaddan verilәn şikayәtә qarşı yazılı etiraz verilmәmişdir. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 398-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardad qәbul etdikdә, aşağıdakıları etmәk hüququ vardır: - mәhkәmәnin qәrardadını dәyişdirmәdәn saxlayıb şikayәti tәmin etmәmәk (maddə 398.0.1); qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk (maddə 398.0.2); qәrardadı tam vә ya qismәn lәğv edib, qәrardadla hәll edilmәli olan mәsәlәni hәll etmәk (maddə 398.0.3); qәrardaddan verilmiş şikayәtdәn imtina olunduqda, apellyasiya icraatına xitam vermәk (maddə 398.0.4). Mәhkәmә kollegiyası, şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdıraraq hesab edir ki, Zaqatala Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrәli qәrardadından әrizәçi Ərizәçi tәrәfindәn verilmiş şikayәt qismәn tәmin edilmәli vә işin yuxarıda qeyd edilәn konkret halları vә aşağıda tәsvir olunanlara әsasәn әrizәçi Ərizәçi “müvәqqәti tәminat tәdbiri kimi Zaqatala rayonu Çökәkoba kәndi әrazisindә yerlәşәn 0,03 ha torpaq sahәsinin özgәninkilәşdirilmәsinә qadağa qoyulması” barәdә әrizәsinin tәmin edilmәmәsinә dair qәbul edilmiş Zaqatala Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrәli qәrardadı tam lәğv edilәrәk, әrizәçi Ərizәçi “müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi” barәdә hәmin әrizәsinә birinci instansiya mәhkәmәsindә mahiyyәti üzrә yenidәn baxılması mәqsәdilә e-**(*-***)- **/**** nömrәli iş materialları Zaqatala Rayon Mәhkәmәsinә qaytarılmalıdır. Belә ki, iş materialları ilә müәyyәn olunur ki, әrizәçi Ərizәçi cavabdehlәr X4, X3, X5, X2, Balakәn “ASAN Xidmәt” Mәrkәzindә Notariat Ofisinә vә Azәrbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәtinin “xxxx” publik hüquqi şәxsә qarşı “alqı-satqı müqavilәsinin etibarsız hesab edilmәsi vә ondan irәli gәlәn hüquqi nәticәlәrin lәğv edilmәsi ” tәlәbinә dair mәhkәmә işi yekunlaşıb qәtnamә çıxarılanadәk, müvәqqәti tәminat tәdbiri kimi Zaqatala rayonu Çökәkoba kәndi әrazisindә yerlәşәn 0,03 ha torpaq sahәsinin özgәninkilәşdirilmәsinә qadağa qoyulması” barәdә әrizәsini onunla әsaslandırmışdır ki, o, “Zaqatala rayonu Çökәkoba kәndindә yerlәşәn 0,03 ha torpaq sahәsinin cavabdehlәr X3 vә X5 dair ##.##.2026-ci il tarixli *Ə-*** saylı vә *Ə-*** saylı müqavilәlәrin etibarsız hesab edilmәsi vә hәmin müqavilәlәr әsasında Azәrbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәtinin “xxxx” publik hüquqi şәxsin ** saylı Zaqatala Ərazi Idarәsi tәrәfindәn cavabdehlәr X3 vә X5 adına qeydiyyata alınan hüquqların (reyestr çıxarışları) lәğv edilmәsi” barәdә iddia әrizәsi ilә mәhkәmәyә müraciәt etmişdir. Ona görә dә, hal-hazırda hәmin torpaq sahәsinin digәr şәxslәrә özgәninkilәşdirilmәsinin qadağan edilmәsi barәdә müvәqqәti tәminat tәdbirinin qәbul edilmәsi zәruridir. Belә ki, mәhkәmәyә tәqdim etdiyi iddia әrizәsindә sadaladığı mәsәlәlәr hәll edilmәdәn, hәmin torpaq sahәsinin özgәninkilәşdirilmәsi - gәlәcәkdә başqa mәhkәmә mübahisәlәrinin yaranmasına zәmin yaradacaq vә bu da müәyyәn qәdәr vaxt vә maliyyә itkisinә sәbәb olacaqdır. Qeyd etdiyi iddia tәlәbi artıq mәhkәmәnin icraatına daxil olmuşdur. Hәmin iddia tәlәbindәn sonra cavabdeh şәxslәr “belә bir mәhkәmә mübahisәsindәn” xәbәrdar olaraq, torpaq sahәsini başqa yollarla başqa-başqa şәxslәrin adına özgәninkilәşdirә bilәrlәr. Mәhz buna görә dә hesab edir ki, torpaq sahәsinin özgәninkilәşdirilmәsinә qadağa qoyulmalıdır. Lakin, Zaqatala Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrәli qәrardadı ilә әrizәçi Ərizәçi müvәqqәti tәminat tәdbiri kimi “Zaqatala rayonunun Çökәkoba kәndi әrazisindә yerlәşәn 0,03 ha torpaq sahәsinin özgәninkilәşdirilmәsinә qadağa qoyulması” barәdә әrizәsi tәmin edilmәmiş vә hәmin qәrardadda birinci instansiya mәhkәmәsi - әrizәçi Ərizәçi “müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi” barәdә әrizәsinin tәmin edilmәmәsini onunla әsaslandırmışdır ki, “әrizәçi әrizәyә torpaq sahәsinin mülkiyyәtçilәrinә dair çıxarışı vә digәr sәnәdlәri әlavә etmәsinә baxmayaraq, iddia tәlәbinin kifayәt qәdәr әsaslılığına dair ilkin sübutlar tәqdim etmәmişdir vә mәhkәmә hesab edir ki, hazırki müvәqqәti tәminat tәdbirinin tәtbiqi gәlәcәkdә hәm cavabdehlәrin, hәm dә üçüncü şәxslәrin mülkiyyәt hüquqlarının pozulması ilә nәticәlәnә bilәr. Odur ki, mәhkәmә qeyd edilәnlәri nәzәrә alaraq hesab edir ki, iddiaçının müvәqqәti tәminat tәdbirlәrinin tәtbiqi barәdә әrizәsi әsassız olduğundan rәdd edilmәlidir”. Bununla belә, Zaqatala Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)- **/**** nömrәli qәrardadında birinci instansiya mәhkәmәsi tәrәfindәn aşağıdakı hallar da qeyd olunmuşdur: -“Iş materiallarında olan ##.##.2026-cı il tarixli Daşınmaz əmlakın alqı satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi 2500 manat müqabilində Ərizəçi etibarnamə əsasında nümayəndəsi X4 tərəfindən X3.” - “Iş materiallarında olan ##.##.2026-cı il tarixli Daşınmaz əmlakın alqı satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi 36000 manat müqabilində X3 tərəfindən X5.” Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 157.1-ci maddәsinә әsasәn, maraqlı şәxslәrin vә ya arbitraj mübahisәsi tәrәfinin әrizәsi ilә mәhkәmә müvәqqәti tәminat tәdbirlәrinin tәtbiqi barәdә qәrardad qәbul edә bilәr. Hәmin Mәcәllәnin 157.2-ci maddәsinә әsasәn, müvәqqәti tәminat tәdbirlәri cavabdehin, arbitraj mübahisәsi tәrәfinin vә ya digәr şәxslәrin hәrәkәtlәri (hәrәkәtsizliyi) nәticәsindә mövcud vәziyyәtin dәyişәcәyi tәqdirdә әrizәçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı vә ya әhәmiyyәtli dәrәcәdә çәtinlәşәcәyinin qarşısını almaq mәqsәdilә tәtbiq edilir. Hәmin Mәcәllәnin 157.3-cü maddәsinә әsasәn, müvәqqәti tәminat tәdbirinin tәtbiqi haqqında әrizә mәhkәmәdә iddia әrizәsi verilәnәdәk, iddia ilә eyni vaxtda vә ya mәhkәmә icraatının gedişindә, habelә mübahisәnin arbitraj mәhkәmәsi tәrәfindәn hәll edilmәsi üçün arbitraj icraatının başlanılmasına qәdәr vә ya arbitraj icraatı zamanı verilә bilәr. Hәmin Mәcәllәnin 157.4-cü maddәsinә әsasәn, iddia әrizәsi verilәnәdәk müvәqqәti tәminat tәdbirinin tәtbiqi haqqında әrizә verildikdә mәhkәmә 1 aydan çox olmayan müddәtә müvәqqәti tәminat tәdbirlәrinin tәtbiqi barәdә qәrardad qәbul edә bilәr. Qәrardadda müvәqqәti tәminat tәdbirinin qüvvәdәn düşәcәyi tarix qeyd edilmәlidir. Bu müddәt әrzindә iddia әrizәsi verilәrsә, müvәqqәti tәminat tәdbirlәrinin tәtbiqi mәsәlәsinә müvafiq vәsatәt әsasında yenidәn baxılır vә qәrardad qәbul edilir. Hәmin Mәcәllәnin 157.5-ci maddәsinә әsasәn, müvәqqәti tәminat tәdbirinin tәtbiqi haqqında әrizәdә - müvәqqәti tәminat tәdbiri tәtbiq edilmәdәn bu Mәcәllәnin 157.2-ci maddәsindә nәzәrdә tutulmuş mәqsәdlәrә nail olmağın mümkün olmadığı (maddə 157.5.1) vә iddia tәlәbinin kifayәt qәdәr әsaslılığına dair ilkin sübutların mövcudluğu (maddə 157.5.2) әsaslandırılmalıdır. Hәmin Mәcәllәnin 157.6-cı maddәsinә әsasәn, müvәqqәti tәminat tәdbirlәri bu Mәcәllәnin 157.2-ci maddәsindә göstәrilәn mәqsәdlәrә mütәnasib olmalı vә әks tәrәfin hüquqlarının lüzumsuz mәhdudlaşdırılması ilә nәticәlәnmәmәlidir. Hәmin Mәcәllәnin 157.7-ci maddәsinә әsasәn, mәhkәmәnin müvәqqәti tәminat tәdbirinin tәtbiqi barәdә qәrardadı müvәqqәti xarakter daşıyır vә işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Hәmin Mәcәllәnin 158-ci maddәsinin tәlәblәrinә görә, mәhkәmә - müvәqqәti tәminat tәdbiri kimi cavabdehdә vә ya arbitraj mübahisәsi tәrәfindә vә ya digәr şәxslәrdә olan cavabdehә vә ya arbitraj mübahisәsi tәrәfinә mәxsus әmlak üzәrinә hәbs qoya bilәr (158.1.1-ci maddə); müəyyən hərəkətləri etməyi cavabdehə vә ya arbitraj mübahisәsi tәrәfinә qadağan edə bilər (158.1.2-ci maddə); mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər (158.1.3-cü maddə). Hәmin Mәcәllәnin 160.1-ci maddәsinә әsasәn, müvәqqәti tәminat tәdbirlәri haqqında qәrardad dәrhal icra edilir. Göründüyü kimi, işin konkret halları vә Mülki-Prosessual Mәcәllәnin yuxarıda qeyd olunan tәlәblәri baxımından Zaqatala Rayon Mәhkәmәsi - ## #### 2026-cı il tarixli, e- **(*-***)-**/**** nömrәli qәrardadında qeyd olunan әsaslarla әrizәçi Ərizәçi “müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi” barәdә әrizәsini tәmin etmәmәkdә haqlı olmamış vә düzgün nәticәyә gәlmәmişdir. Yәni, hәmin әsaslar işin halları ilә uyğun gәlmir vә tәsdiq olunmur. Belә ki, әrizәçi Ərizәçi “müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi” barәdә hazırkı әrizә ilә Zaqatala Rayon Mәhkәmәsinә müraciәt edәrәk, “Zaqatala rayonu Çökәkoba kәndindә yerlәşәn 0,03 ha torpaq sahәsinin özgәninkilәşdirilmәsinә qadağa qoyulması” barәdә qәrardad qәbul olunmasını xahiş etmişdir. Eyni zamanda, hәmin әrizәdәn vә әrizәyә әlavә edilmiş sәnәdlәrdәn görünür ki, әrizәçi “müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi” barәdә hazırkı әrizәsinin әsaslandırdığı “alqı-satqı müqavilәsinin etibarsız hesab edilmәsi vә ondan irәli gәlәn hüquqi nәticәlәrin lәğv edilmәsi” tәlәbinә dair iddia әrizәsindә onun mülkiyyәtindә olmuş Zaqatala rayonu Çökәkoba kәndi әrazisindә yerlәşәn 0,03 ha torpaq sahәsinin 2026-cı ildә etibarnamә әsasında nümayәndәsi X4 tәrәfindәn X3, daha sonra isә hәmin torpaq sahәsinin X3 tәrәfindәn X5 ilә әlaqәdar bağlanmış alqı-satqı müqavilәlәrini vә hәmin müqavilәlәr әsasında aparılmış reyestr qeydiyyatı vә sәnәdlәrini mübahisәlәndirmişdir. Bu sәbәbdәn dә, әrizәçi hazırkı әrizәsindә mәlum mülki işә baxılıb yekunlaşanadәk, cavabdehlәr tәrәfindәn torpaq sahәsinin başqa şәxslәrin adına özgәninkilәşdirilmәsinin qarşısının alınması mәqsәdi ilә mәlum müvәqqәti tәminat tәdbirinin görülmәsini tәlәb edir. Çünki, cavabdehlәr әrizәçi Ərizәçi mәhkәmәdә “torpaq sahәsinin alqı-satqısına dair bağlanmış 4Ə-567 vә *Ə-*** saylı müqavilәlәrin” mübahisәlәndirmәsini nәzәrә almadan, daha әvvәl onun mülkiyyәtindә olmuş Zaqatala rayonu Çökәkoba kәndindә yerlәşәn 0,03 ha torpaq sahәsini özgәninkilәşdirdiklәri halda – qeyd olunan mübahisәlәndirilәn mәsәlә ilә әlaqәdar mövcud vәziyyәt dәyişәcәk vә bu hal - hazırkı mübahisәyә mәhkәmәdә baxılmasının, işin vaxtında vә tez araşdırılmasının әhәmiyyәtli dәrәcәdә çәtinlәşmәsinә sәbәb olacaqdır. Azәrbaycan Respublikasi Konstitusiya Mәhkәmәsi Plenumunun “Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 157 vә 158-ci maddәlәrinin bәzi müddәalarına dair” ## #### 2018-ci il tarixli Qәrarında qәrara alınmışdır ki, Azәrbaycan Respublikası Konstitusiyasının 127-ci maddәsinin 2-ci hissәsinin, Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 157 vә 158-ci maddәlәrinin tәlәblәrinә uyğun olaraq mәhkәmәlәr işdә iştirak edәn şәxs tәrәfindәn әrizәdә iddianı tәmin etmә tәdbirlәrinin tәtbiq edilmәsinin kifayәt qәdәr әsaslandırılmasına xüsusi diqqәt yetirmәli, әrizәdә irәli sürülәn dәlillәrin әsaslı olub-olmamasına hәrtәrәfli qiymәt vermәli, iddia tәlәbi ilә bu tәdbirlәr arasında әlaqәnin mövcud olmasını yoxlamalı, tәtbiq olunan tәdbirin irәli sürülmüş tәlәbә mütәnasib olmasını vә işdә iştirak edәn bütün şәxslәrin qanuni mәnafelәrini tәmin etmәklә әsaslandırılmış mәhkәmә aktı qәbul etmәlidir. Iş materiallarından görünür ki, hazırkı “müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi” barәdә әrizә әsasında “özgəninkiləşdirilməsinə qadağa qoyulmasının” tәlәb olunduğu torpaq sahәsi ilә әrizәçinin (iddiaçının) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi” tәlәbinә dair iddia әrizәsindә mübahisәnin predmeti olan torpaq sahәsi - eyni torpaq sahәlәri olmaqla, әrizәdә tәtbiq olunmasının tәlәb olunduğu “özgәninkilәşdirilmәsinә qadağa qoyulması” kimi müvәqqәti tәminat tәdbirinin - aidiyyәti üzrә iddia icraatı qaydasında baxılmalı olan hәmin mübahisәyә bağlı olmasını vә iddia tәlәbi ilә bu tәdbir arasında әlaqәnin mövcud olmasını tәsdiq edәn ilkin sübutlar mövcuddur. Hәmçinin, nәzәrә almaq lazımdır ki, mәhkәmәnin müvәqqәti tәminat tәdbirinin tәtbiqi barәdә qәrardadı müvәqqәti xarakter daşımaqla, işin qabaqcadan mahiyyәti üzrә hәll edilmәsi hesab edilmir vә elәcә dә, iddia icraatı qaydasında baxılan mübahisә üzrә mövcud iddia tәlәbinin mahiyyәt etibarilә әsaslılığı, yәni iddia tәlәbinin “tәmin”, “qismәn tәmin” vә yaxud, “rәdd” olunması mәsәlәlәrinin hәlli - “müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi” barәdә әrizәyә baxılması üzrә icraatda mümkün deyildir. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 2-ci maddәsinin tәlәblәrinә görә mülki işlәr vә kommersiya mübahisәlәri üzrә mәhkәmә icraatının vәzifәlәri hәr bir fiziki vә yaxud hüquqi şәxsin Azәrbaycan Respublikasının Konstitusiyasından, qanunlarından vә digәr normativ hüquqi aktlarından irәli gәlәn hüquq vә mәnafelәrinin mәhkәmәdә tәsdiq olunmasıdır (maddə 2.1) vә mülki mәhkәmә icraatı qanunçuluğun vә ictimai qaydanın bәrqәrar edilmәsinә, vәtәndaşların qanunlara dönmәdәn hörmәt ruhunda tәrbiyә edilmәsinә rәvac verir (maddə 2.2). Hәmin Mәcәllәnin 4.1-ci maddәsinә әsasәn, bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr. Bundan әlavә, mәhkәmә kollegiyası qeyd etmәyi lazım bilir ki, Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәnin tәlәblәrinә görә - müvәqqәti tәminat tәdbirinin tәtbiqi haqqında әrizә mәhkәmәdә iddia әrizәsi verilәnәdәk, iddia ilә eyni vaxtda vә ya mәhkәmә icraatının gedişindә verilә bilәr (maddə 157.3), iddia әrizәsi verilәnәdәk müvәqqәti tәminat tәdbirinin tәtbiqi haqqında әrizә verildikdә mәhkәmә 1 aydan çox olmayan müddәtә müvәqqәti tәminat tәdbirlәrinin tәtbiqi barәdә qәrardad qәbul edә bilәr (maddə 157.3), mәhkәmәnin müvәqqәti tәminat tәdbirinin tәtbiqi barәdә qәrardadı müvәqqәti xarakter daşıyır vә işin qabaqcadan mahiyyәti üzrә hәll edilmәsi hesab edilmir (maddə 157.7) vә hamıya bәlli olan hallar vә ya faktlar mübahisә edilә bilmәz vә onların sübuta ehtiyacı yoxdur (maddə 82.1). Belәliklә dә, yuxarıda tәsvir olunanlara vә işin konkret hallarına әsasәn müәyyәn olunur ki, Zaqatala Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrәli qәrardadında qeyd olunan әsaslarla әrizәçi Ərizәçi “müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi” barәdә әrizәsini tәmin etmәmәklә - birinci instansiya mәhkәmәsi düzgün nәticәyә gәlmәmiş vә haqlı olmamışdır. Ona görә dә, mәhkәmә kollegiyası hesab edir ki, hazırkı şikayәt qismәn tәmin edilәrәk, Zaqatala Rayon Mәhkәmәsinin ## #### 2026cı il tarixli, e-**(*-***)-**/**** nömrәli qәrardadı tam lәğv edilmәli vә әrizәçi Ərizәçi “müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi” barәdә әrizәsinә birinci instansiya mәhkәmәsindә mahiyyәti üzrә yenidәn baxılması mәqsәdilә e-**(*-***)-**/**** nömrәli iş materialları Zaqatala Rayon Mәhkәmәsinә qaytarılmalıdır. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 399-cu maddәsinә әsasәn, birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Yuxarıda göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 263-264, 395-399, 400 vә 402-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası Q Ə R A R A A L D İ: Zaqatala Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrәli qәrardadından әrizәçi Ərizәçi tәrәfindәn verilmiş şikayәt qismәn tәmin edilsin. Zaqatala Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-16(5-167)-34/2026 nömrәli qәrardadı tam lәğv edilsin. Ərizәçi Ərizәçi “müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi” barәdә әrizәsinә birinci instansiya mәhkәmәsindә mahiyyәti üzrә yenidәn baxılması mәqsәdilә e-**(*-***)-**/**** nömrәli iş materialları Zaqatala Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrаrdаd çıxarıldığı andan qаnuni qüvvәyә minir vә qәrardaddan kassasiya şikayәti verilә bilmәz.
Məhkəmə qərarları › İş №e-16(3-10)-59/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-10)-59/2026
07.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver