Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-16(3-10)-60/2026 07.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi uşaqlarla ünsiyyət tələbinə dair müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi ilə bağlı (Açar sözlər: müvəqqəti təminat tədbirinin tətbiqi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, Ərizəçi Ərizəçi uşaqlarla ünsiyyət tələbinə dair müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəsinin qismən təmin edilməsi barədə Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək Balakən Rayon Məhkəməsinin icraatında olan, onun cavabdeh Cavabdeh qarşı uşaqlarla ünsiyyət tələbinə dair e-2(5-112)- ***/**** nömrəli mülki iş həll edilənədək (iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmə aktı qanuni qüvvəyə minənə qədər, iddia təmin edildikdə məhkəmə aktının icrasına qədər) onun uşaqları ## #### 2020-ci il tarixdə anadan olmuş X4 və ## ###### 2023-cü il tarixdə anadan olmuş X3 ilə ünsiyyət hüququnun müəyyən edilməsi və ünsiyyət qaydasının hər həftənin şənbə günü 10:00-dan saat 17:00-dək cavabdeh Cavabdeh iştirakı olmadan təyin edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşağın onun yaşayış yeri üzrə ünvan 1 ünvanında saat 10:00-da cavabdeh Cavabdeh tərəfindən ona, həmin gün saat 17:00-da isə eyni ünvanda onun tərəfindən cavabdeh Cavabdeh təhvil verilməsi və ünsiyyətə cavabdeh Cavabdeh tərəfindən maneçilik törətməsinin qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi cavabdeh Cavabdeh ilə nikahlarını ##.##.2019-cu il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 147 nömrə ilə rəsmiləşdirməklə evlənmişdir. Cavabdehlə birgə nikahlarından ## #### 2020-ci il tarixdə X4 və ## ###### 2023-cü il tarixdə X3 adında iki uşaqları dünyaya gəlmişdir. Evləndikləri ilk vaxtlardan cavabdehlə ailə münasibətləri normal olmuşdur. Daha sonra aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermişdir. Cavabdeh Cavabdeh 2026-cı ilin yanvar ayında birgə nikahlarından olan iki uşağı da özü ilə apararaq valideynlərinin evinə getmişdir. Həmin vaxtdan uşaqları ilə ünsiyyətdə ola bilməmişdir. O, məhkəməyə uşaqla ünsiyyət tələbinə dair iddia ilə müraciət etmişdir. Məhkəmədə e-*(*-***)-***/**** nömrəli iş başlanılmışdır. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin icraatında olan iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı uşaqlarla ünsiyyət tələbinə dair Balakən Rayon Məhkəməsinin icraatında olan e-*(*-***)-***/**** nömrəli mülki iş həll edilənədək (Iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmə aktı qanuni qüvvəyə minənə qədər, iddia təmin edildikdə məhkəmə aktının icrasına qədər) ərizəçi Ərizəçi uşaqları- ## #### 2020-ci ildə anadan olmuş X4 və ## ###### 2023-cü il tarixdə doğulmuş X3 ilə ünsiyyət hüququnun müəyyən edilməsi; ünsiyyət qaydasının hər həftənin şənbə günü saat 11:00-dan 17:00-a kimi Cavabdeh iştirakı olmadan təyin edilməsi; ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqların onların yaşayış yeri üzrə Balakən şəhəri, Müslüm Maqomayev küçəsində yaşadıqları ünvanda hər həftənin şənbə günü saat 11:00da Cavabdeh tərəfindən Ərizəçi, həmin gün saat 17:00-da isə eyni ünvanda Ərizəçi Sədullah oğlu tərəfindən Cavabdeh təhvil verilməsi; Cavabdeh ərizəçi Ərizəçi Sədullah oğlunun uşaqları-## #### 2020-ci il tarixdə anadan olmuş X4 və ## ###### 2023-cü il tarixdə anadan olmuş X3 ilə ünsiyyətinə maneçilik törətməsinin qadağan olunması; ərizənin qalan hissədə təmin edilməməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Balakən Rayon Icra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardaddan cavabdeh Cavabdeh şikayət vermişdir. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)- **/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Ərizəçi Sədullah oğlu ilə Cavabdeh nikahlarını ##.##.2019-cu ildə Balakən rayon Qeydiyyat Şöbəsində 147 nömrə ilə qeydə aldırmaqla evlənmişlər. Birgə nikahlarından ## #### 2020-ci tarixdə X4 və ## ###### 2023-cü il tarixdə X3 adında iki uşaqları olmuşdur. Uşaqlar Cavabdeh himayəsindədirlər. Iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək uşaqlarla ünsiyyət tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. e-*(*-***)-***/**** nömrəli həmin mülki iş məhkəmənin icraatındadır. Cavabdeh ## #### 2020-ci il tarixdə anadan olmuş X4 və ## ###### 2023-cü il tarixdə anadan olmuş X3 Ərizəçi ilə ünsiyyətlərinə maneçilik törədir. Ona görə də ərizəçi Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Cavabdeh şikayətində göstərmişdir ki, valideynin ondan ayrı yaşayan uşaqla ünsiyyətdə olma hüququ onların arasında bir-birinə mənəvi bağlılıq tellərinin qorunmasına və daha da güclənməsinə xidmət etməklə yanaşı bu ünsiyyət uşağa mənəvi dayaq olmaqla onun fiziki və əqli inkişafına, tərbiyəsi və əxlaqına təsir edən mühüm amillərdən biridir. Ona görə uşaqla ünsiyyətdə olmaq üçün yetərli bir vaxtın müəyyən edilməsi uşaqdan ayrı yaşayan valideynin uşaqla ünsiyyətdə olmaqla bağlı pozulmuş hüququnun bərpa edilməsi ilə yanaşı ünsiyyətdə olan uşağın da üstün maraqlarının qorunmasına xidmət edir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2011-ci il tarixli */**** saylı Qərarının 1-ci bəndində göstərilir ki, ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmçinin həmin bənddə göstərilmişdir ki, uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideyinlik hüquqlarını real və maneəsiz həyat keçirə bilsin. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2011-ci il tarixli */**** nömrəli Qərarın 2.8-ci bəndində cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət müvəqqəti təminat tədbirinin tətbiq edildiyi göstərilmişdir. Buna görə də hesab etmişdir ki, məhkəmə qərardadı dəyişdirilməli, ərizəni qismən təmin etməklə azyaşlı uşaqlarla atasının hər həftədə bir gün 4 saat ünsiyyətdə olmaları müəyyən edilməlidir. Ərizəçi Ərizəçi məhkəməyə ##.##.2026-cı il tarixdə şikayətə qarşı etiraz göndərək etirazda qeyd etmişdir ki, apellyasiya şikayəti əsassızdır, şikayətdə uşaqların ataları ilə həftə sonu 8 saat ünsiyyətdə olmalarının onların psixologiyasına mənfi təsir göstərəcəyi iddia edilsə də, bu iddianı təsdiq edən heç bir sübut təqdim edilməmişdir. O, uşaqları ilə həftə içi deyil, məhz həftə sonu görüş tələb etmişdir ki, onların bağça və gələcək təhsil prosesinə, gündəlik həyat tərzinə heç bir maneə yaranmasın. Həftə sonları işləmədiyi üçün uşaqları ilə daha keyfiyyətli vaxt keçirmək, onların tərbiyəsində və inkişafında yaxından iştirak etmək istəyir. Uşaqları azyaşlıdır və hər iki valideynin qayğı və sevgisinə ehtiyac duyurlar. Xüsusilə 3 yaşlı oğlunun onunla sağlam mənəvi bağ qurması, qızı ilə kifayət qədər vaxt keçirməsi onların sağlam psixoloji inkişafı üçün vacibdir. Valideynlər arasında yaranmış şəxsi münasibətlər uşaqların ata ilə ünsiyyət hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Əgər həqiqətən uşaqların üstün mənafeyi və psixoloji inkişafı əsas götürülürsə, onların ataları ilə ünsiyyət müddətinin daha da azaldılması həmin mənafeyə uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, məhkəmə Ərizəçi uşaqları ilə ünsiyyəti üçün hər həftənin şənbə günü saat 11:00-dan 17:00-a kimi müddət müəyyən etmişdir. Məhkəmə tərəfindən Ərizəçi Sədullah oğlunun uşaqları ilə ünsiyyəti üçün həftəlik 168 saatlıq müddətin yalnız 6 saatının müəyyən olunması məhkəmənin qənaətinə görə minimal müddətdir və bundan az müddətin müəyyən edilməsi simvolik hesab oluna bilər, onların arasında bir-birinə mənəvi bağlılıq tellərinin soyumasına, ünsiyyət bağlarının zəifləməsinə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 157.3-cü maddələrinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair ## #### 2018-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsi həmin qərarda gəldiyi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar. Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir, - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016- cı tarixli, *- */**** nömrəli qərarın 7.1-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3- cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq uşaq yanında olan tərəfə digər tərəfin uşağı (uşaqları) ilə məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən uşağı tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir”. Beləliklə, kollegiya hesab edir ki, iş üzrə Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-10)-60/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-10)-60/2026
07.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver