Məhkəmə qərarları › İş №e-16(3-10)-61/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-10)-61/2026

11.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-16(3-10)-61/2026 11.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI X10 Ağdaş şəhəri, X7 küçəsində mülkiyyətində olan 0,037004 ha torpaq sahəsində yerləşən ** nömrəli, 4 girişli, 222.48 kv.m ümumi, 165.28 kv.m əsas, 57.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (mağaza), Ağdaş rayonu, Pirəyir kəndində mülkiyyətində olan 0,2 ha torpaq sahəsində yerləşən 1 girişli, 163.69 kv.m ümumi, 143.17 kv.m əsas, 20.52 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (“Kamil” restoranı) və Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yerləşən 3.36 ha digər təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsinin, hərraca çıxarılaraq satılmasının və bununla bağlı bütün hərəkətlərin edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan olunması ilə bağlı müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi ilə bağlı (Açar sözlər: müvəqqəti təminat tədbirinin tətbiqi, ləğv, təmin) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Musayev Taleh Bəhruz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X17 iştirakı ilə, X10 Ağdaş şəhəri, X7 küçəsində mülkiyyətində olan 0,037004 ha torpaq sahəsində yerləşən ** nömrəli, 4 girişli, 222.48 kv.m ümumi, 165.28 kv.m əsas, 57.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (mağaza), Ağdaş rayonu, Pirəyir kəndində mülkiyyətində olan 0,2 ha torpaq sahəsində yerləşən 1 girişli, 163.69 kv.m ümumi, 143.17 kv.m əsas, 20.52 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (“Kamil” restoranı) və Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yerləşən 3.36 ha digər təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsinin, hərraca çıxarılaraq satılmasının və bununla bağlı bütün hərəkətlərin edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan olunması ilə bağlı müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin rədd edilməsi haqqında Ağdaş Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadından X10 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X10 vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, Ağdaş şəhəri, X7 küçəsində mülkiyyətində olan 0,037004 ha torpaq sahəsində yerləşən ** nömrəli, 4 girişli, 222.48 kv.m ümumi, 165.28 kv.m əsas, 57.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasının (mağaza), Ağdaş rayonu, Pirəyir kəndində mülkiyyətində olan 0,2 ha torpaq sahəsində yerləşən 1 girişli, 163.69 kv.m ümumi, 143.17 kv.m əsas, 20.52 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (“Kamil” restoranı) və Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yerləşən 3.36 ha digər təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsinin, hərraca çıxarılaraq satılmasının və bununla bağlı bütün hərəkətlərin edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X4 Ağdaş şəhəri, X7 küçəsində mülkiyyətində olan 0,037004 ha torpaq sahəsində yerləşən ** nömrəli, 4 girişli, 222.48 kv.m ümumi, 165.28 kv.m əsas, 57.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasını (mağaza) əldə etmişdir. X4 ## #### 2001-ci ildə ölmüşdür. Anası Cavabdeh sözügedən əmlaka dair mülkiyyət hüququ ## ###### 2006-cı il tarixində vərəsəlik qaydasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ********* qeydiyyat nömrəli (903013000181-***** reyestr nömrəli) çıxarış verilmişdir. O, X4 birinci növbədən qanun üzrə vərəsəsidir, buna görə də o, Ağdaş şəhəri, X7 küçəsində mülkiyyətində olan 0,037004 ha torpaq sahəsində yerləşən ** nömrəli, 4 girişli, 222.48 kv.m ümumi, 165.28 kv.m əsas, 57.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasından (mağaza) vərəsəlik hüququ üzrə müvafiq pay ayrılmalı olduğu halda onun qanun üzrə vərəsəlik hüququ pozulmuş və əsassız şəkildə Ağdaş şəhəri, X7 küçəsində mülkiyyətində olan 0,037004 ha torpaq sahəsində yerləşən ** nömrəli, 4 girişli, 222.48 kv.m ümumi, 165.28 kv.m əsas, 57.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ ilə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X4 qanun üzrə vərəsələri qismində övladları - X8, X5, X6 və X1 çıxış etməkdədir. Sözügedən əmlak birgə nikah dövründə əldə edildiyindən bu əmlakın ½ hissəsi anası X11 məxsusdur. X4 öldüyündən onun sözügedən əmlaka dair ½ hissəsi onun qanun üzrə vərəsələri arasında bölünməlidir. Buna uyğun olaraq da onun Ağdaş şəhəri, X7 küçəsində mülkiyyətində olan 0,037004 ha torpaq sahəsində yerləşən ** nömrəli, 4 girişli, 222.48 kv.m ümumi, 165.28 kv.m əsas, 57.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (mağaza) dair 1/10 hissədə payı var. Buna baxmayaraq, onun vərəsəlik hüququ kobud şəkildə pozulmuş və sözügedən əmlak tam mülkiyyət hüququ ilə, atası öldükdən sonra cavabdehin adına rəsmiləşdirilmişdir. Belə ki, əmlaka dair vərəsəlik hüquqlarının pozulması cavabdehin həmin əmlakı satmaq istəyərkən ona məlum olmuşdur. O, əmlakda payının olduğunu bildirsə də, cavabdeh əsassız şəkildə bu əmlakı tam mülkiyyət hüququ üzrə öz adına rəsmiləşdirmiş və çıxarış almışdır. Bu səbəbdən də, Ağdaş şəhəri, X7 küçəsində mülkiyyətində olan 0,037004 ha torpaq sahəsində yerləşən ** nömrəli, 4 girişli, 222.48 kv.m ümumi, 165.28 kv.m əsas, 57.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (mağaza) dair X11 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli (308013013591-***** reyestr nömrəli) qeydiyyat ləğv edilməli və iddiaçının sözügedən əmlakın 1/10 hissəsinə münasibətdə mülkiyyət hüququ tanınmalıdır. Ağdaş rayonu, Pirəyir kəndində mülkiyyətində olan 0,2 ha torpaq sahəsində yerləşən 1 girişli, 163.69 kv.m ümumi, 143.17 kv.m əsas, 20.52 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (“Kamil” restoranı) və Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yerləşən 3.36 ha digər təyinatlı torpaq sahəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə qardaşı X1 ilə onun birgə vəsaitləri ilə əldə edilmişdir. Əmlakın əldə edilməsi zamanı əmlakın kimin adına rəsmiləşdirilməsi məsələsi müzakirə olunarkən anaları cavabdeh Sevinc Idrisovanın adına qeydiyyata alınması, bir müddət sonra isə, paylı mülkiyyət hüququ ilə yenidən onların adına keçirilməsi planlanmışdır. Bununla da, Ağdaş rayonu, Pirəyir kəndində mülkiyyətində olan 0,2 ha torpaq sahəsində yerləşən 1 girişli, 163.69 kv.m ümumi, 143.17 kv.m əsas, 20.52 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (“Kamil” restoranı) dair cavabdehin adına ********* qeydiyyat nömrəli, 903013000006-***** reyestr nömrəli çıxarış alınmışdır. Həmçinin, Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yerləşən 3.36 ha digər təyinatlı torpaq sahəsinə dair cavabdehin adına ********* qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarış alınmışdır. Lakin sonradan tərəfindən cavabdehdən Ağdaş rayonu, Pirəyir kəndində mülkiyyətində olan 0,2 ha torpaq sahəsində yerləşən 1 girişli, 163.69 kv.m ümumi, 143.17 kv.m əsas, 20.52 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (“Kamil” restoranı) və Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yerləşən 3.36 ha digər təyinatlı torpaq sahəsinə dair ½ hissədə mülkiyyət hüququnun qeydiyyata alınmasına dair hərəkətlərə başlamağı və həyata keçirməyi tələb etsə də, cavabdeh bundan birmənalı şəkildə imtina etməklə, yalan əqd vasitəsilə adına keçirilmiş əmlakı qanunsuz şəkildə mənimsəməyə çalışmışdır. Hazırda mübahisəli əmlaklar onun tərəfindən idarə edilir. Göründüyü kimi cavabdehlə aralarında olan bu faktiki müqavilə münasibətinə görə o, sözügedən daşınmaz əmlakları vəsaitləri hesabına alınmaqla onun adına rəsmiləşdirilməsini təmin etmək və sonra da onların hamısını yenidən adlarına keçirmək tapşırığın icrası ilə bağlı öz üzərinə öhdəlik götürmüşdür. Bütün bunlar isə, cavabdehlə aralarında şifahi şəkildə tapşırıq müqaviləsi münasibətinin olduğunu deməyə tam hüquqi əsas verir. Cavabdeh Sevinc Idrisovanın adına Ağdaş rayonu, Pirəyir kəndində mülkiyyətində olan 0,2 ha torpaq sahəsində yerləşən 1 girişli, 163.69 kv.m ümumi, 143.17 kv.m əsas, 20.52 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (“Kamil” restoranı) dair daşınmaz əmlakın dövlət reyestrində ********* nömrəli (903013000006- ***** reyestr nömrəli), Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yerləşən 3.36 ha digər təyinatlı torpaq sahəsinə dair ********* qeydiyyat nömrəli (************ reyestr nömrəli) qeydiyyatın ləğv edilməsi və onun sözügedən əmlaklar üzərində ½ hissədə mülkiyyət hüququnun tanınmasına, həmçinin Ağdaş şəhəri, X7 küçəsində mülkiyyətində olan 0,037004 ha torpaq sahəsində yerləşən ** nömrəli, 4 girişli, 222.48 kv.m ümumi, 165.28 kv.m əsas, 57.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (mağaza) dair ********* qeydiyyat nömrəli (903013000181-***** reyestr nömrəli) qeydiyyatın ləğv edilməsi və onun həmin əmlakın 1/10 hissəsinə münasibətdə mülkiyyət hüququ tanınmasına dair iddia tələbi ilə tərəflərindən Ağdaş Rayon Məhkəməsinə müraciət ediləcəkdir. Sözügedən iddia tələbi ilə bağlı məhkəmə prosesinin aylarla davam edəcəyini və iddia tələbinin təmin olunacağı təqdirdə onun icrasının çətinləşməsi və ya mümkünsüzlüyünün qarşısını almaq, həmçinin sözügedən əmlakların başqa şəxslərin adına özgəninkiləşdirilməsi riskini aradan qaldırmaq məqsədilə Ağdaş şəhəri, X7 küçəsində mülkiyyətində olan 0,037004 ha torpaq sahəsində yerləşən ** nömrəli, 4 girişli, 222.48 kv.m ümumi, 165.28 kv.m əsas, 57.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (mağaza), Ağdaş rayonu, Pirəyir kəndində mülkiyyətində olan 0,2 ha torpaq sahəsində yerləşən 1 girişli, 163.69 kv.m ümumi, 143.17 kv.m əsas, 20.52 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (“Kamil” restoranı) və Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yerləşən 3.36 ha digər təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsi, hərraca çıxarılaraq satılması və və bununla bağlı bütün hərəkətlərin edilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilməlidir. Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı ilə ərizə rədd edilmişdir. Qərardaddan X10 şikayət vermişdir. Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)- **/**** nömrəli qərardadı ləğv edilməli, X10 Ağdaş şəhəri, X7 küçəsində mülkiyyətində olan 0,037004 ha torpaq sahəsində yerləşən ** nömrəli, 4 girişli, 222.48 kv.m ümumi, 165.28 kv.m əsas, 57.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (mağaza), Ağdaş rayonu, Pirəyir kəndində mülkiyyətində olan 0,2 ha torpaq sahəsində yerləşən 1 girişli, 163.69 kv.m ümumi, 143.17 kv.m əsas, 20.52 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (“Kamil” restoranı) və Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yerləşən 3.36 ha digər təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsinin, hərraca çıxarılaraq satılmasının və bununla bağlı bütün hərəkətlərin edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan olunması ilə bağlı müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilməlidir. Birinci instansiya məhkəməsi ərizənin rədd edilməsinə dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ərizənin mahiyyətindən göründüyü kimi mübahisə predmeti olan əmlaklar iş materiallarına əlavə edilmiş sənədlərə əsasən Cavabdeh adına rəsmiləşdirilmişdir. Ərizəçinin ərizəsi təmin edildiyi halda, əmlak sahibi Cavabdeh mülkiyyətində olan əmlaklarından istifadə hüququnun məhdudlaşdırılması ilə yanaşı onun hüquqlarının pozulmasına səbəb olacaqdır. Bundan başqa, X10 ərizədə mülkiyyətçi Cavabdeh anası, X3 atası olmasını, həmçinin qeyd olunan əmlaklarda payının olmasını qeyd etsə də, miras qoyan şəxslə qohumluq faktını müəyyən edən mötəbər sübutları ərizəyə əlavə etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Ərizəçi şikayətində göstərmişdir ki, qanun müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün əsas meyar kimi mövcud vəziyyətin dəyişməsi nəticəsində gələcəkdə məhkəmə müdafiəsinin səmərəsizləşməsi və ya hüquqların bərpasının əhəmiyyətli dərəcədə çətinləşməsi riskini nəzərdə tutur. Hazırkı iş üzrə təqdim edilmiş ərizədə də məhz bu hal əsaslandırılmış, mübahisə predmeti olan əmlakların özgəninkiləşdirilməsi təhlükəsinin mövcud olduğu göstərilmişdir. Bununla yanaşı, məhkəmə nəzərə almamışdır ki, ərizəçi tərəfindən əmlak üzərində istifadə hüququnun məhdudlaşdırılması, sahiblik hüququnun əlindən alınması və ya cavabdehin həmin əmlakdan istifadə etməsinin qadağan edilməsi tələb edilməmişdir. Ərizədə yalnız mübahisə predmeti olan əmlakların özgəninkiləşdirilməsinin qarşısının alınmasına yönəlmiş müvəqqəti təminat tədbiri tələb edilmişdir. Deməli, tələb olunan təminat tədbiri cavabdehin mülkiyyət hüququnun mahiyyətinə müdaxilə etmir, onun əmlakdan istifadə imkanını məhdudlaşdırmır və yalnız mübahisənin mahiyyəti həll edilənədək mövcud hüquqi vəziyyətin qorunmasına xidmət edir. Bu baxımdan məhkəmənin təminat tədbirinin cavabdehin hüquqlarını poza biləcəyi barədə gəldiyi nəticə işin faktiki hallarına və tələbin məzmununa uyğun deyildir. Eyni zamanda, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Əgər məhkəmə təqdim olunmuş sübutları lazımi qaydada qiymətləndirmiş olsaydı, müəyyən edərdi ki, mübahisə predmeti olan əmlaklar faktiki olaraq ərizəçinin sahiblik və istifadəsindədir. Bu hal isə həm iddia tələblərinin ilkin əsaslılığını, həm də mübahisə predmeti olan əmlakların özgəninkiləşdirilməsi riskinin ərizəçinin hüquqlarının gələcəkdə müdafiəsini əhəmiyyətli dərəcədə çətinləşdirəcəyini təsdiq edir. Belə olan halda, Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsinin məqsədi və mahiyyətinə uyğun olaraq, mübahisə predmeti olan əmlakların yalnız özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə müvəqqəti təminat tədbirinin tətbiqi zəruri hesab edilməli idi. Məhkəmənin bu halları nəzərə almaması nəticəsində qəbul etdiyi qərardad qanunun düzgün tətbiq edilməməsinə və ərizəçinin mülkiyyət hüququnun əsassız şəkildə pozulmasına və pozulma təhlükəsinin yaranmasına səbəb olmuşdur. Çünki, hazırkı iş üzrə mübahisə predmeti olan əmlakların özgəninkiləşdirilməsi riski real və ciddidir. Əmlaklar üçüncü şəxslərə özgəninkiləşdirildiyi təqdirdə, gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrası əhəmiyyətli dərəcədə çətinləşəcək, hətta mümkünsüz ola biləcəkdir. Məhz buna görə, Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsinin məqsədinə uyğun olaraq, mübahisə predmeti olan əmlakların üzərinə həbs qoyulması və onların özgəninkiləşdirilməsinin qarşısının alınması zəruri müvəqqəti təminat tədbiri hesab edilməlidir. “Informasiya sisteminin iştirakçıları qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə icraatı ilə bağlı iş üçün əhəmiyyət kəsb edən halların araşdırılması üçün müvafiq olaraq hakimin sorğusu və ya hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq olunmuş və qanuni qüvvəyə minmiş qərarı əsasında EHIS vasitəsilə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən – vətəndaşlar və Azərbaycan Respublikasında daimi yaşayan, yaxud qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə vətəndaşlıq vəziyyəti aktları barədə məlumatlar əldə edə bilir” Məhkəmə qərardadında qeyd etmişdir ki, ərizəçi mübahisə predmeti olan əmlaklarda payının olmasını bildirsə də, miras qoyan şəxslə qohumluq münasibətini təsdiq edən mötəbər sübutları ərizəyə əlavə etməmişdir. Lakin məhkəmənin bu nəticəsi həm işin hallarına, həm də "Elektron məhkəmə" informasiya sistemi haqqında Əsasnamənin tələblərinə uyğun deyildir. Deməli, qanunvericilik məhkəməyə miras qoyan şəxslə ərizəçi arasındakı qohumluq münasibətlərini təsdiq edən məlumatları birbaşa dövlət informasiya ehtiyatlarından əldə etmək imkanı vermişdir. Bu imkanın məqsədi məhz vətəndaşın məhkəməyə müraciət hüququnun səmərəli həyata keçirilməsini təmin etmək, artıq dövlət informasiya sistemlərində mövcud olan məlumatların vətəndaşdan təkrar tələb edilməsinin qarşısını almaq və formal səbəblərlə məhkəməyə müraciət hüququnun məhdudlaşdırılmasına yol verməməkdir. Hazırkı işdə də məhkəmə, Əsasnamə ilə ona verilmiş səlahiyyətlərdən istifadə edərək, X21 Sistemi vasitəsilə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən miras qoyan şəxslə ərizəçi arasındakı qohumluq münasibətlərini, o cümlədən miras qoyanın ərizəçinin atası olub-olmamasını və digər ailə münasibətlərini asanlıqla müəyyən edə bilərdi. Lakin məhkəmə bu səlahiyyətdən istifadə etmədən, həmin məlumatların ərizəçi tərəfindən ayrıca təqdim edilməməsini təminat tədbirinin rədd edilməsi üçün əsas kimi qəbul etmişdir. Nəzərə alınmalıdır ki, müvəqqəti təminat tədbirlərinə dair ərizəyə baxılarkən məqsəd mübahisənin mahiyyəti üzrə bütün sübutların tam həcmdə toplanması deyil, iddia tələbinin ilkin əsaslılığının qiymətləndirilməsi və mübahisə predmeti üzrə mövcud vəziyyətin qorunmasının zəruriliyinin müəyyən edilməsidir. Məhkəmənin dövlət informasiya sistemlərində mövcud olan məlumatları araşdırmadan, yalnız həmin sənədlərin ərizəyə əlavə edilməməsinə istinad etməsi formal yanaşma olmaqla, ərizəçinin məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinə əsassız maneə yaratmışdır. Beləliklə, "Elektron məhkəmə" informasiya sistemi haqqında Əsasnamənin 1.3-cü və 11.2.22-ci bəndlərinin tələbləri nəzərə alındıqda, məhkəmənin qohumluq münasibətlərinin təsdiq edilməməsi barədə gəldiyi nəticə əsaslı hesab oluna bilməz. Əksinə, məhkəmə qanunvericiliklə ona verilmiş səlahiyyətlərdən istifadə etməklə həmin məlumatları dövlət reyestrindən əldə edib qiymətləndirməli idi. Həmçinin, tərəfimizdən bu şikayətə qoşma olaraq Ağdaş Rayon Qeydiyyat Şöbəsi tərəfindən qohumluğu təsdiq edən arayış təqdim edilmişdir. Görünür ki, qohumluq faktı vahid elektron sistemdə mövcuddur. Məhkəmə isə araşdırma aparmadan, qanunsuz və əsassız olaraq ərizənin rədd edilməsinə dair qərardad qəbul edilmişdir. Kollegiya hesab edir ki, ərizəçinin şikayətinin dəlilləri əsaslıdır. Şikayətə əlavə edilmiş Ağdaş rayon Qeydiyyat şöbəsinin ## ####### 2020-ci il tarixli, qeydiyyat nömrəsi 05/Q-309/14 olan arayışdan görünür ki, X6 ##.##.1973-cü ildə Ağdaş rayonunda anadan olmuşdur. ##.##.1973-cü ildə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən *** saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. X4, anası Cavabdehdır. Bu baxımdan, ərizəçinin miras qoyan şəxslə qohumluq faktını müəyyən edən mötəbər sübutları ərizəyə əlavə etməməsi əsası ilə ərizənin təmin edilməməsi ərizəçinin hüquqlarının pozulması ilə nəticələnə bilər. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, ərizəçinin tələb etdiyi müvəqqəti təminat tədbirinin təmin olunması mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair ## #### 2018-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsi həmin qərarda gəldiyi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar. Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir, - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Hazırki iş üzrə ərizənin təmin edilməsi hər üç meyara cavab verir. Beləliklə, kollegiya hesab edir ki, iş üzrə Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar vardır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.3-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 160.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə hazırki iş üzrə iddia ərizəsi verilənədək verildiyindən onun qüvvə olma müddəti 1 ay müəyyən edilməlidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: X10 tərəfindən verilmiş şikayət təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı ləğv edilsin. X10 Ağdaş şəhəri, X7 küçəsində mülkiyyətində olan 0,037004 ha torpaq sahəsində yerləşən ** nömrəli, 4 girişli, 222.48 kv.m ümumi, 165.28 kv.m əsas, 57.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (mağaza), Ağdaş rayonu, Pirəyir kəndində mülkiyyətində olan 0,2 ha torpaq sahəsində yerləşən 1 girişli, 163.69 kv.m ümumi, 143.17 kv.m əsas, 20.52 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (“Kamil” restoranı) və Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yerləşən 3.36 ha digər təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsinin, hərraca çıxarılaraq satılmasının və bununla bağlı bütün hərəkətlərin edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan olunması ilə bağlı müvəqqəti təminat tədbirinə dair ərizəsi təmin edilsin. Ağdaş şəhəri, X7 küçəsində mülkiyyətində olan 0,037004 ha torpaq sahəsində yerləşən ** nömrəli, 4 girişli, 222.48 kv.m ümumi, 165.28 kv.m əsas, 57.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (mağaza), Ağdaş rayonu, Pirəyir kəndində mülkiyyətində olan 0,2 ha torpaq sahəsində yerləşən 1 girişli, 163.69 kv.m ümumi, 143.17 kv.m əsas, 20.52 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (“Kamil” restoranı) və Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yerləşən 3.36 ha digər təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsinin, hərraca çıxarılaraq satılmasının və bununla bağlı bütün hərəkətlərin edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Bu qərardad ## ######## 2026-cı il tarixdə qüvvədən düşür. Qərardad dərhal icra edilsin. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar