Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-16(3-10)-62/2026 18.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbirinin tətbiqi, rədd qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizəsi üzrə Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh, Göyçay Rayon Notariat Ofisinə, Göyçay rayon Icra və probasiya şöbəsinə və "xxxx" MMC-yə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin, hərracın nəticələri barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, hərracın nəticələrinin ləğv edilməsi və digər tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Ərizəçi müvvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı qəbul edilənədək Göyçay rayonu, Kürdəmiş kəndində yerləşən, ümumi sahəsi 2,1099 ha olan torpaq sahəsində yetişmiş meyvələrin yığılmasının, satılmasının, özgəninkiləşdirilməsinin və hər hansı üçüncü şəxslərə verilməsinin cavabdeh Cavabdeh və digər şəxslərə qadağan edilməsini məhkəmədən xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı ilə Ərizəçi Ərizəçi iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı qəbul edilənədək Göyçay rayonu, Kürdəmiş kəndində yerləşən, ümumi sahəsi 2,1099 ha olan torpaq sahəsində yetişmiş meyvələrin yığılmasının, satılmasının, özgəninkiləşdirilməsinin və hər hansı üçüncü şəxslərə verilməsinin cavabdeh Cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsi təmin edilməmişdir. Ərizəçi ##.##.2026-cı il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadının ləğv edilməsini və müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı ilə şikayəti təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)- **/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Göyçay rayonu, Kürdəmiş kəndində yerləşən, ümumi sahəsi 2,1099 ha olan torpaq sahəsi Göyçay Rayon Icra və Probasiya Şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən ##.##.2025-ci il tarixdə keçirilmiş hərracın nəticələrinə əsasən satılmış, hərracın nəticələri barədə ##.##.2025-ci il tarixli, ****************** nömrəli protokola əsasən Cavabdeh hərracın qalibi elan edilmiş və mübahisəli torpaq sahəsini əldə etmişdir. Beləliklə, hazırda mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ Cavabdeh məxsusdur. Həmin şəxs mübahisəli əmlakı qanunla müəyyən edilmiş qaydada keçirilmiş hərrac nəticəsində əldə etmişdir. Hazırkı mərhələdə hərracın nəticələri və həmin əmlak üzərində yaranmış mülkiyyət hüququ etibarsız hesab edilmədiyindən və ya ləğv edilmədiyindən Cavabdeh mübahisəli torpaq sahəsinin qanuni mülkiyyətçisi hesab olunur və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsi ilə ona verilmiş sahiblik, istifadə və sərəncam hüquqlarından istifadə etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 157.2-ci və 157.6-cı maddələrinin tələblərinə əsasən, müvəqqəti təminat tədbiri yalnız ərizəçinin hüquqlarının gələcəkdə qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi hallarda tətbiq edilməli, eyni zamanda tətbiq olunan tədbir irəli sürülmüş tələbə mütənasib olmalı və qarşı tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına səbəb olmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli və ## ###### 2023-cü il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, müvəqqəti təminat tədbiri tətbiq edilərkən məhkəmə iddia tələbi ilə seçilmiş təminat tədbiri arasında əlaqənin mövcudluğunu, tədbirin zəruriliyini və mütənasibliyini qiymətləndirməli, işdə iştirak edən bütün şəxslərin qanuni mənafeləri arasında ədalətli tarazlığı təmin etməlidir. Hazırkı halda iddiaçı tərəfindən tələb olunan təminat tədbiri mübahisəli torpaq sahəsində yetişmiş meyvələrin yığılmasının, satılmasının, özgəninkiləşdirilməsinin və üçüncü şəxslərə verilməsinin qadağan edilməsindən ibarətdir. Bu tədbirin tətbiqi isə hazırda həmin torpaq sahəsinin qanuni mülkiyyətçisi olan Cavabdeh mülkiyyət hüququndan irəli gələn istifadə və bəhrə götürmək hüququnun əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə nəticələnər. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələb olunan müvəqqəti təminat tədbiri tətbiq ediləcəyi təqdirdə cavabdehin mülkiyyət hüququnun həyata keçirilməsi faktiki olaraq mümkünsüz olacaq, bu isə müvəqqəti təminat tədbirlərinin mahiyyətinə uyğun olmayaraq iddia tələbinin mahiyyəti üzrə əvvəlcədən təmin edilməsinə gətirib çıxaracaqdır. Halbuki, müvəqqəti təminat tədbiri mübahisənin mahiyyəti üzrə həllini qabaqlamamalı və tərəflərdən birinə üstünlük yaratmamalıdır. Bundan əlavə, ərizəçi tərəfindən göstərilən hallar MPM-in 157.2-ci maddəsində nəzərdə tutulan, məhkəmənin gələcək qətnaməsinin icrasının mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyini təsdiq edən kifayət qədər əsaslı ilkin sübutlarla təsdiq edilməmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlmişdir ki, ərizəçinin tələb etdiyi müvəqqəti təminat tədbiri mütənasib deyil, cavabdehin hazırda mövcud olan mülkiyyət hüququnun həyata keçirilməsini əsassız şəkildə məhdudlaşdırır və tərəflərin hüquq və qanuni mənafeləri arasında balansı pozur. Bu səbəbdən Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbirlərini mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iş üzrə Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-10)-62/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-10)-62/2026
18.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver