Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-16(3-10)-66/2026 18.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizəsi üzrə (Açar sözlər: şikayətdən imtina, apellyasiya icraatına xitam) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizəsi üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun cavabdeh Cavabdeh qarşı aralarında bağlanmış nikahın pozulması, uşaqların himayəmdə saxlanılmaları və aliment tələbinə dair Şəki Rayon Məhkəməsinin icraatında olan *(*-***)-***/**** nömrəli mülki iş üzrə yekun qərar çıxarılanadək faktiki olaraq himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları -## ###### 2018-ci il təvəllüdlü X1 və ## ###### 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Cavabdeh hər ay hər bir uşaq üçün sonrakı artımlarda nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.75 misli həddində sabit pul məbləğində alimentin alınaraq ona verilməsi verilm dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Rаyоn Məhkəməsinin ##.##.2026-ci il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə ərizə qismən təmin edilərək, Müvəqqəti təminat tədbiri kimi *(*-***)-***/**** saylı mülki işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı çıxarılanadək ## ###### 2018-ci il təvəllüdlü X1 və ## ###### 2019-cu il təvəllüdlü X2 üçün Cavabdeh hər ay, hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilməsi, qərardad dərhal icra edilməklə, qərardadın icrası Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh ##.##.2026-cı il tarixdə şikayət ilə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı ilə maraqlı şəxs Cavabdeh şikayətinin təmin edilməsi, Şəki Rаyоn Məhkəməsinin ##.##.2026-ci il tarixli, **(*-***)-**/**** saylı qərardadının ləğv edilməsi, ərizəçi Ərizəçi aliment barədə müvəqqəti təminat tədbiri haqqında ərizəsi rədd edilməsi qərara alınmışdır. Ərizəçi Ərizəçi həmin qərardaddan şikayət verərək, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavadeh Cavabdeh ## ###### 2026-cı il tarixdə məhkəməyə ərizə göndərək bildirmişdir ki, icra tədbirləri nəticəsində artıq uşaqlar ona qaytarılmışdır. Belə olan halda onun aliment istəməsi barədə ərizəsi üzrə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə qərardad çıxarılmasına zərurət qalmır. Ərizəçi Ərizəçi ## ###### 2026-cı il tarixdə məhkəməyə ərizə göndərək Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadından verdiyi şikayətə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi Ərizəçi şikayətdən imtina etməsi barədə verdiyi ərizə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə əsasən Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 398.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsin qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi Ərizəçi şikayətdən imtina etməsi iş üzrə digər tərəflərin hüquq və maraqlarına toxunmur və onа görə də, hazırki iş üzrə ərizəçi Ərizəçi şikayətdən imtina ərizəsi qəbul edilməli və ərizəçi Ərizəçi münasibətdə işin apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Ərizəçi Ərizəçi Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadından verdiyi şikayətdən imtinası qəbul edilsin. Ərizəçi Ərizəçi münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-10)-66/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-10)-66/2026
18.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver