Məhkəmə qərarları › İş №e-16(3-10)-72/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-10)-72/2026

01.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-16(3-10)-72/2026 01.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi cavabdeh Cavabdeh qarşı “müvəqqəti aliment tutulması və əmlak üzərinə həbs qoyulması” barədə ərizəsi üzrə (Açar sözlər: Müvəqqəti təminat, qüvvə) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mustafayev Etibar Mustafa oğluvə İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, yazılı icraat qaydasında bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: Ərizəçi Ərizəçi cavabdeh Cavabdeh qarşı “müvəqqəti aliment tutulması və əmlak üzərinə həbs qoyulması” tələbinə dair müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək azyaşlı, ##.##.2020-ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X3 üçün cavabdehdən sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində sabit pul məbləğində alimentin tutularaq ərizəçiyə ödənilməsi və cavabdehə məxsus, Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0.4883 ha torpaq sahəsinin üzərinə həbs qoyulması (özgəninkiləşdirilməsinin qadağan olunması) barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi cavabdeh Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması, aliment və əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Ərizəçi ilə cavabdeh Cavabdeh arasında ##.##.2019- cu il tarixində bağlanmış və Qəbələ "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində 249 № ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan azyaşlı uşaqların - ##.##.2020-ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X3 hüquqi cəhətdən iddiaçının himayəsinə verilməsi, azyaşlı uşaqların saxlanılması üçün onların yetkinlik yaşına çatanadək cavabdehdən sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması, ##.##.2023-cü il tarixində cavabdehin adına alınmış “KIA CEED MİNİK” markalı, ** HP *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə iddiaçının pay hüququnun tanınması, cavabdehə məxsus, Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0.4883 ha sahəsində tərəflərin birgə nikahları dövründə inşa etdikləri fərdi yaşayış evinin (təchiz olunmuş məişət və digər bütün avadanlıqlarla birlikdə) dəyərinin ½ hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, birgə nikah dövründə cavabdehin adına “xxxx” ASC-yə əmanət olaraq yerləşdirilmiş pul məbləğinin ½ hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd olunduğu kimi, ##.##.2026-cı il tarixində iddiaçı uşaqları ilə birlikdə birgə nikah dövründə inşa etdikləri evdən ayrılmış və öz atasına məxsus evdə yaşamağa başlamışdır. Azyaşlı uşaqlar ərizəçinin himayəsindədir və uşaqların bütün maddi və mənəvi bütün ehtiyaclarını iddiaçı qarşılayır. Bu hal da uşaqları təkbaşına saxlayan ana üçün maddi olaraq çox çətindir. Cavabdeh isə uşaqların saxlanılmasında uzun müddətdir ki, ümumiyyətlə iştirak etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli, 8-*/**** №-li Qərarına əsasən nikahın pozulması və aliment tələbinə dair işə baxılması ər-arvada barışıq üçün vaxt verilməsi ilə əlaqədar olaraq təxirə salındıqda məhkəmə cavabdehin uşağın saxlanmasında iştirak edibetmədiyini aydınlaşdırmalı və əgər cavabdehin bu vəzifəni yerinə yetirmədiyini müəyyən edərsə Ailə Məcəlləsinin 101-ci maddəsinin tələbinə müvafiq olaraq mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək alimentin müvəqqəti tutulması barədə qərardad çıxara bilər. Bu qərardad dərhal icra edilir və şikayət verilməsi onun icrasını dayandırmır. Bu səbəbdən də hesab edirəm ki, azyaşlı uşaqların təminatı baxımından onların mənafeyi naminə iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək azyaşlı uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iddia tələbindən göründüyü kimi, iddia tələbi həm də birgə nikah dövründə inşa edilmiş evin dəyərinin, eləcə də cavabdehin adına banka əmanət olaraq yerləşdirilmiş pul vəsaitlərinin ½ hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlıdır. Qeyd olunan iddia tələbinin əsaslı olması iddiaya əlavə olunmuş ilkin sübutlarla da təsdiq olunur və tələbin təmin ediləcəyi təqdirdə məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə cavabdehə məxsus torpaq sahəsinin üzərinə həbs qoyulması (özgəninkiləşdirilməsinin qadağan olunması) zəruridir. Belə ki, tərəflərin nikahı rəsmiləşdirilməmişdən qısa müddət öncə atası tərəfindən cavabdehə Qəbələ rayonu Vəndam qəsəbəsində 0.4883 ha sahəsi olan torpaq sahəsi bağışlanmış və həmin torpaq sahəsinə dair cavabdehin adına ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırki ərizəyə əlavə edilmiş, mygov tərəfindən verilmiş arayışdan görünr ki, tərəflər, yəni Cavabdeh ilə X5 ##.##.2019-cu il tarixində nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra arvada Nadirli soyadı verilmişdir. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı ilə, ərizəçi Ərizəçi cavabdeh Cavabdeh qarşı “müvəqqəti aliment tutulması və əmlak üzərinə həbs qoyulması” tələbinə dair müvəqqəti təminat tədbiri barədə ərizəsinin qismən təmin edilməsi, ##.##.2026-cı il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla ##.##.2020-ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X3 üçün hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində alimentin Cavabdeh Ərizəçi xeyrinə tutulması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Ərizəçi Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə şikayətlə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı ilə, ərizəçi Ərizəçi nümayəndəsi və vəklili Nümayəndə tərəfindən verilmiş şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1, 157.2, 157.5, 159.1, 159.2, 160.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin müəyyən etdiyi aliment miqdarı, yəni hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində aliment hər uşağa üçün aylıq 150 manat təşkil edir ki, bu da 2026-cı il üçün müəyyən edilmiş minimum aliment məbləğindən də azdır. Hansı ki, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi məhkəmənin müəyyən etdiyi alimentin miqdarı, heç 2026-cı ilə dair uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, yəni 260 manatı nəinki əhatə edir, hətta həmin məbləğdən də təxminən 50 faiz azdır. Nəzərə almaq lazımdır ki, Qanunla müəyyən edilmiş həmin məbləğ uşaqların yaşayışı üçün minimum məbləğdir. Həmçinin məhkəmə bu hissə ilə bağlı qərardadında qeyd etmişdir ki, məhkəmə belə qənaətə gələrkən cavabdehin maddi vəziyyəti barədə halhazırda məlumat olmamasını nəzərə alır. Hesab edirik ki, ən azından minimum yaşayış məbləği həddində alimentin müəyyən edilməsi ümumiyyətlə cavabdehin maddi vəziyyətindən asılı ola bilməz. Bundan başqa, hazırki şikayətə əlavə olunmuş mygov-dan çıxarışlarla müəyyən olunur ki, hazırki iş üzrə cavabdeh Cavabdeh “Vəndam qəsəbə Elnur Bəşirov adına * nömrəli tam orta məktəb”də hərbi rəhbər vəzifəsində çalışır və əmək haqqısı aylıq 457,2 manatdır, bundan başqa o, aylıq 511,31 manat pensiya alır. Qeyd olunanlara əsasən hesab edir ki, ərizə alimetlə bağlı hissədə tam təmin edilməlidir. Digər hissədə, yəni cavabdehə məxsus torpaq sahəsinin üzərinə həbs qoyulması hissəsində isə qeyd edirik ki, bu hissədə də məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, həmin hissədə məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsi tərəflərin birgə nikahlarından əvvəl əldə olunmuş və onun adına qeydiyyata alınmışdır. Bununla bağlı bildirir ki, həm iddia ərizəsində, həm də müvəqqəti təminat tədbirinə dair ərizədə göstərildiyi kimi, qeyd olunan torpaq sahəsi mübahisə predmeti deyildir, yəni həmin torpaq sahəsinin bölgüsü tələb olunmur. Qeyd olunan torpaq sahəsinin üzərinə müvəqqəti təminat tədbiri kimi həbs qoyulmasının tələb edilməsi, məhz iddia tələbinin birgə nikah dövründə inşa edilmiş fərdi yaşayış evinin dəyərinin ½ hissəsinin cavabdehdən tutulmalı olması ilə bağlıdır. Belə ki, qeyd olunan torpaq sahəsində tərəflərin birgə nikahları dövründə və birgə vəsaitləri hesabına fərdi yaşayış evi inşa edilmişdir. Təqdim olunmuş foto şəkillərə əsasən də təxmin etmək mümkündür ki, qeyd olunan fərdi yaşayış evinin dəyəri 100.000 manatdan daha artıqdır. Belə olan halda, qeyd olunan evin dəyərinin ½ hissəsinin cavabdehdən tutulması barədə gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədilə həmin torpaq sahəsinin üzərinə həbs qoyulması zəruridir. Həmçinin qeyd edir ki, Qəbələ Rayon Məhkəməsinin e-**(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin təmin edilməsi və hazırki iş üzrə tərəflər arasında mübahisə predmeti olan və cavabdeh Cavabdeh mülkiyyətində olan “KİA Ceed” minik markalı, 77- HP-438 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Qeyd olunan məhkəmə qərardadının icrası ilə maraqlanan zaman müəyyən edilmişdir ki, məhkəmə qərardadı dərhal icraya yönəldilməsinə, eləcə də icra məqsədilə icra məmurutərəfindən ##.##.2026-cı il tarixli məktubla müvafiq quruma müraciət edilməsinə baxmayaraq, cavabdeh qeyd olunan avtomobili öz adından qeydiyyatdan çıxarmışdır. Belə ki, Şəki RQİ və TBŞ-nin rəisi C.Vəliyev tərəfindən Qəbələ rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, Daxili İşlər Nazirliyinin mərkəzi informasiya sistemində “KİACeed” minik markalı, **-HP- *** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2026-cı il tarixdə Cavabdeh adından qeydiyyatdan çıxmışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh mübahisə ilə bağlı, eləcə də məhkəmə qərardadından məlumatlı olduğundan öz adına qeydiyyatdan keçmiş əmlakları qəsdən özgəninkiləşdirməklə gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasından yayınmağa çalışır. Qeyd olunan səbəblərdən hesab edirik ki, hazırki halda məhkəmə qərardadı ərizənin təmin edilməyən hissəsində ləğv edilməli və ərizəçinin müvəqqəti təminat tədbiri barədə ərizəsi tam təmin edilməlidir. Odur ki, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, e-**(*-***)-**/**** saylı qərardadının qismən, yəni ərizənin təmin olunmayan hissəsində ləğv edilməsi və müvəqqəti təminat tədbirinə dair ərizənin tam təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.5.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tələbi haqqında ərizədə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. 158.2-ci maddəsinə əsasən məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 101.1-ci maddəsinə əsasən məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir. «Uşaq hüquqları haqqında» Beynəlxalq Konvensiyanın; 6-cı maddəsinə əsasən, hər bir uşaq yaşamaq üçün ayrılmaz hüquqa malikdir və buna görə də dövlət uşağın sağ qalmasına və inkişafını təmin etməyə borcludur. 3-cü maddəsinə əsasən, uşaq barəsində bütün tədbirlərdə onun manefeləri tam həcmdə nəzərə alınmalıdır. Əgər uşağa müvafiq qayğı üçün məsuliyyət daşıyan valideyn(lər) və ya digər şəxslər bu qayğını göstərməmişsə, onda dövlət uşağı müvafiq qayğı ilə təmin etməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanununun; «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün hüquqi və fiziki şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafeylərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafeyləri məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, e-**(*-***)-**/**** saylı qərardadının qismən, yəni ərizənin təmin olunmayan hissəsində ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, e- **(*-***)-**/**** saylı qərardadını ərizənin təmin olunmayan hissəsində yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Ərizəçi ilə Cavabdeh birgə nikahlarından ##.##.2020ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X3 adlı uşaqları vardır. Ərizəçi nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması, aliment və əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hazırda ərizəçi müvəqqəti təminat tədbiri qismində maraqlı şəxsdən uşaqların saxlanılması üçün alimentin tutulmasını və cavabdehə məxsus Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0.4883 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasını xahiş edir. Məhkəmə kollegiyası şikayətin cavabdehin Vəndam qəsəbə Elnur Bəşirov adına * nömrəli tam orta məktəbdə hərbi rəhbər vəzifəsində çalışması və əmək haqqısının aylıq 457,2 manat olması, bundan əlavə 511,31 manat pensiya alması, nəzərə alınaraq ərizənin alimentlə bağlı hissədə tam təmin edilməli olmasına dair dəlilləri ilə bağlı qeyd edir ki, Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə kollegiyası şikayətin həbs qoyulması tələb olunan torpaq sahəsində tərəflərin birgə nikahları dövründə və birgə vəsaitləri hesabına fərdi yaşayış evi inşa edilməsi, qeyd olunan evin dəyərinin ½ hissəsinin cavabdehdən tutulması barədə gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədilə həmin torpaq sahəsinin üzərinə həbs qoyulmasının zəruri olması cavabdehin mübahisə ilə bağlı, eləcə də məhkəmə qərardadından məlumatlı olduğundan öz adına qeydiyyatdan keçmiş əmlakları qəsdən özgəninkiləşdirməklə gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasından yayınmağa çalışmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təminat tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyrimümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Birinci instansiya məhkəməsi tələbin qeyd olunan hissəsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.4883 ha kənd təsərrüfatı təyinatlı torpaqları tərəflərin birgə nikahları bağlanmazdan(##.##.2019-cu il) əvvəl, yəni ##.##.2019-cu il tarixdə cavabdeh Cavabdeh mülkiyyətinə verildiyi üçün ərizə həmin hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir. Belə ki, iş materiallarında olan ##.##.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışına əsasən müəyyən edilir ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.4883 ha kənd təsərrüfatı təyinatlı torpaqları hazırda Cavabdeh xüsusi mülkiyyətindədir. İşdə olan “mygov” rəqəmsal hökumət platformasından alınan “nikah haqqında şəhadətnamə məlumatları”ından müəyyən edilir ki, Cavabdeh və X5 nikahları ##.##.2019cu il tarixində bağlanmış və Qəbələ "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində 249 № ilə qeydə alınmışdır. Ərə və arvada Nadirli soyadı verilmişdir. Məhkəmə kollegiyası ərizəçinin şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək qeyd edir ki, müvəqqəti təminat tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, müvəqqəti təminat tədbiri tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə kollegiyası, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Konstitusiya Məhkəməsi Plenumunun X4 şikayəti üzrə 2017-ci il ## ### tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən kollegiya hesab edir ki, ərizəçi Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 357, 360, 398.0.3, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Ərizəçi Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar