Azәrbaycan Respublikası adından Qərardad Şәki şәhәri İş № e-16(3-10)-75/2026 09.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şәki Apellyasiya Mәhkәmәsinin hakimlәri - Sadiqov Zülfüqar Əhmәd oğlu (mәruzәçi hakim), Hüseynov Elçin Şirin oğlu vә X1 ibarәt tәrkibdә, әrizәçi Ərizәçi “müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi” barәdә әrizәsi üzrә qәbul edilmiş Göyçay Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrәli qәrardadından әrizәçi Ərizәçi tәrәfindәn verilmiş şikayәtә Şәki Apellyasiya Mәhkәmәsinin inzibati binasında (Şәki Mәhkәmә Kompleksindә) apellyasiya qaydasında yazılı icraatda baxaraq, mәhkәmә kollegiyası MÜƏYYƏN ETDİ: Ərizәçi Ərizәçi ## #### 2026-cı ildә “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinet vasitәsi ilә “müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi” barәdә әrizә ilә Göyçay Rayon Mәhkәmәsinә müraciәt edәrәk, mübahisә predmeti olan Bakı şәhәri, Sabunçu rayonu, Maştağa qәsәbәsi, Hәzi Aslanov küçәsi, döngә 5, ev 10 (yeni qaydalarla: AZ 1039, ünvan 1) ünvanında yerlәşәn yaşayış evinin (mәnzilin) üzәrinә hәbs qoyulması, hәmin daşınmaz әmlakın satılmasının, bağışlanmasının, dәyişdirilmәsinin, ipoteka ilә yüklü edilmәsinin vә digәr şәxslәrin adına özgәninkilәşdirilmәsinin qadağan edilmәsi vә müvәqqәti tәminat tәdbirinin icrası üçün qәbul edilәcәk müvafiq qәrardadın Daşınmaz Əmlakın Dövlәt Reyestrinә göndәrilmәsi barәdә qәrardad qәbul olunmasını xahiş etmişdir. Göyçay Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrәli qәrardadı ilә әrizәçi Ərizәçi “müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi” barәdә әrizәsi tәmin edilmәmişdir (hakim Cavid Camalzadә). Hәmin qәrardaddan narazı qalan әrizәçi Ərizәçi “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinet vasitәsi ilә Göyçay Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrәli qәrardadından şikayәt verәrәk, Göyçay Rayon Mәhkәmәsi tәrәfindәn qәbul edilmiş hәmin qәrardadın lәğv edilmәsi vә müvәqqәti tәminat tәdbirinin tәtbiqi barәdә yeni qәrardad qәbul olunmasını xahiş etmişdir. Hәmin şikayәt әsasında iş üzrә qәbul edilmiş Göyçay Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrardadı ilә Göyçay Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrәli qәrardadından әrizәçi Ərizәçi tәrәfindәn verilmiş şikayәt tәmin edilmәmiş vә hәmin şikayәt Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 269.3-cü maddәsinin tәlәblәrinә uyğun olaraq işlә birlikdә baxılması üçün Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 269-cu maddәsinin tәlәblәrinә әsasәn, qәrardaddan verilmiş şikayәtә - qәrardadı qәbul etmiş birinci instansiya mәhkәmәsi tәrәfindәn 3 gün müddәtindә yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayәt әsaslıdırsa, hakim qәrardadı dәyişdirir vә ya lәğv edir vә mübahisәyә baxılması üçün tәrәflәrlә birlikdә sonrakı prosessual hәrәkәtlәri yerinә yetirir (maddə 269.2) vә әks tәqdirdә bu şikayәt baxıldıqdan sonra 7 gün müddәtindә işlә birlikdә apellyasiya instansiyası mәhkәmәsinә, bu Mәcәllәnin 32.5-ci maddәsindә nәzәrdә tutulmuş qaydada aidiyyәt haqqında qәrardaddan şikayәt verildikdә isә hәmin şikayәt bu Mәcәllәnin 403-1.5-ci maddәsinin tәlәblәri izah edilmәklә işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verilir vә iş kassasiya instansiyası mәhkәmәsinә göndәrilir (maddə 269.3). Hәmin Mәcәllәnin 397.1-ci maddәsinә әsasәn, Mülki-Prosessual Mәcәllәnin 269.3cü maddәsindә nәzәrdә tutulmuş әsaslar olduqda mәhkәmәnin qәrardadından verilәn ilkin şikayәt işlә birlikdә apellyasiya instansiyası mәhkәmәsinә göndәrilir. Hәmin Mәcәllәnin 397.2-ci maddәsinin tәlәblәrinә görә, apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. Şәki Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyası Azәrbaycan Respublikası Mülki- Prosessual Mәcәllәsinin 397.2-ci maddәsinin tәlәblәrinә uyğun olaraq, Göyçay Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrәli qәrardadından әrizәçi Ərizәçi tәrәfindәn verilmiş şikayәtә apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qәrardaddan verilәn şikayәtә qarşı yazılı etiraz verilmәmişdir. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 398-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardad qәbul etdikdә, aşağıdakıları etmәk hüququ vardır: - mәhkәmәnin qәrardadını dәyişdirmәdәn saxlayıb şikayәti tәmin etmәmәk (maddə 398.0.1); qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk (maddə 398.0.2); qәrardadı tam vә ya qismәn lәğv edib, qәrardadla hәll edilmәli olan mәsәlәni hәll etmәk (maddə 398.0.3); qәrardaddan verilmiş şikayәtdәn imtina olunduqda, apellyasiya icraatına xitam vermәk (maddə 398.0.4). Mәhkәmә kollegiyası, şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdıraraq hesab edir ki, Göyçay Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-**(*- ***)-**/**** nömrәli qәrardadından әrizәçi Ərizәçi tәrәfindәn verilmiş şikayәt qismәn tәmin edilmәli vә işin yuxarıda qeyd edilәn konkret halları vә aşağıda tәsvir olunanlara әsasәn әrizәçi Ərizәçi “müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi” barәdә әrizәsinin, yәni “mübahisә predmeti olan Bakı şәhәri, Sabunçu rayonu, Maştağa qәsәbәsi, Hәzi Aslanov küçәsi, döngә 5, ev 10 (yeni qaydalarla: AZ 1039, ünvan 1) ünvanında yerlәşәn yaşayış evinin (mәnzilin) üzәrinә hәbs qoyulması, hәmin daşınmaz әmlakın satılmasının, bağışlanmasının, dәyişdirilmәsinin, ipoteka ilә yüklü edilmәsinin vә digәr şәxslәrin adına özgәninkilәşdirilmәsinin qadağan edilmәsi vә müvәqqәti tәminat tәdbirinin icrası üçün qәbul edilәcәk müvafiq qәrardadın Daşınmaz Əmlakın Dövlәt Reyestrinә göndәrilmәsi” barәdә әrizәsinin tәmin edilmәmәsinә dair qәbul edilmiş Göyçay Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrәli qәrardadı tam lәğv edilәrәk, әrizәçi Ərizәçi “müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi” barәdә hәmin әrizәsinә birinci instansiya mәhkәmәsindә yenidәn baxılması mәqsәdilә e-**(*-***)-**/**** nömrәli iş materialları Göyçay Rayon Mәhkәmәsinә qaytarılmalıdır. Belə ki, e-**(*-***)-**/**** nömrəli işin materialları və həmin iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla müəyyən olunur ki, ərizəçi Ərizəçi nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə tərəfindən imzalanaraq ## #### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunan “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi” barədə ərizənin “Dövlət rüsumunun ödənilməsi ilə əlaqədar qeydin aparıldığı” bölməsindən (qrafasından) və eyni zamanda, digər iş materiallarından görünür ki, həmin ərizənin verilməsi üçün ərizəçi tərəfindən qanunla nəzərdə tutulan qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir. Yəni, ərizəçi Ərizəçi tərəfindən verilmiş həmin ərizəyə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamış və eləcə də, dövlət rüsumunun ödənilməsi və ödənilən rüsumun məbləği barədə məlumatlar müvafiq qaydada elektron kabinet vasitəsi ilə hazırlanmış olan həmin "Ərizə"nin müvafiq bölməsində (qrafasında) qeyd olunmamışdır. Həmin ərizənin “Dövlət rüsumunun ödənilməsi ilə əlaqədar qeydin aparıldığı” bölməsində (qrafasında) isə “Bu ödəniş rüsumdan azaddır: məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr” qeyd olunmuşdur. Halbuki, hazırkı iş üzrə fiziki şəxs olan ərziəçi Ərizəçi “büdcə təşkilatı” və yaxud, “bələdiyyə” deyildir. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 108.1.5-ci maddәsinә әsasәn, müvəqqəti təminat tədbiri barədə ərizə verildikdə - dövlət rüsumu ödənilir. Hәmin Mәcәllәnin 108.2-cü maddәsinә әsasәn, mәhkәmәlәrdә baxılan işlәr üzrә dövlәt rüsumunun әsasları, ödәnilmә qaydaları, mәblәği vә dövlәt rüsumu ödәmәkdәn azad edilmә halları qanunla müәyyәn edilir. Hәmin Mәcәllәnin 108.3-cü maddәsinә әsasәn, dövlәt rüsumu yalnız elektron ödәniş sistemlәri vasitәsilә ödәnilmәlidir. “Dövlәt rüsumu haqqında” Azәrbaycan Respublikası Qanununun 8.4-cü maddәsinә әsasәn, müvəqqəti təminat tədbiri barədə ərizənin verilmәsinә görә bu Qanunun müvafiq olaraq 8.1-ci vә ya 8.2-ci maddәlәrindә müәyyәn edilmiş dövlәt rüsumunun 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla) mәblәğindә dövlәt rüsumu tutulur. Yuxarıda tәsvir olunanlara әsasәn müәyyәn olunur ki, “müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi” barәdә verilmiş hazırkı әrizә üzrә әrizәçi tәrәfindәn Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin vә “Dövlәt rüsumu haqqında” Azәrbaycan Respublikası Qanununun tәlәblәrinә uyğun müәyyәn edilmiş qaydada vә mәblәğdә dövlәt rüsumu ödәnilmәmişdir. “Dövlәt rüsumu haqqında” Azәrbaycan Respublikası Qanununun tәlәblәrinә görә, mәhkәmәyә iddia әrizәsinin, digәr әrizәnin vә ya şikayәtin verilmәsi, mәhkәmә aktının surәtinin tәkrar verilmәsi üçün dövlәt rüsumu tutulur (maddə 2.0.1.) vә dövlәt rüsumunun ödәnilmәsi tәlәb olunan hallarda dövlәt rüsumunun ödәnilmәsini tәsdiq edәn sәnәd tәqdim edilmәdәn әmәliyyat icra olunmur (maddə 4.6.). Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 159.4 vә 159.4.1-ci maddәlәrinin tәlәblәrinә görә, “müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi” barәdә verilmiş ərizəyə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə - mәhkәmә, müvәqqәti tәminat tәdbirlәrinin görülmәsinә dair әrizәnin geri qaytarılması haqqında qərardad qəbul edir. Göründüyü kimi, yuxarıda qeyd edilənlərə əsasən müəyyən olunur ki, ## #### 2026-cı ildə məhkəməyə təqdim edilmiş hazırkı “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi” barədə ərizənin verilməsi üçün ərizəçi Ərizəçi tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim olunmasa da, birinci instansiya məhkəməsi həmin ərizəni icraata qəbul edərək, mahiyyəti üzrə baxmış və ərizə üzrə qəbul etdiyi Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı ilə həmin ərizəni təmin etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində imperativ qaydada təsbit olunmuşdur ki, “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi” barədə ərizəyə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə - məhkəmə müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizənin geri qaytarılması haqqında qərardad qəbul edir (maddə 159.4.1). Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 2-ci maddәsinin tәlәblәrinә görә, mülki işlәr vә kommersiya mübahisәlәri üzrә mәhkәmә icraatının vәzifәlәri hәr bir fiziki vә yaxud hüquqi şәxsin Azәrbaycan Respublikasının Konstitusiyasından, qanunlarından vә digәr normativ hüquqi aktlarından irәli gәlәn hüquq vә mәnafelәrinin mәhkәmәdә tәsdiq olunmasıdır (maddə 2.1) vә mülki mәhkәmә icraatı qanunçuluğun vә ictimai qaydanın bәrqәrar edilmәsinә, vәtәndaşların qanunlara dönmәdәn hörmәt ruhunda tәrbiyә edilmәsinә rәvac verir (maddə 2.2). Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 4.1-ci maddәsinә әsasәn, bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müəyyən edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr. Beləliklə də, işin yuxarıda qeyd olunan hallarına görə məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, ərizəçi Ərizəçi tərəfindən “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi” barədə ərizə üzrə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədiyindən, həmin ərizəyə birinci instansiya məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılması üçün prosessual əsaslar mövcud olmamışdır (maddə 159). Bu səbəbdən də, ərizəçi Ərizəçi tərəfindən verilmiş “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi” barədə ərizənin təmin edilməyərək, “həmin ərizənin təmin olunmaması” barədə qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı tamamilə ləğv edilməli və ərizəçi Ərizəçi “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi” barədə ərizəsi - birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 159-cu maddəsinin tələblərinə riayət edilməklə, yenidən baxılması üçün - iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi isə ərizəçi Ərizəçi “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi” barədə ərizəsinə münasibətdə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun müvafiq prosessual hərəkətləri yenidən etməlidir. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 399-cu maddәsinә әsasәn, birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Yuxarıda göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 157–159, 263-264, 395-399, 400 vә 402-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası QƏRARA ALDİ: Göyçay Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrәli qәrardadından әrizәçi Ərizәçi tәrәfindәn verilmiş şikayәt qismәn tәmin edilsin. Göyçay Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrәli qәrardadı tam lәğv edilsin. Ərizәçi Ərizәçi ## #### 2026-cı ildә mәhkәmәyә tәqdim olunmuş “müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi” barәdә әrizәsinә birinci instansiya mәhkәmәsindә yenidәn baxılması mәqsәdilә e-**(*-***)-**/**** nömrәli iş materialları Göyçay Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrаrdаd çıxarıldığı andan qаnuni qüvvәyә minir vә qәrardaddan kassasiya şikayәti verilә bilmәz.
Məhkəmə qərarları › İş №e-16(3-10)-75/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-10)-75/2026
09.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver