Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-16(3-10)-77/2026 15.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Ərizəçi “xxxx” ASC-nin cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh3 qаrşı “müvəqqəti təminat tədbirinin tətbiqi”nə dair ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri haqqında) Hakimlər X4 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tаrixli, e-**(*-**)-**/**** nömrəli qərardadından ərizəçi “xxxx” ASC tərəfindən verilmiş şikаyətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “xxxx” ASC cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh3 qarşı müvəqqəti təminat tədbiri haqqında ərizə ilə müraciət edərək, “xxxx” ASC-nin (VÖEN **********) bütün səhmlərinin özgəninkiləşdirilməsi, girov qoyulması, yüklü edilməsi, etibarnamə əsasında idarəetməyə verilməsi, nominal sahiblik və ya digər üsulla üçüncü şəxslərə keçirilməsi qadağan edilməsi, cavabdeh1 MMC-nin (VÖEN **********) təsis paylarının özgəninkiləşdirilməsi, girov qoyulması, yüklü edilməsi, etibarnamə əsasında idarəetməyə verilməsi, nominal sahiblik və ya digər üsulla üçüncü şəxslərə keçirilməsi qadağan edilməsi, “xxxx” ASC-nin mülkiyyətində, balansında, istifadəsində və ya faktiki sahibliyində olan, mübahisənin predmetinə aid daşınmaz əmlakların, istehsal sahələrinin, qurğuların, avadanlıqların, nəqliyyat vasitələrinin, hazır məhsulun, pul vəsaitlərinin, debitor tələblərinin və digər xalis aktivlərin üzərinə əsas iddia tələbi həddində həbs qoyulması, cavabdeh1 MMC-nin mülkiyyətində, balansında, istifadəsində və ya faktiki sahibliyində olan, mübahisənin predmetinə aid daşınmaz əmlakların, istehsal sahələrinin, qurğuların, avadanlıqların, nəqliyyat vasitələrinin, hazır məhsulun, pul vəsaitlərinin, debitor tələblərinin və digər xalis aktivlərin üzərinə əsas iddia tələbi həddində həbs qoyulması, “xxxx” ASC-nin canlı inventarı, o cümlədən balıq, balıq körpələri, damazlıq balıq, balıq kürüsü və digər bioloji aktivlərinin özgəninkiləşdirilməsi, satılması, bağışlanması, girov qoyulması, üçüncü şəxslərə verilməsi, balansdan silinməsi və ya hüquqi mənsubiyyətinin dəyişdirilməsi qadağan edilməsi, cavabdeh1 MMC-nin canlı inventarı, o cümlədən balıq, balıq körpələri, damazlıq balıq, balıq kürüsü və digər bioloji aktivlərinin özgəninkiləşdirilməsi, satılması, bağışlanması, girov qoyulması, üçüncü şəxslərə verilməsi, balansdan silinməsi və ya hüquqi mənsubiyyətinin dəyişdirilməsi qadağan edilməsi, “xxxx” ASC və cavabdeh1 MMC-nin canlı inventarın adi bioloji dövriyyəsi, yemlənməsi, saxlanılması, müalicəsi, təbii tələfatı və qanunla nəzərdə tutulmuş ekoloji öhdəliklərin icrası istisna olmaqla, canlı inventarın sayının və dəyərinin azaldılmasına səbəb olan hərəkətlər qadağan edilməsi, mübahisəli aktivlərin cavabdeh1 MMC ilə “xxxx” ASC arasında və ya həmin hüquqi şəxslərlə eyni benefisiar nəzarət altında olan digər şəxslər arasında keçirilməsi, əvəzləşdirilməsi, bölünməsi, birləşdirilməsi, yenidən rəsmiləşdirilməsi və ya başqa üsulla hüquqi mənsubiyyətinin dəyişdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, müvəqqəti təminat tədbiri olaraq “xxxx” ASC-nin (VÖEN **********) bütün səhmlərinin özgəninkiləşdirilməsi, girov qoyulması, yüklü edilməsi, etibarnamə əsasında idarəetməyə verilməsi, nominal sahiblik və ya digər üsulla üçüncü şəxslərə keçirilməsi qadağan edilsin. cavabdeh1 MMC-nin (VÖEN **********) təsis paylarının özgəninkiləşdirilməsi, girov qoyulması, yüklü edilməsi, etibarnamə əsasında idarəetməyə verilməsi, nominal sahiblik və ya digər üsulla üçüncü şəxslərə keçirilməsi qadağan edilsin. “xxxx” ASC-nin mülkiyyətində, balansında, istifadəsində və ya faktiki sahibliyində olan, mübahisənin predmetinə aid daşınmaz əmlakların, istehsal sahələrinin, qurğuların, avadanlıqların, nəqliyyat vasitələrinin, hazır məhsulun, pul vəsaitlərinin (məcburi dövlət ödənişlərinin- vergi, sosial, kommunal və s. ödənilməsinə məhdudiyyət qoyulmadan), debitor tələblərinin və digər xalis aktivlərin üzərinə iddia tələbi həddində həbs qoyulsun. cavabdeh1 MMC-nin mülkiyyətində, balansında, istifadəsində və ya faktiki sahibliyində olan, mübahisənin predmetinə aid daşınmaz əmlakların, istehsal sahələrinin, qurğuların, avadanlıqların, nəqliyyat vasitələrinin, hazır məhsulun, pul və pul vəsaitlərinin (məcburi dövlət ödənişlərinin- vergi, sosial, kommunal və s. ödənilməsinə məhdudiyyət qoyulmadan), debitor tələblərinin və digər xalis aktivlərin üzərinə iddia tələbi həddində həbs qoyulsun. “xxxx” ASC-nin canlı inventarı, o cümlədən balıq, balıq körpələri, damazlıq balıq, balıq kürüsü və digər bioloji aktivlərinin özgəninkiləşdirilməsi, satılması, bağışlanması, girov qoyulması, üçüncü şəxslərə verilməsi, balansdan silinməsi və ya hüquqi mənsubiyyətinin dəyişdirilməsi qadağan edilsin. cavabdeh1 MMC-nin canlı inventarı, o cümlədən balıq, balıq körpələri, damazlıq balıq, balıq kürüsü və digər bioloji aktivlərinin özgəninkiləşdirilməsi, satılması, bağışlanması, girov qoyulması, üçüncü şəxslərə verilməsi, balansdan silinməsi və ya hüquqi mənsubiyyətinin dəyişdirilməsi qadağan edilsin. “xxxx” ASC və cavabdeh1 MMC-nin canlı inventarın adi bioloji dövriyyəsi, yemlənməsi, saxlanılması, müalicəsi, təbii tələfatı və qanunla nəzərdə tutulmuş ekoloji öhdəliklərin icrası istisna olmaqla, canlı inventarın sayının və dəyərinin azaldılmasına səbəb olan hərəkətlər, mübahisəli aktivlərin cavabdeh1 MMC ilə “xxxx” ASC arasında və ya həmin hüquqi şəxslərlə eyni benefisiar nəzarət altında olan digər şəxslər arasında keçirilməsi, əvəzləşdirilməsi, bölünməsi, birləşdirilməsi, yenidən rəsmiləşdirilməsi və ya başqa üsulla hüquqi mənsubiyyətinin dəyişdirilməsi qadağan edilməsi, ərizə qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh "xxxx" ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək qərardadın özlərinə aid hissədə ləğv edilməsi və ərizənin həmin hissədə təmin edilməməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadı (hakim: E.Hüseynova) ilə, şikayət təmin edilərək Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tаrixli, e-**(*-**)-**/**** nömrəli qərardadı qismən yəni, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid “Müvəqqəti təminat tədbiri olaraq “xxxx” ASC-nin (VÖEN **********) bütün səhmlərinin özgəninkiləşdirilməsi, girov qoyulması, yüklü edilməsi, etibarnamə əsasında idarəetməyə verilməsi, nominal sahiblik və ya digər üsulla üçüncü şəxslərə keçirilməsi qadağan edilsin.“xxxx” ASC-nin mülkiyyətində, balansında, istifadəsində və ya faktiki sahibliyində olan, mübahisənin predmetinə aid daşınmaz əmlakların, istehsal sahələrinin, qurğuların, avadanlıqların, nəqliyyat vasitələrinin, hazır məhsulun, pul vəsaitlərinin (məcburi dövlət ödənişlərinin- vergi, sosial, kommunal və s. ödənilməsinə məhdudiyyət qoyulmadan), debitor tələblərinin və digər xalis aktivlərin üzərinə iddia tələbi həddində həbs qoyulsun. “xxxx” ASC-nin canlı inventarı, o cümlədən balıq, balıq körpələri, damazlıq balıq, balıq kürüsü və digər bioloji aktivlərinin özgəninkiləşdirilməsi, satılması, bağışlanması, girov qoyulması, üçüncü şəxslərə verilməsi, balansdan silinməsi və ya hüquqi mənsubiyyətinin dəyişdirilməsi qadağan edilsin. “xxxx” ASC və cavabdeh1 MMC-nin canlı inventarın adi bioloji dövriyyəsi, yemlənməsi, saxlanılması, müalicəsi, təbii tələfatı və qanunla nəzərdə tutulmuş ekoloji öhdəliklərin icrası istisna olmaqla, canlı inventarın sayının və dəyərinin azaldılmasına səbəb olan hərəkətlər, mübahisəli aktivlərin cavabdeh1 MMC ilə “xxxx” ASC arasında və ya həmin hüquqi şəxslərlə eyni benefisiar nəzarət altında olan digər şəxslər arasında keçirilməsi, əvəzləşdirilməsi, bölünməsi, birləşdirilməsi, yenidən rəsmiləşdirilməsi və ya başqa üsulla hüquqi mənsubiyyətinin dəyişdirilməsi qadağan edilsin” hissədə ləğv edilərək ərizə təmin edilməmişdir. Həmin qərardaddan ərizəçi “xxxx” ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək qərardadın ləğv edilərək ərizənin həmin hissədə təmin edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadı (hakim: E.Hüseynova) ilə, şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Işdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Hazırkı şikayət də birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Azərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 157.1ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. MPM-nin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. MPM-nin 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; 158.1.7. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən, əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə: 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarında isə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsi həmin qərarda daha sonra qeyd etmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Avropa Məhkəməsi “Hakansson və Sturesson Isveçə qarşı” iş üzrə 1990-cı il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. “X1 Azerbaijan” MMC ilə “xxxx” ASC arasında bağlanmış ##.##.2024-cü il tarixli “tələbin güzəşti haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən tərəflər "X1 Azerbaijan" MMCyə məxsus olan aşağıda qeyd edilən tələb hüquqlarının "xxxx" ASC-yə ötürülməsi barədə razılığa gəldilər: 1.1.1. "X1 Azerbaijan" MMC cavabdeh1 MMC-yə qarşı olan cavabdeh1 MMC-nin mülkiyyətində olan bütün daşınar və daşınmaz əmlakların "X1 Azerbaijan" MMCnin mülkiyyətinə verilməsi, 1.1.2. cavabdeh1 MMC-nin 100% təsis paylarının iddiaçı "X1 Azerbaijan" MMC-yə ötürülməsi, 1.1.3. cavabdeh1 MMC-nin canlı inventarı olan 3 min ton balığın (balıq kürüsü) "X1 Azerbaijan" MMC-nin xeyrinə tutulması. 1.2-ci bəndinə əsasən "X1 Azerbaijan" MMC "xxxx" MMC-yə qarşı 1.1.1, 1.1.2. və 1.1.3.-cü bəndlərdə qeyd edilən tələb hüquqlarından əlavə olaraq yarana biləcək bütün əmlak və qeyri-əmlak tələb hüquqlarını da "xxxx" ASC-yə ötürür. “X1 Azerbaijan” MMC ilə “xxxx” ASC arasında bağlanmış ##.##.2026-cı il tarixli “tələbin güzəşti haqqında” müqaviləyə əlavənin 2.1-ci bəndinə əsasən tərəflər "X1 Azerbaijan" MMCyə məxsus olan aşağıda qeyd edilən tələb hüquqularının "xxxx" ASC-yə ötürülməsi barədə razılığa gəldilər: 2.1.1. “X1 Azerbaijan" MMC, “xxxx" ASC-nin mülkiyyətində olan bütün daşınar və daşınmaz əmlakların "X1 Azerbaijan" MMC-nin mülkiyyətinə verilməsi, 2.1.2. "xxxx" ASC-nin bütün səhmlərinin "X1 Azerbaijan" MMC-yə ötürülməsi, 2.1.3. "xxxx" ASCnin canlı invertarı, o cümlədən balıq, balıq körpələri, damazlıq balıq, balıq kürüsü və digər bioloji aktivlərinin "X1 Azerbaijan" MMC-nin xeyrinə tutulması. 2.2-ci maddəsinə əsasən "X1 Azerbaijan" MMC "xxxx" ASC -yə qarşı 2.1.1., 2.1.2. və 2.1.3.-cü bəndlərində qeyd edilən tələb hüquqlarından əlavə olaraq yarana biləcək bütün əmlak və qeyri-əmlak tələb hüquqlarını da "xxxx" ASC-yə ötürür. Azərbaycan Respublikası Ekelogiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim edilən “Balıqartırma” idarəsinin xxxxartırma və Balıqyetişdirmə zavodunun istifadəsində olan torpaq sahəsi haqqında məlumatdan görünür ki, torpaqdan istifadə barədə ##.##.1956-cı il tarixli akt əsasında 334 hektar torpaq sahəsi xxxxartırma və Balıqyetişdirmə zavodunun istifadəsindədir. “X1 Azerbaijan” MMC ilə müvafiq xarici şirkətlər arasında bağlanmış müqavilələrdən görünür ki, “X1 Azerbaijan” MMC alqı-satqı yolu ilə balıq yetişdirmə üçün vasitələr (qayıq, kəndir, hovuz tikintisi üçün vasitə və.s) alımışdır. Kollegiya şikayətin dəlillərinə qiymət verən zaman daha sonra qeyd edir ki, iddianın uğurluluğu müəyyən edilmədən müvəqqəti təminat tədbirinin tətbiq edilməsi cavabdeh tərəfin konstitusion hüquqlarını kobud şəkildə poza bilər. Hazırki işdən isə görünür ki, müvəqqəti təminat tədbirinin tətbiqi üçün əsaslar mövcud deyildir. Belə ki, iddia tələbinin təmin ediləcəyi təqdirdə qətnamənin icrasının qeyri-mümkün olması və ya icrada hər hansı çətinliyin yarana biləcəyi və bu halların müvəqqəti təminat tədbiri barədə vəsatətdə göstərilən tədbirlər nəticəsində aradan qaldırılacağı qənaətinə gəlmək üçün əsaslar yoxdur. Bundan başqa, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ...Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh3 qarşı tələbləri qeyri-müəyyən olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmə iddiaçının tələbinin hansı cavabdehə qarşı nədən ibarət olmasını müəyyən edə bilmədiyindən iddia tələbinin əsaslılığını, eləcə də iddia tələbinin təmin ediləcəyi təqdirdə qətnamənin icrasının qeyri-mümkün olmasını və ya icrada hər hansı çətinliyin yarana biləcəyini də ehtimallara əsasən müəyyən edə bilməz. Məhkəmə kollegiyası ekspertiza keçirilməsi ilə bağlı da qeyd edir ki, həmin məsələ hazırki müvəqqəti təminat tədbiri barədə ərizənin araşdırma predmentini təşkil etmir. Iş ürzə ekspertiza təyin edilməsi məsələsi işə iddia icraatı qaydasında baxılarkən məhkəmə qərardadı ilə həll edilən məsələdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, şikayətin digər dəlilləri iş materialları ilə öz təsdiqini tapmır və həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Odur ki, müvəqqəti təminat tədbiri ilə bağlı ərizənin təmin edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası birdaha izah edir ki, müvəqqəti təminat tədbiri iddianın əsaslı olmasına deyil, onun təmin ediləcəyi ehtimalına əsaslanır və həmin məsələnin həlli zamanı iddianın əsaslığı deyil, müvəqqəti təminat tədbiri tətbiq edilmədən ərizəçinin hüquqlarının qorunmasına maneə törədə biləcək hallar araşdırılır. Əks yanaşma isə prosessual qanunvericiliyin tələblərinə ziddir. Belə ki, iddianın əsaslı olub-olmaması yalnız Mülki Prosessual Məcəllənin 9-cu maddəsində təsbit olunmuş prinsiplərə riayət edilməklə, yəni çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında müəyyən edilə bilər. Mülki Prosessual Məcəllənin 159.1-ci maddəsində isə təsbit olunmuşdur ki, müvəqqəti təminat tədbiri haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Müvəqqəti təminat tədbirinin görülməsinin məqsədlərinə gəldikdə isə məhkəmə kollegiyası təkrar qeyd edir ki, qanunvericiliyə əsasən, müvəqqəti təminat tədbirinin görülməsi gələcəkdə qəbul ediləcək qətnamənin icrasının təmin edilməsi deyil, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədi daşıyır və bu barədə məhkəmənin qərardadı müvəqqəti xarakter daşıyır, işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Odur ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Şikayətinin dəlillərində göstərilən əsaslar isə hazırkı iş üzrə qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinə dair ərizəni təmin etməməkdə haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərаrа аldı: Ərizəçi “xxxx” ASC-nin şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tаrixli, e-**(*-**)-**/**** nömrəli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-10)-77/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-10)-77/2026
15.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver