Məhkəmə qərarları › İş №e-16(3-10)-82/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-10)-82/2026

25.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-16(3-10)-82/2026 25.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Ərizəçi Ərizəçi maraqlı şəxslər maraqlı şəxs1, maraqlı şəxs2 və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Idarəsinə qarşı “bir ay müddətinə “X4” MMC-nin xalis mənfəətinin bölünməsi maraqlı şəxslərə qadağan edilməsi, müəssisənin əmlaklarının özgəninkiləşdirilməsi təsisçilərə, yəni maraqlı şəxs2, maraqlı şəxs1 və 3-cü şəxslərə qadağan edilməsi, “X4” MMC-nin xxxx və X1 hesablarına həbs qoyularaq pul əməliyyatlarının həyata keçirilməsinə qadağa qoyulması və müəssisənin nəzdindəki zavodun fəaliyyəti dayandırılması” barədə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri haqqında) Hakimlər X7 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tаrixli, e-**(*-**)-**/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikаyətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Ərizəçi maraqlı şəxslər maraqlı şəxs1, maraqlı şəxs2 və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Idarəsi olmaqla müvəqqəti təminat tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, bir ay müddətinə “X4” MMC-nin xalis mənfəətinin bölünməsi maraqlı şəxslərə qadağan edilməsi, müəssisənin əmlaklarının özgəninkiləşdirilməsi təsisçilərə, yəni maraqlı şəxs2, maraqlı şəxs1 və 3-cü şəxslərə qadağan edilməsi, “X4” MMC-nin xxxx və X1 hesablarına həbs qoyularaq pul əməliyyatlarının həyata keçirilməsinə qadağa qoyulması və müəssisənin nəzdindəki zavodun fəaliyyəti dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tаrixli, e-**(*-**)-**/**** nömrəli qərardadı (hakim: E.Hüseynova) ilə, ərizə qismən təmin edilərək, müvəqqəti təminat tədbiri olaraq “X4” MMC-nin xalis mənfəətinin bölünməsi, müəssisənin əmlaklarının özgəninkiləşdirilməsi təsisçilərə, yəni maraqlı şəxs2, maraqlı şəxs1 və 3-cü şəxslərə qadağan edilməsi, “X5” MMC-nin “xxxx” ASC və “X1 Azərbaycan" QSC-də olan bank hesablarında (işçilərin əmək haqlarının və məcburi dövlət ödənişlərinin (vergi, sosial, kommunal və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan) sərəncamverici əməliyyatların aparılması qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi, qərardad dərhal icra edilməsi və icrası Bakı şəhəri Xəzər rayon Icra şöbəsinə, Bakı şəhəri Xətai rayon Icra şöbəsinə və Göyçay rayon Icra və probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardaddan maraqlı şəxs maraqlı şəxs1 (“X4” MMC-nin rəhbəri) nümayəndəsi və vəkili Vəkil/Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tаrixli, e-**(*-**)-**/**** nömrəli qərardadı (hakim: E.Hüseynova) ilə, şikayət qismən təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadı qismən yəni, “X5” MMC-nin “xxxx” ASC və “X1 Azərbaycan" QSC -də olan bank hesablarında (işçilərin əmək haqlarının və məcburi dövlət ödənişlərinin (vergi, sosial, kommunal və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan) sərəncamverici əməliyyatların aparılması qadağan edilməsi” hissəsində ləğv edilərək, həmin hissədə ərizə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan ərizəçi Ərizəçi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək qərardadın ləğv, ərizənin isə "X5 " MMC-nin "xxxx" ASC və "xxxx" QSC-də olan bank hesablarında ( işçilərin əmək haqqlarının və məcburi dövlət ödənişlərinin, vergi, sosial, kommunal və s. ödənilməsinə məhdudiyyət qoyulmadan) sərəncam verici əməliyyatların aparılmasının qadağan edilməsi" hissəsində ərizənin təmin edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ## ######## 2026-cı il tаrixli, e-**(*-**)-**/**** nömrəli qərardadı (hakim: E.Hüseynova) ilə, şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Işdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Hazırkı şikayət də birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Azərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 157.1ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. MPM-nin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. MPM-nin 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; 158.1.7. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən, əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə: 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarında isə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsi həmin qərarda daha sonra qeyd etmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Bundan başqa, Avropa Məhkəməsi “Hakansson və Sturesson Isveçə qarşı” iş üzrə 1990-cı il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası hazırkı mübahisənin predmetini nəzərə alaraq və şikayətin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi * saylı Ərazi Vergilər Idarəsinin ##.##.2018-ci il tarixli reyestrdən çıxarışdan görünür ki, hüquqi şəxs “X4” MMC Ərizəçi tərəfindən təsis edilmiş və cəmiyyətin qanuni təmsilçisi 1 paya sahib olmaqla Ərizəçidur. * saylı Ərazi Vergilər Idarəsi tərəfindən təqdim edilən ##.##.2026-ci il tarixli reyestrdən çıxarışdan görünür ki, “X5” MMC-də onun qanuni təmsilçisi Ərizəçi olmaqla, maraqlı şəxs1 30 %, maraqlı şəxs2 40 %, Ərizəçi isə 30 % paylara sahibdirlər. * saylı Ərazi Vergilər Idarəsi və “X5” MMC tərəfindən təsdiq edilmiş və dövlət qeydiyyatına alınmış “X4” MMC-nin nizamnaməsindən (3-cü redaksiya) görünür ki, cəmiyyətin nizamnamə kapitalı 20 manat həcmində və 3 paydan ibarət olmaqla, maraqlı şəxs1 30 %, maraqlı şəxs2 40 %, Ərizəçi isə 30 % paylara sahibdirlər. * saylı Ərazi Vergilər Idarəsi və “X5” MMC tərəfindən təsdiq edilmiş və dövlət qeydiyyatına alınmış ##.##.2025-ci il tarixli “X4” MMCnin nizamnaməsindən (yeni redaksiya) görünür ki, cəmiyyətin nizamnamə kapitalı 10 manat həcmində və 100 paydan ibarət olmaqla, maraqlı şəxs1 49 %, Ərizəçi isə 51 % paylara sahibdirlər. ##.##.2018-ci il tarixli 7E-**** reyestr nömrəli etibarnamədən görünür ki, “X4” MMC tərəfindən (rəhbəri Ərizəçi nəzdində) maraqlı şəxs1 bir sıra səlahiyyətlər etibar edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Ağdaş rayonu Qaradağlı kəndində yerləşən əmlak kompleksi “X5” MMC-nin mülkiyyətindədir. “Elektron notariat” X9 çıxarışdan görünür ki, Ərizəçi “X5” MMC-yə maraqlı şəxs2 həmin MMC-yə təsisçi kimi qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. maraqlı şəxs1 tərəfindən verilmiş notarial qaydasında təsdiq edilmiş ##.##.2026-cı il tarixli ərizədən görünür ki, maraqlı şəxs1 “X5” MMC-yə maraqlı şəxs2 həmin MMC-yə təsisçi kimi qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ...mübahisəli müəssisənin yəni “X4” MMC-nin “xxxx” ASC və “X1 Azərbaycan" QSC-də olan bank hesablarına həbs qoyularaq pul əməliyyatlarının həyata keçirilməsinə qadağa qoyulması müəssisənin sahibkarlıq fəaliyyətinə ağır zərər vurulmasına səbəb ola bilər. Həmçinin şikayətə əlavə edilən sənədlərdən görünür ki, “X6” MMC-nin hazırda götürdüyü kreditlərə görə banklar qarşısında 2028-ci ilin iyul ayınadək icra olunmamış aylıq ödəmələri olan öhdəlikləri vardır. Həmin öhdəliklərin icrası bank hesablarına sərəncam verilmədən mümkün deyil. Müqavilənin şərtlərinə görə öhdəliyin vaxtında və lazımı qaydada icra olunmaması partnyorlarla bu vaxtadək yaranmış işgüzar münasibətlərin pozulmasına, müəssisə üçün maliyyə sanksiyasının tətbiq edilməsinə, istehsal üçün xammal alınmasının mümkün olmamasına, istehsalın dayanmasına, iş yerlərinin bağlanmasına və müəssisənin fəaliyyətinin dayanmasına səbəb ola bilər. Kollegiya şikayətin dəlillərinə qiymət verən zaman daha sonra qeyd edir ki, iddianın uğurluluğu müəyyən edilmədən hazırki iş üzrə müvəqqəti təminat tədbirinin tam tətbiq edilməsi maraqlı şəxsin konstitusion hüquqlarını kobud şəkildə poza bilər. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni tam təmin etməməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, şikayətin digər dəlilləri iş materialları ilə öz təsdiqini tapmır və həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası birdaha izah edir ki, müvəqqəti təminat tədbiri iddianın əsaslı olmasına deyil, onun təmin ediləcəyi ehtimalına əsaslanır və həmin məsələnin həlli zamanı iddianın əsaslığı deyil, müvəqqəti təminat tədbiri tətbiq edilmədən ərizəçinin hüquqlarının qorunmasına maneə törədə biləcək hallar araşdırılır. Əks yanaşma isə prosessual qanunvericiliyin tələblərinə ziddir. Belə ki, iddianın əsaslı olub-olmaması yalnız Mülki Prosessual Məcəllənin 9-cu maddəsində təsbit olunmuş prinsiplərə riayət edilməklə, yəni çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında müəyyən edilə bilər. Mülki Prosessual Məcəllənin 159.1-ci maddəsində isə təsbit olunmuşdur ki, müvəqqəti təminat tədbiri haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Müvəqqəti təminat tədbirinin görülməsinin məqsədlərinə gəldikdə isə məhkəmə kollegiyası təkrar qeyd edir ki, qanunvericiliyə əsasən, müvəqqəti təminat tədbirinin görülməsi gələcəkdə qəbul ediləcək qətnamənin icrasının təmin edilməsi deyil, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədi daşıyır və bu barədə məhkəmənin qərardadı müvəqqəti xarakter daşıyır, işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Odur ki, birinci instansiya məhkəməsi ərizəni qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Şikayətinin dəlillərində göstərilən əsaslar isə hazırkı iş üzrə qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinə dair ərizəni qismən təmin etməkdə haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərаrа аldı: Ərizəçi Ərizəçi şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tаrixli, e-**(*-**)-**/**** nömrəli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar