Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-293/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və Səmədov Rəşid Əfraim oğlundan ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-16(5-96) **/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayətə şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-**(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak üzərinə həbs qoyulması”-na dair müvəqqəti təminat tədbiri barədə ərizə qismən təmin edilmiş, Qaradağ Rayon Məhkəməsinin icraatında olan *(*-**)-***/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdeh Maraqlı şəxs məxsus olan “X1 114” markalı, 5HD1YYK41NS052798 ban nömrəli, boz metallik rəngli motosikl, Maraqlı şəxs təsisçisi və direktoru olduğu “xxxx” MMC-dəki 100 payının (VÖEN 1102507891) özgəninkiləşdirilməsi və ya istənilən formada yüklü edilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilmiş, qərardadın icrası “X1 114” markalı, 5HD1YYK41NS052798 ban nömrəli, boz metallik rəngli motosikla aid hissədə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə, cavabdeh Maraqlı şəxs məxsus “xxxx” MMC-dəki 100 paya (VÖEN 1102507891) aid hissədə Bakı şəhəri Qaradağ rayon icra şöbəsinə həvalə edilmiş, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Həmin qərardaddan ərizəçi Ərizəçi nümayəndəsi-vəkili Vəkil şikayət verərək, qərardadın təmin edilməyən hissədə ləğv edilməsini və müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizənin tam təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-**(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının e-**(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin **(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət mümkün hesab edilməklə yazılı icraata qaydasında baxılması qərara alınmışdır. Apellyasiya baxışı zamanı “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-16(5-96) **/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs Maraqlı şəxs tərəfindəndə də şikayət verilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, sözügedən şikayətə baxılması üçün mülki iş Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, şikayətin icraata qəbul qərardadı ləğv olunmalı və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-**(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası Qərara aldı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(5-96) **/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayətin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının e-**(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ləğv olunsun və mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-**(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətin mümkünlüyünün yoxlanılması və şikayətə baxılması məqsədilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-6)-293/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-293/2026
04.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver