Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-308/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair icraat üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. AZ-İ seriyalı, ****** saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Rüstəmova Yeganə Asəf qızı ilə X2 arasında Bakı şəhəri, Nizami rayon qeydiyyat şöbəsində ##.##.2008-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında *** nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada “Mahmudova” soyadı verilmişdir.
2. AR-İ nömrəli, ****** saylı etibarnamənin surətindən görünür ki, X2 tərəfindən ərizəçi Ərizəçi ##.##.2055-ci il tarixə qədər etibarnamə verilmişdir.
3. ##.##.2025-ci il tarixli ərizənin surətindən görünür ki, Ərizəçi Bakı şəhəri ** saylı Notariat ofisində ##.##.2025-ci il tarixli Maraqlı şəxs verilmiş etibarnaməni ləğv etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
4. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin təmin olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, müvəqqəti təminat tədbiri kimi cavabdeh Maraqlı şəxs istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində, Koroğlu dairəsindən solda yerləşən anbarın istifadəsinə qadağa qoyularaq möhürlənməsi və cavabdehin istifadəsində olan Baki şəhər, Xətai rayonu, Babək prospekti, Maşın bazarı, 2ci sıra, giriş 3-də yerləşən və Sumqayıt şəhəri, Maşın bazarında yerləşən “Filter” (Emin və Eldar) adlı mağazaların istifadəsinə qadağa qoyularaq möhürlənməsi, cavabdehin ora girişinin qadağan edilməsi və mağazadaki bütün avadanlıqların (malların) üzərinə müvəqqəti təminat tədbiri kimi həbs qoyulması, mağazadaki mövcud malların mağaza ərazisindən çıxarılması, daşınması, cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 ## ######## 2025-ci il tarixdə mülki etibarnamə əsasında bütün əmlakını idarə etməyi, bütün əmlakı üzərində sərəncam verməyi, lazım gələrsə özəlləşdirməyi, yüklülüyə dair arayış aldıqdan sonra onun üzərində sərəncam verməyi, buna dair bütün hallarda öz mülahizəmə görə şərtlər müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı, adıma əmlak özəlləşdirməyi, satmağı, bağışlamağı, icarə kirayə verməyi, hədiyyə etməyi və s hərəkətləri etməyi etibar etmişdir. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Maşın bazarı, 2-ci sıra, giriş 3-də yerləşən və Sumqayıt şəhəri, Maşın bazarında yerləşən “Filter” (Emin və Eldar) adlı mağazalar icarə əsasında uzun müddət yoldaşım tərəfindən istifadə olunub. Cavabdeh Maraqlı şəxs oğlunun yataq xəstəsi olması vəziyyətindən sui-istifadə edərək Bakı şəhəri, Xətai rayonu, Maşın bazarı, giriş 3-də yerləşən və Sumqayıt şəhəri, Maşın bazarında yerləşən “Filter” (Emin və Eldar) adlı mağazasını ələ keçirərək, hal-hazırki vaxtadək mağazayadair hər bir səlahiyyəti olmadan qanunsuz olaraq mağazanı idarə etməyə davam edərək əldə etdiyi gəlirləri şəxsi mənafeyi naminə hələ də istifadə etməkdədir. Mağazanın anbarı Bakı şəhəri Nizami rayonu, Mikayıl ƏIiyev küçəsində, Koroğlu dairəsindən solda yerləşir. Cavabdeh eyni zamanda mağazada olan malları ve xarici ölkələrdən sifarişlə gətirilmiş avadanlıqları həmin anbarda saxlayır. Cavabdeh öz öhdəliklərini icra etməkdə maraqlı olmadığı üçün gələcəkdə qətnamənin məcburi icrasını təmin etmək üçün cavabdehin istifadəsində olan anbarın və mağazaların istifadəsinə qadağa qoyulması zərurəti yaranır ki, bu öz növbəsində mağazada olan ehtiyat hissələrinin, avadanlıqların (mallların) satışını dayandırır. Ona görə ki, avadanlıqlar daşınar əşya olduğundan onların gizlədilməsi, satılması, ölkədən kənara çıxarılması, avadanlıqların qeyri-qanuni yolla özgəninkiləşdirilməsi imkanları mövcuddur. Bu imkanın qarşısı alınmayacağı təqdirdə gələcəkdə qətnamənin icrası qeyri mümkün və ya çətin ola bilər.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, e-2(5-99)-849/2026 mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Maraqlı şəxs istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində, Koroğlu dairəsindən solda yerləşən anbarın istifadəsinə qadağa qoyularaq möhürlənməsi, Baki şəhər, Xətai rayonu, Babək prospekti, Maşın bazarı, 2-ci sıra, giriş 3-də yerləşən və Sumqayıt şəhəri, Maşın bazarında yerləşən “Filter” (Emin və Eldar) adlı mağazaların istifadəsinə qadağa qoyularaq möhürlənməsi, cavabdehin ora girişinin qadağan edilməsi və mağazadakı bütün avadanlıqların (malların) üzərinə həbs qoyulması, mağazadakı mövcud malların mağaza ərazisindən çıxarılması, daşınmasının, cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən cavabdehə təqdim olunmuş iddia ərizəsinin və müvəqqəti təminat tədbiri barədə qərardadın surətindən görünmüşdür ki, iddiaçı məhkəmədən cavabdeh Maraqlı şəxs istifadəsində olan 2009-cu il buraxılışlı, “HUNDAI SANTA FE” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı metalik rəngli avtomobilin və 2008-ci il buraxılışlı, “FORD TRANSIT” yük markalı 77- HE-697 dövlət qeydiyyat nişanlı gümüşü metalik rəngli nəqliyyat vasitəsinin və ödənilmiş 100 manat dövlət rüsumunun, həmçinin Bakı şəhər Xətai rayonu, Maşın bazarı, giriş 3-də yerləşən * saylı “Filter” (Emin və Eldar) adlı və Sumqayıt şəhəri, Maşın bazarında yerləşən “Filter” (Emin və Eldar) adlı mağazaların və mağazadakı bütün ehtiyat hissələrinin (malların) alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin iddia ərizəsində Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində, Koroğlu dairəsindən solda yerləşən anbara dair iddia tələbi olmamışdır. Məhkəmə isə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəni təmin edərək iddia tələbində göstərilən əmlaklarla yanaşı iddia tələbində olmayan əmlakın Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində, Koroğlu dairəsindən solda yerləşən anbarın istifadəsinə qadağa qoyulmasını və möhürlənməsini qərara almışdır. Məhkəmənin diqqətinə çatdırmaq istəmişdir ki, Mülki Prosessual Məcəllənin 157.3-cü maddəsinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək,iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər.Mülki Prosessual Məcəllənin 157.4-cü madəsində göstərilmişdir ki, iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edə bilər.Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Buna baxmayaraq məhkəmə Mülki Prosessual Məcəllənin 157.4-cü maddəsinin tələbini nəzərə almamış, müvəqqəti təminat tətbirinin tətbiq olunması barədə ərizəni təmin edərək, barəsində iddia verilməyən əmlakın (anbarın), yekun məhkəmə aktı qəbul edilənədək, istifadəsinə qadağa qoyulması və möhürlənməsi barədə qərardad qəbul etmişdir, halbuki qeyd edilən normanın tələbinə əsasən barəsində iddia qaldırılmayan bu əmlaka dair müvəqqəti təminat tədbirin müddəti 1 aydan çox olmamalı idi. Bundan başqa, məhkəmə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizənin əsaslandırılmasını nəzərdə tutan Mülki Prosessual Məcəllənin 157.5-ci madəsinin tələbini nəzərə almamışdır. MPM-nin 157.5.2-ci maddəsinin tələbinə əsasən müvəqqəti təminat tədbiri barədə ərizədə iddia tələbinin əsaslığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. Yəni ərizəçi iddia tələbinin kifayət qədər əsaslığına dair ilkin sübutları təqdim etməli və müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsində həmin sübutlara istinad etməlidir. Lakin, iddiaçı ilkin iddia ərizəsində və müvəqqəti təminat tədbiri barədə ərizədə Bakı şəhər Xətai rayonu, Babək prospekti, Maşın bazarı, 2-ci sıra, giriş 3-də yerləşən və Sumqayıt şəhəri, Maşın bazarında yerləşən “Filter” (Emin və Eldar) adlı mağazaların, həmçinin,Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində, Koroğlu dairəsindən solda yerləşən anbarın (iddia ərizəsində həmin anbara dair iddia tələbi olmamış, yalnız iddia tələbinin əsaslandırma hissəsində həmin anbarın adı çəkilmişdir) iddiaçının mərhum ərinə (onun oğluna) məxsus olmasını təsdiq edən heç bir rəsmi sənəd-ilkin sübutlar təqdim etməmiş, yalnız mağazaların mərhum ərinin icarə əsasında istifadə etdiyini, cavabdehin isə həmin əmlaklardan qanunsuz gəlir əldə etdiyini bildirmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəmişdir ki, cavabdeh olaraq o Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona ********** nömrəli VÖEN verilmişdir. Sahibkarlıq fəaliyyətinin növü avtomobillərin ehtiyyat hissələrinin pərakəndə satışı, avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların pərakəndə satışından ibarətdir və sahibkarlkıq fəaliyyəti ilə əlaqədar ***-***-**-** nömrəli Asan imza almışdır (təsdiqedici sənədlər əlavə olunur). Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə ## ###### 2019-cu ildə “xxxx” kiçik müəssisəsi ilə icarə müqaviləsi bağlayaraq Bakı şəhəri, Xətai rayonu, Babək prospekti,2315-ci məhəllədə yerləşən 15 kv.m qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür. Həmin icarə müqaviləsinin 4.2-ci maddəsinə əsasən, qeyri yaşayış sahəsi hal-hazırda da istifadəsindədir. (Müqavilə əlavə olunur). Bundan başqa cavabdeh ##.##.2021-ci ildə icarəyə verən “Komfort firması” ilə icarə müqaviləsi bağlayaraq Bakı şəhəri, Nizami rayonu,Böyük Şor,24/27-ci məhəllə, Koroğlu metro satansiyasının yaxınlığında yerləşən ümümi sahəsi 107,75 kv.m olan qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür. Həmin icarə müqaviləsinin 2.3-cü maddəsinə əsasən qeyri-yaşayış sahəsi hal-hazırda da istifadəsindədir (Müqavilə əlavə olunur). Göründüyü kimi, məhkəmə bu hallara düzgün qiymət verməmiş, səhv nəticəyə gəlmiş, bununla da onun konstitusion hüquqlarını pozmuşdur. Həmçinin, ərizəçinin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi əsasında ona maddi ziyan,həm də sahibkarlıq fəaliyyəti ilə əlaqədar işgüzar nüfuzuna zərər dəymişdir.Bu hal ona dəymiş ziyanın ödənilməsi barədə cavabdehə qarşı iddia tələbinin irəli sürülməsinə əsas vermişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəmişdir ki, o mübahisələndirdiyi qərardad ona xəbər verilmədən çıxarılmışdır, surətini ##.##.2026 cı il tarixdə almış və şikayət verilmə müddəti (10 gün) bitməmişdir.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (Maddə 157.2).
12. Həmin Məcəllənin 157.5-ci maddəsində qeyd edilir ki, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir (Maddə 157.6). Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir (Maddə 157.7).
13. Məcəllənin 158.1-ci maddəsində qeyd edilir ki, aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, ərizə təmin edilməməlidir.
15. Iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “əmlakın özgənin qanunsuz sahibliyindən geri qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Maraqlı şəxs istifadəsində olan 2009-cu il buraxılışlı, “HUNDAI SANTA FE” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı metalik rəngli avtomobilin və 2008-ci il buraxılışlı, “FORD TRANSIT” yük markalı **-HE-*** dövlət qeydiyyat nişanlı gümüşü metalik rəngli nəqliyyat vasitəsinin, ödənilmiş 100 manat dövlət rüsumunun və Bakı şəhər Xətai rayonu, Maşın bazarı, giriş 3-də yerləşən * saylı“Filter” (Emin və Eldar) adlıvə Sumqayıt şəhəri, Maşın bazarında yerləşən “Filter” (Emin və Eldar) adlı mağazaların və mağazadakı bütün ehtiyat hissələrinin (malların) alınaraq ona qayarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Eyni zamanda, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin təmin olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək,müvəqqəti təminat tədbiri kimi cavabdeh Maraqlı şəxs istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində, Koroğlu dairəsindən solda yerləşən anbarın istifadəsinə qadağa qoyularaq möhürlənməsi və cavabdehin istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Maşın bazarı, 2ci sıra, giriş 3-də yerləşən və Sumqayıt şəhəri, Maşın bazarında yerləşən “Filter” (Emin və Eldar) adlı mağazaların istifadəsinə qadağa qoyularaq möhürlənməsi, cavabdehin ora girişinin qadağan edilməsi və mağazadakı bütün avadanlıqların (malların) üzərinə müvəqqəti təminat tədbiri kimi həbs qoyulması,mağazadakı mövcud malların mağaza ərazisindən çıxarılması,daşınmasının cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 17.Iddianın əsaslarına görə Mahmudaova Yeganə Asəf qızının həyat yoldaşı Eldar Mahmudovun ona verdiyi geniş səlahiyyətli etibarnaməyə əsasən əmlakları idarə etmək hüququna malikdir. Lakin cavabdeh Maraqlı şəxs (iddiaçının qaynatası), oğlunun yataq xəstəsi olmasından sui-istifadə edərək Bakı və Sumqayıt şəhərlərindəki maşın bazarlarında yerləşən "Filter" mağazalarını qanunsuz ələ keçirmiş və gəlirləri mənimsəməkdədir. Iddiaçı qeyd edir ki, mağazalardakı mallar və xarici ölkələrdən gətirilmiş avadanlıqlar daşınar əmlak olduğundan, onların gizlədilməsi, satılması və ya başqasına ötürülməsi riski yüksəkdir. Bu səbəbdən, gələcəkdə çıxarılacaq məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədilə həmin mağazaların və Nizami rayonunda yerləşən anbarın istifadəsinə, habelə oradakı malların satışına qadağa qoyulmasını (iddianın təmin tədbiri) xahiş edir.
18. Birinci instansiya məhkəməsi tərəfindən ərizə təmin edilmişdir.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, ərizəçi iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutları təqdim etməmişdir.
20. MPM-nin 157-ci maddəsinin mənasına görə müvəqqəti təminat tədbiri o halda həyata keçirilir ki, iddia ilə müvəqqəti təminat tədbiri arasında əlaqə mövcud olsun, yəni görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlmiş olsun. Həmçinin bu tədbirlər məhkəmə qətnaməsinin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların baş verməsinin qarşısının alınmasının, aradan qaldırılmasının və beləliklə də, gələcəkdə qətnamənin icrasının təmin olunmasının prosessual hüquqi vasitələrindən biri kimi qiymətləndirilir.
21. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, müvəqqəti təminat tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir.
22. Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbirlərinin görülməsi üçün məhkəməyə iddia ilə bağlı ilkin zəruri sübutların təqdim edilməsinə və ərizədə cavabdeh kimi qoyulmuş şəxslərə qarşı yönəldilmiş tələblərin ilkin əsaslandırılmasına və bununla bağlı iddianın uğurluluğuna dəlalət edən ilkin dəlillər təqdim olunmalıdır. Əks halda, görülmüş belə tədbirlər cavabdehlərin hüquqlarının pozulması ilə nəticələnə bilər.
23. Hazırkı işdə isə ərizəçi iddianın əsaslılığına dair ilkin zəruri sübutlar təqdim etməmiş, ərizəsində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Maşın bazarı, 2-ci sıra, giriş 3-də yerləşən və Sumqayıt şəhəri, Maşın bazarında yerləşən “Filter” (Emin və Eldar) adlı mağazaların icarə əsasında uzun müddət yoldaşı X2 tərəfindən istifadə edildiyini bildirsə də, mağazalar üzərindəki icarə hüququnun və ya sahiblik titulunun həyat yoldaşına məxsusluğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.
24. Əksinə cavabdeh tərəfindən təqdim edilmiş Icarədar “xxxx” kiçik müəssisəsinin direktoru X5 ilə, Icarəçi Maraqlı şəxs arasında bağlanmış ##.##.2010-cu il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti – 2315-ci məhəllə ünvanında yerləşən 15 m2 qeyri-yaşayış sahəsi Maraqlı şəxs icraəyə verilmişdir.
25. Icarəyə verən “Komfort firması” ilə Icarəçi Maraqlı şəxs arasında bağlanmış ##.##.2021-ci il tarixli icarəy müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor (Daş Karxanası), 24/27-ci məhəllə, Koroğlu metrostansiyasının yanında yerləşən, ümumi sahəsi 107,75 kv.m olan qeyri-yaşayış sahəsinin 70 kv.m-ni Maraqlı şəxs icarəyə verilmişdir.
26. Göründüyü kimi iş materiallarında olan sənədlər cavabdeh Maraqlı şəxs Bakı şəhəri, Xətai rayonu, Babək prospekti – 2315-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsindən və Bakı şəhəri, Nizami rayonu, Böyük Şor (Daş Karxanası), 24/27-ci məhəllədə yerləşən qeyriyaşayış sahəsindən uzun müddətdir icarəçi qismində istifadə etdiyini təsdiq edir. Halbuki ərizəçi həmin obyektlərin faktiki olaraq həyat yoldaşı X2 istifadəsində olmasını, cavabdehin isə sonradan onları qanunsuz ələ keçirməsini iddia etsə də, bu halı təsdiq edən hər hansı ilkin yazılı sübutu, ödəniş sənədini, icarə münasibətlərinə dair sənədi, vergi və ya sahibkarlıq fəaliyyəti ilə bağlı məlumatı məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən ərizədə göstərilən halların yalnız ehtimala və subyektiv mülahizələrə əsaslandığı, iddianın uğurluluğuna dəlalət edən kifayət qədər ilkin sübutların isə mövcud olmadığı müəyyən edilir.
27. Digər tərəfdən ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizədə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində, Koroğlu dairəsindən solda yerləşən anbarın istifadəsinə qadağa qoyulmasını xahiş etsə də, iddia ərizəsində həmin anbarla bağlı tələbi olmamış, həmin obyektin mübahisə predmeti ilə əlaqəsini və gələcəkdə qəbul edilə biləcək məhkəmə qətnaməsinin icrasına hansı formada təsir göstərə biləcəyini əsaslandırmamışdır. Iddia predmeti olmayan bir obyekt (anbar) barəsində müvəqqəti təminat tədbirinin tətbiqi prosessual qanunvericiliyin mahiyyətinə zidd olmaqla yanaşı, məhkəmənin iddia hüdudlarından kənara çıxması kimi qiymətləndirilir.
28. Belə olan halda kollegiya hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin təmin edilməsi üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz.
29. “Azərbaycan Respublikası MPM-in 157 və 158-ci maddələrinin bəzi müddəalarının şərhinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.
30. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinin təmin edilməsi ilə bağlı düzgün olmayan qənaətə gəlmişdir.
31. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA A L D İ:
Şikayət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Rüstəmli Məhəmməd