Məhkəmə qərarları › İş №e-16(3-6)-310/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-310/2026

18.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-310/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, müvəqqəti təminat tədbirinin tətbiqi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh3 QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı Iddiaçı Ərizəçi cavabdehlər cavabdeh3 QSC Bank olmayan kredit təşkilatı və Abşeron rayon Icra və Probasiya şöbəsinə qarşı iddiaçıya məxsus, ipoteka predmeti olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 2.5 ha torpaq sahəsinin ipotekasaxlayan tərəfindən əldə olunmasına dair ##.##.2026-cı il tarixli ****************** nömrəli protokolun etibarsız sayılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, eyni zamanda ipoteka predmetinin ipotekasaxlayan tərəfindən əldə olunmasına dair ##.##.2026-cı il tarixli ****************** №-li protokola əsasən ipoteka predmeti olan, Ərizəçi məxsus Abşeron rayonu, Məmmədli kəndində yeləşən 2.5 ha torpaq sahəsinin cavabdeh cavabdeh3 QSC Bank olmayan kredit təşkilatının adına rəsmiləşdirilməsinin və özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2014 cü il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər “xxxx” MTK və Ərizəçi qarşı ipotekanın hərracdan satılması və kredit borcunun tutulması tələbi barədə iddiası qismən təmin olunaraq cavabdeh “xxxx” MTK-dan iddiaçı “xxxx” ASC-nin xeyrinə 1200000 manat əsas borc, 783443 manat faiz borcu, 70000 manat dəbbə pulu və 30 manat dövlət rüsumu, cəmi 2053443 manat pulun tutulması, tutmanın cavabdeh Ərizəçi məxsus Abşeron rayonu, Məmmədli kəndində yeləşən 2.5 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdeh “xxxx” MTK-dan tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2015-ci il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” MTK-nın apellyasiya şikayəti qismən təmin olunaraq Yasamal Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli qətnaməsi əsas borc və faiz borcu hissəsində dəyişdirilmiş, cavabdeh “xxxx” MTK-dan iddiaçı “xxxx” ASC-nin xeyrinə ##.##.2007-ci il tarixli *** №-li kredit müqaviləsi üzrə 1199430,91 manat əsas borc, 781853,62 manatfaiz borcunun tutulması qət edilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. “xxxx” ASC-nin həmin qətnamədən irəli gələn tələb hüququ yeni kreditor cavabdeh3 QSC Bank olmayan kredit təşkilatına ötürülmüş və bununla əlaqədar olaraq daşınmaz əmlakın dövlət reyestində ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Icra məmuru tutma yönəldilən əmlakın açıq bazarda satılması üçün borcluya müddət verməli və bu müddət ərzində əmlak açıq bazarda satılmadıqda əmlakın elektron hərracda satılması üçün sifariş verə bilərdi. Lakin icra məmuru əmlakın açıq bazarda satılması üçün borcluya müddət vermədənvəbumüddətərzindəəmlakınaçıqbazardasatılmasını gözləmədən əmlakın elektron hərracda satılması üçün sifariş vermiş, bununda da “Icra haqqında” Qanunun 61.1.2ci maddəsinin tələblərini pozmuşdur. “Icra haqqında” Qanunun 51.1-ci maddəsinə görə borclunun əmlakının “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı ilə qiymətləndirildiyi, yaxud əmlakın qiymətinin məhkəmə qərarı ilə müəyyən edildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Icra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Icra məmurunun sifarişi ilə ipoteka predmeti olan topaq sahəsinin qiymətləndirilməsini aparan qiymətləndirici X1 X2 tərəfindən ##.##.2024 cü ildə daşınmaz əmlakın, o cümlədən torpaq sahəsinin qiymətləndirilməsi üzrə Qiymətləndiricinin ixtisas şəhadətnaməsi, Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən isə ##.##.2025-ci ildə şəhadətnamə verilmişdir. Göründüyü kimi, ipoteka predmeti olan topaq sahəsinin qiymətləndirilməsini aparan qiymətləndirici X1 qiymətləndirmə sahəsində fəaliyyəti 5 ildən azdır və o, qiymətləndirici kimi dəvət oluna bilməzdi. Icra məmuru bununla “Icra haqqında” Qanunun 51.1-ci maddəsinin tələblərini pozmuşdur. Həmin qiymətləndiricinin ipoteka predmeti olan torpaq sahəsinə qoyduğu bazar qiyməti əsasında torpaq sahəsi hərraca çıxarıla bilməzdi. Bundan başqa, həmin əmlakın bazar qiymətinin 3150000 manat göstərilməsi onun real bazar qiyməti ilə müqayisədə xeyli azdır. Belə ki, “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli qiymətləndirmə hesabatına əsasən ipoteka predmeti olan topaq sahəsinin bazar qiyməti 4570000 manat təşkil edir ki, həmin əmlakın hərracda ilkin satış qiyməti kimi təyin olunan məbləğdən 1420000 manat çoxdur. “Elektron hərrac” Portalından görünür ki, torpaq sahəsinin ilkin hərracı iştirakçı olmadığından ##.##.2026 tarixdə baş tutmamışdır. ##.##.2026-ci ildə saat 10.25-də başlayan təkrar hərrac ##.##.2026-cı ilədək davam etmiş və iştirakçı olmadığından baş tutmamışdır. Ipoteka predmetinin ipotekasaxlayan tərəfindən əldə olunmasına dair ##.##.2026-cı il tarixli ****************** №-li protokola əsasən ipoteka predmeti olan topaq sahəsi 2047500 manata ipoteka saxlayan cavabdeh3 QSC Bank olmayan kredit təşkilatı tərəfindən əldə olunmuşdur. Hesab edir ki, yuxarıda göstərilən qanun pozuntularına görə hərracın keçirilməsi və onun baş tutmamasına görə ipoteka predmeti olan topaq sahəsinin real bazar qiymətindən xeyli ucuz, ilkin satış qiymətinin 65 %-i miqdarında, yəni 2047500 manata ipoteka saxlayan tərəfindən qəbul olunması qanunsuzdur. Ərizəçi yuxarıda göstərilən qanun pozuntularına istinad edərək ona məxsus ipoteka predmeti olan Abşeron rayonu, Məmmədli kəndində yeləşən 2.5 ha torpaq sahəsinin ipotekasaxlayan tərəfindən əldə olunmasına dair ##.##.2026-cı il tarixli ****************** №-li protokolun etibarsız sayılması barədə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir və iş hazırda həmin məhkəmənin icraatındadır. Hesab edir ki, hazırkı iş üzrə müvəqqəti təminat tədbiri kimi qeyd olunan protokola əsasən torpaq sahəsinə ipoteka saxlayan cavabdeh3 QSC Bank olmayan kredit təşkilatının mülkiyyət hüququnun qeydə alınması və həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi cavabdehə və üçüncü şəxslərə qadağan olunmalıdır. Belə ki, müvəqqəti təminat tədbiri tətbiq olunmadığı halda, əmlaka mülkiyyət hüququ cavabdehin adına reyestrdə qeydə alına və torpaq sahəsi üçüncü şəxslərə satıla bilər ki, bu da iddianın təmin olunacağı halda qətnamənin icrasında çətinlik yarada və iddiaçının pozulmuş hüquqlarının bərpası mümkün olmaya bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan e-*(*-***)-***/**** saylı mülki işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, ##.##.2026-cı il tarixli ****************** №-li protokola əsasən ipoteka predmeti olan, Ərizəçi məxsus Abşeron rayonu, Məmmədli kəndində yeləşən 2.5 hatorpaq sahəsinin cavabdeh cavabdeh3 QSC Bank olmayan kredit təşkilatının adına rəsmiləşdirilməsi və özgəninkiləşdirilməsinin qadağan edilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1, 157.2, 157.3, 157.7, 158.1.2, 158.1.3, 159.1, 160.1-ci və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8.2, 10.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyasının “Icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” ##.##.2021-ci il tarixli **/**** saylı Qərardadına istinadən qeyd edilmişdir ki, məhkəmə ərizəni, iş materiallarını araşdıraraq, müvəqqəti təminat tədbirinin təyinatı və məqsədləri ilə bağlı qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən protokola əsasən qeydiyyatın aparılması əmlakın gələcəkdə özgəninkiləşdirilməsinə, nəticədə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkünsüzlüyünə və ya əhəmiyyətli dərəcədə çətinləşməsinə səbəb ola bilər. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - cavabdeh2 MMC-nin Daşınmaz əmlakıln (torpaq sahəsinin) qiymətləndirilməsi barədə ##.##.2025-ci il tarixli rəyinə əsasən, Ərizəçi məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 2.5 ha torpaq sahəsinin bazar dəyəri 3150000 manat, likvid dəyəri 3000000 manat təşkil edir; - “xxxx” MMC-nin Daşınmaz əmlakın (torpaq sahəsinin) qiymətləndirilməsi barədə ##.##.2026-cı il tarixli rəyinə əsasən, Ərizəçi məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 2.5 ha torpaq sahəsinin orta bazar dəyəri 4570000 manat təşkil edir; - Ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair ##.##.2026-cı il tarixli ****************** №-li protokolun surətinə əsasən, Ərizəçi məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 2.5 ha torpaq sahəsi cavabdeh3 QSC BOKT tərəfindən 2047500 manata (ilkin qiymətin 65%-nə) tələbkara təklif edilmiş və tələbkar tərəfindən əldə edilmişdir. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Cavabdeh “xxxx” QSC qərardaddan şikayət verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026- cı il tarixli qərardadının ləğv edilməsi və ərizəçi Ərizəçi ərizəsinin təmin edilməməsi, əks təqdirdə şikayətin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 425.1, 425.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 9.1, 88, 267, 268-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2015-ci il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” MTK-dan iddiaçı “xxxx” ASC-nin xeyrinə ##.##.2007-ci il tarixli *** №-li kredit müqaviləsi üzrə 1199430,91 manat əsas borc, 781853,62 manat faiz borcunun tutulması və Ərizəçi məxsus Abşeron rayonu, Məmmədli kəndində yeləşən 2.5 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan qət edilmiş və borc tələbinin qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Işin hallarından və sənədlərdən də göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin ##.##.2015-ci il tarixli qətnaməsi 10 il ərzində cavabdehlər tərəfindən icra olunmamış və dövlətə küllü miqdarda borc pul ödəniməmiş qalmışdır. Cavabdehlər bütün hallarda kredit borcunun könüllü ödənilməsində ötən illər ərzində heç bir təşəbbüs göstərməmiş və bu istiqamətdə heç bir addım atmamışlar. Ərizəçi məhkəmə qətnaməsindən sonra ötən 10 il ərzində ipoteka qoyulmuş əmlakdan istifadə etməkdə davam edir. Qeyd edilməlidir ki, xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** saylı Fərmanının icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən problemli borcların qaytarılması və həmin vəsaitlərn dövlət büdcəsinə bərpa edilməsi cavabdeh3 QSC-nin üzərinə vəzifə kimi qoyulmuşdur. Lakin Ərizəçi verdyi iddia ərizəsində formal mülahizələrə söykənərək, bilərəkdən və qərəzli şəkildə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2015-ci il tarixli qətnaməsinin icrasına mane olmağa, onun icra olunma vaxtını uztmağa can atır. Bununla da Ərizəçi öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərin hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazimi şəkildə, öhdəliyin şərtlərinə əməl etməsi müddəlarına zidd hərəkət etdiyini nümayiş etdirir. Verilmiş iddia və müvəqqəti təminat tədbiri haqqında ərizə tam əsassız olmaqla, təmin olunmamalı və rədd edilməlidir. Yasamal rayon Məhkəməsinin ##.##.2026- cı il tarixli qərardadından göründüyü məhkəmə cavabdeh tərəfindən verilmiş şikayət üzrə məhkəmə işi obyektiv araşdırmadan tələm-tələsik qərardad çıxarmışdır ki, bu da qanunsuzdur. Məhkəmə verilmiş şikayətlə bağlı tətbiq edilməli olan mülki- prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Lakin məhkəmə tərəfindən işdə olan sənədlərə düzgün hüquqi qiymət verilməmiş, iş obyektiv araşdırılmamış, son nəticədə cavabdeh3 QSC nin hüquq və mənafeyinə zidd olan qanunsuz bir qərardad qəbul edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ##.##.2026 –cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarına əsasən: 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir; 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu; 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Təqdim edilmiş ərizənin və qəbul edilmiş qərardadın məzmunu üzrə şikayətlə təkzibedici dəlillər müzakirəyə təqdim edilməmişdir. Belə ki, ərizədə qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2014 cü il tarixli qətnaməsi cavabdeh “xxxx” MTK-dan iddiaçı “xxxx” ASC-nin xeyrinə pulun tutulması, tutmanın cavabdeh Ərizəçi məxsus Abşeron rayonu, Məmmədli kəndində yeləşən 2.5 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdeh “xxxx” MTK-dan tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2015-ci il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli qətnaməsi əsas borc və faiz borcu hissəsində dəyişdirilmişdir. Eyni zamanda tələb hüququ yeni kreditor cavabdeh3 QSC Bank olmayan kredit təşkilatına ötürülmüş və bununla əlaqədar olaraq daşınmaz əmlakın dövlət reyestində ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Icra məmuru əmlakın açıq bazarda satılması üçün borcluya müddət vermədən və bu müddət ərzində əmlakın açıq bazarda satılmasını gözləmədən əmlakın elektron hərracda satılması üçün sifariş vermiş, bununda da “Icra haqqında” Qanunun 61.1.2-ci maddəsinin tələblərini pozmuş, ipoteka predmeti olan topaq sahəsinin qiymətləndirilməsini aparan qiymətləndiricinin qiymətləndirmə sahəsində fəaliyyəti 5 ildən az olduğundan “Icra haqqında” Qanunun 51.1-ci maddəsinin tələblərini pozulmuşdur. Bundan başqa, həmin əmlakın bazar qiymətinin onun real bazar qiyməti ilə müqayisədə xeyli az,hərraclarda iştirakçılar olmamış və topaq sahəsi 2047500 manata ipoteka saxlayan cavabdeh3 QSC Bank olmayan kredit təşkilatı tərəfindən əldə olunmuş, ilkin satış qiymətinin 65 %-i miqdarında ipoteka saxlayan tərəfindən qəbul olunması qanunsuzdur. Torpaq sahəsinin ipotekasaxlayan tərəfindən əldə olunmasına dair ##.##.2026-cı il tarixli ****************** №-li protokolun etibarsız sayılması barədə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və iş hazırda həmin məhkəmənin icraatındadır və kredit təşkilatının mülkiyyət hüququnun qeydə alınması və həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi cavabdehə və üçüncü şəxslərə qadağan olunmadığı halda, əmlaka mülkiyyət hüququ cavabdehin adına reyestrdə qeydə alına və torpaq sahəsi üçüncü şəxslərə satıla bilər ki, bu da iddianın təmin olunacağı halda qətnamənin icrasında çətinlik yarada və iddiaçının pozulmuş hüquqlarının bərpası mümkün olmaya bilər. Göründüyü kimi, ərizədə qeyd edilən hallar ciddi pozuntulara işarə edən xüsusatlardır ki, bunlar yalnız iddia proseduru həddində müzakirə edilməlidir. Qeyd edilən mənada əlavə olaraq qeyd edilməlidir ki, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair ##.##.2026-cı il tarixli ****************** №-li protokola əsasən torpaq sahəsi cavabdeh3 QSC BOKT tərəfindən əldə edilmişdir. Yəni müvəqqəti təminat tədbiri barədə qərardadı da ipoteka saxlayan (əmlakı əldə edən) mübahisələndirilmiş və şikayət ümumi mülahizələrdən ibarət olmuşdur. Halbuki, mübahisənin (iddianın) əsasını məhkəmə qərarının icrası və həracın keçirilməsi ilə bağlı vəzifəli şəxslərin qanunların pozulması olmuşdur ki, ərizənin dəlilləri ilə razılaşan aidiyyəti təşkilatlar (məsul vəzifəli şəxslər) tərəfindən bu hallara (iddianın əsassızlığına) dair etiraz və mülahizələr təqdim edilməmişdir. Illər boyu ərizəçi tərəfindən hərəkətlərin edilməməsi barədə şikayətin dəlillərinə dair qeyd edilməlidir ki, qətnamə iki mərhələdən ibarət olmuşdur ki, ərizəçi qətnamə üzrə ipotekaqoyan kimi pul borcu vəsaitlərinin tutulmadığı təqdirdə sonrakı mülki məsuliyyətinin daşıyıcısı olmuş və bu halların da araşdırılması məsələsi də, yenə iddia tələbin araşdırma predmetinin nəticəsi ilə bağlıdır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24 (III), 80 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-164, 372, 385, 387, 395, 397-ci maddələrinə əsasən,birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi üçün hər hansı əsaslar müəyyən edilmir. Belə ki, hazırkı müvəqqəti təminat tədbirinin ləğvi iddiaçının dəlilləri gələcəkdə məhkəmə qətnaməsi ilə öz təsdiqini tapacağı təqdirdə iddiaçıya böyük zərər vurulması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Bununla belə, izah edilməlidir ki, hazırki tədbir müvəqqəti səciyyə daşıyır, məhkəmə qətnaməsi üzrə və ya ondan sonra qəbul ediləcək qərarla, habelə gələcəkdə tərəflərin mənafeyinə uyğun tərəflərin razılığı ilə müəyyən olunmuş qaydadan fərqli qaydada müvəqqəti təminat tədbiri ilə əvəz edilməsi müəyyən oluna bilər. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh cavabdeh3 QSC BOKT tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar