Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-313/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi “müvəqqəti təminat tədbirinin tətbiqi” barədə ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı “öhdəliyin icrasının təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvabdehdən 400000 manat məbləğində pulun və iddia ərizəsi üçün ödənilmiş 430 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək, Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanında Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2004-cü il tarixli **** saylı qərarı ilə ayrılmış 1200 kv.metr ölçülü torpaq sahəsinin əsas döngə nöqtələrinin ************** nömrəli koordinatları daxilində cavabdeh Cavabdeh və digər şəxslərə müdaxilənin, tikintiyə icazənin, hər hansı tikinti-qazıntı, sənədləşdirmə işləri (sərancam və özəlləşdirilməsi) və sair işlərinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir (sonradan iddiaçı tərəfindən ərizədə texniki düzəliş edilmişdir). Ərizə onunla əsaslandırılmışdır ki, ## ##### 2024-cü il tarixli ilkin alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə tərəflər ##.##.2034-cü il tarixə kimi Azərbaycan Respublikası Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2004-cü il tarixli **** nömrəli sərancamına və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ##.##.2008-ci il tarixli 8988 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Cavabdeh Səbail rayonu, Salyan şossesi 32 ünvanında ayrılmış 1200 kv.metr ölçülü torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra torpaq sahəsini 210000 manata ona (ikinci tərəfə) satılması barədə gələcəkdə alğı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək müqavilə bağlamışlar. Müqavilənin 1.2-ci bəndinə görə birinci tərəf Cavabdeh nümayəndəsi X6 torpaq sahəsini 210000 manata qiymətləndirir və torpaq sahəsini ona (ikinci tərəfə) satmağı, onun (ikinci tərəfin) nümayəndəsi X2 məbləğindən 200000 manatını notariusun depozit hesabı vasitəsi ilə birinci tərəf Cavabdeh nümayəndəsi X6 ödəyir. Bu müqavilə üzrə öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində tərəflərdən hər hansı birinə dəymiş zərərin əvəzinin ödənilməsi vəzifəsi təqsirli tərəfin üzərinə düşür. Birinci tərəf bu müqavilə üzrə öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi səbəbindən pozularsa o, ikinci tərəfin ona ödədiyi 200000 manatı geri qaytarmaqla yanaşı 200000 manat məbləğində dəbbə pulu ödəməyi öhdəsinə götürür. Tərəflər barəsində müqavilə bağlanmış torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış dövlət reyerstrindən əldə etdikdən sonra alğı-satqıya dair yekun müqavilə bağlamağı öhdələrinə götürürlər. Hazırda Cavabdeh Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanında ayrılmış 1200 kv.metr ölçülü torpaq sahəsində dair daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli ## ####### 2025-ci il tarixində çıxarış almış və mülkiyyətində olması Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən təsdiqlənmişdir. Lakin cavabdeh Cavabdeh bugünədək ## ##### 2024-cü il tarixli ilkin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikdən qəsdən yayınmış və müxtəlif bəhanələr gətirərək, əmlaka dair alğı-satqı bağlamaqdan imtina etmişdir. Göründüyü kimi, cavabdeh Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən 400000 manatın geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Hesab edir ki, mübahisə üzrə iddia tələbinin predmetini ## ##### 2024-cü il tarixli ilkin alğı-satqı müqaviləsinə əsasən cavabdeh Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanında ayrılmış 1200 kv.metr ölçülü torpaq sahəsi təşkil edir. Hazırki işdə cavabdeh Cavabdeh ona qarşı məhkəmədə iddia qaldırıldığını bilmiş, dərhal sözügedən əmlakı satmış və eyni zamanda həmin torpaq sahəsində təmir-tikinti işlərinə başlamış, həmin torpaq sahəsində tikinti, qazıntı işləri ilə yanaşı, həmin torpaq sahəsinin özəlləşdirilməsi istiqamətində sənədləşdirilmə işlərinin də aparılması müəyyən olunmuşdur. Bu da gələcəkdə həmin əmlakın yenidən vicdanlı alıcılara qarşı iddia qaldırmaq mübahisəyə çevirmək kimi hallara gətirib çıxaracaq. Bir sözlə qətnamənin icrasını çətinləşdirəcəkdir. Ona görə də, məhkəmədə onun hüquqlarının qorunması barədə təminat tədbirlərinin görülməsi zərurəti yaranmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə (hakim Şəbnur Əzizova) ərizə təmin edilmiş, məhkəmənin icraatında olan e- *(*-**)-****/**** saylı mülki iş mahiyyəti üzrə yekunlaşanadək, Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanında Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2004-cü il tarixli **** saylı qərarı ilə ayrılmış 1200 kv.metr ölçülü torpaq sahəsinin əsas döngə nöqtələrinin ************** nömrəli koordinatları daxilində cavabdeh Cavabdeh və digər şəxslərə müdaxilənin, tikintiyə icazənin, hər hansı tikinti-qazıntı, sənədləşdirmə işləri (sərancam və özəlləşdirilməsi) və sair işlərin aparılmasının qadağan edilməsi qərara alınmışdır. Qeyd olunan qərardaddan maraqlı şəxs Maraqlı şəxs (nümayəndəsi və vəkili X4) tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi, müvəqqəti təminat tədbirinə dair ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadının əsassız olması, prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılması, əsas iş üzrə iddia tələbi ilə bağlı olan torpaq sahəsinin Cavabdeh satın alması, hazırda həmin torpaq sahəsinin onun mülkiyyətində olması, onun məhkəmə prosesindən məlumatlı olmaması, heç bir əsas olmadan mülkiyyətində torpaq sahəsi üzərində hüquqlarının əsassız məhdudlaşdırlması, qərardadda göstərilən tədbirlərin qanunsuz olması, məhkəmə tərəfindən bu kimi halların nəzərə alınmaması və s. göstərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə ərizə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: Işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş müvəqqəti təminat tədbiri barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, MPM-in 157.1 və 157.2-ci maddələrinə əsasən, maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. MPM-in 157.3 və 157.4-cü maddələrinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. MPM-in 157.5-ci maddəsinin tələbinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə - müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. MPM-in 157.6-cı maddəsinin tələbinə görə müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Göründüyü kimi, istər qanunverciliyin tələbləri, istərsə də Konstitusiya Məhkəməsinin mövqeyinə görə müvəqqəti təminat tədbirləri formal olmamalı, əsaslandırılmalı, həmçinin məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Birinci instansiya məhkəməsi ərizəni təmin edərkən göstərmişdir ki, mübahisənin obyektiv və ədalətli həlli, tərəflərin əmlak hüquqlarının və qəbul ediləcək məhkəmə qərarının səmərəliliyinin təmin edilməsi kimi halları, eləcə də məhkəmə icraatının davam etdiyi dövrdə mübahisə predmeti olan əmlakın özgəninkiləşdiriləcəyi təqdirdə iddiaçının hüquqlarının qorunmasının əhəmiyyətli dərəcədə çətinləşəcəyi, bu halın isə yeni məhkəmə mübahisəsinin yaranmasına səbəb ola biləcəyi nöqteyi-nəzərdən çıxış edərək, mülki işin mahiyyəti üzrə baxılıb yekunlaşanadək, Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanında Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2004-cü il tarixli **** saylı qərarı ilə ayrılmış 1200 kv.metr ölçülü torpaq sahəsinin əsas döngə nöqtələrinin ************** nömrəli koordinatları daxilində cavabdeh Cavabdeh və digər şəxslərə müdaxilənin, tikintiyə icazənin, hər hansı tikinti-qazıntı, sənədləşdirmə işləri (sərancam və özəlləşdirilməsi) və sair işlərin aparılmasının qadağan edilməsi növündə müvəqqəti təminat tədbirinin tətbiqi zəruridir. Hazırkı müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin məzunundan göründüyü kimi, ərizəçi Ərizəçi cavabdeh Cavabdeh və digər şəxslərə mübahisəli torpaq sahəsi üzərində müdaxilənin, tikintiyə icazənin, hər hansı tikinti-qazıntı, sənədləşdirmə işlərinin (sərancam və özəlləşdirilməsi) və sair işlərinin qadağan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizə qismən təmin olunmuşdur. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, e-**(*-*)-***/**** nömrəli qərardadından görünür ki, digər iş üzrə ərizəçi X1 müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, eyni torpaq sahəsinin üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsinin qadağan edilməsi, torpaq sahəsində söküntü, tikinti, habelə digər hərəkətlərin edilməsinin cavabdeh Maraqlı şəxs qadağan edilməsi və ƏMDK yanında DƏDRX-nin * saylı Ərazi Idarəsində Bakı şəhəri, Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin sənədləşmə işlərinin aparılmasının dayandırılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin **(*- **)-***/**** saylı, ## ##### 2026- cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin özgəninkiləşdirilməsinin və həmin torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılmasının qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan verilmiş şikayətə apellyasiya qaydasında baxılmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, e-**(*-*)-***/**** nömrəli qərardadı şikayət qismən təmin olunaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı ## ##### 2026- cı il tarixli qərardadının qismən – “cavabdeh Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsində söküntü və tikinti işlərinin aparılmasının ona qadağan edilməsinin təmin edilməməsi” hissəsində ləğv edilmiş, həmin hissədə ərizə qismən təmin olunmuş, Bakı şəhəri, Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsində mülki iş yekunlaşıb qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək söküntü və tikinti işlərinin aparılmasının cavabdeh Maraqlı şəxs qadağan edilməsi qərara alınmışdır. Göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında eyni torpaq sahəsi ilə bağlı eyni cavabdehə qarşı iki mülki iş vardır və digər mülki iş üzrə müvafiq təminat tədbiri həyata keçirilmişdir. Belə olan halda ilkin olaraq həmin mülki işlərin bir icraatda birləşdirilməsi məsələsi müzakirə olunmalıdır. Belə ki, MPM-in 169.3-cü maddəsinin tələblərinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. MPM-in 43-cü maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biribiri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Bununla yanaşı müəyyən edilir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə torpaq sahəsinə dair müəyyən hərəkətlərin aparılmasının cavabdehə qadağan olunması nəticəsinə gəlsə də, iş materiallarından görünür həmin torpaq sahəsi Cavabdeh deyil maraqlı şəxs Maraqlı şəxs mülkiyyətindədir. Bu hal isə torpağın birbaşa mülkiyyətçisi kimi Maraqlı şəxs hüquq və vəzifələrinə toxunur. Birinci instansiya məhkəməsi maraqlı şəxsin şikayətini rədd edərkən, onun sonradan icraata cəlb olunmasını göstərsə də, müvəqqəti təminat tədbirinin əvvəlki mülkiyyətçi barəsində tətbiq olunmasının əhəmiyyətini və zəruriliyini, habelə pul tələbinə dair iddianın təmin olunacağı halda qətnamənin icrasının təmini üsulu kimi zəruriliyini əsaslandırmamışdır. Yuxarıda da qeyd olunduğu kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, e-**(*-*)-***/**** nömrəli qərardadı ilə mübahisəli torpaq sahəsi üzərində müvafiq təminat tədbirlərinin (söküntü, tikinti işlərinin aparılması və s.) bilavasitə torpaq mülkiyyətçisi Maraqlı şəxs qadağan edilməsi qərara alınmışdır. Nəzərə alınmalıdır ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər («Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarı). Qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, müvəqqəti təminat tədbirləri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş yuxarıda qeyd olunanlar əsasında müvəqqəti təminat tədbiri barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 259-260, 263-264 və 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Ərizəçi Ərizəçi “müvəqqəti təminat tədbirinin tətbiqi” barədə ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)- ***/**** saylı qərardadı ləğv edilsin, iş müvəqqəti təminat tədbiri barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-6)-313/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-313/2026
20.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver