Məhkəmə qərarları › İş №e-16(3-6)-314/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-314/2026

19.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-314/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə və maraqlı şəxs cavabdeh3 nümayəndəsi-vəkili Vəkil/Nümayəndə tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırda cavabdeh cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin mülki iş yekunlaşıb qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəsini alana qədər üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsinin qadağan edilməsi, torpaq sahəsində söküntü, tikinti, habelə digər hərəkətlərin edilməsinin cavabdeh cavabdeh3 qadağan edilməsi və AR ƏMDK yanında DƏDRX-nin * saylı Ərazi İdarəsində Bakı şəhəri, Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin sənədləşmə işlərinin aparılmasının dayandırılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla cavabdeh cavabdeh2 arasında ## ####### 2023-cü il tarixində ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən cavabdeh cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Səbail rayon bələdiyyəsinin ##.##.2004-cü il tarixli **** nömrəli sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv metr torpaq sahəsini sənədləşdirib özəlləşdirməyi və gələcəkdə əsas (alğı-satqı müqaviləsi nəzərdə tutulur) müqavilə bağlamaq öhdəliyini öz üzərinə götürmüşdür. 2.1.2-ci bəndinə əsasən cavabdeh2 öhdəsinə götürür ki, bu müqavilənin predmeti olan torpaq sahəsinin üzərindəki hüquqlarının qanunvericiliklə, eləcə də bu ilkin müqavilə ilə müəyyən edilən qaydada alıcının-yəni, Ərizəçi mülkiyyətinə keçməsi üçün gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasını təmin edəcək; 2.1.3-cü bəndinə əsasən cavabdeh2 öhdəsinə götürür ki, əsas müqavilə olan torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin bağlanmasının təmin edilməsi üçün reyestr qeydiyyatı ilə bağlı bütün işləri, zəruri sənədləşmələri icra edəcək. 2.1.5-ci bəndinə əsasən torpaq sahəsinin əsas alğı-satqı müqavilə üzrə dəyəri tərəflərin qarşılıqlı razılığı əsasında 105.000 manat məbləğində müəyyən edilmişdir. 3.1.1-ci bəndə əsasən Ərizəçi 100.000 manat məbləği ilkin müqavilə imzalandığı vaxt cavabdeh2 ödəmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi tərəflər arasında bağlanmış ilkin alğı-satqı müqaviləsinin müddətinin bitməsinə az vaxt qalmasına baxmayaraq cavabdeh cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Səbail rayon bələdiyyəsinin ##.##.2004-cü il tarixli **** nömrəli sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv metr torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı hər hansı bir hərəkətlər etməmişdir. Bu səbəbdən cavabdeh2 və arasında ## ####### 2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsi imzalanmışdır və bu müqaviləyə əsasən Bakı şəhəri Səbail rayonu, Səbail rayon Bələdiyyəsinin ##.##.2004cü il tarixli **** nömrəli sərəncamına əsasən Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.metr torpaq sahəsinin özəlləşdirilərək onunla əsas alğı-satqı müqaviləsinin bağlanması barədə qətnamə qəbul edilməsi məqəsdilə Nərimanov rayon Məhkəməsinə müraciət etmiş iddia təmin edilməmiş və və həmin qətnamədən verilmiş apellyasiya şikayəti hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Belə ki, cavabdeh cavabdeh2 çıxarışı aldıqdan sonra arasında yekun alqı-satqı edəcəyini öhdəlik götürmüşdür. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qərarına uyğun olaraq çıxarışın alınması cavabdeh2 üzərinə qoyulmuş lakin çıxarış aldıqdan sonra öhdəliyini icra etmək əvəzinə digər cavabdeh olan cavabdeh3 ilə ##.##.2026-cı il tarixində *** saylı reyestr nömrəsi ilə daşınmaz əmlakın alqı-satqısını həyata keçirmişdir. Onun iddiaçı olduğu iş *(***)-****/**** saylı mülki iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Hazırki mərhələdə Bakı Apellyasiya Məhkəməsinin icraatına daxil olmuş *(***)-****/**** saylı mülki işin tərəfləri onunla cavabdeh2 arasında bağlanmış ## ####### 2023-c il tarixinda ilkin alqı-satqı müqaviləsinin əsas predmetlərindən biri də mübahisə predmeti olan torpaq sahəsi üzrə cavabdeh2 adına müvafiq çıxarışı alındığı tarixdən sonra tərəflər arasında yekun alqısatqı müqaviləsinin bağlanması öhdəliklərini əhatə etməkdədir. Hazırda məhkəmə icraatının olmasına baxmayaraq, cavabdeh2 çıxarış aldıqdan sonra öhdəliyini yerinə gətirməmiş, o, 100.000 manat məbləği ilkin müqavilə imzalandığı vaxt cavabdeh2 ödəməsinə baxmayaraq hazırda mübahisə predmeti olan torpaq sahəsini cavabdeh3 adına ##.##.2026-cı il tarixində *** saylı reyestr nömrəsi ilə 221.080 (iki yüz iyirmi bir min səksən manata) alğı-satqı həyata keçmişdir. Bakı şəhəri, Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin alqı-satqısı olsa da hal-hazırda AR ƏMDK yanında DƏDRX-nin * saylı Ərazi İdarəsi cavabdeh cavabdeh3 adına Bakı şəhəri, Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsini qeydiyyata almadığı üçün hazırda əmlak cavabdeh2 mülkiyyətindədir. Tərəfindən bu məsələ ilə bağlı iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müarciət edilmişdir. Bu səbəbdən hazırki, ərizə ilə məhkəməyə müarciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ## ##### 2026cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin özgəninkiləşdirilməsinin və həmin torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılmasının qadağan edilməsi qərara alınmışdır. Məhkəmə maraqlı şəxs tərəfindən əmlakın başqa şəxsin adına özgəninkiləşdirilməsi və belə olan halda iddia təmin edildiyi təqdirdə qətnamənin icrasının çətinləşməsi, yeni məhkəmə mübahisələrinin yaranması, habelə ərizəçinin hüquqlarının pozulması ehtimalının mövcud olduğunu, digər tərəfdən müvəqqəti təminat tədbiri tətbiq edilməklə torpaq sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsinin belə bir ehtimalı aradan qaldırdığını nəzərə alaraq hesab etmişdir ki, iş üzrə torpaq sahəsinin özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulması növündə müvəqqəti təminat tədbirinin tətbiqi məqsədəmüvafiqdir və mövcud sübutlarla mümkündür. Həmçinin məhkəmə qeyd etmişdir ki, ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqində göstərilmiş əmlakın üzərinə həbs qoyulması və s. digər məhdudiyyətlərin qeyri-mütənasib olmasını nəzərə alan məhkəmə yalnız əmlakın özgəninkiləşdirilməsinin və əmlaka dair sənədləşmə işlərinin aparılmasının qadağan edilməsi növündə məhdudiyyətin tətbiq edilməsini məqsədəmüvafiqdir. Həmin qərardaddan narazı qalan maraqlı şəxs cavabdeh3 şikayət verərək Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadının ləğv edilməsinə və müvəqqəti təminat tadbirinə dair ərizənin təmin edilməməsinə dair qərardad qəbul edilməsini, əks halda MPM-nin tələblərinə əsasən şikayətin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan 0,12 ha torpaq sahəsində ustalar işləyərkən, bu gün bir nəfər özünü təqdim etməyən şəxs ustalara yaxınlaşaraq bütün tikinti işlərinin dayandırılmasını tələb etmiş və işləri məcburi şəkildə dayandırmışdır. Bildirmişdir ki, bu torpaq sahəsində hər hansı iş görmək olmaz, əks halda hamı həbs ediləcəkdir. O, bu hadisə barədə məlumat alan kimi, ilk öncə bunu tələb edən şəxsin kimliyini öyrənmək istədi. Məlum oldu ki, bu sözləri deyən hər hansı dövlət orqanının əməkdaşı deyildir. Buna baxmayaraq o, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan 0,12 ha torpaq sahəsini alqı-satqı əsasında əldə etdiyi cavabdeh2 ilə əlaqə saxladı, ona belə bir problemin olmasını bildirdi. Ona ilk olaraq özü ilə əlaqəli olmadığını bildirdi. Lakin sonradan ona zəng edərək məlumat verdi ki, özünün kiminləsə məhkəmə mübahisəsi var və həmin mübahisə toraq sahəsinə hər hansı aidiyyəti yoxdur. Bu səbəbdən bu torpaq sahəsinin üzərinə həmin şəxs məhkəmə vasitəsi ilə həbs qoydurub. Bundan sonra ona məhkəmə qərardadını göndərərək bu məsələnin artıq ona aid olmadığını bildirdi. O, cavabdeh2 ilə ## #### 2026-cı il tarixdə alqı-satqı müqaviləsi ilə 221.000 (iki yüz iyirmi bir min) manata yuxarıda adı çəkilən torpaq sahəsini almışdır. Aldıqdan sonra da orada müvafiq tikinti işlərini başlatmışdır. Bu gün ona məlum olur ki, mülkiyyətində, sahiblik və istifadəsində olan torpaq sahəsinə başqa şəxs tərəfindən ona aid olmayan bir mübahisəyə görə həbs qoyulub. Bu isə onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Qeyd etmişdir ki, məhkəmə özünün ##.##.2026-cı il tarixli müvəqqəti təminat tədbirinə dair qərardadını qəbul edərkən həmin torpaq sahəsinin cavabdeh2 mülkiyyətində olub olmadığını dəqiqləşdirmədən əsassız olaraq mübahisəyə aid olmayan şəxsin - yəni mülkiyyətinə həbs qoymuşdur. Bu səbədən də hesab edir ki, məhkəmənin ##.##.2026-cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadı tam qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ## ##### 2026cı il tarixli qərardadı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadından verilmiş şikayəti təmin etməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ## ##### 2026cı il tarixli qərardadından narazı qalan ərizəçi Ərizəçi şikayət verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-16(5-97)- ***/**** saylı qərardadından verilən şikayətin təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadının ərizənin təmin edilməyən hissəsində ləğv edilməsini və ərizənin tam təmin edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müvəqqəti təminat tədbiri qismən təmin edilərkən Bakı şəhəri, Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsində cavabdeh cavabdeh3 və cavabdeh2 söküntü, tikinti, habelə digər hərəkətlərin edilməsi nəzərə alınmamışdır. Belə ki, e-*(*-**)-****/**** saylı mülki işin yekun məhkəmə aktı çıxarılana qədər cavabdehlər cavabdeh3 və cavabdeh2 tərəfindən Bakı şəhəri, Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsində söküntü, tikinti və digər hərəkətlər edərək yekun məhkəmə aktı çıxdıb qətnamə qanuni qüvvə aldıqdan sonra problemlər yarada bilər. Belə ki, *(*-**)-****/**** saylı mülki iş yekunlaşıb qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvə alana qədər üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsinin qadağan edilməsi, torpaq sahəsində söküntü, tikinti, habelə digər hərəkətlərin edilməsi cavabdeh cavabdeh3 qadağan edilməsi zərurəti mövcuddur. Hazırda mövcud vəziyyətdəki təcrübəni nəzərə alaraq müvəqqəti təminat tədbiri tam təmin edilməlidir. Hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadının ərizənin təmin edilməyən hissəsində ləğv edilməsi və ərizənin tam təmin edilməsinə dair yeni qərardad qəbul edilməsi zərurəti vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ## ##### 2026cı il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadından verilmiş şikayəti təmin etməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərardadı qismən - ərizənin torpaq sahəsində söküntü, tikinti aparılmasının təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-157.3-cü maddələrinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Bu Məcəllənin 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Mülki-Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddələrinə görə müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. ...Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət qismən əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərardadı qismən – “cavabdeh cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsində söküntü və tikinti işlərinin edilməsinin ona qadağan edilməsinin təmin edilməməsi” hissəsində ləğv edilməli, həmin hissədə ərizə təmin edilməlidir. Həmin qərardaddan narazı qalan maraqlı şəxs cavabdeh3 şikayəti təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyası qərardadın “Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin özgəninkiləşdirilməsinin və həmin torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılmasının qadağan edilməsi” hissəsi üzrə məhkəmənin gəldiyi qənaət ilə razılaşaraq qeyd etməyi zəruri sayır ki, tətbiq edilmiş həmin təminat tədbirləri tərəflər arasında mövcud faktiki vəziyyətin qorunmasına yönəlməklə cavabdehlərin hüquq və qanuni mənafelərinə qeyri-mütənasib müdaxilə yaratmır. Bu baxımdan, tətbiq edilmiş məhdudiyyətlərin ədalətli balansın və mütənasibliyin pozulmasına səbəb olması qənaətinə gəlmək üçün əsaslar mövcud deyildir. Nəzərə alınmalıdır ki, müvəqqəti təminat tədbirləri mülki iş üzrə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmamasının və ya əhəmiyyətli dərəcədə çətinləşməsinin qarşısını almaq, o cümlədən çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirlərdir. Birinci instansiya məhkəməsi tərəfindən “cavabdeh cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsində söküntü və tikinti işlərinin aparılmasının qadağan edilməsi” növündə müvəqqəti təminat tədbirinin tətbiq edilməməsi daşınmaz əmlakın mövcüd faktiki vəziyyətinin (statuskvonun) dəyişdirilməsi riskini artmışdır. Belə ki, cavabdeh cavabdeh2 tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsində söküntü və tikinti işlərinin davam etdirilməsi gələcəkdə qəbul ediləcək yekun məhkəmə aktının icrasının çətinləşdirə, habelə əmlakın əvvəlki vəziyyətinin bərpasını mümkünsüz və ya həddindən artıq çətin edə bilər. Bundan əlavə, torpaq sahəsində tikinti və söküntü işlərinin davam etdirilməsi gələcəkdə mübahisə predmetinin dəyişdirilməsi və ya əlavə mübahisələrin yaranması, o cümlədən torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkilmiş məsrəflərin əvəzinin tutulmasına dair yeni tələblərin irəli sürülməsi riskini artırar, habelə tərəflərin əlavə məhkəmə xərclərinə məruz qalmasına səbəb ola bilər. Halbuki, təminat tədbirlərinin tətbiqi mövcud faktiki vəziyyətin (status-kvonun) qorunmasına xidmət etməli, həmin vəziyyətin dəyişdirilməsi ilə nəticələnməməlidir. Müvəqqəti təminat tədbirləri tərəflərin hüquq və mənafeləri arasında ədalətli balans qorumalı, qarşıya qoyulan məqsədə mütənasib olmalıdır. Nəzərə alınmalıdır ki, mütənasiblik prinsipi, müvəqqəti təminat tədbirləri tətbiq edilərkən, həmin tədbirin tələb olunan məqsədə çatmaq üçün lazımi və adekvat olmasını, yəni tətbiq olunan tədbirin iddia tələbi ilə proporsional olmasını tələb edən əsas hüquqi meyardır. Bu prinsip, hüquqların pozulmasının qarşısını almaq məqsədilə seçilən müdaxilə vasitəsinin həmin məqsədlə müqayisədə daha ağır nəticələr doğurmamasını nəzərdə tutur. Başqa sözlə, müvəqqəti təminat tədbiri yalnız mümkün zərərin qarşısının alınması üçün zəruri olan həddə tətbiq edilməli, həddindən artıq və əsassız məhdudiyyətlərə yol verilməməlidir. Belə ki, mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində möhkəmlənmişdir və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda sözügedən növdə təminat tədbirinin tətbiq edilməməmsi faktiki vəziyyətin dəyişdirilməsi riskini artırmış, nəticə etibarilə tərəflər arasında ədalətli balansın pozulmasına şərait yaratmışdır. Bu baxımdan, kollegiya sözügedən müvəqqəti təminat tədbirinin tətbiqi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsasların mövcud olduğu qənaətinə gəlir və həmçinin qeyd etməyi zəruri sayır ki, hazırkı mərhələdə təmint təminat tədbirinin tətbiqi işin mahiyyəti üzrə qabaqcadan nəticəyə gəlinməsi kimi qiymətləndirilə bilməz, çünki həmin tədbir yalnız mövcud vəziyyətin qorunasına və hər iki tərəfin hüquqlarınını gələcək müdafiəsinin təmin edilməsinə yönəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Maraqlı şəxs cavabdeh3 şikayəti təmin edilməsin. Ərizəçi Ərizəçi şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı ## ##### 2026cı il tarixli qərardadı qismən – “cavabdeh cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsində söküntü və tikinti işlərinin aparılmasının ona qadağan edilməsinin təmin edilməməsi” hissəsində ləğv edilsin. Həmin hissədə ərizə təmin edilsin. Cavabdeh cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsində mülki iş yekunlaşıb qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək söküntü və tikinti işlərinin aparılması cavabdeh cavabdeh3 qadağan edilsin. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal icra edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar