Məhkəmə qərarları › İş №e-16(3-6)-317/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-317/2026

13.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-317/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim məruzəsi ilə, hakimlər ibarət tərkibdə, ərizəçi “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin rədd edilməsinə dair Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından ərizəçi “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxıb, müəyyən etdi: 1.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, cavabdehlər cavabdeh1, X1 və "xxxx" MMC-yə qarşı iddia qaldıraraq, ##.##.2025-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 34,561 manat məbləğində borcun tutulması, həmin müqavilənin ləğv edilməsi, habelə lizinq obyektinin işlək vəziyyətdə ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbinin təmin olunacağı təqdirdə məhkəmə qərarının icrası zamanı ciddi çətinliklərin yaranma ehtimalı mövcuddur. Belə ki, hazırda lizinq obyektinin faktiki vəziyyəti, texniki durumu və saxlanma şəraiti barədə iddiaçıda hər hansı məlumat yoxdur. Cavabdehlər bu barədə məlumat verməkdən imtina edir, eləcə də ərizəçinin əməkdaşlarının lizinq obyektinə baxış keçirməsinə, monitorinq aparmasına və vəziyyətin yoxlanılmasına şərait yaratmırlar. Qeyd olunanlar lizinq müqaviləsinin şərtlərinə zidd olmaqla, lizinq alanın üzərinə düşən əsas öhdəliklərdən biri olan obyektin yoxlanmasına imkan yaradılması tələbinin pozulması kimi qiymətləndirilir. Bu vəziyyət isə gələcəkdə lizinq obyektinin saz və işlək vəziyyətdə geri qaytarılmasını təmin edəcək məhkəmə qərarının icrasını çətinləşdirə, hətta mümkünsüz hala gətirə biləcəyi barədə əsaslı narahatlıqlara səbəb olur. Buna görə də mövcud hallar müvəqqəti təminat tədbirinin tətbiqini zəruri edir.

3. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə rədd edilmişdir.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyini cavabdehin öhdəlikləri yerinə yetirməməsi, ödənişləri gecikdirməsi, lizinq obyektinə baxışa imkan yaratmaması və obyektin vəziyyəti barədə məlumatın olmaması ilə izah etsə də, bu halları təsdiq edən kifayət qədər sübutlar təqdim etməmişdir. Eyni zamanda müvəqqəti təminat tədbiri cavabdehlərin lizinq obyektindən istifadə və sahiblik hüququnun qadağan edilməsini nəzərdə tutur ki, bu da iddia tələbi ilə mahiyyətcə eynilik təşkil edir və müvəqqəti təminat tədbiri institutunun məqsədinə uyğun deyil. Belə ki, tələb olunan tədbir iddianın nəticəsini qabaqcadan təmin etməyə yönəlmişdir.

5. Ərizəçi “xxxx” QSC bu qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və müvəqqəti təmin tədbirinin tətbiq edilməsi barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 4.Şikayət onunla əsaslandırılmışdır ki, lizinq obyektinin lizinq alana təhvil verildiyini təsdiq etmək üçün daxili maliyyə lizinqi müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ##.##.2025-ci il tarixli qəbul protokolu məhkəməyə təqdim edilmiş, lakin məhkəmə sübutları düzgün qiymətləndirməmişdir. Müvəqqəti təminat tədbirinin tətbiq edilməsinin zəruriliyi hazırda lizinq obyektinin faktiki vəziyyəti, işlək olub-olmaması və istifadə şəraiti barədə məlumatın olmamasıdır. Cavabdeh tərəfindən obyektin monitorinqinə imkan yaradılmaması bu qeyri-müəyyənliyi daha da artırır və gələcəkdə lizinq obyektinin işlək vəziyyətdə geri qaytarılması ilə bağlı qətnamənin icrasını çətinləşdirə və ya mümkünsüz edə bilər. Həmçinin, hazırkı ərizə ilə yekun məhkəmə aktı çıxarılanadək lizinq obyektinə sahiblik və istifadə hüquqlarının müvəqqəti məhdudlaşdırılması tələb edilir. Yəni tələb obyektin geri qaytarılması deyil, yalnız hüquqların müvəqqəti məhdudlaşdırılmasıdır. Bu baxımdan məhkəmə iddia tələbi ilə müvəqqəti təminat tədbiri barədə ərizənin eyni olması barədə səhv nəticəyə gəlmiş, nəticədə ərizəni əsassız olaraq rədd etmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. 6.Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. ... Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; ... 8.Qanunun mənasına görə müvəqqəti təminat tədbiri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Yəni məhkəmədə belə qənaət formalaşmalıdır ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bu da öz növbəsində ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.

9. Iddiaçı əsas mübahisə üzrə cavabdehlə bağladıqları lizinq müqaviləsinin ləğv edilməsini, lizinq obyektinin geri qaytarılmasını və müqavilə üzrə yaranmış borcun tutulmasını tələb edir.

10. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə hüququnun cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi mahiyyət etibarilə cavabdehin həmin əmlak üzərində faktiki hüquqi və fiziki hakimiyyətinin tam aradan qaldırılması ilə nəticələnir. Belə tədbir iddia tələbinin hüquqi nəticəsini qabaqcadan təmin etməklə onun mahiyyəti üzrə həllini əvvəlcədən şərtləndirir ki, bu da Mülki Prosessual Məcəllənin 157.7-ci maddəsində təsbit edilmiş işin mahiyyəti üzrə əvvəlcədən həll olunmaması prinsipinə ziddir. 11.Kollegiya qeyd edir ki, əşyaya sahiblik və ondan istifadənin müvəqqəti olaraq qadağan edilməsi müvafiq əsaslar olduqda prinsip etibarilə mümkündür. Lakin bu tədbir yalnız mövcud istifadənin əşyanın yararsız hala düşməsinə, dəyərinin əhəmiyyətli dərəcədə azalmasına və ya geri qaytarılması mümkün olmayan zərərin yaranmasına real və əsaslı ehtimal yaratdığı hallarda, habelə bu riskləri təsdiq edən ilkin sübutlar təqdim edildikdə tətbiq edilə bilər. 12.Hazırkı iş üzrə ərizəçi tərəfindən irəli sürülən dəlillər ümumi və ehtimal xarakterli olmaqla, lizinq obyektinin zədələnməsi, yararsız hala düşməsi və ya dəyər itirməsi ilə bağlı hər hansı konkret fakt və ya sübutla əsaslandırılmamışdır. Bu baxımdan, ərizəçinin irəli sürdüyü dəlillər müvəqqəti təminat tədbirinin tətbiqi üçün zəruri olan “real və dərhal təhlükə” meyarına cavab vermir. 13.Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayətdə göstərilən dəlillər müvəqqəti təminat tədbiri barədə ərizənin rədd edilməsinə dair Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsaslar yaratmır. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

14. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. 15.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar