Məhkəmə qərarları › İş №e-16(3-6)-319/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-319/2026

20.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-319/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə, Ərizəçi Ərizəçi QSC tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e**(*-**)-***/**** saylı qərardadından ərizəçi Ərizəçi QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Ərizəçi QSC (bundan sonra-iddiaçı) cavabdeh Muxtarzadə Zülfüqar İbrahim oğlu, Muxtarzadə Günay İsrafil qızı, “xxxx” MMC, Cavabdeh QSC-yə (bundan sonracavabdehlər) qarşı “müqavilənin ləğv edilməsi, borcun ödənilməsi və lizinq obyektinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lizinq müqaviləsi üzrə iddia verilən tarixə lizinq ödənişləri üzrə 56,569 (əlli altı min beş yüz altmış doqquz) manat məbləğində borcun, ödənilmiş 259.71 dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, HOWO TX ZZ3317V306GE1 özüboşaldan yük avtomobili, LZZ1DXVD7RD14158523121721176777JN46877JT875, HOWO TX ZZ3317V306GE1 özüboşaldan yük avtomobili, LZZ1DXVD9RD14158623121721188777JN45377JT872, HOWO TX ZZ3317V306GE1 özüboşaldan yük avtomobili, LZZ1DXVD0RD14158723121721183777JN47877JT874, HOWO TX ZZ3317V306GE1 özüboşaldan yük avtomobili ZZ1DXVD2RD14158823121721189777JN47377JT873 lizinq obyektlərinin cavabdeh Cavabdeh QSC tərəfindən iddiaçıya işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş hazırda e-2-2(4-11)-2422/2026 nömrə ilə Bakı Kommersiya Məhkəməsinin icraatındadır (hakim Ülkər Həsənova). Eyni zamanda ərizəçi Ərizəçi QSC müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək HOWO TX ZZ3317V306GE1 özüboşaldan yük avtomobili, LZZ1DXVD7RD14158523121721176777JN46877JT875, HOWO TX ZZ3317V306GE1 özüboşaldan yük avtomobili, LZZ1DXVD9RD14158623121721188777JN45377JT872, HOWO TX ZZ3317V306GE1 özüboşaldan yük avtomobili, LZZ1DXVD0RD14158723121721183777JN47877JT874, HOWO TX ZZ3317V306GE1 özüboşaldan yük avtomobili ZZ1DXVD2RD14158823121721189777JN47377JT873 lizinq obyektləri üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinin Cavabdeh QSC və başqalarına qadağan edilməklə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 105 ünvanında yerləşən qarajda saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Hazırda ərizəçi sözügedən qərardaddan şikayət verib Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadının ləğv edilməsini, ərizənin təmin olunması barədə qərardad qəbul olunmasını xahiş edir. Şikayət onunla əsaslandırılmışdır ki, müvəqqəti təminat tədbiri barədə ərizədə lizinq predmetlərinin sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinin Cavabdeh QSC və başqalarına qadağan edilməklə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 105ünvanında yerləşən qarajda saxlanması tələb etməyimizə səbəb hazırda “xxxx” QSCyə məxsus olan həmin əmlakların vəziyyəti, işlək vəziyyətdə olubolmaması barədə heç bir məlumatımızın olmamasıdır. Lizinq alan Cavabdeh QSC lizinq predmetlərini monitorinq etməyə imkan yaratmır, onların harada, hansı şəraitdə istifadə edilməsi bizə məlum deyildir. Bütün bunlar mülkiyyətçi kimi “xxxx” QSC-nin hüquqlarını pozur və bu, gələcəkdə iddia tələbləri tam təmin olunarsa, həmin hissədə, yəni lizinq obyektlərinin işlək vəziyyətdə geri qaytarılması hissəsində qətnamənin icra edilməsini qeyri-mümkün edə bilər. Beləliklə, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi üçün əsaslar mövcuddur. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək müvəqqəti təminat tədbirləri üçün görülən tədbirlərdən biridir. Müvəqqəti təminat tədbirləri üçün görülən tədbirlərin məqsədi gələcəkdə məhkəmə qərarının icrasını qeyri-mümkün edə biləcək hər-hansı bir maneənin qarşısını almaqdır. Bu tədbirlərin görülməməsi mübahisənin mahiyyəti üzrə məhkəmə aktının icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər və ərizəçiyə ziyan vura bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018- ci il tarixli Qərarına əsasən iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar...iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Buna görə də məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyrimümkün edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Göründüyü kimi müvəqqəti təminat tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən prosessual tədbirdir. Bu isə yalnız o zaman zəruri olur ki, həmin tədbirin görülməməsi çıxarılacaq qətnamənin gələcəkdəki icrasını qeyri-mümkün etsin, yaxud çətinləşdirsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-158-ci maddələrində göstərilmiş halların mövcud olmasının sübut edilməsi, müvəqqəti xarakterli müdafiə tədbirlərin tətbiq edilməsinin zəruriliyi, tələbin təmin edilməsi barədə ərizə ilə müraciət edilməsinin səbəblərinin əsaslandırması, onun dəlillərini təsdiq edən sübutların təqdim edilməsi ərizəçinin üzərinə qoyulur. Ərizəçi bu vəzifəni icra etməmişdir. Belə ki, materiallardan görünür ki, ərizəçi ilə Cavabdeh QSC arasında bağlanmış ##.##.2023-cü il tarixli, LM№ ***-**-**** saylı daxili maliyyə lizinqi müqaviləsinə əlavə və dəyişikliyin edilməsi haqqında ##.##.2024-cü il tarixli LM№ ***-**-****-** saylı Razılaşma və onun müvafiq əlavələri üzrə hüquq və öhdəliklərin təqdim edilməsi haqqında ##.##.2025-ci il tarixli LM№ ***-**-****-**-С* saylı Sazişin birinci bəndinə əsasən ‘Lizinq alanla (Hüquq və öhdəliklərini təqdim edən) “xxxx” QSC arasında ##.##.2023-cii il tarixli LM№ ***-05- **** saylı daxili maliyyə lizinqi müqaviləsi və bu müqaviləyə edilmiş ##.##.2024-cü il tarixli LMN № ***-**-****-** saylı Razılaşma müqaviləsi (bundan sonra-lizinq müqaviləsi) bağlanmışdır. Həmin sazişin 2-ci bəndinə əsasən yeni lizinq alan (Hüquq və öhdəlikləri əldə edən) yuxarıda qeyd edilən "Lizinq müqaviləsi”nin məzmunu ilə tanışdır, müqavilənin əlavələri ilə birlikdə bütün bəndləri ona tamamilə aydındır və qeyd olunan Lizinq müqaviləsi üzrə lizinq alanın hüquq və öhdəliklərini əldə etmək niyyətindədir. Həmin sazişin 1.1-ci bəndinə əsasən Bu Saziş üzrə Lizinq alan (Hüquq və öhdəliklərini təqdim edən) bu sazişin birinci bəndində qeyd olunan lizinq müqaviləsi və onun əlavələri üzrə HOWO TX ZZ3317V306GE1 özüboşaldan yük avtomobili, LZZ1DXVD7RD14158523121721176777JN468, HOWO TX ZZ3317V306GE1 özüboşaldan yüka vtomobili, LZZ1DXVD9R141586D23121721188777JN 453,HOWO TX ZZ3317V306GE1 özüboşaldan yük avtomobili, LZZ1DXVD0RD141587231 21721183777JN478, HOWO TX ZZ3317V306GE1 özüboşaldan yük avtomobili ZZ*DXVD*RD********************JN*** nömrəli lizinq obyektlərinə münasibətdə bütün hüquqlarını və həmin lizinq müqaviləsi üzrə 423,729 (dörd yüz iyirmi üç min yeddi yüz iyirmi doqquz) manat öhdəliklərini Yeni lizinq alana (Hüquq və öhdəlikləri əldə edən) verir. Həmin sazişin 2.3.3-cü bəndinə əsasən bu Saziş əsasında Yeni lizinq alan “Lizinq müqaviləsi" üzrə Lizinq alanın (Hüquq və öhdəliklərini təqdim edən) hüquqlarını və öhdəliklərini əldə edir, lizinq obyektindən istifadə edir və öhdəliklər tam yerinə yetirildikdən sonra lizinq obyekti üzərində mülkiyyət hüququnu əldə edir. Ərizəçi ərizədə maraqlı şəxslər tərəfindən lizinq predmetlərinin hansı vəziyyətdə saxlanılması barədə əsaslı şübhələrinin olmasını göstərsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd edir ki,iddiaçı tərəfindən əmlakın işlək vəziyyətinin pozulması və ya mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı konkret faktlar təqdim edilməyib. Əmlakın Cavabdeh QSC və başqaları tərəfindən istifadəsinə qadağa qoyulmasının zəruriliyi və məqsədəuyğunluğu konkret faktlarla təsdiqlənməyib. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Ərizəçi Ərizəçi QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e**(*-**)-***/**** saylı nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar