Məhkəmə qərarları › İş №e-16(3-6)-320/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-320/2026

20.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-320/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Ərizəçi “xxxx” MMC tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından maraqlı şəxs Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” MMC (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh MMCyə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Yük daşıma xidmətlərinin göstərilməsi üçün” ##.##.2020-ci il tarixli ***/** nömrəli müqavilə üzrə yaranmış 60.406,50 (altmış min dörd yüz altı, 50) AZN məbləğində əsas borcun, qanunvericiliyə əsasən ödənişin gecikdirilməsi ilə bağlı hesablanmış 48.325,20 (qırx səkkiz min üç yüz iyirmi beş, 20) AZN dəbbə pulunun (peniya), hüquqi yardımın göstərilməsi üçün iddiaçı tərəfindən çəkilmiş 2400 (iki min dörd yüz) AZN xərcin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 402 (dörd yüz iki) AZN dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş hazırda e-2-2(4-11)-2294/2026 nömrə ilə Bakı Kommersiya Məhkəməsinin icraatındadır (hakim Ülkər Həsənova). Ərizəçi “xxxx” MMC hazırda müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, kommersiya işi üzrə müvafiq yekun məhkəmə aktının qəbul edilməsinədək cavabdeh Cavabdeh MMC-nin adına aşkarlanacaq bank hesablarında olan pul vəsaitləri üzərində iddiaçı “xxxx” MMC-nin əsastələbi olan 60.406,50 (altmış min dörd yüz altı, 50) AZN həcmində (dondurulma) həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə ərizə təmin edilərək, iddiaçi “xxxx” MMC-nin cavabdeh “ xxxx” MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə yekun məhkəməaktı qanuni qüvvəyə minənədək maraqlı şəxs Cavabdeh MMC-nin (VÖEN: **********) bank hesablarında olan pul vəsaitlərinin üzərinə - əmək haqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan əsas borc tələbi həcmində - 60406,50 (altmış min dörd yüz altı manat əlli qəpik) manat məbləğində həbs qoyulması qərara alınmışdır. Hazırda maraqlı şəxs sözügedən qərardaddan şikayət verib Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadının ləğv edilməsini, ərizənin təmin olunmaması barədə qərardad qəbul olunmasını xahiş edir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026 tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı ilə Cavabdeh MMC-nin (VÖEN: **********) bank hesablarında olan pul vəsaitlərinin üzərinə 60.406,50 AZN məbləğində müvəqqəti təminat tədbiri qismində həbs qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 163.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbiri haqqında qərardad şikayət verən şəxsə xəbər verilmədən çıxarılmışsa, şikayət vermək müddəti həmin qərardadın ona məlum olduğu gündən hesablanır. Qeyd olunan qərardad şikayətçiyə xəbərsiz (exparte) çıxarılmış və ##.##.2026 tarixində Azərpoçt vasitəsilə (sifarişli xəbərnaməli göndəriş, izləmə kodu: SS990454316AZ) rəsmi qaydada çatdırılmışdır. Müvafiq izləmə məlumatı və poçt konvertinin surəti sənədə əlavə edilmişdir. Beləliklə, 10 günlük şikayət müddəti ##.##.2026-dan başlayır və ##.##.2026-da bitir. Şikayət qanuni müddət daxilində verilir. "xxxx" MMC Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək şikayətçi Cavabdeh MMC-dən ##.##.2020-ci il tarixli ***/** nömrəli "Yük daşıma xidmətlərinin göstərilməsi üçün" Müqavilə üzrə vəsaitin tutulmasını tələb etmişdir. İddiaçı eyni zamanda müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsi ##.##.2026 tarixində e-**(*-**)-***/**** nömrəli qərardad qəbul edərək şikayətçinin bank hesablarında olan pul vəsaitlərinə 60.406,50 AZN məbləğində həbs qoyulması barədə qərar vermişdir. Qeyd olunan qərardad şikayətçiyə yalnız ##.##.2026 tarixində rəsmi çatdırılmışdır — yəni qərardadın qəbul edilməsindən 7 gün sonra. Bu müddət ərzində — yəni şikayətçi qərardaddan xəbərsiz olduğu halda — Bakı şəhəri Nizami rayon İcra şöbəsi artıq icraata başlama prosedurlarına keçmişdir (##.##.2026 tarixli qərar). Şikayətçi aktiv ticari fəaliyyətdə olan, müntəzəm gəliri və iş dövriyyəsi olan hüquqi şəxsdir. Aktivlərin gizlədilməsi, şirkətin ləğv edilməsi və ya hər hansı yayınma cəhdi barədə heç bir dəlil təqdim edilməmişdir. Şikayətçi tərəfindən müntəzəm ödənişlər həyata keçirilmişdir, son ödəniş ##.##.2026-cı il tarixdə edilmişdir. Bu şikayətçinin ödənişlərdən qərəzli yayınma niyyətinin olmadığını açıq şəkildə göstərir, lakin qərardadda bu hal nəzərə alınmamışdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-ci maddəsinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəyə dərhal, şifahi məhkəmə baxışı keçirilmədən,dispozitivlik prinsipi rəhbər tutulmaqla yalnız ərizəçinin təqdim etdiyi sübutlar və ərizəçinin tələb və ya xahişi həddində baxılır. Odur ki, ərizədə göstərilən xüsusatların araşdırılması üçün məhkəmənin zaman baxımından imkanı yoxdur. Həmçinin, qeyd olunan xüsusatların məhkəmə tərəfindən araşdırılması məhkəmənin arbitr rolunun pozulması ilə mülki prosessual qanunvericiliyin prinsiplərinin kobud şəkildə pozulması ilə nəticələnər. Həmçinin, müvəqqəti təminat tədbiri mülki hüquq münasibətlərinin subyektlərinin qanuni maraq və mənafelərinin operativ, effektiv qorunması məqsədilə istisna hallarda tətbiq edilir. Subyektlərin iddia tələbi və şikayətləri üzrə yekun məhkəmə aktları qəbul edilməklə mübahisəyə hüquqi qiymət verilir. Müvəqqəti təminat tədbiri tətbiq edilərkən zərurilik, operativlik və ağlabatanlıq prinsipləri rəhbər götürülməli, mülki hüquq münasibətlərinin digər subyektlərinin hüquqları əsassız məhdudiyyətlərə məruz qalmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Plenum qərarında həmçinin qeyd olunmuşdur ki, məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Məhkəmə qeyd etmişdir ki, müvəqqəti təminat tədbiri mövcud vəziyyətin qorunmasına istiqamətlənir, həmin vəziyyətin mübahisə həll olunana qədər hər hansı təhlükədən (ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsindən) müdafiəsinə yönəlir. Müvəqqəti təminat tədbirləri tətbiq edilərkən o mövqedən çıxış edilir ki, baxılan mübahisə ilə həmin tədbir arasında əlaqə mövcud olsun, görülən tədbir məhz ərizəçinin hüquqlarının qorunmasının təmin edilməsinə yönəlsin. Bu tədbirin görülməsi üçün ərizə ilə pozulmuş və ya mübahisəli hüququn mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmalıdır. Müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyi üçün irəli sürülən dəlillərə qiymət verilərkən həmin dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbir görülmədikdə ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməsi nəzərə alınır. Ərizəçi tərəfindən ərizəyə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar (müqavilə, hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmiş aktlar, qaimələr və sairə) əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə əsasən aşağıdakı müvəqqəti təminat tədbiri tətbiq edilə bilər: cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq. Həmin Məcəlləsinin 158.3-cü maddəsinə əsasən, əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin əmlakı iddia tələbi həddində siyahıya alınır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, ərizə təmin edilməli, “iddiaçi “xxxx” MMC-nin cavabdeh “ xxxx” MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə yekun məhkəməaktı qanuni qüvvəyə minənədək maraqlı şəxs Cavabdeh MMC-nin (VÖEN: **********) bank hesablarında olan pul vəsaitlərinin üzərinə - əmək haqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan əsas borc tələbi həcmində - 60406,50 (altmış min dörd yüz altı manat əlli qəpik) manat məbləğində həbs qoyulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-159, 163, 263-264, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Maraqlı şəxs Cavabdeh MMC şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar