Məhkəmə qərarları › İş №e-16(3-6)-329/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-329/2026

21.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-329/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: müvəqqəti təminat tədbirinin tətbiqi barədə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-**(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi QuluzadəƏrizəçidəsi (vəkili) İsmayılov Riçard Zamil oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, 892 ünvanında yerləşən, ona məxsus qeyri-yaşayış sahəsinin bütövlüyünə cavabdeh Cavabdeh tərəfindən zərər yetirildiyindən qanunsuz şəkildə sökülmüş arxa divarın onun öz hesabına bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, 892 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin cavabdehə məxsus olmasına dair iddiasının və həmin qeyri-yaşayış sahəsinə qanunsuz daxil olmasının və müxtəlif müdaxilələrin (tikinti, söküntü, təmir, rekonstruksiya və digər) qanunsuz hesab edilməsinə və cavabdehə qadağa qoyulmasına, onun obyektə rahat şəkildə giriş-çıxışının təmin olunmasına, cavabdehin törətdiyi qanunsuz əməli nəticəsində sözügedən qeyri-yaşayış sahəsinin icarəyə götürülməsinə dair icarə müqaviləsinin bağlanılmasına icarəçi tərəfindən imtina edildiyinə görə 1.200 (min iki yüz) manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər Xəzər Rayon Məhkəməsində iddia icraatı mövcud olduğundan iddia icraatı bitənədək ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsəzadə küçəsi, *** saylı qeyri-yaşayış sahəsində cavabdehə və başqa şəxslərə tikinti, söküntü, təmir, rekonstruksiya və hər hansı müdaxilənin və həmin sahəyə giriş-çıxışının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-**/**** saylı qərardadı ilə ərizə rədd olunmuşdur. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırki işə (ərizəyə) tətbiqi baxımından məhkəmə hesab edir ki, hazırda müvəqqəti təminat tədbiri qismində tətbiq olunması xahiş olunan tədbir bu institutun mahiyyətinə uyğun deyildir. Belə ki, müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin mahiyyəti cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdan ibarətdir. Ona görə ərizəçi görülməsi xahiş olunan təminat tədbirinin tətbiq edilməyəcəyi halda qeyd olunan məqsədlərə nail olmağın mümkün olmayacağını əsaslandırmalı və tətbiq ediləcək təminat tədbiri digər şəxslərin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Eləcə də, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi iddia tələbinin kifayət qədər əsaslılığına dair ərizəçinin irəli sürdüyü ilkin sübutların mövcudluğu, əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə ##.##.2026-cı il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Ə.İsəzadə küçəsi *** saylı yaşayış sahəsində aparılan tikinti, söküntü, təmir, rekonstruksiya və hər hansı müdaxiləyə qadağa qoyulmaqla həmin mağazanın məhkəmə bitənə qədər giriş çıxışına məhdudiyyət qoyulmaqla cavabdehə müəyyən hərəkətləri və başqa şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin **(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır. Ərizəçi Ərizəçi yenidən eyni tələblə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-**(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi nümayəndəsi (vəkili) İsmayılov Riçard Zamil oğlu şikayət verərək qərardadın ləğv edilib, ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə “Bakı şəhər Xəzər Rayon Məhkəməsində iddia icraatı mövcud olduğundan iddia icraatı bitənədək ona məxsus, yəni Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsəzadə küçəsi, *** saylı qeyri-yaşayış sahəsində cavabdehə və başqa şəxslərə tikinti, söküntü, təmir, rekonstruksiya və hər hansı müdaxilənin və həmin sahəyə giriş-çıxışının qadağan edilməsinə dair qərardad çıxarılmasına” dair müraciət edilmiş və müraciətinə müvafiq olaraq ərizənin rədd olunmasına dair ##.##.2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardad qəbul edilmişdir. Öncəliklə, qərardadda müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin mahiyyəti cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdan ibarət olduğu qeyd olunaraq bildirilmişdir ki, hazırda tərəflərindən təqdim olunan ərizə tələbi müvəqqəti təminat tədbiri institutuna uyğun deyildir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, təqdim etdikləri müvəqqəti təminat tədbiri ərizəsində də qeyd olunduğu kimi cavabdeh onun istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, 892 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu iddia edərək qanunsuz müdaxilə etmiş və həmin qeyri-yaşayış sahəsində təmir, rekonstruksiya işləri apararaq çay evi (çayxana) açacağını bildirmişdir. Bildirir ki, hazırda sözügedən işlə əlaqədar e-2(5-95)-963/2026 iddia icraatı mövcuddur və hakim Nərmin Abiyevanın icraatındadır. Məhkəmə tərəfindən təkrar olaraq, iddia tələblərinin təmin olunacağı təqdirdə, məhkəmədə işə baxıldığı müddətdə cavabdeh Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsinin və tikilinin üzərində müxtəlif qanunazidd müdaxilənin, o, cümlədən binanın digər hissələrinin sökülməsi, öz istəyi ilə rekonstruksiya etməsinin, müdaxilənin daha da əhəmiyyətli dərəcədə baş verməsi təhlükəsinin baş verəcək olması, bununla da təmin edilmiş iddia tələbinin icrasının çətinləşəcəyi diqqətə alınmamışdır. Əlavə olaraq, qərardadda qeyd olunmuşdur ki, tətbiq ediləcək təminat tədbiri digər şəxslərin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Məhkəmənin diqqətinə təkrar olaraq çatdırır ki, müvəqqəti təminat tədbirinin təmin edilməməsi onun hüquqlarının pozulmasına gətirib çıxarır. Belə ki, cavabdeh Cavabdeh qərardadda nəzərdə tutulanın əksinə olaraq, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazad küçəsi, 892 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə hər hansı bir hüququ olmadığından müvəqqəti təminat tədbirinin təmin edilməsi hüquqların lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməyəcəkdir. Bununla yanaşı, qərardadda qeyd olunmuşdur ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi iddia tələbinin kifayət qədər əsaslılığına dair ərizəçinin irəli sürdüyü ilkin sübutların mövcudluğu, əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, hazırda cavabdeh Cavabdeh yalnız onun qeyri-yaşayış sahəmə qanunsuz sahiblik etməyə çalışmır, eyni zamanda Bakı şəhəri Xəzər Rayon Məhkəməsində hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi ilə baxılan e-*(***)-**/**** saylı mülki işdə məhz cavabdehin qeyri-qanuni şəkildə yiyələndiyi sahədən çıxarılması ilə əlaqədardır. Həmin işdə də cavabdeh tərəfindən iddia olunur ki, mübahisə predmeti olan ərazi, yəni Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu M.Şirinov küçəsi, ev ** saylı ünvan (Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Vaqif küçəsi 82 D ünvanı) onun mülkiyyətindədir. Lakin daha sonra məhkəməyə təqdim olunan mütəxəssis rəyindən məlum olmuşdur ki, cavabdehin onun mülkiyyətində olduğunu iddia etdiyi sahə məhz iddiaçının mülkiyyətindədir və qanuni bir əsas olmadan həmin əmlakı öz istifadəsinə götürmüşdür. Mütəxəssis rəyində qeyd olunan ünvan isə, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Vaqif küçəsi 82 D ünvan məhz onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin əvvəlki ünvanındır, hansı ki, yenə də iddia etdiyi ərazi üzrə hər hansı mötəbər sənədinin olması mümkünsüzdür. Belə ki, bundan öncə də Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılmışdır. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin baş təhqiqatçısı R Anar Hacıyev tərəfindən qəbul edilmiş qərardan da göründüyü kimi araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ##.##.2015-ci il tarixli RX ******* saylı çıxarışına əsasən ünvan 5 «D» ünvanında yerləşən 228 m2 qeyri-yaşayış sahəsi Ərizəçi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Əlavə olaraq bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-****/** nömrəli Qərarı nəticəsində cavabdeh Cavabdeh ona məxsus qeyri-yaşayış sahəsindən çıxarılmış və bu hal Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə müvəkkili, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin Binə qəsəbəsi üzrə icra nümayəndəliyinin nümayəndəsi və sair məsul şəxslərin iştirakı ilə tərtib edilmiş və imzalanmış ##.##.2014-cü il Aktında öz əksini tapmışdır. Yəni Cavabdeh tərəfindən onun qeyd olunan əraziyə qanunsuz yollarla çıxarış əldə etməsi iddiası tamamilə əsassızdır (akt əlavə olunur). Mülkiyyətində olan qeyri-yaşayış sahəsi tərəfindən 4 hissəyə bölünmüş, 3 hissəsi icarəyə verilmişdir. Cavabdeh isə, hazırda 3-cü şəxslərlə əldə edilmiş razılıq əsasında icarə verilməli olan boş sahəyə qanunsuz olaraq daxil olmuş, obyektə daxil olması üçün qanunsuz olaraq divarını dağıtmış, yalnız hüquq-mühafizə orqanlarının (polis əməkdaşlarının) müdaxiləsindən sonra öz qanunsuz hərəkətlərinə müvəqqəti olaraq son qoymuşdur. Odur ki, hazırda müvəqqəti təminat tədbiri ərizəsinin təmin edilməməsi nəticəsində cavabdeh tərəfindən olunan qanunsuz müdaxilələr yalnız onun deyil, həmçinin icarədarların hüquqlarının pozulmasına gətirib çıxarır. Tərəfindən həmçinin arayışların əldə olunması ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin sorğu göndərilmiş, müvafiq arayışlar əldə olunmuşdur. Qeyd edir ki, məhkəməyə təqdim olunan sənədlər elektron formada olduğundan fiziki şəkildə ehtiyac olarsa, imzalı versiyasını təqdim edilə bilər. Həmçinin qərardadda qeyd olunmuşdur: “Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin **(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsi rədd edilməsi qərara alınmışdır. Ərizəçi Ərizəçi yenidən eyni tələblə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir.” ##.##.2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardad ##.##.2026-cı il tarixdə ona öncədən məlumat verilmədən, qanunamüvafiq qaydada xəbərdar edilmədən, yalnız cavabdehin iştirakı ilə keçirilən iclasda ləğv olunmuş, ərizəyə yenidən baxılması barədə qərardad qəbul edilmiş, lakin yenə də ona həmin qərardad təqdim edilmədən, yeni iclasın vaxtı barədə hər hansı bir məlumat verilmədən bir gün sonra, yəni ##.##.2026-cı il tarixdə təkrar olaraq çəkişmə prinsipinə zidd olaraq, yalnız cavabdehin iştirakı ilə keçirilmiş iclasda işə birtərəfli baxılmış, yalnız cavabdehin məhkəməyə təqdim etdiyi qüvvədən düşmüş və həqiqətə uyğun olmayan məlumatlara əsaslanaraq məhkəmə tərəfindən ərizənin rədd edilməsi barədə ##.##.2026-cı il tarixli, 16(5-95)-61/2026 qərardad çıxarılmışdır. Məhkəmənin iclası barədə ona hər hansı bildirişin çatması yoxlanılmadan, hər hansı əlaqə saxlanılmadan onun iştirakı təmin edilmədən iclas keçirilmiş, çəkişmə prinsipinin tələbləri pozulmuş və yalnız cavabdehin mülahizələrinə əsaslanaraq qərardad qəbul edilmişdir. Məhz bu səbəbdən tərəfindən həm həmin qərardaddan şikayət edilmiş, həmçinin yenidən müvəqqəti təminat tədbiri ilə məhkəməyə müraciət olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-**(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-**(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya ərizəçinin şikayətə şifahi icraat qaydasında baxılmasına dair vəsatətinə münasibət bildirib qeyd edir ki, ərizəçi tərəfindən ərizəsində və şikayətində istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim etdiyindən şikayət üzrə işə məhkəmə iclasında baxmasına zərurət yoxdur. Ona görə də vəsatət təmin edilməyərək şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Maraqlı şəxs Cavabdeh şikayətə qarşı etirazını onunla əsaslandırmışdır ki, hazırda sözügedən çıxarış qüvvədədir və həmin ərazi onun mülkiyyətindədir. Həmin həyətdə evi var, o, orada yaşayır. Mübahisə olunan tikili də onun həyətindədir və ona məxsusdur. O, əsassız olaraq həbsdə olduğu müddətdə Ərizəçi ona məxsus olan həyəti və onun tərkibində olan tikililərlə bağlı onun mülkiyyət hüququ ola-ola ilkin saxta sənədlərlə İcra Hakimiyyətinin adından saxta sənəd tərtib etdirərək həyətində olan faktiki tikililərə dair əsassız çıxarış almışdır. O, Ərizəçi tamamilə başqa ünvanda olan əmlakının bir hissəsini satmışdır. Lakin Azər onun həbsdə olmasından istifadə edərək ona satdığı başqa ünvanda yerləşən əmlakın ünvanını bilə-bilə səhv təqdim edib, ona satmadığı onun həyətində olan başqa tikililərlə bağlı qanunsuz çıxarış almışdır. İcra Hakimiyyətinin ilkin araşdırmasına görə həmin çıxarışın alınması üçün əsas olmuş ilkin sənədlər İcra Hakimiyyəti tərəfindən verilməmiş və onlar bu əsasla da ona verilmiş qanunsuz çıxarışı inzibati qaydada mübahisələndirməyi düşünürlər. Uzun müddət həbsdə olduğuna və maddi imkanının az olduğuna görə xərclərlə bağlı çətinliyi var, bu səbəbdən, inzibati məhkəməyə müraciəti ləngiyir. Əlavə olaraq, bildirir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi onun müvəqqəti təminat tədbirinin seçilməsi ilə bağlı beşə yaxın ərizəsini təmin etməmişdir. Sonuncu ərizəsini onların məlumatları olmadığına görə təmin etmiş, onlar rayon məhkəməsinə sübutlarını təqdim etdikdən sonra məhkəmə özü öz qərarını ləğv etmişdir. Mübahisə olunan əmlakın ona məxsus olmasına dair qüvvədə olan dövlət reyestrindən çıxarışı var. Eyni zamanda həmin qadağanın nədən ibarət olması, konkret hansı hərəkətlərin onun tərəfindən həyata keçirilməsinə dair sübutlar rayon məhkəməsinə təqdim edilməmişdir. Buna görə də, etmədiyi hər hansı hərəkətə görə ona öz həyətində olan evinə və digər tikililərə girişinə qadağa qoyulması heç bir hüquqi sənədə əsaslanmır. Əlavə olaraq, bildirir ki, bu məsələ mülki qaydada hal-hazırda araşdırılır. Məhkəmə iclası təyin edilmişdir və məhkəmə belə bir qadağanın ona tətbiq edilməsini qanunauyğun hesab etməmişdir. Bu məsələ inzibati qaydada araşdırılmalı məsələdir. Həmçinin bildirir ki, məhkəmə iclasının şifahi qaydada keçirilməsinə əsas görmürlər. Çünki, onun çoxsaylı məhkəmələrdə əsaslı müdafiə olunmaq üçün xərc çəkməyə maddi imkanı zəifdir. Lakin məhkəmə ona hazırda mülkiyyətində və istifadəsində olan, heç bir hüquqa istinad etməyən qadağanın qoyulması barədə iclasın şifahi qaydada keçirilməsini uyğun görərsə, məhkəmə iclasında iştirak edə bilər. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Maddə 157.4. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: Maddə 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; Maddə 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; 158.1.7. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizəçi Ərizəçi nümayəndəsi (vəkili) İsmayılov Riçard Zamil oğlu tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin seçilməsinə dair ərizə qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, təminat tədbirləri müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. İddia icraatından fərqli olaraq müvəqqəti təminat tədbirləri icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. Çünki, bu icraatın məqsədi tərəflərin mövcud vəziyyətinin və ya mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından və mübahisənin daha da dərinləşməsinin qarşısını almaqdan ibarətdir. Müvəqqəti təminat tədbiri cavabdehin və ya digər şəxslərin hərəkətləri nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasını qeyri-mümkün edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Konstitusiya Məhkəməsi Plenumunun müvəqqəti təminat tədbirləri ilə bağlı hüquqi mövqeyinə görə, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Qərar). Tədqiq olunan ilkin sübutlardan müəyyən olunur ki, ərizəçi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilən ##.##.2022-ci il tarixli çıxarışa əsasən istifadəsində olan 0,028350 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan AZ1045 Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Əli İsazadə küçəsi giriş 892 (köhnə ünvan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Əli İsazadə küşəsi 82D) ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülmüş hissəsinin bərpa edilməsinə və s. tələblərə dair cavabdeh Cavabdeh qarşı iddia tələbləri ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və hazırda e-*(*-**)-***/**** saylı mülki işə mahiyyəti üzrə baxılması davam etdirilir. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin icraatında olan e-*(*-**)-***/**** saylı mülki işə mahiyyəti üzrə baxılıb yekunlaşanadək mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsəzadə küçəsi, *** saylı ünvanda yerləşən qeyriyaşayış sahəsində cavabdehə və başqa şəxslərə tikinti, söküntü, təmir, rekonstruksiya və hər hansı müdaxilənin və həmin sahəyə giriş-çıxışının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni təmin etməyən birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırda müvəqqəti təminat tədbiri qismində tətbiq olunması xahiş olunan tədbir bu institutun mahiyyətinə uyğun deyildir. Belə ki, müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin mahiyyəti cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdan ibarətdir. Ona görə ərizəçi görülməsi xahiş olunan təminat tədbirinin tətbiq edilməyəcəyi halda qeyd olunan məqsədlərə nail olmağın mümkün olmayacağını əsaslandırmalı və tətbiq ediləcək təminat tədbiri digər şəxslərin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Eləcə də, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi iddia tələbinin kifayət qədər əsaslılığına dair ərizəçinin irəli sürdüyü ilkin sübutların mövcudluğu, əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, ərizəçi başqa şəxslərin deyil, öz mülkiyyətində olan qeyri-yaşayış sahəsində tikinti, söküntü, təmir, rekonstruksiya və hər hansı müdaxilənin və həmin sahəyə girişçıxışının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdiyindən, qeyri-yaşayış sahəsində ərizədə sadalanan hərəkətlərin cavabdeh tərəfindən edilməsi mövcud vəziyyətin dəyişərək ərizəçinin mülkiyyət hüquqlarının qorunmasının qeyri-mümkün olacağı ilə nəticələnəcəyindən, ərizəçinin qeyd olunan sahəyə mülkiyyət hüququnu təsdiq edən sənədlərin ləğv edilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından müvəqqəti təminat tədbirinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, bu icraatın məqsədi tərəflərin mövcud vəziyyətinin və ya mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından və mübahisənin daha da dərinləşməsinin qarşısını almaqdan ibarətdir. Müvəqqəti təminat tədbiri cavabdehin və ya digər şəxslərin hərəkətləri nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasını qeyri-mümkün edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Ərizəçinin seçilməsini tələb etdiyi müvəqqəti təminat tədbiri isə birinci instansiya məhkəməsinin icraatında olan mülki iş üzrə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi ilə bağlı hüquqlarının pozulmasının davam etdirilməsinin qarşısını almaqdan ibarət olduğundan bu hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi sonuncunun hər hansı bir hüququnun məhdudlaşdırılması ilə nəticələnməsi qeyri-mümkündür. Kollegiya eyni zamanda qeyd edir ki, ərizəçinin mülkiyyətində olan daşınmaz əmlaka ziyan vurulmasının qarşısını almaq məqsədi ilə yenidən müvəqqəti təminat tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət etməsi onun ərizəsinin bu əsasla rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, mülkiyyət hüququ hamılıqla qəbul olunan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən hüquqi dövlətin və demokratik cəmiyyətin təməl daşlarından biri hesab olunur. Bu hüququn müdafiəsinə məhkəmə icraatının istənilən mərhələsində təminat verilir. Bundan başqa tədqiq olunan sübutlardan görünür ki, birinci instansiya məhkəməsi bir ay müddətinə seçdiyi müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə qərardad qəbul etmişdir. Hazırkı halda isə iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılması davam edir. Kollegiya maraqlı şəxs Cavabdeh şikayətə qarşı etirazına münasibət bildirib qeyd edir ki, etirazda istinad olunan hallara dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən etirazda qeyd olunanlar müvəqqəti təminat tədbirin seçilməsindən imtina edilməsi üçün əsas ola bilməz. Bundan başqa etirazdan görünür ki, həmin ünvanda olan əmlakın bir hissəsini maraqlı şəxs ərizəçiyə satmasını bildirib, ərizəçinin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədləri gələcəkdə mübahisələndirmək niyyətindədir. İstinad olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, tərəflər arasında iddiaçının mülkiyyətində olan AZ1045 Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Əli İsazadə küçəsi giriş 892 (köhnə ünvan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Əli İsazadə küşəsi 82D) ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülmüş hissəsinin bərpa edilməsinə və s. tələblərlə bağlı mübahisəyə baxıldığından, ərizəçi ərizəsində başqa şəxslərin kimlər olmasını əsaslandırmadığından, tədqiq olunan sübutlardan qeyri-yaşayış sahəsinin başqa şəxslərə icarəyə verilməsinə dair müqavilələrin bağlanması müəyyən olunduğundan, iddia tələbləri üzrə cavabdeh qismində, yalnız Cavabdeh cəlb edildiyindən, ərizədə qeyd olunan hərəkətlərə yol verilməsinin cavabdehə qadağan edilməsində məqsəd iddia tələbi üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək ərizəçinin mülkiyyət hüquqlarının qorunmasından, tərəflərin mövcud vəziyyətinin və ya mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından və mübahisənin daha da dərinləşməsinin qarşısını alınmasından ibarət olduğundan, marqlı şəxsin etirazında qeyd etdikləri ərizənin ona aid olan hissədə təmin edilməməsi üçün əsas olmadığından şikayət qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-**(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməklə ərizəçinin müvəqqəti təminat tədbirinin seçilməsinə dair ərizəsi qismən təmin edilib, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin icraatında olan e-*(*-**)-***/**** saylı mülki işə mahiyyəti üzrə baxılıb yekunlaşanadək AZ1045 Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Əli İsazadə küçəsi giriş 892 (köhnə ünvan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Əli İsazadə küşəsi 82D) ünvanında yerləşən qeyri-yaşayış sahəsində tikinti, söküntü, təmir, rekonstruksiya işlərini aparması, həmin sahəyə giriş-çıxışı cavabdeh Cavabdeh Seyran qızına müvəqqəti təminat tədbiri olaraq qadağan edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadı ləğv edilsin. Ərizə qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan e-*(*-**)-***/**** saylı mülki işə mahiyyəti üzrə baxılıb yekunlaşanadək ərizəçi Ərizəçi mülkiyyətində olan AZ1045 Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Əli İsazadə küçəsi giriş 892 (köhnə ünvan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Əli İsazadə küşəsi 82D) ünvanında yerləşən qeyri-yaşayış sahəsində tikinti, söküntü, təmir, rekonstruksiya işlərini aparması, ərizəçinin mülkiyyətində olan sahəyə giriş-çıxışı cavabdeh Cavabdeh Seyran qızına müvəqqəti təminat tədbiri olaraq qadağan edilsin. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə həvalə edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar