Məhkəmə qərarları › İş №e-16(3-6)-341/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-341/2026

25.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № e-16(3-6)-341/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Mәrdanova Xumar Afәt qızı (sәdrlik edәn vә mәruzәçi), X4 vә X2 ibarәt tәrkibdә, Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin e-**(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qәrardadından iddiaçı Ərizәçi nümayәndәsi-vәkili Əlili İsrafil Muğan oğlu tәrәfindәn verilmiş şikayәtә әsasәn işә Bakı Apellyasiya Mәhkәmәsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Ərizәçi cavabdehlәr Bakı şәhәri ** saylı Dövlәt Notariat Kontoruna, "xxxx” BOKT MMC-yә qarşı notariusun icra qeydinin lәğv edilmәsi tәlәbi barәdә iddia әrizәsi ilә mәhkәmәyә müraciәt etmişdir. Bununla yanaşı iddiaçı Ərizәçi nümayәndәsi-vәkili Əlili İsrafil Muğan oğlu müvәqqәti tәminat tәdbirinin tәtbiqi barәdә әrizә ilә mәhkәmәyә müraciәt edәrәk, әrizәçi Ərizәçi mәxsus olan ünvan 3 ünvanında yerlәşәn mәnzil ilә bağlı aparılan hәrrac hәrәkәtlәrinin dayandırılması vә mәnzilin özgәninkilәşdirilmәsinin qadağan edilmәsi barәdә qәrardad qәbul edilmәsini xahiş etmişdir. Ərizә onunla әsaslandırılmışdır ki, әrizәçi Ərizәçi ilә cavabdeh “xxxx” BOKT MMC arasında ****/**** saylı, ## ###### 2023-cü il tarixli kredit müqavilәsi bağlanmış vә müqavilәyә әsasәn iddiaçıya 36 ay müddәtinә 25.000 manat mәblәğindә kredit verilmişdir. Kredit müqavilәsinin 4.1.-ci bәndinә әsasәn, öhdәliyin icrasına tәminat olaraq Ərizәçi mәxsus olan Bakı şәhәri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci mәhәllә, ev 45 ünvanında yerlәşәn ** saylı mәnzil ipotekaya qoyulmuşdur. Bu ilin yanvar ayının 15-dә icra mәmuru tәrәfindәn iddiaçıya zәng edilmiş vә iddiaçıya mәlum olmuşdur ki, ipoteka ilә yüklü edilmiş әmlaka tutmanın yönәldilmәsinә dair icra qeydi verilmişdir. Yasamal rayon İcra şöbәsinin icra mәmuru X5 ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qәrarından iddiaçıya mәlum olmuşdur ki, Bakı şәhәri ** saylı Notariat Kontorunun notariusu tәrәfindәn *i-*** nömrәli, ##.##.2026-cı il tarixli icra qeydi verilmişdir. İcra qeydi әsassız verildiyinә görә, *i-*** nömrәli, ##.##.2026-cı il tarixli icra qeydinin lәğv edilmәsi tәlәbi ilә bağlı mülki iş Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin icraatındadır. Hal-hazırda icra sәnәdinin icrası ilә bağlı әrizәçinin әmlakının elektron hәrracda satılması ilә bağlı hәrәkәtlәr başlanılmışdır. Ərizәçi hәrracın keçirilmәsini qanunsuz hesab edir. Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin e-**(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qәrardadı ilә әrizә tәmin edilmәmişdir. Hәmin qәrardaddan iddiaçı Ərizәçi nümayәndәsi-vәkili Əlili İsrafil Muğan oğlu şikayәt verәrәk, qәrardadın lәğv edilmәsi vә әrizәnin tәmin edilmәsini xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, Bakı şәhәri ** saylı Notariat Kontorunun notariusu tәrәfindәn qәbul edilmiş *i-*** nömrәli, ##.##.2026-cı il tarixli icra qeydi iddiaçıya tәqdim edilmәmişdir. Onun mәtni ilә tanış deyil vә 25.000 manat kreditә görә niyә 58450.57 manat pulun “xxxx” BOKT MMC-yә ödәnilmәsinә qәrar verilmәsi tamamilә absurddur. Bundan başqa qanunvericiliyә әsasәn nәzәrdә tutulsa da cavabdeh “xxxx” BOKT MMC tәrәfindәn icra qeydinin aparılması üçün notariat ofisinә müraciәt etdiyi gündәn әn azı 20 gün әvvәl sifarişli poçt vasitәsilә borcluya tәlәbin icra edilmәdiyi halda icra qeydinin aparılacağı barәdә bildiriş göndәrilmәmişdir. Bu halda notarius tәrәfindәn icra qeydi barәdә sәnәdin tәrtib edilmәsi qanunsuzdur. Hal-hazırda icra sәnәdinin icrası ilә bağlı әrizәçinin әmlakının elektron hәrracda satılması ilә bağlı hәrәkәtlәr başlanılmışdır. Mәhkәmәnin icraatında icra qeydinin lәğv edilmәsi tәlәbi ilә bağlı mülki iş olduğu halda hәrrac hәrәkәtlәrinin aparılması tamamilә qanunsuzdur. Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin e-**(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә şikayәt mülki işlә birlikdә baxılması üçün Bakı Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 138.1-ci maddәsinә әsasәn mәhkәmә işdә iştirak edәn şәxslәri mәhkәmә iclasının vaxtı vә yeri, prosessual hüquq vә vәzifәlәri, işә şifahi vә ya yazılı icraat qaydasında baxılması, habelә ayrı-ayrı prosessual hәrәkәtlәr haqqında xәbәrdar etmәlidir. İşdә iştirak edәn şәxslәrә şikayәtә yazılı icraat qaydasında baxılacağı barәdә mәhkәmә bildirişi göndәrilmiş vә onlarda olan bütün sübutların, elәcә dә şikayәtә dair etiraz vә ya izahatlarının tәqdim edilmәsi tәklif edilmiş, lakin işdә iştirak edәn şәxslәr sübutlar, etiraz vә ya izahatlarını mәhkәmәyә tәqdim etmәmişlәr. Mәhkәmә Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayәt qismәn tәmin edilmәklә, birinci instansiya mәhkәmәsinin qәrardadı lәğv edilmәli vә aşağıda göstәrilәnlәrә әsasәn iddiaçı Ərizәçi nümayәndәsi-vәkili Əlili İsrafil Muğan oğlu tәrәfindәn verilmiş müvәqqәti tәminat tәdbirinin tәtbiqi haqqında әrizәyә yenidәn baxılması üçün iş materialları birinci instansiya mәhkәmәsinә göndәrilmәlidir. Belә ki, birinci instansiya mәhkәmәsi müvәqqәti tәminat tәdbirinin görülmәsi barәdә әrizәnin tәmin edilmәmәsi barәdә mövqeyini onunla әsaslandırmışdır ki, әrizәçinin hazırda tәlәb etdiyi müvәqqәti tәminat tәdbirinin görülmәsi mahiyyәt etibarilә icra sәnәdi üzrә icraatın dayandırılması xarakteri daşıyır. Halbuki, icra sәnәdi üzrә icraatın dayandırılması qaydası “İcra haqqında” Azәrbaycan Respublikasının Qanununda aydın şәkildә müәyyәn edilmişdir. Belә ki, “İcra haqqında” Azәrbaycan Respublikasının Qanununun 17.1.4-cü maddәsinә әsasәn, bu Qanunun 6.1.3-6.1.8-ci maddәlәrindә göstәrilәn icra sәnәdlәri vә ya onun verilmәsinә әsas olan hәmin icra sәnәdlәrinin verilmәsinin birbaşa hüquqi әsası olan sәnәdә (“İpoteka haqqında” Azәrbaycan Respublikasının Qanununa әsasәn aparılan notariusun icra qeydi vә ya onun verilmәsinә әsas olan hәmin icra sәnәdlәrinin verilmәsinin birbaşa hüquqi әsası olan sәnәd istisna olmaqla) dair borclu tәrәfindәn iddia qaydasında mübahisә qaldırıldıqda, әgәr bu cür mübahisәyә qanunla yol verilirsә, hәmin Qanunun 17.1.6-cı maddәsinә әsasәn, icra sәnәdi üzrә tәlәbin yönәldildiyi әmlakın hәbsdәn azad olunması barәdә mәhkәmәyә iddia verildikdә, icra sәnәdi üzrә icraat mәcburi olaraq dayandırılır. Hәmin Qanunun 21.1-ci maddәsinә әsasәn, bu Qanunun 17-ci maddәsindә nәzәrdә tutulmuş icraatın dayandırılmasının mәcburi olduğu hallarda icra sәnәdi üzrә icraat icra mәmuru tәrәfindәn dayandırılır. Göründüyü kimi, icra sәnәdi üzrә icraatın dayandırılması qaydası “İcra haqqında” Azәrbaycan Respublikasının Qanununda müәyyәn edildiyi, habelә hәmin Qanunda “İpoteka haqqında” Azәrbaycan Respublikasının Qanununa әsasәn aparılan notariusun icra qeydi ilә bağlı mübahisә üzrә icraatın dayandırılmasının istisna edildiyi halda, әrizәçi hәmin icra sәnәdi üzrә icra hәrәkәtlәrinin dayandırılmasına müvәqqәti tәminat tәdbiri kimi nail olmağa çalışır. Halbuki, Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin 47.1-ci maddәsinә әsasәn, işdә iştirak edәn şәxslәr, prosessual qanunvericiliklә onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadә etmәyә borcludurlar. Mәhkәmә Kollegiyası birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә ilә razılaşmır Belә ki, iş materiallarında olan ipoteka predmetinә tutmanın yönәldilmәsi haqqında ##.##.2026-cı il tarixli icra qeydinin surәtindәn görünür ki, ipoteka saxlayan Bakı şәhәri, Yasamal rayonu, X3 küçәsi, ev 177 ünvanında yerlәşәn cavabdeh2 MMC-nin (VÖEN: **********) tәlәbi ilә ipoteka qoyan ünvan 2 ünvanında qeydiyyatda olan Ərizәçi mәxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerlәşәn әmlaka tutma yönәldilmәlidir. İş materiallarında olan ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qәrarın surәtindәn görünür ki, Bakı şәhәri ** saylı Notariat Kontorunun *i-*** nömrәli, ##.##.2026-cı il tarixli icra sәnәdi üzrә Yasamal rayon İcra şöbәsinin icra mәmuru X5 tәrәfindәn icraata başlanılmışdır. “İcra haqqında” Azәrbaycan Respublikasının Qanununun 17.1.4-cü maddәsinә әsasәn, bu Qanunun 6.1.3-6.1.8-ci maddәlәrindә göstәrilәn icra sәnәdlәrinә vә ya hәmin icra sәnәdlәrinin verilmәsinin birbaşa hüquqi әsası olan sәnәdә (“İpoteka haqqında” Azәrbaycan Respublikasının Qanununa әsasәn aparılan notariusun icra qeydi vә ya hәmin icra qeydinin verilmәsinin birbaşa hüquqi әsası olan sәnәd istisna olmaqla) dair borclu tәrәfindәn iddia qaydasında mübahisә qaldırdıqda, әgәr bu cür mübahisәyә qanunla yol verilirsә, hәmin Qanunun 17.1.6-cı maddәsinә әsasәn, icra sәnәdi üzrә tәlәbin yönәldildiyi әmlakın hәbsdәn azad olunması barәdә mәhkәmәyә iddia verildikdә, icra sәnәdi üzrә icraat mәcburi olaraq dayandırılır. Hәmin Qanunun 21.1-ci maddәsinә әsasәn, bu Qanunun 17-ci maddәsindә nәzәrdә tutulmuş icraatın dayandırılmasının mәcburi olduğu hallarda icra sәnәdi üzrә icraat icra mәmuru tәrәfindәn dayandırılır. Göründüyü kimi “İcra haqqında” Azәrbaycan Respublikasının Qanununun 17-ci maddәsinә nәzәrdә tutulmuş icraatın dayandırılmasının mәcburi olduğu hallarda icra sәnәdi üzrә icraat icra mәmuru tәrәfindәn dayandırılır, lakin qeyd edilәn qanunun 17.1.4-cü maddәsindә icra mәmurunun sәlahiyyәtlәrinә münasibәtdә “İpoteka haqqında” Azәrbaycan Respublikasının Qanununa әsasәn aparılan notariusun icra qeydi vә ya onun verilmәsinә әsas olan hәmin icra sәnәdlәrinin verilmәsinin birbaşa hüquqi әsası olan sәnәd istisna edilmişdir. Belә ki, “İpoteka haqqında” Azәrbaycan Respublikasının Qanununa әsasәn aparılan notariusun icra qeydi vә ya onun verilmәsinә әsas olan hәmin icra sәnәdlәrinin verilmәsinin birbaşa hüquqi әsası olan sәnәd olduğu halda icra sәnәdi üzrә icraatın dayandırılması icra mәmurunun sәlahiyyәtlәrinә aid edilmәmişdir. Birinci instansiya mәhkәmәsi hәmin normaya istinad etsә dә, nәticә etibarı ilә sәhv nәticәyә gәlmişdir. Hәmçinin birinci instansiya mәhkәmәsi “icra sәnәdi üzrә icraatın dayandırılması qaydasının “İcra haqqında” Azәrbaycan Respublikasının Qanununda müәyyәn edildiyi, habelә hәmin Qanunda “İpoteka haqqında” Azәrbaycan Respublikasının Qanununa әsasәn aparılan notariusun icra qeydi ilә bağlı mübahisә üzrә icraatın dayandırılmasının istisna edildiyi halda, әrizәçi hәmin icra sәnәdi üzrә icra hәrәkәtlәrinin dayandırılmasına müvәqqәti tәminat tәdbiri kimi nail olmağa çalışır” mәzmununda aydın olmayan әsaslandırma etmişdir. Çünki “İcra haqqında” Azәrbaycan Respublikasının Qanununda aydın formada qeyd edilmişdir ki, icra sәnәdlәri vә ya onun verilmәsinә әsas olan hәmin icra sәnәdlәrinin verilmәsinin birbaşa hüquqi әsası olan sәnәdә (“İpoteka haqqında” Azәrbaycan Respublikasının Qanununa әsasәn aparılan notariusun icra qeydi vә ya onun verilmәsinә әsas olan hәmin icra sәnәdlәrinin verilmәsinin birbaşa hüquqi әsası olan sәnәd istisna olmaqla) dair borclu tәrәfindәn iddia qaydasında mübahisә qaldırıldıqda, әgәr bu cür mübahisәyә qanunla yol verilirsә, hәmin Qanunun 17.1.6-cı maddәsinә әsasәn, icra sәnәdi üzrә tәlәbin yönәldildiyi әmlakın hәbsdәn azad olunması barәdә mәhkәmәyә iddia verildikdә, icra sәnәdi üzrә icraat mәcburi olaraq dayandırılır vә bu icra mәmurunun sәlahiyyәtidir, lakin istisna olaraq da “İpoteka haqqında” Azәrbaycan Respublikasının Qanununa әsasәn aparılan notariusun icra qeydi vә ya onun verilmәsinә әsas olan hәmin icra sәnәdlәrinin verilmәsinin birbaşa hüquqi әsası olan sәnәd qeyd edilmişdir. Hazırda da iddiaçı notariusun icra qeydini mübahisәlәndirmәklә yanaşı ona mәxsus olan ünvan 3 ünvanında yerlәşәn mәnzil ilә bağlı aparılan hәrrac hәrәkәtlәrinin dayandırılması vә mәnzilin özgәninkilәşdirilmәsinin qadağan edilmәsi barәdә qәrardad qәbul edilmәsini xahiş etmişdir. Mübahisәlәndirilәn icra qeydinin mәzmununda da göründüyü kimi ipoteka saxlayan- Bakı şәhәri, Yasamal rayonu, X3 küçәsi, ev 177 ünvanında yerlәşәn cavabdeh2 MMC-nin (VÖEN: **********) tәlәbi ilә ipoteka qoyan ünvan 2 ünvanında qeydiyyatda olan Ərizәçi mәxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerlәşәn әmlaka tutma yönәldilmәlidir. Mәhkәmә Kollegiyası qeyd edilәnlәrә әsasәn hesab edir ki, birinci instansiya mәhkәmәsi istinad edilәn әsasla әrizәni rәdd etmәsi barәdә gәldiyi nәticә düzgün olmamışdır, bu baxımdan birinci instansiya mәhkәmәsi әrizәyә mahiyyәti üzrә baxmaqla müvәqqәti tәminat tәdbiri barәdә әrizәyә Mülki Prosessual Mәcәllәnin tәlәblәri baxımından araşdırmalı vә iş üzrә çıxarılan qәtnamәnin gәlәcәkdә real icra edilә bilmәyәcәyi şübhәsinin olub-olmamasını müәyyәn etmәli vә nәticәsindәn asılı olaraq qanuna müvafiq qәrar qәbul etmәlidir. Başqa sözlә hazırki iş üzrә birinci instansiya mәhkәmәsi әrizәçi tәrәfindәn verilmiş müvәqqәti tәminat tәdbiri barәdә әrizәdә iş üzrә çıxarılacaq qәtnamәnin gәlәcәkdә icrasını çәtin vә ya mümkünsüz edә bilәcәk halların olub-olmamasını müәyyәn etmәlidir. Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinә müvafiq olaraq maraqlı şәxslәrin vә ya arbitraj mübahisәsi tәrәfinin әrizәsi ilә mәhkәmә müvәqqәti tәminat tәdbirlәrinin tәtbiqi barәdә qәrardad qәbul edә bilәr (maddә 157.1). Müvәqqәti tәminat tәdbirlәri cavabdehin, arbitraj mübahisәsi tәrәfinin vә ya digәr şәxslәrin hәrәkәtlәri (hәrәkәtsizliyi) nәticәsindә mövcud vәziyyәtin dәyişәcәyi tәqdirdә әrizәçinin hüquqlarının qorunmasının (tәmin vә ya bәrpa edilmәsinin) mümkün olmayacağı vә ya әhәmiyyәtli dәrәcәdә çәtinlәşәcәyinin qarşısını almaq mәqsәdilә tәtbiq edilir. (maddә 157.2). Cavabdehdә vә ya arbitraj mübahisәsi tәrәfindә vә ya digәr şәxslәrdә olan cavabdehә vә ya arbitraj mübahisәsi tәrәfinә mәxsus әmlak üzәrinә hәbs qoymaq, müәyyәn hәrәkәtlәri etmәyi cavabdehә vә ya arbitraj mübahisәsi tәrәfinә qadağan etmәk, mübahisә predmetinә aid olan müәyyәn hәrәkәtlәri etmәyi başqa şәxslәrә qadağan etmәk növündә müvәqqәti tәminat tәdbirlәri görülә bilәr (maddә 158.1.1-158.1.3). Müvәqqәti tәminat tәdbirlәri institutu özünün mahiyyәti etibarilә iddianın әsaslılığı prezumpsiyasına әsaslanan prosessual tәdbirdir vә hәmin tәdbirlәri tәtbiq edәrkәn mәhkәmә belә mövqedәn çıxış edir ki, bu tәdbirlәrin görülmәmәsi qәtnamәnin icrasını gәlәcәkdә çәtinlәşdirә vә ya qeyri-mümkün edә bilәr. Ona görә dә, müvәqqәti tәminat tәdbirlәrinin mәhkәmә tәrәfindәn tәtbiqi üçün sübutların mübahisәnin mahiyyәti üzrә hәlli üçün zәruri olan hәcmdә tәqdim olunmasına ehtiyac yoxdur. Bununla belә, müvәqqәti tәminat tәdbirlәrinin görülmәsi üçün mәhkәmәyә ilkin zәruri sübutların tәqdim edilmәsinә vә ilkin әsaslandırılmasına, habelә bununla bağlı dәlillәrin tәqdim edilmәsinә ehtiyac vardır. Mәhz bu mәqamda müvәqqәti tәminat tәdbirlәrinin tәtbiqinin zәruriliyi mәsәlәsi ortaya çıxır. Buna görә, müvәqqәti tәminat tәdbirlәrinin tәtbiqinin zәruriliyi üçün işdә iştirak edәn şәxslәrin, xüsusәn dә belә tәdbirin tәtbiqinә dair әrizә vermiş şәxsin irәli sürdüyü dәlillәr onların ilkin әsaslılığı vә ağlabatanlılığı baxımından qiymәtlәndirilmәlidir. Belә dәyәrlәndirmә zamanı mәhkәmә, müvәqqәti tәminat tәdbiri tәtbiq olunarkәn işdә iştirak edәn, elәcә dә belә statusa malik olmayan digәr şәxslәrin mәnafelәrini vә onların müdafiәsindәki mütәnasibliyin tәmin edilmәsi zәrurәtini nәzәrә almalıdır. Odur ki, şikayәt qismәn tәmin edilmәli, birinci instansiya mәhkәmәsinin qәrardadı lәğv edilmәli vә qeyd olunan göstәrişlәrә әmәl edilmәklә müvәqqәti tәminat tәdbirinin tәtbiqi haqqında әrizәyә yenidәn baxılması üçün iş materialları birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır. Mülki Prosessual Mәcәllәnin 398.0.2-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardad qәbul etdikdә qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vardır. Hәmin Mәcәllәnin 399-cü maddәsinә әsasәn birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Göstәrilәnlәrә әsasәn vә Mülki Prosessual Mәcәllәnin 397, 398, 399, 400 vә 402-ci maddәlәrini rәhbәr tutaraq, Mәhkәmә Kollegiyası Qərara aldı: İddiaçı Ərizәçi nümayәndәsi-vәkili Əlili İsrafil Muğan oğlu tәrәfindәn verilmiş şikayәt qismәn tәmin edilsin. Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin e-**(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qәrardadı lәğv edilsin. Ərizәçi Ərizәçi nümayәndәsi-vәkili Əlili İsrafil Muğan oğlu tәrәfindәn verilmiş müvәqqәti tәminat tәdbirinin tәtbiqi haqqında әrizәyә yenidәn baxılması üçün iş materialları Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinә göndәrilsin. Qәrardaddan şikayәt verilә bilmәz. Qәrardad dәrhal qanuni qüvvәyә minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar