Məhkəmə qərarları › İş №e-16(3-6)-342/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-342/2026

03.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-342/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 16(5-104)- ***/**** saylı qərardadından maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ:

1. İddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakların bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə iddiaçı Ərizəçi ilə cavabdeh Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən bağ evi, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi, ünvan 2 ünvanında yerləşən mənzil, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi, Changan Qiyuan A05 Plugin hibrid markalı **TL*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, Changan Qiyuan A05 Plug-in hibrid markalı **TN*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və Hyunday Sonata hibrid **ME*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ½ payın bölgüsünə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Eyni zamanda Ərizəçi müvəqqəti təminat tədbirinə dair ərizə ilə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət edərək, iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakların tələbinə dair iddiasına baxılıb yekun qərar qəbul edilənədək, iddianı təmin etmə tədbiri kimi, Changan Qiyuan A05 Plug-in hibrid markalı **TL*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, Changan Qiyuan A05 Plug-in hibrid markalı **TN*** dövlət qeydiyyat nişanlı və Hyunday Sonata hibrid **ME*** dövlət qeydiyyat nişanlı avtomobillərin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi iş üzrə cavabdeh Cavabdeh qarşı mülk(əmlak) bölgüsü tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Çıxarışlardan görünür ki, Changan Qiyuan A05 Plug-in hibrid markalı **TL*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasiytəsi, Changan Qiyuan A05 Plug-in hibrid markalı **TN*** dövlət qeydiyyat nişanlı və Hyunday Sonata hibrid **ME*** dövlət qeydiyyat nişanlı avtomobillər mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. Hal-hazırda birgə nikah dövründə əldə edilmiş əmlakların tələbinə dair iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatındadır. Gələcəkdə iddia təmin ediləcəyi təqdirdə qətnamənin icra olunmasını təmin etmək üçün qeyd edilən avtomobilləri özgəninkiləşdirilə bilər və bu gələcəkdə qətnamənin icrasını çətinləşdirə bilər. Odur ki, həmin avtomobilllərin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş, e-*(*-***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdeh Cavabdeh mülkiyyətində olan “Changan Qiyuan A05 Plug” hibrid markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “Changan Qiyuan A05 Plug” hibrid markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı və “Hyunday Sonata” hibrid **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillərin özgəninkiləşdirilməsi cavabdeh Cavabdeh qadağan edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizə təmin edilməli və nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi qadağan edilməlidir. Məhkəmə hesab edir ki, bu halda mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə əmlakın mübahisə predmeti kimi qorunub saxlanması yolu ilə ərizəçinin hüquqlarının qorunmasına zərurəti vardır.

4. Birinci instansiyası məhkəməsi qərardadını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsinə istinadla əsaslandırmışdır.

ŞİKAYƏTİN DƏLİLLƏRİ, ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ və BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN ŞİKAYƏTƏ DAİR GƏLDİYİ NƏTİCƏ:

5. Maraqlı şəxs Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-16(5-104)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbi ümumiyyətlə əsassızdır. Belə ki, iddia tələbində qeyd edilən ünvan 1 ünvanında yerləşən bağ evi, Changan Qiyuan A05 Plug-in hibrid markalı **TL*** dövlət qeydiyyat nişanlı və Changan Qiyuan A05 Plug-in hibrid markalı **TN*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri faktiki olaraq başqa bir şəxsin mülkiyyətidir. Sadəcə yaxın münasibətləri olduğu üçün onun adına rəsmiləşdirilmişdir. İddiaçı bunu bildiyi halda qərəzli olaraq həmin əmlakları birgə mülkiyyət kimi göstərərək öz şəxsi məqsədlərinə nail olmaq üçün təzyiq üsulu kimi istifadə edir. Halbuki, onun dediklərini təsdiq edən kifayət qədər yazılı sübutlar və canlı şahidlər vardır. Məhkəmənin gedişində bununla bağlı bütün sübutları təqdim edəcək. Bundan başqa iddia tələbində qeyd edilən ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və eyni ünvanda yerləşən fərdi yaşayış evi faktiki olaraq vahid mülkiyyətdir. Bu isə birgə nikahdan əvvəl onun ailə üzvləri tərəfindən onların öz şəxsi vəsaitləri hesabına əldə edilmişdir. Bunu da təsdiq edən yazılı sübutlar, yəni dövlət reyestrindən çıxarışlar mövcuddur. Həmçinin qeyd etmək istəyir ki, faktiki olaraq birgə nikah dövründə ünvan 2 ünvanında yerləşən mənzil, Hyunday Sonata hibrid markalı, **ME*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və Changan Uni T markalı, **KN*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əldə edilmişdir. Bu əmlaklardan ünvan 2 ünvanında yerləşən mənzil ipoteka ilə əldə edilmişdir. Hal-hazırda da aylıq ödənişləri ödənilməlidir. Əks təqdirdə həmin mənzilin aqibəti mübahisəlidir. Changan Uni T markalı, **KN*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə iddiaçı Ərizəçi mülkiyyətində olduğu üçün onu gizlətməyə çalışmışdır. Hörmətli məhkəmə işin faktiki halları ilə tam şəkildə müəyyən olunur ki, hazırkı qərardad mənə təsir və təzyiq üsulu kimi istifadə olunur. Məhkəmə çəkişməsində üstünlük əldə etmək məqsədi daşıyır. Bu səbəbdən də hesab edir ki, qəbul edilmiş qərardad əsassızdır və ədalətli deyil. Qadağa qoyulan maşınların naturada bölünməsi mümkün deyil. Hətta iddiaçı məhkəməyə müraciət etdikdən sonra həmin maşınlar satılsa belə iddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakdakı pay hüququndan məhrum olmur. Belə olan halda maşınların satılmasına qadağa qoyulması məhkəməni uzatmaqdan və qeyri-bərabər çəkişməyə şərait yaratmaqdan başqa heç bir məqsəd daşımır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 16(5-104)- ***/**** saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iş üzrə maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ NORMALARI VƏ APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-157.2,157.5-157.6-cı maddələrini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

8. Belə ki, yuxarıda sadalanan maddələrin məzmununa əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq, o cümlədən çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən müvafiq tədbirlərin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı, tətbiq olunacaq tədbirin isə irəli sürülmüş tələbə mütənasib olub-olmamasına hərtərəfli qiymət verməli və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktını qəbul etməlidir.

9. İş materiallarında olan DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışından görünür ki, “Changan Qiyuan A05 Plug” hibrid markalı **-TL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2025-ci il tarixdən, “Changan Qiyuan A05 Plug” hibrid markalı 77- TN-199 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2025-ci il tarixdən və “Hyundai Sonata” hibrid **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillər Cavabdeh mülkiyyətindədir.

10. Beləliklə, iş materiallarında müvəqqəti təminat tədbirinin tətbiqini zəruri edən halların mövcudluğunu təsdiq edən hüquqi əsaslar müəyyən edilmişdir.

11. Beləliklə, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəyə baxarkən tədbirlərin tətbiq edilməsinin əsaslı olub-olmamasına, həmçinin tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olub-olmasına hərtərəfli qiymət vermiş və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktını qəbul etmişdir. Belə olan halda da, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

12. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

13. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDI:

Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 16(5-104)- ***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar