Məhkəmə qərarları › İş №e-16(3-6)-343/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-343/2026

26.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-343/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, İddiaçı Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş “müvəqqəti təminat tədbirinin tətbiqi haqqında” ərizəyə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*- ***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “əşyaların qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMMC-dən 16 ədəd Yol Tramplini (33*30*4), 4 ədəd Tramplini başlığı, 2 ədəd DS-TMG4B0-LA 4 METR 4 X2-Arm AC Barrier Gate (D), 1 ədəd ANPR Kamera üçün dirək 10x10 sm / profil / 1 m / xüsusi istehsal, 2 ədəd EF-Radar02, Kabel kanalı 25x40 – 4 ədəd, 50 metr SHTURMANN 4x2x23AWG CAT6 FTP 500 METR, 20 metr elektrik kabeli 3x2.5, 1 ədəd SHTURMANN SH-PG004 POE SWITCH 4 PORT FULL GIGABIT with 1*RJ45 uplink +1*SFP port SLT %76850, 2 ədəd SH-CD410-DU-2 EXIT CIXISH DUYMESI DIVARUSTU METAL SHTURMANN, 1 ədəd HikCentral-P-E&E2Lane/Module/Promo Hikvision license, 2 ədəd HikCentral-PVSS-1Ch Licens surveillance system SOFTWARE HIKVISION, 1 ədəd KONZA 3LÜ TOPRAKSIZ ANAHTARLI 3 MT KABLOLU GRUP PRİZ 3111-3 alınaraq iddiaçı Ərizəçi MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMMC-nin fəaliyyət ərazisində yerləşən 16 ədəd Yol Tramplini (33*30*4), 4 ədəd Tramplini başlığı, 2 ədəd DS-TMG4B0-LA 4 METR 4 X2-Arm AC Barrier Gate (D), 1 ədəd ANPR Kamera üçün dirək 10x10 sm / profil / 1 m /xüsusi istehsal, 2 ədəd EF-Radar02, Kabel kanalı 25x40 – 4 ədəd, 50 metr SHTURMANN 4x2x23AWG CAT6 FTP 500 METR, 20 metr elektrik kabeli 3x2.5, 1 ədəd SHTURMANN SH-PG004 POE SWITCH 4 PORT FULL GIGABIT with 1*RJ45 uplink +1*SFP port SLT%76850, 2 ədəd SH-CD410-DU-2 EXIT CIXISH DUYMESI DIVARUSTU METAL SHTURMANN, 1 ədəd HikCentral-P-E&E2Lane/Module/Promo Hikvision license, 2 ədəd HikCentral-P-VSS-1Ch Licens surveillance system SOFTWARE HIKVISION, 1 ədəd KONZA 3LÜ TOPRAKSIZ ANAHTARLI 3 MT KABLOLU GRUP PRİZ 3111-3 əmlaklar demontaj edilərək və ya sökülərək istifadəsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi MMC ilə “xxxx” MMC arasında AA***/** saylı, ## #### 2025-ci il tarixli alqı-satqı və xidmət müqaviləsi bağlanılmışdır. AA***/** saylı, ## #### 2025-ci il tarixli alqı-satqı və xidmət müqaviləsi üzrə olan 6861,42 (altı min səkkiz yüz altmış bir manat qırx iki qəpik) manat və 757,56 (yeddi yüz əlli yeddi manat əlli altı qəpik) manat məbləğində ödənişlər müxtəlif qaimələr üzrə Ərizəçi MMC tərəfindən “xxxx” MMCnin hesabına köçürülmüşdür. İddiaçı Ərizəçi MMC ilə cavabdeh Cavabdeh MMMC arasında bağlanmış olan SBH-*** saylı, ## ##### 2025- ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqaviləyə ## #### 2026-ci il tarixində xitam verilmişdir.##.##.2026-cı il tarixdə Cavabdeh MMMC-nin fəaliyyət ərazisində qalmış olan əmlakların götürülməsi məqsədilə məktub ünvanlanmış və cavabdeh öz növbəsində guya həmin əmlakların onlara məxsus olması bildirək əmlakların götürülməsinə maneələr yaratmışdır.AA***/** saylı, ## #### 2025-ci il tarixli alqı-satqı və xidmət müqaviləsinin * saylı əlavəsində (qiymətlərin razılaşdırılması protokolu) qeyd olunmuş aşağıdakı mal materiallar cavabdehin fəaliyyət ərazisində qalmışdır: 1. Yol Tramplini (33*30*4) -16 ədəd 2. Tramplini başlıq – 4 ədəd 3. DS-TMG4B0- LA 4 METR 4.X2-Arm AC Barrier Gate (D) - 2ədəd 4. ANPR Kamera üçün dirək 10x10 sm / profil / 1 m / xüsusi istehsal – 1 ədəd 5.EF-Radar02 – 2 ədəd 6. Kabel kanalı 25x40 – 4 ədəd 7. SHTURMANN 4x2x23AWG CAT6 FTP 500 METR – 50 metr 8. Elektrik kabeli 3x2.5 – 20 metr 9. SHTURMANN SH-PG004 POE SWITCH 4 PORT FULL GIGABIT with 1*RJ45uplink +1*SFP port SLT %76850 – 1 ədəd 10. SHCD410-DU-2 EXIT CIXISH DUYMESI DIVARUSTU METAL SHTURMANN –2 ədəd 11. HikCentral-P- E&E2Lane/Module/Promo Hikvision license – 1 ədəd 12. HikCentral-P-VSS-1Ch Licens surveillance system SOFTWARE HIKVISION – 2ədəd 13. KONZA 3 LÜ TOPRAKSIZ ANAHTARLI 3 MT KABLOLU GRUP PRİZ 3111-3 1 ədəd. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə hazırki ərizə təmin edilməmişdir. Qərardaddan ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 16(5-104)- ***/**** saylı ## ##### 2026-cı il tarixli qərardadına əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə təmin edilməmişdir. Məhkəmə qərardadı “xxxx” MMC-nin kimi təqdim etdiyi ərizəni təmin etməməsi ərizəçinin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına və gələcəkdə çətinləşəcəyinə şərait yaratmışdır. Belə ki, faktiki olaraq mübahisə predmeti olan əmlaklar cavabdeh tərəfindən istismar olunur və bu istismar həmin əmlakların dəyərdən düşməsinə və məhv olmasına gətirib çıxardır. Məhkəmənin qəbul etdiyi qərardadda iddia predmetində göstərilən əmlaklarla eyni olması və mahiyyətcə iddia və ərizənin eyni olması düzgün başa düşülməmişdir. Ərizəçinin istəyi əmlakları demontaj edilərək istifadəsinin qadağan olunmasıdır ki, bu da özlüyündə tamamilə düzgün verilmiş bir müvəqqəti təminat tədbiridir. Belə ki, cavabdeh mübahisə predmeti olan əmlakları halhazırda istehlak edir və demək olar ki, dolayısı ilə özlərinə məxsus olmayan əmlakları kor təbii şəkildə nəzarətsiz qoyaraq məhv olunması gətirib çıxarır. Məhkəmə ərizəni təmin etməməklə gələcəkdə yeni bir iddianın yaranmasına şərait yaratmışdır. Şikayətə əlavə olunmuş fotoşəkillərdən də görünür ki, cavabdeh əmlakları nəzarətsiz saxlayaraq məhv olunmasına gətirib çıxardıb. Gələcəkdə iddianın təmin edilməsi növbəti iddianın verilməsinə səbəb olacaqdır, çünki faktiki olaraq məhkəmə gedişi dövründə cavabdehin ərizədə göstərilmiş əmlakları istifadəsi onların dəyərinin itməsinə və gələcəkdə həmin əmlaklarının pul tələbi kimi iddiasına şərait yaradacaq və bu da öz növbəsində ərizəçininin ziyanına olacaqdır. Müvəqqəti təminat tətbiqinin mahiyyəti mövcud vəziyyətinin dəyişiləcək cavabdeh mübahisə predmeti olan əmlakları istifadə edərək ərizəçinin vəziyyətini çətinləşdirəcək nəticədə hüquqi şəxsin əmlakları korlancaq və hüquqi şəxsə gələcəkdə əlavə iddiaların verilməsinə şərait yaradacaqdır. Lakin ərizə təmin olunduğu halda, ərizədə göstərilən əmlaklar demontaj və ya sökülərək istifadəsi qadağa olunduğu təqdirdə həmin əmlaklar öz keyfiyyətini itirməyəcəkdi və gələcəkdə tərəflərdən heç biri üçün əlavə məhkəmə mübahisəsinin qaldırılmasına şərait yaratmıyacaqdır. İndiki halda cavabdeh ərizədə göstərilmiş əmlakları faktiki istifadə edərək onların dəyərdən düşməsinə şərait yaradır və bütün bu hallar fotoşəkillərlə sübut olunur. Əgər məhkəmə iddia ilə eyni olmasını nəzərə alırsa tərəflərin Mülki Prosessual Məcəllə ilə qəbul edilmiş prinspilərinə ziddir. Belə ki, məhkəmə qanun və məhkəmə qarşısında bərabərlik və ədalət mühakiməsində çəkişmə tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirlməsi prinsiplərini nəzərə almadan ərizələrini təmin etməmişdir. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Göründüyü kimi əsaslı ərizələri təmin edilməmiş, Məcəllənin prinsiplərinə əməl olunmamış və ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilmişdir. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. İddia predmeti olan əmlaklar hal-hazırda faktiki olaraq cavabdeh tərəfindən istifadə edilərək həmin əmlakların istifadəsiz vəziyyətə salınır və gələcəkdə mübahisə predmetini əsaslı şəkildə məhvinə gətirib çıxardacaqdır. Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2 ci maddələrinə uyğun olaraq cavabdeh heç bir sübut təqdim etməmişdir İş üzrə icraatın xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə məhkəmədən xahişləri ödədikləri 50 manat rüsumu cavabdeh tərəfindən ödənilməsini təmin edilməsidir. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, arbitraj mübahisəsi tərəflərinin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə mübahisə predmeti olan əmlakların gələcək taleyinə yönəlmiş olam ərizəni təmin etməyərək əmlakların məhvinə və istifadəyə yararsız olmasına şərait yaradan qərar qəbul etmişdir. Məhkəmə həqiqəti araşdırmaq üçün hər hansı bir sübut tələb etməli idi. Əsaslı ərizələri təmin edilməmişdir. Ərizə verilmiş olduqdan sonrakı 10 gündə əmlaklara baxış keçirən zaman ərizədə qeyd olunmuş əmlakların istifadəyə yararsız hala salınmasının bir daha şahidi olmuşlar. Belə ki, həm tramplinlər üzərindən maşınlar keçərək deformasiya olunur , əlavə olaraq əmlakların siyahısında olan barier gate, yəni şlaqbaumlar şəkillərdən göründüyü kimi əyilmiş və qırılmış sonradan onu kəsərək qısaldılmış vəziyyətə gətirələrək istifadə olunmağa davam edilir. Artıq barieri gate, yəni şlaqbaum olan iki əmlakdan biri məhv edilmişdir. Cavabdeh tərəfindən yararsız hala salınmışdır. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Qanunun mənasına görə müvəqqəti təminat tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Həmçinin qanunun mənasına görə müvəqqəti təminat tədbiri əsasən cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbiri özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, müvəqqəti təminat tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Qeyd edilən müddəalara əsasən kollegiya hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Bu mənada nəzərə almaq lazımdır ki, iddiaçının iddiası üzrə qəbul ediləcək (iddianın təmin edilməsi halında) qətnamənin icra edilməsinin çətinliyini və ya mümkünsüzlüyünü təsdiq edən halların mövcudluğuna dair sübutlar təqdim edilmədiyi kimi, ümumiyyətlə onun tələb etdiyi təmin tədbiri ilə iddiasının mümkün təmin edilməsi halında qəbul ediləcək qətnamənin gələcəkdəki icrası arasında əlaqə də mövcud deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının görülməsini istədiyi tədbir iddia tələbi ilə faktiki olaraq eynidir və beləliklə də iddianın gələcəkdə təmin edilməsi halında qətnamənin icrasını təmin etmək məqsədinə, eləcə də onun icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına deyil, faktiki olaraq iddia tələbinin təmininə yönəlmişdir. Həmçinin əşyaların istifadəsinin qadağan edilməsi cavabdehin fəaliyyətinə əsassız müdaxilə yarada və onun hüquqlarını məhdudlaşdıra bilər. Belə olan halda, birinci instansiya məhkəməsi haqlı olaraq hazırki ərizənin təmin edilməsi üçün əsaslar mövcud olmadığından onun rədd edilməsi qənaətinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar