Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-344/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Talışinski Fuad Şəmsəddin oğlu (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənzildən ərizəçi Ərizəçi istifadəsinə qoyulmuş məhdudiyyətlərin və maneələrin aradan qaldırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Ərizəçi ilə cavabdeh Cavabdeh ilə arasında mövcud olmuş nikah münasibətləri dövründə tərəflərin birgə vəsaitləri hesabına ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak əldə edilmişdir. Tərəflərindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə ##.##.2026-cı il tarixdə müvafiq sorğu ünvanlanmışdır. Həmin sorğuya cavab olaraq adıçəkilən dövlət orqanı tərəfindən ##.##.2026-cı il tarixdə təqdim edilmiş məlumatdan aydın olur ki, qeyd olunan mənzil ## ####### 2020-ci il tarixdə cavabdeh Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh Cavabdeh ilə arasında mövcud olmuş nikah münasibətləri dövründə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak tərəflərin birgə ailə yaşayış yeri kimi istifadə edilmişdir və həmin əmlak nikah dövründə əldə edildiyindən qanunvericiliyin tələblərinə uyğun olaraq birgə mülkiyyət hesab olunmalıdır. Buna baxmayaraq, hazırda cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan ərizəçinin həmin mənzilə daxil olmasına və ondan istifadə etməsinə qəsdən maneələr yaradılır, mənzilə giriş və çıxış imkanları məhdudlaşdırılır və nəticə etibarilə Ərizəçi faktiki olaraq öz yaşayış yerindən kənarlaşdırılmış vəziyyətə salınmışdır. Cavabdehin davranışları nəticəsində Ərizəçi mənzilə sərbəst daxil olmaq, orada yaşamaq və gündəlik həyatını təşkil etmək imkanları aradan qaldırılmış, bu isə onun həm mülki hüquqlarının, həm də yaşayış hüququnun pozulmasına səbəb olmuşdur. Mövcud vəziyyət onu göstərir ki, cavabdeh tərəfindən yaradılmış bu məhdudiyyətlər davamlı xarakter daşıyır və Ərizəçi hüquqlarının bərpası yalnız işə mahiyyəti üzrə baxıldıqdan sonra mümkün ola bilər. Lakin işin məhkəmə baxışı müəyyən zaman tələb etdiyindən, həmin müddət ərzində ərizəçinin hüquqlarının müdafiəsiz qalması onun vəziyyətini daha da ağırlaşdıra bilər və gələcəkdə hüquqlarının bərpasını çətinləşdirə bilər. Bu baxımdan, mübahisə yekun həllini tapana qədər mövcud vəziyyətin hüquqi cəhətdən tənzimlənməsi və ərizəçinin hüquqlarının müvəqqəti olaraq qorunması zəruridir. Göründüyü kimi qeyd olunan mənzil tərəflərin ümumi istifadəsində olmuş və ərizəçi həmin yaşayış sahəsində faktiki olaraq yaşamış, oradan istifadə etmişdir. Lakin cavabdehin bu cür davranışı Ərizəçi qanunla qorunan hüquqlarının açıq şəkildə pozulmasına səbəb olur və onun mənzildən istifadə etmək imkanını tamamilə aradan qaldırır. Əlavə olaraq bildirilməlidir ki, tərəfindən cavabdeh Cavabdeh qarşı “ birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ” tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi, qeyd olunan iddia işinin mahiyyəti və prosedur xüsusiyyətləri nəzərə alındıqda, həmin prosesin uzun müddət davam etməsi qaçılmazdır və bu müddət ərzində ərizəçinin mübahisəli əmlakdan istifadəsinə cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətlərin davam edəcəyi real və əsaslı ehtimal kimi çıxış edir. Məlumdur ki, mülki mübahisələrin bu kateqoriyası üzrə məhkəmə baxışı, xüsusilə əmlakın hüquqi statusunun müəyyən edilməsi, qiymətləndirilməsi, hərrac prosedurlarının həyata keçirilməsi və əldə olunan vəsaitin bölüşdürülməsi kimi mərhələləri əhatə etdiyindən müəyyən zaman tələb edir və bu müddət ərzində tərəflərin hüquqlarının qorunması xüsusi əhəmiyyət kəsb edir. Göründüyü kimi mövcud vəziyyətdə ərizəçinin həmin əmlakdan istifadədən məhrum edilməsi onun hüquqlarının davamlı şəkildə pozulmasına gətirib çıxarır və bu halın aradan qaldırılması üçün təxirəsalınmaz müdaxilə zəruridir. Eyni zamanda nəzərə alınmalıdır ki, gələcəkdə əmlakın hərraca çıxarılması zamanı ərizəçinin həmin əmlakı əldə etmək hüququ mövcuddur və bu halda mübahisəli mənzil üzərində mövcud vəziyyətin qorunması, eləcə də ərizəçinin həmin əmlakdan istifadə imkanlarının təmin edilməsi gələcək məhkəmə qətnaməsinin icrasını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər. Belə ki, mübahisə predmeti olan əmlak üzərində faktiki vəziyyətin dəyişdirilməməsi, istifadəyə süni məhdudiyyətlərin aradan qaldırılması və tərəflərin hüquqlarının balanslı şəkildə qorunması sonradan qəbul ediləcək məhkəmə qərarının effektiv və problemsiz icrasına xidmət edir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş, ərizəçi Ərizəçi ünvan 1 ünvanında yerləşən mənzildən istifadəsinə Cavabdeh tərəfindən yaradılmış məhdudiyyətlərin aradan qaldırılması, müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarixin ##.##.2026-cı il müəyyən edilməsi qərara alınmışdır. Qərardadda Mülki Prosessual Məcəllənin 157.1, 157.2, 157.3, 157.4, 157.7, 158.1.2, 159.1, 160.1, 162.3, 162..4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 41B, korpus-1, giriş-A , mənzil 145 ünvanı ##.##.2020-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə Ağazadə Əkrəm Çingiz oğlu arasında ##.##.2002-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 1964 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Məhkəmə ərizəçiyə izah edir ki, müvəqqəti təminat tədbirinin mahiyyəti mübahisəni qabaqcadən həll etmək deyil, təxirəsalınmaz hallarda mülki hüquq münasibətlərinin subyekt(lər)inin hüquqlarının və qanuni mənafelərinin qorunmasıdır. Məhkəmə izah edir ki, müvəqqəti təminat tədbiri mübahisəni mahiyyəti üzrə həll etmir və tərəflərdən hər hansı birinin digərinə qarşı “güc göstərmək” imkanı kimi nəzərdə tutulmur. Müvəqqəti təminat tədbiri subyekti ağır zərərdən qorumaq məqsədilə tətbiq edilir. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Maraqlı şəxs Cavabdeh apellyasiya şikayəti vermiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-***)-***/**** saylı qərardadının ləğv edilməsi, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinin rədd edilməsini xahiş etmişdir. Şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2; Ailə Məcəlləsinin 34.1; Mülki Prosessual Məcəlləsinin 2.1, 8.2, 14.1, 157.7, 157.2, 174.2-ci maddəsinə istinadən onunla əsaslandırmışdır ki, mənzil birgə nikah dövründə alınsa da, tərəflərin birgə vəsaiti hesabına deyil, maraqlı şəxsin nikahadək malik olduğu şəxsi vəsait və atasının ona hədiyyə etdiyi vəsait hesabına alınmışdır. Məhz bu səbəbdən ərizəçi MTT barədə ərizəsində Mənzilin tərəflərin birgə vəsaiti hesabına alınmasını qeyd etməmiş və buna dair məhkəməyə heç bir sübt da təqdim etməmişdir. Belə olan halda, tərəflərin ümumi birgə mülkiyyəti hesab edilməyən Mənzilə ərizəçinin istifadə hüququnun tanınması əsassız və qanunvericiliyə ziddir. Lakin hazırkı halda məhkəmə ərizəçiyə Mənzildən istifadə etmək hüququ verməklə əsas mübahisəni faktiki olaraq əvvəlcədən həll etmişdir. Halbuki, tərəflər arasında Mənzil üzərində hüquq münasibətləri ayrıca iddianın predmitini təşkil etməlidir. Qərardadda ərizəçinin Mənzildən istifadə etməsinə maraqlı şəxs tərəfindən məhdudiyyət qoyulduğu qeyd olunsa da, bu hal hərhansı bir sübutla təsdiq olunmamışdır. Ümumiyyətlə iddia tələbi Mənzilin hərracdan satılması olan ərizəçinin Mənzildən istifadə hüququnun təmin edilib-edilməməsinin onun bu iddia tələbi üzrə hüquqların qorunmasının mümkünsüz və ya ciddi çətinləşəcəyinin nədən ibarət olması da açıqlanmamışdır. Lakin bunlara baxmayaraq məhkəmə MTT barədə ərizəni təmin etmişdir. Ərizəçi bildirmişdir ki, iddia tələbi Mənzilin ½ hissəsinə pay hüququnun tanınması və mənzilin hərracdan satılması olacaq. Belə olan halda iddia tələbi ilə əlaqəsi olmayan mənzildən istifadə hüququnun təmin edilməsinə dair MTT-nin təmin edilməsi qanunvericiliyə ziddir. Ərizəçi yalnız ümumi iddialar irəli sürmüş, guya maneələrin yaradıldığını bildirmiş, lakin bunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. MPM-in 157.2-ci maddəsinə görə müvəqqəti təminat tədbiri yalnız hüquqların qorunmasının mümkünsüz və ya ciddi çətinləşəcəyi hallarda tətbiq edilir. Məhkəmə belə halların mövcud olmadığını nəzərə almamışdır. Bundan başqa, məhkəmə onu da nəzərə almamışdır ki, ərizəçi mənzildən istifadə hüququna dair mediasiyaya da müraciət etməmiş və bu tələb mediasiyanın predmeti olmamışdır. İş materiallarında da göstərildiyi kimi mənzil dövlət reyestrində maraqlı şəxsin adına qeydiyyatdadır. Mülkiyyət hüququ qüvvədə olduğu halda həmin hüququ məhdudlaşdıran tədbirin tətbiqi üçün yüksək sübut standartı tələb olunur. Lakin məhkəmə bunu da nəzərə almamışdır. Tərəflər arasında ailə və əmlak mübahisəsi mövcuddur. Belə ərizəçinin Mənzilə daxil olmasına şərait yaradılması tərəflər arasında gərginliyi artıra, yaşayış qaydasını poza və yeni hüquq pozuntularına səbəb ola bilər. Bu isə maraqlı şəxsin səhhəti və həyatı üçün təhlükəlidir. Bundan başqa, məhkəmə onu da nəzərə almamışdır ki, ərizəçi uzun müddətdir özünə xas mənzildə yaşayır və onun mənzilə köçərək burada yaşaması arzuolunmazdır. Məhkəmə tərəflərin maraqlar balansını qorumamış, yalnız ərizəçinin birtərəfli iddialarına əsaslanmışdır. Maraqlı şəxsin etiraz və mövqeyini araşdırılmadan belə ciddi nəticə doğuran qərardad qəbul edilmişdir. Hakim işə birtərəfli qaydada yanaşaraq iş üzrə maraqlı şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasına maneə yaratmışdır. Hakim ərizəçi ilə maraqlı şəxsə eyni cür yanaşmamış və ərizəçinin maraqlarını üstün tutmuşdur. Hakim həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Hakim işin bu mərhələ üçün bütün hallarının tam, hərtərəfli və obyektiv surətdə aydınlaşdırılmasını təmin etməmişdir. Məhkəmə tərəflərin maraqlar balansını qorumamış, yalnız ərizəçinin birtərəfli iddialarına əsaslanmışdır. Maraqlı şəxsin etiraz və mövqeyini araşdırılmadan belə ciddi nəticə doğuran qərardad qəbul edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə əsasən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 157-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbiri iddianı qabaqcadan həll etməyib, iddianın təmin ediləcəyi təqdirdə iddia tələblərinin realizə edilməsinə təminat verməyə yönəlmiş məhkəmə tərəfindən tətbiq olunan tədbirlərdir. Qeyd edilməlidir ki, şikayətin dəlilləri müvəqqəti təminat tədbirinin uzadılması barədə vəsatətə baxılan zaman əsas ola bilər. Belə ki, bu təminat tədbiri baxılan zaman artıq qüvvədən düşmüş olur. Beləliklə, məhkəmə kollegiyası şikayəti, iş materiallarını, yuxarıda qeyd olunan halları və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №e-16(3-6)-344/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-344/2026
25.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver