Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-348/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadından ərizəçi Ərizəçi nümayəndəsi-vəkili Vəkil İba oğlu tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi qızı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək anasının vəfat etməsi nəticəsində vurulmuş mənəvi zərərə görə 20000000 (iyirmi milyon) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi Ərizəçi qızı müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edərək, cavabdeh Cavabdeh adına qeydə alınmış 99-KT212 dövlət qeydiyyat nişanlı 2006-cı il buraxılışlı X1 markalı (qeydiyyat şəhadətnaməsi AC859279) avtomobilin, **-ZC-*** dövlət qeydiyyat nişanlı 2012-cı il buraxılışlı İsuzu Ecobus mikroavtobus (qeydiyyat şəhadətnaməsi AC502957), **-ZC-*** dövlət qeydiyyat nişanlı 2012-cı il buraxılışlı İsuzu Ecobus mikroavtobus (qeydiyyat şəhadətnaməsi AC502965), **-ZC-*** dövlət qeydiyyat nişanlı 2012-cı il buraxılışlı İsuzu Ecobus mikroavtobus (qeydiyyat şəhadətnaməsi AC502984), **-ZC-*** dövlət qeydiyyat nişanlı 2012-cı il buraxılışlı İsuzu Ecobus mikroavtobusun (qeydiyyat şəhadətnaməsi AC502982) özgəninkiləşdirilə biləcəyini nəzərə alaraq, iddianın təmin tədbiri kimi həmin daşınar əmlakların üzərinə mübahisə başa çatana - məhkəmə aktının icrasına qədər həbs qoyulması və özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 ## ### 2017-ci il tarixdə, saat 20:30 radələrində idarə etdiyi texniki cəhətdən saz olan "İsuzu Ecobus” markalı ** ZC *** dövlət qeydiyyat nişanlı avtobusla Mərdəkan-Şüvəlan yolu ilə Şüvəlan qəsəbəsi istiqamətində saatda 40-50 km/saat sürətlə hərəkətdə olarkən ünvan 1 ünvanında yerləşən "Apima” mağazasının qarşısında "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq onun hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməmiş, mövcud şəraitdə yolu sağdan sola keçən piyada anası X2 avtomobilin qabaq hissəsi ilə vuraraq ehtiyatsızlıqdan ona sol qaşın əzilmiş yarası, təpə nahiyəsinin hematoması, alının, burunun, sol üst göz qapağın, sağ saidin, sağ və sol əlin arxa səthinin, bel nahiyəsinin, sol dizin sıyrıqları, sol üst göz qapağının, sol gözaltı nahiyənin qansızması, alının, üzün sol yarısının, çənə nahiyəsinin, sağ saidın, sol əlin arxa səthinin qançırları, sol ənsə-təpə və gicgah xətti sınıqları, baş-beyin toxuması və beyin qişalarına geniş qansızmaları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vuran bədən xəsarətləri yetirərək, yol hərəkəti qaydalarını pozmuş və nəticədə anası Sveta Nəsirova aldığı xəsarətlərdən ## ### 2017-ci il tarixdə saat 13:45 radələrində * saylı ŞKX-da ölmüşdür. Tahir Bəhrəmovun törətdiyi qəza anasının ölümünə səbəb olduğundan, o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdehin işçisinin, cavabdehə məxsus avtobusla törətdiyi qəza nəticəsində anası Sveta Nəsirova ölmüşdür. Həmin vaxtdan indiyədək anasının həsrəti ilə yaşayır. Onun yoxluğunun iztirabını, əzabını çəkir. Anasıyla ünsiyyətdən, nəvazişindən, qayğısından, məhrum olmuşdur. Digər uşaqlar kimi o də anasıyla yaşadığı hər anı yenidən yaşamaq istəyir, lakin edə bilmir. Anası olmadığı üçün çox yerdə özünə qarşı mənfi münasibət görür, bunun necə pis təsir etdiyini ancaq onun yerində olan bilər. Cavabdeh Cavabdeh yüksək təhlükə mənbəyi olan avtobusu ilə qəza törədən sürücüsünün təqsiri üzündən anası vəfat etdiyi üçün ona mənəvi zərər vurulmuşdur. Anasının vəfat etməsi nəticəsində vurulmuş mənəvi zərərə görə 20.000.000 (iyirmi milyon) manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi tələbi ilə məhkəməyə müracət etmişdir. Qeyd edir ki, **-KT-*** dövlət qeydiyyat nişanlı 2006-cı il buraxılışlı X1 markalı (qeydiyyat şəhadətnaməsi AC859279) avtomobil, 90- ZC-957 dövlət qeydiyyat nişanlı 2012-cı il buraxılışlı İsuzu Ecobus mikroavtobus (qeydiyyat şəhadətnaməsi AC502957), **-ZC-*** dövlət qeydiyyat nişanlı 2012-cı il buraxılışlı İsuzu Ecobus mikroavtobus (qeydiyyat şəhadətnaməsi AC502965), **-ZC-*** dövlət qeydiyyat nişanlı 2012-cı il buraxılışlı İsuzu Ecobus mikroavtobus (qeydiyyat şəhadətnaməsi AC502984), **-ZC-*** dövlət qeydiyyat nişanlı 2012-cı il buraxılışlı İsuzu Ecobus mikroavtobus (qeydiyyat şəhadətnaməsi AC502982) cavabdeh Cavabdeh adına qeydə alınmışdır. İddiası əsaslı olduğu üçün cavabdeh tərəfindən əmlaklar özgəninkiləşdirilə bilər. Bu halda isə mövcud vəziyyət dəyişə biləcəyindən hüquqlarının qorunması mümkün olmayacaq. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan *(*-***)-****/**** nömrəli iş üzrə yekun məhkəmə aktı çıxarılanadək **-KT-*** dövlət qeydiyyat nişanlı 2006-cı il buraxılışlı X1 markalı (qeydiyyat şəhadətnaməsi AC859279) avtomobilin özgəninkiləşdirilməsi Qasımov Sahib Salman oğluna və üçüncü şəxslərə qadağan edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan *(*-***)-****/**** nömrəli iş üzrə yekun məhkəmə aktı çıxarılanadək qeyd edilən avtomobillərdən **-KT-*** dövlət qeydiyyat nişanlı 2006-cı il buraxılışlı X1 markalı (qeydiyyat şəhadətnaməsi AC859279) avtomobilin özgəninkiləşdirilməsi qadağan edilməlidir. Belə ki, üzərinə həbs qoyularaq istifadəsi qadağan edilərsə istifadəçi olan cavabdehin mülkiyyət və istifadə hüquqları pozula bilər. Digər avtobusların üzərinə həbs və ya məhdudiyyət qoyulması ilə bağlı məhkəmə hesab edir ki, həmin hissədə ərizə təmin edilməməlidir. Belə ki, avtobusların üzərinə həbs qoyulması fərdi sahibkar kimi Cavabdeh sahibkarlıq fəaliyyətinə xələl gətirər və maddi ziyan vurar. Bu isə mütənasiblik prinsipinə ziddir Həmin qərardad ilə razılaşmayan iddiaçı Ərizəçi nümayəndəsi (vəkili) Vəkil İba oğlu ##.##.2026-cı il tarixində elektron kabinet vasitəsilə qərardaddan şikayət verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-16(5-101)- ***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadının ləğv edilməsini, cavabdeh Cavabdeh adına qeydə alınmış **-KT-*** dövlət qeydiyyat nişanlı 2006-cı il buraxılışlı X1 markalı (qeydiyyat şəhadətnaməsi AC859279) avtomobilin, **-ZC-*** dövlət qeydiyyat nişanlı 2012-cı il buraxılışlı İsuzu Ecobus mikroavtobus (qeydiyyat şəhadətnaməsi AC502957), **-ZC-*** dövlət qeydiyyat nişanlı 2012-cı il buraxılışlı İsuzu Ecobus mikroavtobus (qeydiyyat şəhadətnaməsi AC502965), **-ZC-*** dövlət qeydiyyat nişanlı 2012-cı il buraxılışlı İsuzu Ecobus mikroavtobus (qeydiyyat şəhadətnaməsi AC502984), **-ZC-*** dövlət qeydiyyat nişanlı 2012-cı il buraxılışlı İsuzu Ecobus mikroavtobusun (qeydiyyat şəhadətnaməsi AC502982) özgəninkiləşdirilə biləcəyini nəzərə alaraq, iddianın təmin tədbiri kimi həmin daşınar əmlakların üzərinə mübahisə başa çatana - məhkəmə aktının icrasına qədər həbs qoyulması və özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandrılmışdır ki, məhkəmə, ərizəni qismən təmin etməklə, ərizəçinin qanunla qorunan hüquq və azadlıqları əvəzinə aşkar surətdə cavabdehin mənafeyini üstün tutmuş, ərizəçinin maraqlarını qorumaq və təmin etmək əvəzinə əmlakların özgəninkiləşdirilməsinə səbəb vermiş, bununla da ərizəçinin məhkəmə müdafiəsindən istifadə etmək hüququnu əhəmiyyətsiz hala gətirmişdir. Məhkəmə açıq-aşkar cavabdehin mövqeyini üstün tutaraq iddia tələbinə mütənasib olmadığını bilərək ərizəni yalnız bir ədəd, 2006-cı il buraxılışlı nəqliyyat vasitəsinə münasibətdə qismən təmin etmişdir. Minik avtomobili ilə bağlı həbs deyil özgəninkiləşdirməyə qadağa qoyulmaqla istifadəsinin mümkünlüyünü nümayiş etdirdiyi halda avtobuslara münasibətdə nədənsə həbs məsələsini önə çıxartmağa çalışmışdır. Yəni məhkəmə özü-özünü təkzib edərək, qanunun tələbinə zidd mövqe nümayiş etdirərək, ərizəçi-iddiaçının hüquqlarını pozmuşdur. 5 nəqliyyat vasitəsindən yalnız buraxılış ili köhnə olduğundan dəyəri düşmüş 1 ədədinin özgəninkiləşdirilməsinə qadağa qoyulması 20000000 manat məbləğində iddia tələbinə mütənasib sayıla bilməz. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilməli, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 157.1-157.3-cü maddələrinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. - 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. - 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. - 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. - 158.1.2 və 158.1.3-cü maddələrinə görə müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər. - 159.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ... işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. ... İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. ...Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Belə ki, yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, müvəqqəti təminat tədbirləri mülki iş üzrə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq, o cümlədən çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən müvafiq tədbirlərin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı, tətbiq olunacaq tədbirin isə irəli sürülmüş tələbə mütənasib olub-olmamasına hərtərəfli qiymət verməli və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktını qəbul etməlidir. Məhkəmə araşdırmasının göstərilən istiqamətdə aparılmasını təmin etmək üçün ərizəçi verdiyi ərizədə mövcud vəziyyətin dəyişəcəyi halda onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğu, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Bundan başqa ərizəçi ərizənin kifayət qədər əsaslı olmasına dair ilkin sübutları təqdim etməli və özünün müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. İşin materiallarından görünür ki, cavabdeh Cavabdeh mülkiyyətində olan nəqliyyat vasitələrinin məhkəmə baxışı müddətində digər şəxslərin adına rəsmiləşdirilməsi, satılması və ya digər formada özgəninkiləşdirilməsi riski mövcuddur. Sözügedən daşınar əmlakların mülkiyyətdən çıxarılması gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasını qeyrimümkün edə biləcəyi üçün, iddiaçının qanuni mənafelərinin qorunması və mübahisə predmeti olan əmlakların mövcud vəziyyətinin saxlanılması məqsədilə təxirəsalınmaz qadağanetmə tədbirinin görülməsi zəruri hesab olunur. Məhkəmə qeyd olunanları mövcud təhlükə baxımından əsaslı hesab edərək, cavabdeh Cavabdeh adına qeydə alınmış **-KT-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı X1 (qeydiyyat şəhadətnaməsi AC859279), **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı İsuzu Ecobus (qeydiyyat şəhadətnaməsi AC502957), **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012ci il buraxılışlı İsuzu Ecobus (qeydiyyat şəhadətnaməsi AC502965), **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı İsuzu Ecobus (qeydiyyat şəhadətnaməsi AC502984) və **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı İsuzu Ecobus (qeydiyyat şəhadətnaməsi AC502982) markalı nəqliyyat vasitələrinin cavabdeh Cavabdeh və üçüncü şəxslərə özgəninkiləşdirilməsinin qadağan edilməsi qənaətinə gəlir. Həmçinin qeyd edilməlidir ki, tətbiq edilən tədbir müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Bu təminat tədbirinin tətbiq edilməsi nəticəsində cavabdeh tərəfin hər hansı maraqlarının həddindən artıq yükə məruz qaldığı müəyyən edilməmişdir. Bu səbəbdən də hazırki müvəqqəti təminat tədbirinin təmin edilməsinin ədalətli balansın və mütənasibliyin pozulmasına səbəb kimi nəzərə alınması üçün əsas yoxdur. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadı qismən ləğv edilsin. Ərizə qismən təmin edilsin. Cavabdeh Cavabdeh adına qeydə alınmış **-ZC-*** dövlət qeydiyyat nişanlı 2012-cı il buraxılışlı İsuzu Ecobus mikroavtobus (qeydiyyat şəhadətnaməsi AC502957), **-ZC-*** dövlət qeydiyyat nişanlı 2012-cı il buraxılışlı İsuzu Ecobus mikroavtobus (qeydiyyat şəhadətnaməsi AC502965), **-ZC-*** dövlət qeydiyyat nişanlı 2012-cı il buraxılışlı İsuzu Ecobus mikroavtobus (qeydiyyat şəhadətnaməsi AC502984), **-ZC-*** dövlət qeydiyyat nişanlı 2012-cı il buraxılışlı İsuzu Ecobus mikroavtobusun (qeydiyyat şəhadətnaməsi AC502982) avtomobilin özgəninkiləşdirilməsi Qasımov Sahib Salman oğluna və üçüncü şəxslərə qadağan edilsin. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal icra edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən : Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №e-16(3-6)-348/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-348/2026
03.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver