Məhkəmə qərarları › İş №e-16(3-6)-350/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-350/2026

03.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-350/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə dair icraat üzrə məhkəmənin ##.##.2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Ərizəçi Ərizəçi müvvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi məxsus Göyçay rayon Kürdəmir kəndi ərazisində, 2.1099 ha torpaq sahəsində quraşdırılmış ümumi sahəsi 3000 kv.m. soyuducu anbarlara elektrik enerjisinin verilməsinin bərpa edilməsi, Göyçay rayon Kürdəmir kəndi ərazisində 2.1099 ha torpaq sahəsində quraşdırılmış ümumi sahəsi 3000 kv.m. soyuducu anbarlara elektrik enerjisinin verilməsinin dayandırılmasının cavabdehlər cavabdeh2 ASC-yə, cavabdeh1 və üçüncü şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır. ##.##.2026-cı il tarixdə ərizəçi qeyd olunan qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadını ləğv edilməsi qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin (Hakim Günay Həşimova e**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır.Belə ki, # ##### 2026-cı il tarixində “xxxx” ASC-nin əməkdaşları tərəfindən qanunsuz olaraq elektrik enerjisi kəsilmişdir. Bu, soyuducu anbarlarda saxlanılan çoxsaylı fiziki və hüquqi şəxslərə məxsus tez xarab olan meyvə-tərəvəz məhsullarının xarab olmasına, mənə və üçüncü şəxslərə böyük maddi zərər vurulmasına, üçüncü şəxslər qarşısında məsuliyyət yaranmasına və sahibkarlıq fəaliyyətimin iflic vəziyyətinə düşməsinə səbəb olur. Zərər bərpasımümkün olmayanxarakter daşıyır. Məhkəmə qərardad ilə bu ərizəni rədd edərkən əsasən cavabdeh cavabdeh1 etirazına istinad etmişdir. Etirazda iddia olunur ki, tələb “müvəqqəti xarakterli” deyil, iddianın mahiyyətini qabaqcadan həll edir, obyekt qanunsuz tikinti hesab olunur. (FHN Agentliyinin ##.##.2024-cü il tarixli **** nömrəli qərarına istinadən) və daha da önəmlisi torpaq sahəsi artıq cavabdeh1 mülkiyyətindədir və elektrik təchizatımüqaviləsi onunla bağlanıb. Aşağıda qeyd olunanlara əsasən qərardad tamamilə əsassızdır və ləğv olunmalıdır. MPM-in 157.2-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Bu, yalnız qətnamənin icrasını deyil, iddiaçının hüquqlarının ümumi qorunmasını da əhatə edir. Digər tərəfdən 157.6-cımaddə tələb edir ki, tədbirlər məqsədə mütənasib olsun və əks tərəfin hüquqlarını lüzumsuz məhdudlaşdırmasın. Burada elektrik enerjisinin bərpasımütənasibdir: o, mənim mülkiyyət hüququma və sahibkarlıq fəaliyyətimə birbaşa müdaxiləni dayandırır, cavabdehlərə isə əhəmiyyətli zərər vurma. Əksinə, enerji kəsilməsi mənə və üçüncü şəxslərə geri dönməz zərər vuracaq. Məhkəmənin “iddianın mahiyyətini qabaqcadan həll edir” fikri səhvdir. Müvəqqəti təminat müvəqqəti xarakter daşıyır və yekun qərar qəbul edilənədək statusquonu qoruyur. Elektrik enerjisinin bərpası transformatorun və anbarların mülkiyyət mübahisəsinin həllinə qədər mövcud vəziyyəti saxlayır, iddianı həll etmir. Bundan əlavə cavabdehin obyektin “qanunsuz tikinti” olması iddiası əsassızdır. Cavabdeh etirazda və məhkəmə qərardadında FHN Agentliyinin ##.##.2024-cü il tarixli **** nömrəli “tikinti işlərinin dayandırılması” qərarına, inzibati cəriməyə və Göyçay Rayon İcra Hakimiyyətinin məktubuna istinad edilir. Lakin bu sənədlər köhnə sənədlərdir, qüvvəsini itirmişdir və işin hazırkı vəziyyətini əks etdirmir. Bildiririk ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 X4 Ekspertiza Baş İdarəsi tərəfindən ##.##.2024-cü il tarixli, ***** nömrəli ekspertiza rəyi verilmişdir. Bu rəy soyuducu anbar binasının layihəsini, memarlıq və konstruktiv həllini, dayanıqlığınımüsbət qiymətləndirir və tikinti layihəsinin ekspertizadan keçdiyini təsdiq edir (sifarişçi: Ərizəçi; layihəçi: “xxxx” MMC). Rəydə bina ölçüləri (62.975 x 37.87 m soyuducu anbar və s.), materiallar (sendviç panellər, metal karkas və s.), hesablamalar (“Lira” proqramı ilə) və normativ tələblərə (AzDTN) uyğunluq ətraflı göstərilmişdir. Bu rəy tikinti layihəsinin qanuni olduğunu və istismar üçün zəruri əsasların mövcudluğunu təsdiqləyir. FHN Agentliyinin əvvəlki dayandırma qərarı düzəlişlərdən sonra aradan qaldırılmışdır. Cavabdeh əksini iddia edirsə, bunu sübut etməlidir. Necə ola bilər ki, tikintisi dayandırılmasına dair qərar qəbul edilmiş soyuducu anbar bugünə kimi fəaliyyətdə olmaqla orada 3-cü şəxslərə aid kənd təsərrüfatı məhsulları saxlanmışdır? Bu sadə sual belə məsələnin təfərrüatlarını açıq şəkildə ortaya qoyur. Beləliklə, obyektə elektrik enerjisinin verilməsinin bərpası “qanunsuz tikilinin davam etdirilməsi” deyil, qanuni mülkiyyət obyektinin normal istismarını təmin edir. Məhkəmə bu rəyi nəzərə almadan qərardad qəbul etmişdir ki, bu da MPM-nin sübutların qiymətləndirilməsi qaydalarına ziddir. Bundan əlavə diqqət edilməlidir ki, torpaq sahəsinin satışı və transformatorun statusu eyni deyildir. Hərrac nəticəsində yalnız 2.1099 ha torpaq sahəsi satılmışdır (ipoteka predmeti). Soyuducu anbarlar (3000 kv.m) və transformator məntəqəsi ipoteka predmetinə daxil edilməmiş, hərraca çıxarılmamış və alqı-satqı müqaviləsinin predmeti olmamışdır. Bu, əsas iddia ərizəsində (Göyçay Rayon Məhkəməsinə verilmiş, sonradan aidiyyət üzrə göndərilmiş iş) və hərrac protokolunda aydın görünür. Nəhayət, qeyd olunanlardan aydın olur ki, elektrik enerjisinin kəsilməsi anbarlarda saxlanılan məhsulların xarab olmasına səbəb olacaq. Bu, yalnız mənə deyil, üçüncü şəxslərə (fiziki və hüquqi şəxslərə) də zərər vurur və mənim qarşımda maddi öhdəlik yaradır. Bundan əlavə soyuducu anbar ümumiyyətlə hərrac predmeti olmamışdır. MPM-in 157.2-ci maddəsinə görə belə hallarda müvəqqəti təminat tətbiq edilməlidir. Bərpa cavabdehlər üçün ağır yük yaratmır, lakin bərpa edilməməsi mənə və üçüncü şəxslərə ağır və bərpası çətin zərər vurur. Qeyd olunanlardan aydın olur ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ləğv olunmalı, müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməsinə dair qərardad qəbul olunmalıdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmuş etiraz onunla əsaslandırılmışıdır ki, şikayətçinin müvəqqəti təminat tədbiri adı altında irəli sürdüyü tələb əslində müvəqqəti xarakterli tədbir deyil, iddia tələbinin özünün əvvəlcədən təmin edilməsinə yönəlmişdir. Şikayətçi məhkəmədən soyuducu anbarlara elektrik enerjisinin verilməsinin bərpa edilməsini və gələcəkdə elektrik enerjisinin dayandırılmasının qadağan edilməsini xahiş edir. Halbuki tərəflər arasında mövcud əsas mübahisə məhz həmin elektrik təchizatı, abonent münasibətləri, transformatorun hüquqi statusu və ondan istifadə hüququ ilə bağlıdır. Belə olan halda tələb olunan tədbirin tətbiq edilməsi mübahisənin mahiyyəti üzrə araşdırılmalı olan məsələnin hələ işə baxılmadan həll edilməsi ilə nəticələnərdi. Bu isə MPMin 157-ci maddəsinin məqsədinə və hüquqi mahiyyətinə ziddir. Şikayətçinin apellyasiya şikayətində irəli sürdüyü “status-kvonun qorunması” barədə arqument də əsassızdır. Çünki ərizəçi mövcud vəziyyətin qorunmasını deyil, artıq mövcud olmayan vəziyyətin bərpasını tələb edir. Elektrik enerjisi dayandırıldıqdan sonra onun yenidən verilməsi status-kvonun saxlanılması deyil, mövcud vəziyyətin dəyişdirilməsidir. Birinci instansiya məhkəməsi də haqlı olaraq müəyyən etmişdir ki, tələb olunan tədbir mübahisənin nəticəsini əvvəlcədən ərizəçinin xeyrinə həll etməyə yönəlmişdir. Bundan əlavə, iş materialları ilə müəyyən olunur ki, Göyçay rayonu Kürdəmiş kəndində yerləşən 2.1099 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində cavabdeh1 xüsusi mülkiyyətində qeydə alınmışdır və mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsinin mülkiyyətçisi qismində həmin əmlakdan istifadə və sərəncam vermək hüququ məhz ona məxsusdur. Şikayətçinin tələb etdiyi tədbirin tətbiqi isə mülkiyyətçinin qanunla qorunan hüquqlarının ciddi şəkildə məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Halbuki MPM-in 157.6-cı maddəsi müvəqqəti təminat tədbirlərinin əks tərəfin hüquqlarını lüzumsuz məhdudlaşdırmamasını tələb edir. Apellyasiya şikayətində soyuducu anbarın guya qanuni obyekt olması və məhkəmənin bunu nəzərə almaması barədə iddialar da həqiqətə uyğun deyildir. İş materiallarında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, **** nömrəli “Tikinti işlərinin dayandırılması barədə” qərar mövcuddur. Həmin qərarda tikintiyə icazənin olmadığı, layihəçi və podratçı barədə məlumatların təqdim edilmədiyi, tikintiyə icazə sənədinin mövcud olmadığı göstərilmişdir. Eyni zamanda Ərizəçi barəsində İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə inzibati məsuliyyət tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Göyçay Rayon İcra Hakimiyyətinin rəsmi məktublarında da həmin qeyri-yaşayış obyektinin istismarına icazə sənədinin verilmədiyi açıq şəkildə göstərilmişdir. Şikayətçi apellyasiya şikayətində Fövqəladə Hallar Nazirliyinin ##.##.2024-cü il tarixli, ***** nömrəli ekspertiza rəyinə istinad edərək həmin obyektin guya qanuni olduğunu göstərməyə çalışır. Lakin həmin rəyin məzmunundan görünür ki, o yalnız layihənin texniki baxımdan qiymətləndirilməsi ilə bağlıdır. Həmin rəy nə tikintiyə icazə sənədini əvəz edir, nə də obyektin istismara qəbul edildiyini təsdiq edir. Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə tikinti obyektinin qanuni hesab olunması üçün müvafiq icazə sənədlərinin və istismara qəbul sənədlərinin mövcudluğu zəruridir. Şikayətçi belə sənədlərin mövcudluğunu sübut edə bilməmişdir. Bununla yanaşı, apellyasiya şikayətində göstərilən və istinad edilən sənədlər yeni sübutlar deyildir. Şikayətdə istinad olunan ekspertiza rəyi və digər sənədlər birinci instansiya məhkəməsinə təqdim edilmiş, iş materiallarına əlavə olunmuş və məhkəmə tərəfindən qiymətləndirilmişdir. Məhkəmənin həmin sübutlarla razılaşmaması və ya onları şikayətçinin arzu etdiyi qaydada qiymətləndirməməsi sübutların araşdırılmaması kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi təqdim olunmuş bütün sübutları qarşılıqlı əlaqədə qiymətləndirərək qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətçinin elektrik enerjisinin kəsilməsi nəticəsində guya üçüncü şəxslərə və özünə böyük zərər dəyməsi barədə iddiaları da hər hansı mötəbər sübutlarla təsdiq edilməmişdir. İş materiallarında həmin anbarlarda konkret hansı şəxslərə məxsus hansı məhsulların saxlanılması, onların dəyəri, miqdarı və xarab olma təhlükəsi barədə hər hansı sübut təqdim edilməmişdir. MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Şikayətçi isə yalnız ehtimallara və fərziyyələrə əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Göyçay rayonu, Kürdəmir kəndində yerləşən 2.1099 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən cavabdeh1 xüsusi mülkiyyətindədir, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq kimi qeydə alınmışdır və həmin torpaq üzərində mülkiyyət hüququ ##.##.2025-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizədə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin əsaslandırmamışdır. 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. [205] 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.Qanunun mənasına görə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirləri tətbiq edilir. Həmçinin müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə 2 hal əsaslandırılmalıdır: 1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmçinin iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, ərizəçi MPM-nin 157.5-ci maddəsində nəzərədə tutulan halların heç birini əsaslandırmamış, müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2- ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı halı da əsaslandırılmamış, ümumiyyətlə ərizədə gələcəkdə iddia tələbinin nədən ibarət olacağı qeyd edilməmiş, beləliklə, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar ərizəyə əlavə edilməmişdir Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar