Məhkəmə qərarları › İş №e-16(3-6)-351/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-351/2026

03.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-351/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, Ərizəçi Ərizəçi MMC-nin müvəqqəti təminat tədbirinə dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi MMC və cavabdeh Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı Ərizəçi MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən dəymiş zərərə görə 2,502,830 məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 2041.42 manat məbləğində pulun əvəzinin tutularaq, iddiaçı Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra cavabdeh Cavabdeh MMC iddia ərizəsinə etiraz etmiş və qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Ərizəçi MMC-nin məhkəmənin icraatında olan e-*-*(***)-*****/**** saylı mülki iş üzrə 2,502,830.00 manat məbləğində “pul tələbinə dair” iddia tələbini rədd edərək, İddiaçı Ərizəçi MMC tərəfindən cavabdeh Cavabdeh MMC-yə vurulmuş ƏDV daxil olmaqla 2,397,015.02 manat məbləğində zərərin Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-*****/**** saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Qarşılıqlı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh Ərizəçi MMC-dən ##.##.2022-ci il tarixli İcarə müqaviləsinə ƏLAVƏ 1 - İnventar siyahısı əsasında Ərizəçi MMC-yə təqdim edilmiş və bu Ərizəyə əlavə edilmiş Əlavə 1 - Əksik əmlakların siyahısında qeyd olunan və icarəyə verən Cavabdeh MMC-yə məxsus və əksik olan avadanlıqların qaytarılması, həmin avadanlıqlar qaytarılmadıqda isə qeyd olunan avadanlıqların dəyəri olan ƏDV daxil 490,041.02 manat məbləğ də daxil olmaqla cəmi 2,424,152.13 manat olan aşağıdakı məbləğlərin tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edəsiniz: - 2022-2025-ci təqvim illəri üzrə ödənilməmiş icarə haqqı məbləği - ƏDV daxil olmaqla 1,579,400.00 manat; - İcarəyə verən tərəfindən ödənilmiş kommunal xidmət xərcləri – 152,021.11 manat; - İcarəyə verən Cavabdeh MMC-yə məxsus və icarəyə verilən əmlakda yerləşdirilmiş avadanlıqların əksik olan hissəsinin dəyəri - ƏDV daxil olmaqla 490,041.02 manat; - Ərizəçi MMC-yə ödənilmiş maddi yardım məbləği - 200,000.00 manat,- Qarşılıqlı iddianın təqdim edilməsi ilə bağlı Cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu – 1,990.00 manat; - Vəkil xidmət haqqı ödənişi – 700.00 manat. ##.##.2026-cı il tarixdə ilkin iddia üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən dəymiş zərərə görə 2,502,830.00 məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 2041.42 manat məbləğində pulun əvəzinin tutularaq, iddiaçı Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, Cavabdeh Cavabdeh X5 saxlanılan ##.##.2024cü il tarixli RG-*** №-li invoysa əsasən: 750 ədəd şezlonq (lejanka), 300 ədəd sehpa (taburetka), 400 ədəd taxta şezlonq, ##.##.2024- cü il tarixli RG-*** №-li invoysa əsasən: 1 ədəd kumpir soyuduculu vitrin, 2 ədəd kumpir bişirici (soba), 4 ədəd pizza bişirici soba, 6 ədəd fritoz (kartof bişirici), böyük, 8 ədəd pizza vitrin dəzgahı, 3 ədəd soyuduculu sandviç dəzgahı, 2 ədəd soyuduculu salat bar dəzgahı, 1 ədəd dəzgahiçi soyuducu, 3 qapılı, monoblok, 1 ədəd dəzgahüstü salat bar soyuducu, şəffaf qapılı, 1 ədəd hündür monoblok soyuducu, 1 ədəd 2 gözlü qazlı ocaq, alt hissəsi dolablı, 1 ədəd 4 gözlü elektrikli ocaq, alt hissəsi dolablı, 1 ədəd 6 gözlü qazlı ocaq, alt hissəsi dolablı, 1 ədəd elektrik manqal (ızqara üçün), alt hissəsi dolablı, 1 ədəd konveksiyon soba, elektrikli, özüyuyan, 1 ədəd mərmər panelli vitrin, üstü mebelli (24 metr)1 ədəd iş dəzgahı, paslanmaz, alt hissəsi dolablı, 1 ədəd mərmər qaplamalı iş dəzgahı, 1 ədəd orta tipli iş dəzgahı, 1 ədəd salat saxlamaq üçün soyuducu vitrin, şəffaf qapaqlı (+8°C), 2 ədəd qabyuyan maşın (63 kqlıq), 1 ədəd kofe aparatı (La Cimbali),o cümlədən 5 ədəd böyük stol, 4 ədəd mərmər böyük stol, 1 ədəd qaz plitəsi, 1 ədəd telejka plitə, 3 ədəd ağ plastmas oturacaq, 2 ədəd ağ plastmas dairəvi divan, 6 ədəd ağ pletonka kreslo, 4 ədəd ağ pletonka böyük stol, 4 ədəd ağ pletonka polka, 1 ədəd ağ pletonka stol, 1 ədəd altı dəmir plastmas lampa, 6 ədəd pletonka ağ divan, 3 ədəd pletonka ağ kreslo, 3 ədəd ağ pletonka tumba, 1 ədəd ağ pletonka jurnalniy stol, 3 ədəd ağ aypara lejanka, 26 ədəd əyri ayaq təkərli lejanka, 2 ədəd 2 nəfərlik pletenka divan, 3 ədəd dəri divan, 1 ədəd 3 nəfərlik divan, 2 ədəd Boz divan (uzanan), 1 ədəd dairəvi boz divan, 3 ədəd Qəhvəyi dəmir lejanka, 7 ədəd təkərsiz taxta lejanka, 2 ədəd divan, 1 ədəd ağ pletenka navesli lejanka, 5 ədəd aslıqan lejanka, 1 ədəd Microphone stand Proaudio A570, 5 ədəd deşikli ağ stul, 3 ədəd ağ polosatiy stul, 2 ədəd ağ dairəvi jurnalniy stol(hündür), 1 ədəd Kreslo / təkərli stul, 4 ədəd qırmızı stul, 6 ədəd restoran stulu, 4 ədəd 4 dənəli dəmir paltar şkafı, 8 ədəd dəmir stol-şkaf, 1 ədəd Dəmir stol-şkaf (üstü 2 polkalı), 6 ədəd Hündür şkaf, 7 ədəd Zontik, 5 ədəd qara kreslo, 4 ədəd ağ dəmir stol, 7 ədəd ağ kolonka, 1 ədəd çörək doğrayan avadanlıq, 2 ədəd lampa, 1 ədəd Metal zibilqabı, 8 ədəd metalik lampa, 5 ədəd mikser, 7 ədəd Ofis masası, 5 ədəd optic patch panel, 4 ədəd Pufik (çiyələk), 1 ədəd qırmızı böyük kreslo, 6 ədəd soyuducu, 4 ədəd stellaj, 8 ədəd taxta oval zibilqabı, 2 ədəd taxta taburet, 1 ədəd unitaz, 2 ədəd vitrin stol, 1 ədəd yelkən restoran obshivka, 1 ədəd böyük yemək qabı, 1 ədəd Yeməyi isti saxlayan avadanlıq, 4 ədəd coffee cup, 18 ədəd Tea cup, 31 ədəd coffee spoon, 35 ədəd tea spoon, 5 ədəd tea saucer, 3 ədəd steak plate (wooden, brown), 7 ədəd breakfast plate (big), 9 ədəd triple condiment plate, 6 ədəd Kokteyl glass 0.5 (44403), 6 ədəd Beer glass 0.5 L, 13 ədəd Armudi saucer small (8 sm), 15 ədəd Wine glass 0.3 L, 8 ədəd Shot glass, 31 ədəd Armudi glass, 3 ədəd çörək qabıoval, kiçik (JQ-2003), 11 ədəd potato peeler, 24 ədəd Jam spoon, 7 ədəd Buffet service spoon, 5 ədəd Südlük (01), 10 ədəd İstiot qabı, 10 ədəd Tərəvəz soyacağı (8 sm, 40101), 7 ədəd Dəmir padnos (45×35 sm), 6 ədəd Böyük hardallıq, 12 ədəd Joker 6 sm qulplu (Çin şorba qaşığı), 13 ədəd Mürəbbə qabı 0.5 (95561), 2 ədəd Casablanca bardak 0.7, 25 ədəd Julien cup (st/s), 18 ədəd Bardak 0.15 L, 31 ədəd Pivə bakalı 0.5 L, 26 ədəd Casablanca bardak 0.5 (52707), 4 ədəd Fırın, 6 ədəd Fritoz (kartof qızartma aparatı), 8 ədəd Pizza sunum tezgahı, 3 ədəd Sandviç tezgah soyuducusu, 2 ədəd Soyuducu tezgah (salat + bar), 1 ədəd dəzgah tipli buzdolabı- 3 qapılı, polimit üzlü, monoblok soyutma, 1 ədəd Salatbar soyuducu- set üstü, polikarbonat şəffaf qapaqlı, 1 ədəd Dik tipli soyuducu dolab, alt və üst ayrı, iki şüşə qapılı, monoblok soyutma, 1 ədəd 2 gözlü qaz peç, alt dolablı, 900 seriya 1 ədəd 6 gözlü qaz peç, alt dolablı, 900 seriya 1 ədəd 4 gözlü elektrik peç, alt dolablı, 900 seriya, 1 ədəd Elektrikli ızqara, alt dolablı, 900 seriya, 1 ədəd Vitrin üstü, mərmərli, önü mebel örtüklü, 1 ədəd Rational fırın, 10 tepsili, elektrikli, 3 ədəd Dikey soyuducu, 2 qapılı, dolablı, Personal uniforma əmlakların cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq iddiaçı Ərizəçi MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin kommersiya mübahisələri hazırda məhkəmənin icraatındadır. Ərizəçi Ərizəçi MMC müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı icra olunanadək Cavabdeh MMC-nin “Dalğa Beach” və “Dalğa Lite” adlı obyektlərində saxlanılan, iddia tələbinin dəqiqləşdirilməsi ərizəsində sadalanan ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus əmlakların, həmçinin cavabdeh tərəfindən təqdim edilmiş ## #### 2025-ci il tarixli “xxxx” MMC Qiymətləndirmə Şirkətinin “Qiymətləndirmə Hesabatı”nda öz əksini tapan əmlakların siyahıya alınaraq, üzərinə həbs qoyulması və özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, cavabdeh Cavabdeh MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən Dalğa Beach və “Dalğa Lite” adlı obyeklərində olan Ərizəçi MMC-yə məxsus 750 ədəd şezlonq (lejanka), 300 ədəd sehpa (taburetka), 400 ədəd taxta şezlonq, ##.##.2024-cü il tarixli RG-*** №-li invoysa əsasən: 1 ədəd kumpir soyuduculu vitrin, 2 ədəd kumpir bişirici (soba), 4 ədəd pizza bişirici soba, 6 ədəd fritoz (kartof bişirici), böyük, 8 ədəd pizza vitrin dəzgahı, 3 ədəd soyuduculu sandviç dəzgahı, 2 ədəd soyuduculu salat bar dəzgahı, 1 ədəd dəzgahiçi soyuducu, 3 qapılı, monoblok, 1 ədəd dəzgahüstü salat bar soyuducu, şəffaf qapılı, 1 ədəd hündür monoblok soyuducu, 1 ədəd 2 gözlü qazlı ocaq, alt hissəsi dolablı, 1 ədəd 4 gözlü elektrikli ocaq, alt hissəsi dolablı, 1 ədəd 6 gözlü qazlı ocaq, alt hissəsi dolablı, 1 ədəd elektrik manqal (ızqara üçün), alt hissəsi dolablı, 1 ədəd konveksiyon soba, elektrikli, özüyuyan, 1 ədəd mərmər panelli vitrin, üstü mebelli (24 metr)1 ədəd iş dəzgahı, paslanmaz, alt hissəsi dolablı, 1 ədəd mərmər qaplamalı iş dəzgahı, 1 ədəd orta tipli iş dəzgahı, 1 ədəd salat saxlamaq üçün soyuducu vitrin, şəffaf qapaqlı (+8°C), 2 ədəd qabyuyan maşın (63 kqlıq), 1 ədəd kofe aparatı (La Cimbali),o cümlədən 5 ədəd böyük stol, 4 ədəd mərmər böyük stol, 1 ədəd qaz plitəsi, 1 ədəd telejka plitə, 3 ədəd ağ plastmas oturacaq, 2 ədəd ağ plastmas dairəvi divan, 6 ədəd ağ pletonka kreslo, 4 ədəd ağ pletonka böyük stol, 4 ədəd ağ pletonka polka, 1 ədəd ağ pletonka stol, 1 ədəd altı dəmir plastmas lampa, 6 ədəd pletonka ağ divan, 3 ədəd pletonka ağ kreslo, 3 ədəd ağ pletonka tumba, 1 ədəd ağ pletonka jurnalniy stol, 3 ədəd ağ aypara lejanka, 26 ədəd əyri ayaq təkərli lejanka, 2 ədəd 2 nəfərlik pletenka divan, 3 ədəd dəri divan, 1 ədəd 3 nəfərlik divan, 2 ədəd Boz divan (uzanan), 1 ədəd dairəvi boz divan, 3 ədəd Qəhvəyi dəmir lejanka, 7 ədəd təkərsiz taxta lejanka, 2 ədəd divan, 1 ədəd ağ pletenka navesli lejanka, 5 ədəd aslıqan lejanka, 1 ədəd Microphone stand Proaudio A570, 5 ədəd deşikli ağ stul, 3 ədəd ağ polosatiy stul, 2 ədəd ağ dairəvi jurnalniy stol(hündür), 1 ədəd Kreslo / təkərli stul, 4 ədəd qırmızı stul, 6 ədəd restoran stulu, 4 ədəd 4 dənəli dəmir paltar şkafı, 8 ədəd dəmir stol-şkaf, 1 ədəd Dəmir stol-şkaf (üstü 2 polkalı), 6 ədəd Hündür şkaf, 7 ədəd Zontik, 5 ədəd qara kreslo, 4 ədəd ağ dəmir stol, 7 ədəd ağ kolonka, 1 ədəd çörək doğrayan avadanlıq, 2 ədəd lampa, 1 ədəd Metal zibilqabı, 8 ədəd metalik lampa, 5 ədəd mikser, 7 ədəd Ofis masası, 5 ədəd optic patch panel, 4 ədəd Pufik (çiyələk), 1 ədəd qırmızı böyük kreslo, 6 ədəd soyuducu, 4 ədəd stellaj, 8 ədəd taxta oval zibilqabı, 2 ədəd taxta taburet, 1 ədəd unitaz, 2 ədəd vitrin stol, 1 ədəd yelkən restoran obshivka, 1 ədəd böyük yemək qabı, 1 ədəd Yeməyi isti saxlayan avadanlıq, 4 ədəd coffee cup, 18 ədəd Tea cup, 31 ədəd coffee spoon, 35 ədəd tea spoon, 5 ədəd tea saucer, 3 ədəd steak plate (wooden, brown), 7 ədəd breakfast plate (big), 9 ədəd triple condiment plate, 6 ədəd Kokteyl glass 0.5 (44403), 6 ədəd Beer glass 0.5 L, 13 ədəd Armudi saucer small (8 sm), 15 ədəd Wine glass 0.3 L, 8 ədəd Shot glass, 31 ədəd Armudi glass, 3 ədəd çörək qabı-oval, kiçik (JQ-2003), 11 ədəd potato peeler, 24 ədəd Jam spoon, 7 ədəd Buffet service spoon, 5 ədəd Südlük (01), 10 ədəd İstiot qabı, 10 ədəd Tərəvəz soyacağı (8 sm, 40101), 7 ədəd Dəmir padnos (45×35 sm), 6 ədəd Böyük hardallıq, 12 ədəd Joker 6 sm qulplu (Çin şorba qaşığı), 13 ədəd Mürəbbə qabı 0.5 (95561), 2 ədəd Casablanca bardak 0.7, 25 ədəd Julien cup (st/s), 18 ədəd Bardak 0.15 L, 31 ədəd Pivə bakalı 0.5 L, 26 ədəd Casablanca bardak 0.5 (52707), 4 ədəd Fırın, 6 ədəd Fritoz (kartof qızartma aparatı), 8 ədəd Pizza sunum tezgahı, 3 ədəd Sandviç tezgah soyuducusu, 2 ədəd Soyuducu tezgah (salat + bar), 1 ədəd dəzgah tipli buzdolabı- 3 qapılı, polimit üzlü, monoblok soyutma, 1 ədəd Salatbar soyuducu- set üstü, polikarbonat şəffaf qapaqlı, 1 ədəd Dik tipli soyuducu dolab, alt və üst ayrı, iki şüşə qapılı, monoblok soyutma, 1 ədəd 2 gözlü qaz peç, alt dolablı, 900 seriya 1 ədəd 6 gözlü qaz peç, alt dolablı, 900 seriya 1 ədəd 4 gözlü elektrik peç, alt dolablı, 900 seriya, 1 ədəd Elektrikli izqara, alt dolablı, 900 seriya, 1 ədəd Vitrin üstü, mərmərli, önü mebel örtüklü, 1 ədəd Rational fırın, 10 tepsili, elektrikli, 3 ədəd Dikey soyuducu, 2 qapılı, dolablı, Personal uniforma adlı əmlaklarının üzərinə həbs qoyulması qərara alınmışdır. Cavabdeh Cavabdeh MMC qərardaddan şikayət verərək, ərizəçi Ərizəçi MMC-nin ərizəsinin qismən təmin edilməsi ilə siyahısı müvafiq qərardad ilə müəyyən edilən əmlakların üzərinə həbs qoyulması barədə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- **(*-**)-***/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadına əsasən cavabdeh Cavabdeh MMC tərəfindən verilən şikayət qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı qismən ləğv edilməsi, Ərizəçi MMC-nin müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilməsi və cavabdeh Cavabdeh MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən Dalğa Beach və “Dalğa Lite” adlı obyeklərində olan Ərizəçi MMC-yə məxsus 1 ədəd kofe aparatı (La Cimbali), 5 ədəd böyük stol, 4 ədəd mərmər böyük stol, 1 ədəd qaz plitəsi, 1 ədəd telejka plitə, 3 ədəd ağ plastmas oturacaq, 2 ədəd ağ plastmas dairəvi divan, 6 ədəd ağ pletonka kreslo, 4 ədəd ağ pletonka böyük stol, 4 ədəd ağ pletonka polka, 1 ədəd ağ pletonka stol, 1 ədəd altı dəmir plastmas lampa, 6 ədəd pletonka ağ divan, 3 ədəd pletonka ağ kreslo, 3 ədəd ağ pletonka tumba, 1 ədəd ağ pletonka jurnalniy stol, 3 ədəd ağ aypara lejanka, 26 ədəd əyri ayaq təkərli lejanka, 2 ədəd 2 nəfərlik pletenka divan, 1 ədəd 3 nəfərlik divan, 2 ədəd Boz divan (uzanan), 1 ədəd dairəvi boz divan, 3 ədəd Qəhvəyi dəmir lejanka, 7 ədəd təkərsiz taxta lejanka, 2 ədəd divan, 1 ədəd ağ pletenka navesli lejanka, 5 ədəd aslıqan lejanka, 1 ədəd Microphone stand Proaudio A570, 5 ədəd deşikli ağ stul, 3 ədəd ağ polosatiy stul, 2 ədəd ağ dairəvi jurnalniy stol (hündür), 1 ədəd Kreslo / təkərli stul, 4 ədəd qırmızı stul, 6 ədəd restoran stulu, 4 ədəd 4 dənəli dəmir paltar şkafı, 8 ədəd dəmir stol-şkaf, 1 ədəd Dəmir stol-şkaf (üstü 2 polkalı), 6 ədəd Hündür şkaf, 7 ədəd Zontik, 5 ədəd qara kreslo, 4 ədəd ağ dəmir stol, 7 ədəd ağ kolonka, 1 ədəd çörək doğrayan avadanlıq, 2 ədəd lampa, 1 ədəd Metal zibilqabı, 8 ədəd metalik lampa, 5 ədəd mikser, 5 ədəd optic patch panel, 4 ədəd Pufik (çiyələk), 1 ədəd qırmızı böyük kreslo, 6 ədəd soyuducu, 4 ədəd stellaj, 8 ədəd taxta oval zibilqabı, 2 ədəd taxta taburet, 1 ədəd unitaz, 2 ədəd vitrin stol, 1 ədəd yelkən restoran obshivka, 1 ədəd böyük yemək qabı, 1 ədəd Yeməyi isti saxlayan avadanlıq, 4 ədəd coffee cup, 31 ədəd coffee spoon, 35 ədəd tea spoon, 5 ədəd tea saucer, 3 ədəd steak plate (wooden, brown), 7 ədəd breakfast plate (big), 9 ədəd triple condiment plate, 6 ədəd Kokteyl glass 0.5 (44403), 6 ədəd Beer glass 0.5 L, 15 ədəd Wine glass 0.3 L, 8 ədəd Shot glass, 31 ədəd Armudi glass, 3 ədəd çörək qabıoval, kiçik (JQ-2003), 11 ədəd potato peeler, 24 ədəd Jam spoon, 7 ədəd Buffet service spoon, 5 ədəd Südlük (01), 10 ədəd İstiot qabı, 10 ədəd Tərəvəz soyacağı (8 sm, 40101), 7 ədəd Dəmir padnos (45×35 sm), 6 ədəd Böyük hardallıq, 12 ədəd Joker 6 sm qulplu (Çin şorba qaşığı), 13 ədəd Mürəbbə qabı 0.5 (95561), 25 ədəd Julien cup (st/s), 18 ədəd Bardak 0.15 L, 31 ədəd Pivə bakalı 0.5 L, 26 ədəd Casablanca bardak 0.5 (52707) adlı əmlaklarının üzərinə həbs qoyulması qərara alınmışdır. Şikayət qalan hissədə təmin edilməmişdir. ##.##.2026-cı il tarixdə ərizəçi Ərizəçi MMC Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərarından şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi və müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin təmin olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən yanaşma müvəqqəti təminat tədbiri institutunun mahiyyətinə ziddir. Belə ki, müvəqqəti təminat tədbiri preventiv olaraq mübahisə həll edilənədək mövcud vəziyyəti qoruyub saxlamaq, ərizəçinin hüquqlarının hər hansı formada məhdudlaşdırılmasının qarşısını almaq məqsədi daşıyır və məhkəmələr tərəfindən ərizənin təmini qiymətləndirilərkən mübahisənin mahiyyəti üzrə yekun nəticə çıxarılmamalıdır. Hazırki iş üzrə məhkəmə təminat tədbirini qismən təmin edərkən faktiki olaraq yalnız barəsində sübut təqdim edilmiş əşyalar üzərində həbs qoyulmasını mümkün hesab etmişdir. Belə ki, Ərizəçi MMC-nin icarə obyektində müəyyən əşyalarının qalması işin mübahisəsiz halıdır. Lakin həmin obyekt faktiki olaraq Ərizəçi MMC-nin nəzarətində deyildir və belə olan halda ərizəçi tərəfindən bütün əşyaların konkret olaraq həmin obyektlərdə mövcudluğuna dair tam və dəqiq sübutların təqdim edilməsi ağlabatan hesab olunmur. Eyni zamanda, nəzərə alınmalıdır ki, qanunvericiliyə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması həmin əmlakın siyahıya alınmasını və fərdiləşdirilməsini özündə ehtiva edir. Başqa sözlə, əmlakın konkret müəyyən edilməsi və təsvir edilməsi təminat tədbirinin tətbiqi haqqında qərarın qəbul edilməsi mərhələsində deyil, həmin tədbirin icrasımərhələsində təmin olunur. Qeyd edir ki, müvəqqəti təminat tədbiri barədə ərizəyə baxılarkən və ərizənin təmininin məqsədəmüvafiqliyi qiymətləndirilərkən məhkəmə tərəfindən bir sıra prosessual yanlışlıqlara yol verilmişdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, qanunvericiliyə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması həmin əmlakın siyahıya alınmasını və fərdiləşdirilməsini özündə ehtiva edir. Başqa sözlə, əmlakın konkret müəyyən edilməsi və təsvir edilməsi təminat tədbirinin tətbiqi haqqında qərarın qəbul edilməsi mərhələsində deyil, həmin tədbirin icrası mərhələsində təmin olunur. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadına əsasən Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-16(4-11)- ***/**** nömrəli qərardadından Ərizəçi MMC tərəfindən verilmiş şikayət təmin edilməməsi və işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh MMC Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərarından şikayət verərək, “Ərizəçi Ərizəçi MMC-nin ərizəsinin qismən təmin edilməsi ilə siyahısı müvafiq qərardad ilə müəyyən edilən əmlakların üzərinə həbs qoyulması barədə” Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icarəyə verən Cavabdeh MMC ilə icarəçi Ərizəçi MMC arasında 2022-ci il # ###### tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən ona məxsus Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən “Dalğa Beach” aquaparkını və həmin ərazidə yerləşən, siyahısı tərəflər arasında imzalanmış icarə müqaviləsinə * saylı Əlavə olaraq qoşma edilmiş inventarları İcarəçiyə icarəyə vermişdir. Müvafiq icarə müqaviləsi ilə icarə müddəti 3 il olaraq müəyyən edilmiş və daha sonra tərəflər arasında imzalanmış Əlavə Razılaşma 3 əsasında müvafiq icarə müddəti ## ###### 2027-ci il tarixinə qədər uzadılmışdır. Ərizəçi MMC-nin icarə haqqının ödənişini davamlı olaraq icra etməməsi, bununla bağlı edilən xəbərdarlıqlara məhəl qoymaması, həmçinin icarəyə verilən əmlakda qanunsuz olaraq, əmək müqaviləsi bağlamadan başqa şəxslərin əmək fəaliyyətindən istifadə etməsi ilə İcarə müqaviləsi müddəalarını kobud şəkildə pozması ilə onunla əməkdaşlıq münasibətlərinə cavabdeh tərəfindən müqaviləyə əsasən xitam vermək nəticəsinə gəlinmişdir. İddiaçının yol verdiyi pozuntular nəticəsində Cavabdeh MMC tərəfindən icarə müqaviləsinin 9.1 və 10.2-ci maddələrinə uyğun olaraq, əvvəlcə öhdəliklərinin icra edilməsi üçün ##.##.2025-ci il tarixli bildiriş iddiaçıya təqdim edilmişdir. Lakin iddiaçı hələ də, icarəyə verən Cavabdeh MMC-yə qarşı öhdəliklərini icra etmədiyi üçün 25.09.25-ci il tarixli xitam bildirişi əsasında icarə müqaviləsinə müvafiq müqavilənin 10.2-ci bəndinə əsasən birtərəfli olaraq xitam verilmişdir. Qeyd olunan bildirişlər iddiaçıya müvafiq olaraq ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərində çatdırılmışdır. Ərizəçi MMC tərəfindən məhkəməyə təqdim edilən ##.##.2026-cı il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən, Ərizəçi MMC-nin yekun iddia tələbi 2,502,830 məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 2041.42 manat məbləğində pulun ilkin iddia üzrə cavabdeh Cavabdeh MMCdən tutularaq ödənilməsi, o cümlədən həmin ərizədə qeyd olunan əmlakların Cavabdeh MMC-dən alınaraq ilkin iddia üzrə iddiaçı Ərizəçi MMC-yə qaytarılmasından ibarətdir. Lakin Ərizəçi MMC tərəfindən nə sözügedən məbləğin, nə də qeyd olunan əmlakların Cavabdeh MMC tərəfindən qaytarılmasını əsaslandıran hər hansı sübut təqdim edilməmişdir. Hazırda mübahisə predmeti olan həmin əmlakların ümumiyyətlə icarəyə verilən əmlakda olub-olmaması, Ərizəçi MMC tərəfindən götürülüb-götürülməməsi müəyyən edilməmişdir. Ərizəçi MMC tərəfindən həbs qoyulan əmlaklarla bağlı sübut qismində yalnız ##.##.2024-cü il tarixli RG-*** №-li, ##.##.2024-cü il tarixli RG-*** №-li invoyslara istinad edilmişdir ki, bu sənəd yalnız həmin əmlakların Ərizəçi MMC tərəfindən əldə edilməsinə aiddir. Hazırda həbs qoyulan və Ərizəçi MMC tərəfindən müvafiq iddia ərizəsi ilə geri tələb edilən bu əmlakların ümumiyyətlə icarəyə götürülən əmlakda (Dalgha Beach) olub-olmaması isə məhkəmə tərəfindən müəyyən edilməmişdir. Lakin qanunvericiliyə nəzər saldıqda müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi üçün müəyyən şərtlər təsdiq edilmişdir ki, yalnız aşağıda daha ətraflı qeyd edilən həmin şərtlərin mövcudluğu zamanı əmlak üzərinə həbs qoyulması barədə müvəqqəti təminat tədbiri tətbiq edilə bilərdi. Məcəllənin müddəalarından da aydın olduğu üzrə, ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı və ##.##.2026-cı il tarixli, e16(4-11)- ***/**** saylı qərardadların qəbul edilməsi və əmlakların üzərinə həbs qoyulmasından əvvəl məhkəmə tərəfindən müəyyən edilməli və nəzərə alınmalı idi: - Ərizəçi MMC tərəfindən ərizədə qeyd olunan və üzərinə həbs qoyulan əmlakların Cavabdeh MMC-də olub-olmadığı; - Ərizəçi MMC tərəfindən ərizə ilə üzərinə həbs qoyulması tələb edilən əmlakların Cavabdeh MMC-də olduğu ilə bağlı mötəbər sübut təqdim edilməyib; - Ərizəçi MMC tərəfindən yalnız məhkəməyə sübut qismində bir sıra əmlaklara dair ##.##.2024-cü il tarixli RG-*** №-li, ##.##.2024-cü il tarixli RG-*** №-li invoys təqdim edilmişdir və həmin invoyslarda göstərilməyən əmlaklara dair isə ümumiyyətlə sübutedici sənəd mövcud deyildir. Həmçinin qarşı tərəfin istinad etdiyi iş üzrə təqdim edilən ## #### 2025- ci il tarixli qiymətləndirmə hesabatı ilə bağlı isə ümumilikdə hazırda mülki iş üzrə baxış yekunlaşmadığından məhkəmə tərəfindən yekun hüquqi yanaşma təqdim edilməmişdir. Həmçinin Məhkəmə ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı Qərardadında da həmin hesabatı həbsin qoyulması üçün sübut qismində qəbul etməmişdir. - Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı Qərardadı ilə Məhkəmə Cavabdeh MMC tərəfindən ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı Qərardaddan verilmiş şikayət qismən təmin edilmiş, qalan hissədə isə rədd edilmişdir. Lakin Məhkəmə Cavabdeh MMC-nin sözügedən şikayətinin qismən rədd edərkən “xxxx” MMC tərəfindən təqdim edilmiş ## #### 2025-ci il tarixli qiymətləndirmə hesabatına istinad etmişdir ki, həmin hesabata hazırki müvəqqəti təminat tədbiri ilə bağlı işin əlaqədar olduğu e2- *(***)-*****/**** saylı iş üzrə hüquqi qiymət verilməmiş və məhkəmə tərəfindən həmin hesabatın sübut olaraq qəbul edilməsi hələ təsdiq edilməmişdir. Məhz bu səbəbdən də məhkəmə yenidən e-*-*(***)-*****/**** saylı iş üzrə qiymətləndirmə üzrə ekspertiza təyin etmişdir. Lakin Məhkəmə hazırki müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı iş üzrə isə həmin Hesabatı dəqiq və mötəbər sübut kimi qəbul etmişdir. Bu halda isə icraatda olan iki iş üzrə Məhkəmənin fərqli yanaşmaları müşahidə edilir. Hazırki iş üzrə sözügedən “xxxx” MMC tərəfindən təqdim edilmiş ## #### 2025-ci il tarixli Qiymətləndirmə hesabatı mötəbər sübut olaraq qəbul edilirsə, vahid hüquqi yanaşmanın sərgilənməsini və e-2-2(113)- *****/**** saylı iş üzrə də Cavabdeh MMC-nin iddia tələbini təsdiq edən həmin hesabatın mötəbər sübut olaraq qəbul edilməsini xahiş edirlər. Beləliklə, məhkəmə tərəfindən əmlak üzərinə həbsin qoyulması ilə bağlı prosessual normalar birbaşa pozulmuş və mülahizə əsasında qərardad qəbul edilmişdir. Nəzərə alsa ki, məhkəmə heç müvafiq qərardadlarla üzərinə həbs qoyduğu əmlakların icarəyə verilən əmlakda, Cavabdeh MMC-də olub-olmadığını müəyyən etməmişdir, necə əmin ola bilər və müəyyən edə bilər ki, həmin əmlaklara həbs qoyulmaması Konstitusiya Məhkəməsinin Plenum Qərarında da deyildiyi kimi gələcəkdə iddia tələbinin təmin olunması halında məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Beləliklə, məhkəmənin müvafiq qərardadı ilə tətbiq edilmiş müvəqqəti təminat tədbiri qanunvericiliklə onun tətbiqi üçün müəyyən edZilmiş əsas tələbə cavab vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Müvəqqəti təminat təbirinin tətbiq edilməsi barədə ərizədə cavabdehin qanunsuz sahibliyində qaldığını iddia etdiyi əşyalarının geri qaytarılmasını (vindikasiyasını) tələb edir. Əşyaların geri qaytarılması barədə tələbin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Bu tələbin hüquqi əsasını təşkil edən mülkiyyətin müdafiəsini təmin edən Mülki Məcəllənin 157.2- ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Normanın dispozisiyasından aydın olduğu üzrə iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün 3 şərtin gerçəkləşməsi zəruridir: 1. iddiaçının əşyanın mülkiyyətçisi olması (İddiaçı əşyanın qanuni sahibi olduğunu sübut etməlidir); 2. cavabdehin əşyanın sahibi olması (Əşya naturada mövcud olmalıdır); 3. cavabdehin əşyaya sahiblik hüququnun olmaması (Əşya qanunsuz sahiblikdə olmalıdır). Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə, tələb olunan əmlak iddia irəli sürən şəxsin mülkiyyətində və ya qanuni istifadəsində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız bu üç şərtin mövcudluğu halında bu iddia təmin edilə bilərdi. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya apellyasiyanın hədlərinə münasibətdə qeyd edir ki, birinci instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı ilə ərizəçinin müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilmiş və həmin qərardad cavabdeh tərəfindən ərizənin təmin edilmiş, ərizəçi tərəfindən isə ərizənin təmin edilməmiş hissəsində mübahisələndirilmişdir, odur ki, məhkəmə tərəfindən qərardadın əsaslılığı bütövlükdə yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Faktlar: - Cavabdeh MMC ilə Ərizəçi MMC arasında ## ###### 2022-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, icarəyə verən (Cavabdeh MMC) inventarları bu müqavilənin * nömrəli Əlavəsində (inventar siyahısı) göstərilmiş Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən Dalğa Beach aquaparkını (“Əmlak”) icarəçiyə (Ərizəçi MMC) icarəyə verir. - Cavabdeh MMC ilə Ərizəçi MMC arasında imza və möhür ilə təsdiq edilmiş “İnventar Siyahısı Əlavə 1” əsasən icarəyə götürülmüş əmlakda mövcud olan inventarların siyahısı və sayı göstərilmişdir. - “xxxx” MMC tərəfindən tərtib edilmiş **/**** saylı ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatında həmin tarixə icarə obyektində mövcud olan, artıq (icarəyəverənə məxsus olmayan) və əksik (inventar aktında göstərilən icarəyəverənə məxsus əşyalardan kəm) əşyaların sayı və dəyəri göstərilmişdir. - Cavabdeh MMC ##.##.2025-ci il tarixində Ərizəçi MMC-yə bildiriş göndərərək aralarında bağlanmış ## ###### 2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsini bildirmişdir. Mülki Prosessual Məcəllənin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.4-cü maddəsinə görə iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.5.1 və 157.5.2-ci maddələrinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Qanunun mənasına görə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirləri tətbiq edilir. Həmçinin müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə 2 hal əsaslandırılmalıdır: 1) müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 2) iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Hazırkı halda ərizəçi məhkəmədə qaldırdığı ona məxsus əşyaların qaytarılması hissəsində iddianın əsaslılığı ilə bağlı ilkin sübutları (icarə müqaviləsi, inventar siyahısı, qiymətləndirmə hesabatı və müqaviləyə xitam bildirişi) məhkəməyə təqdim etmişdir. Üzərinə həbs qoyulmuş əmlakların məhz ərizəçinin mülkiyyətində olmasına dair sübuta yetirilməməsi barədə cavabdehin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbiri surətləndirilmiş və preventiv tədbir olduğundan həmin tədbirin tətbiqi barədə məsələyə baxılarkən aşağıya salınmış sübutetmə standartları tətbiq edilir. Belə ki, müvəqqəti təminat tədbiri barədə icraat çərçivəsində iddia tələbinın əsaslılığının tam şəkildə sübuta yetirilməsi tələb edilməməklə yalnız tərəflər arasında mübahisənin həqiqətən mövcudluğuna və tələbin əsaslılığına dair ilk baxışdan (prima facie) qənaətə gəlməyə imkan verən həcmdə sübutların təqdim edilməsi zəruri hesab edilir. Hazırkı halda ərizəyə əlavə edilmiş sübutlar əsasında ilk baxışdan müəyyən edilən hallar - icarə obyektinin (“Dalğa Beach”) uzun müddət icarəçinin (ərizəçinin) istifadəsində olması, icarə münasibətlərinə icarəyə verən tərəfindən bir tərəfli qaydada xitam verilməsi, icarə müqaviləsi bağlanarkən icarə obyektində mövcud olan icarəyə verənə (cavabdeh) məxsus əşyaların inventar siyahısının tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilməsi, qiymətləndirmə aparılarkən obyektdə həmin inventar siyahıda göstərilməyən əşyaların da olmasının müəyyən edilməsi həmin siyahıda əks olunmamış daşınar əşyaların icarəçiyə (ərizəçiyə) məxsus olmasını ehtimal etməyə əsas verir. Göstərilən halları nəzərə alan işə baxan birinci instansiya məhkəməsi haqlı olaraq ərizəçinin bütün əmlakların deyil, yalnız qiymətləndirmə hesabatlarında cavabdehin tərtib etdiyi inventar siyahısından artıq (“+”) olduğu müəyyən edilmiş əmlakların üzərinə həbs qoymuş, digər əmlakların isə ərizəçiyə məxsus olması və ümumiyyətlə mövcudluğu ilkin sübutlarla təsdiqlənmədiyindən, həmin hissədə təminat tədbirinin tətbiqindən imtina etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, şikayətlər isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayətlər təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Ərizəçi Ərizəçi MMC və cavabdeh Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar