Məhkəmə qərarları › İş №e-16(3-6)-352/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-352/2026

02.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-352/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim məruzəsi ilə, hakimlər ibarət tərkibdə, ərizəçi Ərizəçi istehsalat-kommersiya firmasının müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin rədd edilməsinə dair Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi istehsalatkommersiya firması tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxıb, müəyyən etdi: 1.

2. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfindən ödənilməli olan 66 300 manat məbləğində borc ödənilməmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə cavabdehin borcu təsdiq edilmişdir. Cavabdehin öhdəliklərini icra etməməsi və borcun könüllü şəkildə ödənilməsindən yayınması onun əmlakını və pul vəsaitlərini gizlətməsi və ya özgəninkiləşdirməsi riskinin mövcud olduğunu göstərir. Bu hal gələcəkdə məhkəmə qətnaməsinin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Ərizəçinin müraciəti əsasında məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdehin əmlakı və bank hesabları üzərinə əsas borc həcmində həbs qoyulmuş, lakin icra tədbirləri zamanı cavabdehə məxsus həbs qoyula biləcək əmlak və aktiv bank hesabları aşkar edilməmişdir. Müəyyən edilmişdir ki, cavabdehin direktoru T.Xəlilovun mülkiyyətində daşınmaz əmlaklar mövcuddur. Cavabdehin borcun ödənilməsindən yayınması və məhkəmə qətnaməsinin gələcəkdə icrasının təmin olunmasının zəruriliyi nəzərə alınaraq, iddia tələbi həcmində həmin əmlaklar üzərinə müvəqqəti təminat tədbiri qismində həbs qoyulması zəruridir.

3. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə rədd edilmişdir.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ##.##.2026-cı il tarixli qərardadla cavabdehə məxsus əmlakların və bank hesablarının üzərinə əsas borc həcmində həbs qoyulmuş, həmin qərardad icraya yönəldilmiş və onun icra edilməsinin mümkünsüzlüyü barədə məhkəməyə hər hansı rəsmi məlumat təqdim edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, hazırkı ərizə ilə müvəqqəti təminat tədbirinin cavabdeh hüquqi şəxsin deyil, onun direktoruna məxsus əmlaklara tətbiqi xahiş edilir. Halbuki hüquqi şəxs müstəqil hüquq subyekti olmaqla öz öhdəlikləri üzrə yalnız ona məxsus əmlakla cavabdehdir və qanunvericilikdə direktorun hüquqi şəxsin borclarına görə məsuliyyəti nəzərdə tutulmamışdır. Bundan əlavə, müqavilədən irəli gələn hüquq və vəzifələr yalnız müqavilə tərəflərinə aid olduğundan, Ərizəçi istehsalat-kommersiya firması ilə Cavabdeh MMC arasında yaranmış öhdəliklərə görə cavabdeh hüquqi şəxsin direktoruna məxsus əmlaklara həbs qoyulması üçün hüquqi əsaslar mövcud deyildir.

5. Ərizəçi Ərizəçi istehsalat-kommersiya firması bu qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və müvəqqəti təmin tədbirinin tətbiq edilməsi barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 4.Şikayət onunla əsaslandırılmışdır ki, müvəqqəti təminat tədbirinin məqsədi gələcək məhkəmə aktının real icrasını təmin etməkdir. Lakin məhkəmə cavabdehin faktiki əmlaksız vəziyyətdə olmasını, icra tədbirlərinin nəticəsiz qalmasını, gələcək icranın risk altında olmasını və ərizəçinin hüquqlarının müdafiəsi zərurətini qiymətləndirməmişdir. Məhkəmə yalnız hüquqi şəxsin direktorunun hüquqi şəxsin borclarına görə məsuliyyət daşımaması arqumentinə istinad etmişdir. Halbuki ərizədə direktorun əmlakına həbs qoyulması tələbi onun cavabdeh hüquqi şəxsin fəaliyyətinə faktiki nəzarət edən və onunla bilavasitə bağlı şəxs olması ilə əsaslandırılmışdır. Şikayətdə göstərilmişdir ki, Mülki Məcəllənin 52.2-ci maddəsi təsisçinin bütün hallarda məsuliyyətdən azad edilməsini nəzərdə tutmur və direktorun məsuliyyətini istisna edən imperativ norma da mövcud deyildir. Buna baxmayaraq, məhkəmə normanı formal təfsir etmiş, işin konkret hallarını nəzərə almamışdır. Nəticədə, məhkəmənin yanaşması cavabdehin əmlaksız vəziyyətdə qalmasına baxmayaraq hər hansı effektiv təminat tədbirinin tətbiq edilməməsinə səbəb olmuş və gələcək məhkəmə qətnaməsinin icrasını real təhlükə altında qoymuşdur.

5. Bakı Kommersiya Məhkəməsinin # ### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. 6.Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

7. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 43. Hüquqi şəxs anlayışı və onun növləri 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. ... Maddə 52. Hüquqi şəxsin məsuliyyəti 52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. ... Maddə 236. Qətnamənin icrasının təmini Məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; ... 9.Qanunun mənasına görə müvəqqəti təminat tədbiri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Yəni məhkəmədə belə qənaət formalaşmalıdır ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bu da öz növbəsində ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 10.Iddiaçı əsas mübahisə üzrə 66 300 manat məbləğində borcun və həmin borcun gecikdirilməsinə görə illik beş faiz məbləğin cavabdehdən tutularaq ona ödənilməsini tələb etmiş, məhkəmənin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, qətnamə qanuni qüvvəsini almamışdır. 11.Məhkəmə kollegiyası nəzərə alır ki, hazırkı halda müvəqqəti təminat tədbiri barədə ərizə iş məhkəmənin icraatında olduğu dövrdə deyil, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra, lakin həmin qətnamə qanuni qüvvəyə minməmişdən əvvəl verilmişdir. Bu baxımdan mübahisəli hüquqi münasibətlərə Mülki Prosessual Məcəllənin 236-cı maddəsi tətbiq olunur.

6. Həmin maddəyə əsasən, qətnamənin icrasının təmini bu Məcəllənin 13-cü fəslində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu isə o deməkdir ki, qətnamənin icrasının təmin edilməsi məqsədilə tətbiq olunan tədbirlər hüquqi mahiyyətinə görə müvəqqəti təminat tədbirləri ilə eyniləşdirilir və onların tətbiqi zamanı Mülki Prosessual Məcəllənin 157-ci maddəsində təsbit edilmiş məqsəd, mütənasiblik və işin qabaqcadan mahiyyəti üzrə həll edilməməsi meyarlarına riayət olunmalıdır.

7. Iş materiallarından görünür ki, iddiaçının əvvəlki ərizəsi əsasında cavabdeh hüquqi şəxsə məxsus əmlakların və bank hesablarının üzərinə əsas borc məbləği həcmində həbs qoyulması barədə məhkəmə qərardadı qəbul edilmiş və həmin qərardad icraya yönəldilmişdir. 8.Kollegiya qeyd edir ki, icra zamanı cavabdehə məxsus üzərinə həbs qoyula biləcək əmlakın və ya pul vəsaitinin aşkar edilməməsi özlüyündə hüquqi şəxsin idarəetmə orqanının rəhbərinə məxsus əmlakın üzərinə həbs qoyulması üçün qanuni əsas yaratmır. 9.Mülki Prosessual Məcəllənin müvəqqəti təminat tədbiri barədə normalarının mənasına görə, belə tədbirlərin məqsədi mübahisə predmetinə aid olan və gələcəkdə məhkəmə aktının icrasını təmin etməyə yönəlmiş hüquq və mənafelərin qorunmasından ibarətdir. Müvəqqəti təminat tədbiri yalnız mübahisəli hüquq münasibətinin tərəflərinə münasibətdə və irəli sürülmüş maddi-hüquqi tələbin hüdudları daxilində tətbiq edilə bilər. 10.Hazırkı iş üzrə mübahisəli hüquq münasibəti iddiaçı ilə cavabdeh hüquqi şəxs arasında yaranmışdır. Iddia tələbi də məhz hüquqi şəxsə qarşı irəli sürülmüşdür. Cavabdeh hüquqi şəxsin direktoru isə iş üzrə nə cavabdeh qismində iştirak edir, nə də ona qarşı hər hansı maddi-hüquqi tələb irəli sürülmüşdür. Buna görə də onun əmlak hüquqlarına müdaxilə edilməsini nəzərdə tutan təminat tədbirinin tətbiqi mübahisənin predmetindən və iştirakçılarının dairəsindən kənara çıxmaq deməkdir. 11.Kollegiya həmçinin qeyd edir ki, hüquqi şəxs müstəqil hüquq subyekti olmaqla öz öhdəliklərinə görə yalnız ona məxsus əmlakla cavabdehlik daşıyır. Hüquqi şəxsin təsisçisi qanunda və ya nizamnamədə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla hüquqi şəxsin borclarına görə məsuliyyət daşımır. Hüquqi şəxsin icra orqanının rəhbəri isə heç bir halda hüquqi şəxsin öhdəlikləri üçün öz əmlakı ilə məsuliyyət daşımır. 12.Hazırkı iş üzrə cavabdeh hüquqi şəxsin direktorunun hüquqi şəxsin öhdəliklərinə görə şəxsi əmlakı ilə məsuliyyət daşımasını nəzərdə tutan hər hansı qanuni əsasın mövcudluğu müəyyən edilməmişdir. Iddiaçı tərəfindən də belə halların mövcudluğunu təsdiq edən sübutlar təqdim olunmamışdır. 13.Bundan başqa, müvəqqəti təminat tədbiri mütənasiblik prinsipinə cavab verməli və üçüncü şəxslərin hüquqlarına əsassız müdaxilə etməməlidir. Hazırkı halda borclu statusu müəyyən edilməmiş, üzərinə hər hansı maddi-hüquqi öhdəlik qoyulmamış fiziki şəxsə məxsus əmlakların üzərinə həbs qoyulması təminat tədbirinin məqsədi və mahiyyəti ilə uzlaşmır, eyni zamanda həmin şəxsin mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. 14.Iddiaçının əvvəlki təminat tədbirinin faktiki olaraq icra olunmaması və ya cavabdeh hüquqi şəxsə məxsus əmlakın aşkar edilməməsi halları da özlüyündə direktorun şəxsi əmlakına yönəlmiş yeni təminat tədbirinin tətbiqinə əsas vermir. Əks yanaşma hüquqi şəxsin müstəqil hüquq subyekti olması prinsipinin pozulmasına gətirib çıxarardı. 15.Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayətdə göstərilən dəlillər müvəqqəti təminat tədbiri barədə ərizənin rədd edilməsinə dair Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsaslar yaratmır. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

12. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. 13.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi Ərizəçi istehsalat-kommersiya firması tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar