Məhkəmə qərarları › İş №e-16(3-6)-357/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-357/2026

08.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-357/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X1 və X4 ibarət tərkibdə, ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından maraqlı şəxs cavabdeh1 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi Ərizəçi MMC müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı Ərizəçi MMC-nin cavabdeh cavabdeh1 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı əsassız varlanma nəticəsində əldə etdiyi vəsaitlərin iddiaçıya ödənilməsi, cavabdeh AZƏRIŞIQ Açıq Səhmdar Cəmiyyətinə qarşı isə abonent məlumatlarında dəyişiklik edilməsi, elektrik enerjisi təchizatı haqqında əlavə müqavilənin bağlanmasına dair iddia tələbəri ilə məhkəməyə müraciət edilənədək, tərəflər arasında mövcud vəziyyətin saxlanılması məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ev 15 (yeni qaydalarla: AZ 1025, ünvan 1 ünvanında yerləşən qazanxanada 4 qazandan ikisinə və 4 qeneratordan ikisinə münasibətdə qeyri-yaşayış sahələrinə elektrik enerjisi, isti su və istiliyin veriməsinin dayandırılması və qeyri yaşayış sahələrinə qanunsuz bildirişlərin göndərilməsi iddiaçı cavabdeh1 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- ****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsinə əsasən Ərizəçi MMC-nin Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ev 15 (yeni qaydalarla: AZ1025, ünvan 1) ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarə edilməsinə dair fəaliyyəti qanunsuz hesab edilərək Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti və “X2” MMC-nin həmin binanın idarəetməsindən kənarlaşdırılması, həmin binaya dair bütün sənədlər, açarlar və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi, həmçinin Ərizəçi MMC-nin mübahisə predmeti olan yaşayış binasının 1B blokundakı liftə quraşdırılmış kart sistemi qurğusunun sökülməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli Qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hal - hazırda göstərilən məhkəmə qərarı qüvvəyə mindiyindən icraya yönəldilmişdir. cavabdeh1 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Yasamal Rayon Məhkəməsinə iddia ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ev 15 (yeni qaydalarla: AZ 1025, ünvan 1) ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarə edilməsinə dair fəaliyyətinin qanunsuz hesab edilməsi, “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin binanın idarəetməsindən kənarlaşdırılması, həmin binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın, binanın mühəndis-kommunikasiya sistemləri ( isti su, qaz, elektrik və istilik enerjisi) qazanxanalar, liftlər, ümumi sanitar qovşağı, təhlükəsizlik və giriş sistemləri, zirzəmi və parking sahələri (oradan binanın ümumi kommunikasiya xəttlərinin keçməsi və ümumi zibil qablarının yerləşməsi nəzərə alınaraq), ümumi istifadə təyinatlı sahələr, çoxmənzilli binanın ümumi əmlakı hesab edilən digər obyektlərin iddiaçıya təhvil verilməsini xahiş etmişdir. Iddia ərizəsi icraata qəbul edilmişdir və mülki iş hal-hazırda hakim Aytəkin Əsədzadənin icraatındadır. Lakin cavabdeh “xxxx” MMMC 2025-ci ili noyabr ayından etibarən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ev 15 (yeni qaydalarla: AZ 1025, ünvan 1) ünvanında heç bir qanuni səlahiyyətlərinin olmamasına baxmayaraq, xidmət müqaviləsinin bağlanması və kommunal xidmətlərin təminatı barədə mülkiyyətçilərə bildirişlərin göndərilməsini, mənzil mülkiyyətşilərindən göstərilən xidmətlərə görə xidmət haqqlarının yığılmasını, eyni zamanda həmin ünvanda yerləşən qazanxanada 4 qazandan ikisinə və 4 qeneratordan ikisinə münasibətdə qeyri-yaşayış sahələrinə elektrik enerjisi, isti su və istiliyin veriməsinin dayandırılması cəhdlərini həyata keçirir. Yuxarıda göstərilən ünvanda yerləşən çoxmənzilli yaşayış binasının idarə edilməsi və müvafiq olaraq xidmətlərin göstərilməsi iddiaçı “xxxx" MMC-nin səlahiyyətlərinə aid olduğundan, bütün kommunal xidmətlərin (işıq, qaz, su) abunə kodlarının və sayğaclarının iddiaçı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına olduğundan, həmin kommunal xidmətlərə görə borclar müvafiq olaraq iddiaçının hesablarına cəmləşməkdədir, bununla yanaşı cavabdeh tərəfindən kommunal borclar heç bir şəkildə ödənilmir. Hal-hazırda Ərizəçi MMCnincavabdeh1 MMC-nin qanunsuz hərəkətlərinə görə sakinlərə göstərdiyi xidmətlər ilə bağlı debitor borcları yaranmışdır. Iddiaçı Ərizəçi MMC-nin cavabdeh cavabdeh1 MMMCnə qarşı əsassız varlanma nəticəsində əldə etdiyi vəsaitlərin iddiaçıya ödənilməsi, eyni zamanda cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı isə abonent məlumatlarında dəyişiklik edilməsi, elektrik enerjisi təchizatı haqqında əlavə müqavilənin bağlanmasına dair iddia tələbəri ilə məhkəməyə iddia hazırlanmaqdadır. Iddiaçı Ərizəçi MMC-nin cavabdeh cavabdeh1 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı əsassız varlanma nəticəsində əldə etdiyi vəsaitlərin iddiaçıya qaytarılmasına, cavabdeh cavabdeh2 qarşı isə abonent məlumatlarında dəyişiklik edilməsi, elektrik enerjisi təchizatı haqqında əlavə müqavilənin bağlanmasına dair iddia tələbəri ilə məhkəməyə müraciət edilənə qədər iddiaçının yuxarıda qeyd edilən ünvanda yerləşən sahə mülkiyyətçiləri ilə qüvvədə olan xidmət müqavilələri mövcud olduğuna görə cavabdeh1 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin qeyd edilən hərəkətləri qanunsuz müdaxilə kimi qiymətləndirilməklə, qarşısı alınmalıdır. Eyni zamanda mövcud vəziyyətin saxlanılması məqsədi ilə mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ev 15 (yeni qaydalarla: AZ 1025, ünvan 1 ünvanında yerləşən qazanxanada 4 qazandan ikisinə və 4 qeneratordan ikisinə münasibətdə qeyriyaşayış sahələrinə elektrik enerjisi, isti su və istiliyin veriməsinin dayandırılması və qeyri yaşayış sahələrinə qanunsuz bildirişlərin göndərilməsi cavabdeh cavabdeh1 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qadağan edilməlidir. Hesab edir ki, mubahisə məhkəmədə həll edilənə qədər hazırki vəziyyət olduğu kimi saxlanılmalıdır, çünki cavabdehin qanunsuz müdaxiləsi iddiaçının yuxarıda qeyd edilən ünvanda yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə qüvvədə olan xidmət müqavilələri üzrə öhdəliklərin icra edə bilməməsi və ya əhəmiyyətli dərəcədə çətinləşdirməsi, eyni zamanda əlavə əhəmiyyətli maddi itkilərlə qarşılaşa bilməsi ilə nəticələnə bilər.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrəli qərardadına əsasən ərizə təmin olunaraq Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ev 15 (yeni qaydalarla: AZ 1025, ünvan 1) ünvanında yerləşən qazanxanada 4 qazandan ikisinə və 4 qeneratordan ikisinə münasibətdə qeyri yaşayış sahələrinə elektrik enerjisi, isti su və istiliyin veriməsinin dayandırılması və qeyri yaşayış sahələrinə qanunsuz bildirişlərin göndərilməsi cavabdeh1 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə və “xxxx” ASC-yə qadağan edilməsi qərara alınmışdır.

4. Qərardadın əsaslarına görə, iddia tələbi ilə bağlı hazırda müraciət məhkəməyə müraciət daxil olmadığından ərizə 1 ay müddətinə təmin edilməli, iddiaçı Ərizəçi MMCnin cavabdeh cavabdeh1 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı əsassız varlanma nəticəsində əldə etdiyi vəsaitlərin iddiaçıya ödənilməsi, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı isə abonent məlumatlarında dəyişiklik edilməsi, elektrik enerjisi təchizatı haqqında əlavə müqavilənin bağlanmasına dair iddia tələbəri ilə məhkəməyə müraciət edilənədək, tərəflər arasında mövcud vəziyyətin saxlanılması məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ev 15 (yeni qaydalarla: AZ 1025, ünvan 1) ünvanında yerləşən qazanxanada 4 qazandan ikisinə və 4 qeneratordan ikisinə münasibətdə qeyri-yaşayış sahələrinə elektrik enerjisi, isti su və istiliyin veriməsinin dayandırılması və qeyri yaşayış sahələrinə qanunsuz bildirişlərin göndərilməsi cavabdeh1 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qadağan edilməlidir.

5. Maraqlı şəxs cavabdeh1 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti həmin qərardaddan şikayət verərək ləğv, ərizənin isə rədd olunmasını xahiş etmişdir.

6. Şikayətin dəlillərinə görə, iddiaçı cavabdeh1 MMMC cavabdeh “X7” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ərizəçi MMC-nin Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ev 15 (yeni qaydalarla: AZ 1025, ünvan 1) ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarə edilməsinə dair fəaliyyəti qanunsuz hesab edilməsi,Ərizəçi MMC və “xxxx” MMC-nin həmin binanın idarə etməsindən kənarlaşdırılması, həmin binaya dair bütün sənədlər, açarlar və idarəetmə ilə bağlı digər aidiyyəti əmlak, binanın mühəndis-kommunikasiya sistemləri (isti su, qaz, elektrik və istilik enerjisi) qazanxanalar, liftlər, ümumi sanitar qovşaq, təhlükəsizlik və giriş sistemləri, zirzəmi və parking sahələri (oradan binanın ümumi kommunikasiya xətləri keçməsi və ümumi zibil qablarının yerləşməsi nəzərə alınaraq), ümumi istifadə təyinatlı sahələr, çoxmənzilli binanın ümumi əmlakı hesab edilən digər obyektlərin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən icraata götürülmüşdür. Cavabdeh “X7” MMC müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, mövcud vəziyyətin saxlanılması məqsədi ilə mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ev 15 (yeni qaydalarla: AZ 1025, ünvan 1) ünvanında yerləşən qazanxanada 4 qazandan ikisinə münasibətdə qeyriyaşayış sahələrinə isti su və istiliyin veriməsinin dayandırılması və qeyri-yaşayış sahələrinə qanunsuz bildirişlər göndərilməsinin iddiaçı cavabdeh1 MMMC-yə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslarına görə, iddiaçı MMMC Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ev 15 (yeni qaydalarla: AZ 1025, ünvan 1) ünvanında mülki iş üzrə yekun qərarın çıxarılmamasına əhəmiyyət vermədən, heç bir qanuni səlahiyyətlərinin olmamasına baxmayaraq, xidmət müqaviləsinin bağlanması və kommunal xidmətlərin təminatı barədə mülkiyyətçilərə bildirişlərin göndərilməsini həyata keçirir. Cavabdehin yuxarıda qeyd edilən ünvanda yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə qüvvədə olan xidmət müqavilələri mövcud olduğuna görə və idarəetmənin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə məhkəmə mübahisəsi üzrə yekun qərar çıxarılmadığından, iddiaçı cavabdeh1 MMMC-nin mənzil və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə bildirişlərin göndərilməsi qanunsuz müdaxilə kimi qiymətləndirilməklə, qarşısı alınmalıdır. Eyni zamanda mövcud vəziyyətin saxlanılması məqsədi ilə mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ev 15 (yeni qaydalarla: AZ 1025, ünvan 1) ünvanında yerləşən qazanxanada 4 qazandan ikisinə münasibətdə qeyri-yaşayış sahələrinə isti su və istiliyin veriməsinin dayandırılması və qeyri yaşayış sahələrinə qanunsuz bildirişlər göndərilməsi iddiaçı cavabdeh1 MMMC-yə qadağan edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-**(*-***)-**/**** saylı qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə mübahisəyə baxılıb yekun vurulanadək Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ev 15 (yeni qaydalarla: AZ 1025, ünvan 1) ünvanında yerləşən qazanxanada 4 qazandan ikisinə münasibətdə qeyri-yaşayış sahələrinə isti su və istiliyin veriməsinin dayandırılması və qeyri-yaşayış sahələrinin sahiblərinə bildirişlər göndərilməsi cavabdeh1 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qadağan olunması qərara alınmışdır. Həmin qərardaddan şikayət verilmiş Bakı Apellyasiya Məhkəməsinin **(*-*)-***/**** saylı ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilmiş, ərizə rədd edilmişdir. Lakin bütün bunlara baxmayaraq iddiaçı yenidən eyni məzmunlu ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş,apelyasiya məhkəməsinin qərardadı ilə bağlı hər hansı bir məlumat vermədən məhkəməni aldadaraq ərizəsinin təmin edilməsinə nail olmuşdur. Hesab edirik ki, ərizə tamamilə əsassızdır və yuxarı instansiya məhkəmələrinin artıq həll etmiş olduqları məsələlərin ziddinə çıxarılmışdır. Belə iddiaçı fəaliyyətinin qanunsuz olması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin və AR Ali Məhkəməsinin qanuni qüvvəsinə almış qərarları mövcuddur. Bu səbəbdən də qərardad ləğv edilməli, ərizənin rədd olunmasına dair yeni qərardad qəbul edilməlidir. Məhkəmənin ərizəni təmin etməsi birbaşa olaraq iddiaçının hüquq, mənafe və maraqlarına toxunur. Belə ki, həm məhkəməyə, həm də cavabdehlərə məlumdur ki, cavabdehlərin idarə etmə ilə bağlı faəliyyətləri qanunsuz hesab edilməklə, onların idarəetmədən kənarlaşdırılması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi Ali Məhkəmənin qərarı ilə qüvvədə saxlanılmışdır. Hazırkı iddiada qazanxanalar ilə bağlı məsələ qaldırılsa da, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2026-cı il tarixli qərardadı ilə qətnaməyə izah verilmiş, qazanxanaların dördünün də iddiaçıların ümumi əmlakına aid olması öz təsdiqini tapmışdır. Cavabdehlərin fəaliyyətlərinin qanunsuz hesab edildiyindən idarətmə ilə bağlı istənilən hərkətləri etibarsız olduğundan iddiaçının binanın yeganə idaəedicisi kimi qeyri-yaşayış sahələrinin sahiblərinə xəbərdarlıq məzmunlu bildirişlərin göndərilməsinə və onlara (qeyri-yaşayış sahəsinin sahiblərinə) isti su və istilikdən istifadəyə üçün hər hansı məhdudiyyətlər tətbiq edilməsinə məhdudiyyətlər qoyulması idarəçinin iş fəaliyyətinə lüzumsuz müdaxilədir. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsinin **(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə ərizədə qeyd edilən məsələlər öz həllini tapmışdır. Yekunda Bakı şəhəri Xətai Rayon məhkəməsi qərardad qəbul edərkən həm mütənasiblik prinsipinə cavab verməmiş, həm də yuxarı instansiya məhkəmələri tərəfindən fəaliyyəti qanunsuz hesab edilən cavabdehlərin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına şərait yaratmışdır. Çünki məhkəmənin bu qərardadı bina sakinləri arasında cavabdehin fəaliyyətinin qanuni görüntüsü yaratmış, kommunal və digər haqqların onların tərəfindən qanunsuz olaraq toplanmasına və iddiaçı tərəfindən qanuni hərəkətlər edilməsinə (müvafiq bildirişlərin göndərilməsi ilə bina sakinlərin məlumatlandırılması) əsassız və zərərli müdaxilə edilmişdir. Iddaçın və bütünlükdə bina sakinlərinin idarəetmə ilə bağlı azadlığını məhdudlaşdırmaqla onları həddən artıq yükə məruz qoymuşdur.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Maddə 157.4. Iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

9. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsaslar mövcuddur.

11. Birinci instansiya məhkəməsi ərizənin təmin olunması qənaətinə gələrkən yalnız müvəqqəti təminat tədbiri barədə MPM-nin normalarını sadalamaqla kifayətlənmiş, heç bir əsaslandırma aparmamışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ev 15 (yeni qaydalarla: AZ 1025, ünvan 1) ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarə edilməsinə dair fəaliyyətinin qanunsuz hesab edilərək Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin binanın idarəetməsindən kənarlaşdırılması, həmin binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi, Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212ci məhəllə, ev 15 (yeni qaydalarla: AZ 1025, ünvan 1) ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 1B blokundakı liftə quraşdırılmış kart sistemi qurğusunun sökülməsi öhdəliyinin Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinə və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunması qət edilmişdir.

13. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadına əsasən ərizə təmin olunaraq qətnaməyə aşağıdakı məzmunda izah verilmişdir: “Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin nəticəvi hissəsində təhvil verilməli olan “digər aidiyyəti əmlak” ifadəsi qazanxananın da təhvil verilməsini nəzərdə tutur.”

14. Hazırkı ərizənin mahiyyətini Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ev 15 (yeni qaydalarla: AZ 1025, ünvan 1 ünvanında yerləşən qazanxanada 4 qazandan ikisinə və 4 qeneratordan ikisinə münasibətdə qeyri-yaşayış sahələrinə elektrik enerjisi, isti su və istiliyin veriməsinin dayandırılması və qeyri yaşayış sahələrinə qanunsuz bildirişlərin göndərilməsinin iddiaçı cavabdeh1 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qadağan edilməsi təşkil edir.

15. Yəni, qanuni qüvvəyə minmiş qətnaməyə əsasən Ərizəçi MMC-nin idarəetmədən kənarlaşdırılması və həmin qətnaməyə izah verilməsi barədə qərardada əsasən təhvil verilməli olan “digər aidiyyəti əmlak” ifadəsinin qazanxananın da təhvil verilməsini nəzərdə tutması qərara alınsa da, birinci instansiya məhkəməsi məhz həmin qazanxanada olan 4 qazandan ikisinə və 4 qeneratordan ikisinə münasibətdə qeyriyaşayış sahələrinə elektrik enerjisi, isti su və istiliyin veriməsinin dayandırılmasını “xxxx” ASC-yə və cavabdeh1 MMMC-yə qadağan etmişdir. Halbuki, sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı əsasında binada idarəedici təşkilat olaraq cavabdeh1 MMMC seçilmiş və qərardada əsasən qeyd olunan hərəkətlər məhz idarəedici təşkilata qadağan edilmişdir.

16. MPM-nin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

17. Müvəqqəti təminat tədbirinin tətbiqi əsasını özündə əks etdirən bu normanın tələbi baxımından ərizənin “qeyri yaşayış sahələrinə qanunsuz bildirişlərin göndərilməsinin qadağan edilməsi” hissəsinin hansı əsaslarla təmin olunmasının məqsədi ümumiyyətlə məhkəmə kollegiyasına aydın deyildir. Yəni, bildirişin göndərildiyi təqdirdə ərizəçinin hansı hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsini) mümkün olmayacağı və əhəmiyyətli dərəcədə çətinləşəcəyi ilə bağlı müvəqqəti təminat tədbiri barədə ərizədə heç bir əsaslandırma aparılmasa da, birinci instansiya məhkəməsi özü də əsaslandırma aparmadan, bu qadağanın tətbiqi məqsədini araşdırmadan ərizənin bu hissədə də təmin olunması qənaətinə gəlmişdir.

18. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri qərardadın tam ləğvinə əsas verir. Buna görə də qərardad tam ləğv edilərək müvəqqəti təminat tədbiri barədə ərizə təmin olunmamalıdır.

19. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından maraqlı şəxs cavabdeh1 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ləğv edilsin. Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar