Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-358/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Səadət Rəşid qızı Səlimovadan ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun evində gecə qalmaları şərti ilə hər həftənin şənbə günü saat 11.00-dan bazar günü saat 14.00-dək, hər il məzuniyyət müddəti ərzində 15 gün, məktəb tətilləri və uzunmüddətli bayram günlərində (Yeni il və Novruz bayramı) ardıcıl olaraq 2 gün, ad günündə - hər il 04 aprel tarixində 1 gün gecə evində qalmaları şərti ilə övladları ##.##.2016-cı il təvəllüdlü X1 və ##.##.2020-ci il təvəllüdlü X2 ilə ünsiyyətdə olmağına və görüş günləri saat 11-də cavabdeh Maraqlı şəxs yaşadığı ünvanda iddiaçı Ərizəçi uşaqların təhvil verilməsinin, istənilən vaxt övladları ilə videogörüntülü danışmağının təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə təqdim edərək, e- *(*-***)-****/**** saylı mülki işin mahiyyəti üzrə həllinədək Maraqlı şəxs tərəfindən ərizəçi Ərizəçi uşaqları ilə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət mevəqqəti təminat tədbirinin görülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin olunmuş, Ərizəçi övladları ##.##.2016-cı il təvəllüdlü X1 və ##.##.2020-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 11:00-dan 15:00-dək ünsiyyətdə olmasına maneçilik törətməsi Maraqlı şəxs qadağan edilmişdir. Maraqlı şəxs Maraqlı şəxs ##.##.2026-cı il tarixdə elektron qaydada məhkəməyə şikayət ünvanlayaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026- cı il tarixli, e-**(*-***)- ***/**** nömrəli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərardadını “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli, *-**/**** nömrəli Qərarında təsbit edilmiş “yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısının alınması” məqsədi ilə əsaslandıraraq, Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsinin mümkünlüyü qənaətinə gəlmişdir. Məhkəmə işə baxarkən əsaslandığı hüquqi aktların və qanunvericiliyin tələblərini, habelə maddi və prosessual hüquq normalarının məzmununu birtərəfli təfsir etməklə, işin hallarını tam araşdırmadan gəldiyi yanlış nəticə əsasında, faktiki olaraq ərizəçinin xeyrinə qərardad qəbul etmişdir. Məhkəmə onu qəbul edərkən ərizələri səhv salmış və səhvən müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin əvəzinə iddia ərizəsinin məzmununa istinad etməklə iddiaçının iddia tələblərindən birini qismən təmin etmişdir. Belə ki, Ərizəçi ərizəsinin qismən təmin olunma əsası kimi məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli, *-**/**** nömrəli Qərarının 7.1-ci bəndində deyilir: “Məhkəmələrə izah edilsin ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş müvəqqəti təminat tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq uşaq yanında olan tərəfə digər tərəfin uşağı (uşaqları) ilə məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət müvəqqəti təminat tədbirinin görülməsinə dair vəsatətə baxılarkən uşağı tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olubolmamasına qiymət verilməlidir.”. Göründüyü kimi, Ali Məhkəmənin Plenumunun göstərilən Qərarının istinad olunan bəndində yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddətdə uşaqlarla valideynlərin ünsiyyətindən bəhs olunur və bu zaman uşağı tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməsi tələb edilir. Məlum olduğu kimi, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə uşaqların məhz ananın, yəni Maraqlı şəxs yanında qalmaları qət edilmişdir və qətnamədə də qeyd olunduğu kimi, Ərizəçi buna etiraz etməmişdir, qətnamə isə qanuni qüvvəsini almışdır. Beləliklə, məhkəmə müvəqqəti təminat tədbirinin tətbiqi barədə verilmiş ərizəni qismən təmin edərkən Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan ##.##.2016-cı il tarixli, *-**/**** nömrəli Qərarının 7.1-ci bəndinə yanlışlıqla istinad etmişdir. Qərardadın məzmununun təhlilindən görünür ki, məhkəmə onu qəbul edərkən ərizələri səhv salmış və səhvən müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin əvəzinə iddia ərizəsinin məzmununa istinad etməklə iddiaçının iddia tələblərindən birini qismən təmin etmişdir. Belə ki, ərizəçi Ərizəçi məhkəmədən e-2(5- ***)-****/**** nömrəli mülki işin mahiyyəti üzrə həllinədək Maraqlı şəxs tərəfindən ərizəçi Ərizəçi uşaqları ilə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət müvəqqəti təminat tədbirinin görülməsi barədə qərardad qəbul edilməsini xahiş etsə də, məhkəmə iddia ərizəsində göstərilən tələblərdən olan “İddiaçı Ərizəçi İlyas oğlunun evində gecə qalmaları şərti ilə hər həftənin şənbə günü saat 11.00-dan bazar günü saat 14.00-dək ünsiyyətdə olmağına dair qətnamə qəbul edilməsi” barədə tələbini qismən təmin edib “Ərizəçi İlyas oğlunun övladları ##.##.2016-cı il təvəllüdlü X1 və ##.##.2020-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 11:00-dan 15:00-dək ünsiyyətdə olmasına maneçilik törətməsinin Maraqlı şəxs qadağan edilməsi” barədə qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.7-ci maddəsinin tələblərinə görə, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Lakin, qanunun bu konkret tələbinə baxmayaraq, məhkəmə öz qərardadı ilə Ərizəçi iddia ərizəsinə mahiyyəti üzrə baxıb qərar qəbul etmişdir. Bu hal isə öz növbəsində qərardadın ləğv edilməsi üçün kifayət qədər ciddi və birbaşa əsaslardan biri kimi çıxış edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli, 8- **/**** nömrəli Qərarının 7.4-cü bəndinin tələblərinə görə, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Bu tələbin mövcudluğunun özü belə ərizəçinin müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı hazırkı müraciətinin təmin olunmasını istisna edir və işə yalnız mahiyyəti üzrə baxılıb qərar verilməsini şərtləndirir. Üstəlik, ##.##.2026-cı il tarixli, e-16(5- ***)-***/**** nömrəli qərardadla ərizəçinin uşaqlarla ünsiyyətdə olmasına N.Ərizəçianın maneçilik törətməsi qadağan edilir və bu zaman uşaqların mənafeyinin təmin olunması baxımından son dərəcə önəmli olan hallar: uşaqların fikri, Ərizəçi mənəvi və sair şəxsi keyfiyyətləri, uşaqların ona bağlılıqları və onunla uşaqlar arasında yaranmış münasibətlər, ünsiyyət zamanı uşaqların tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (peşəsi, iş rejimi, maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla), yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən 6. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər Sıra № Maddi hüquq norması Maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) digər hallar araşdırılmamış qalmışdır. Bu fikrimizi əsaslandırmaq üçün ərizəçinin özünün etiraf etdiyi sadə bir məqama diqqət yetirmək kifayətdir; o, məhkəməyə ərizə ilə müraciət edənə qədər ötən 1 il ərzində uşaqlarla heç bir ünsiyyətinin olmamasını 2025-ci ilin mart ayında qəbul olunmuş məhkəmə qərarının ona pis təsir etməsi ilə əlaqələndirmişdir. Lakin, məhkəmə iş üçün çox mühüm olan bu xüsusata diqqət yetirmədən, qərarını uşaqların ərizəçinin arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyuması, ünsiyyət bağlarının kəsilməsinin qarşısının alınması məqsədi ilə əlaqələndirmişdir. Bu zaman təbii sual yaranır ki, 1 il ərzində aralarında heç bir ünsiyyət olmayan valideynlə uşaqların onsuz da soyuq olan münasibətlərinin daha nə qədər soyumasından və aralarındakı bağların kəsilməsindən söhbət gedə bilər? Ona görə də, yuxarıdakı fikrimizə qayıdaraq bir daha bildiririk ki, Ali Məhkəmənin Plenumunun göstərilən Qərarının istinad olunan bəndində yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddətdə uşaqlarla valideynlərin ünsiyyətindən bəhs olunur. Ərizəçi mənəvi və sair şəxsi keyfiyyətləri, uşaqların ona bağlılıqları və onunla uşaqlar arasında yaranmış münasibətlər, ünsiyyət zamanı uşaqların tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (peşəsi, iş rejimi, maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla), yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallarla bağlı məhkəmənin qərarına ciddi təsir göstərə biləcək təsdiqedici materiallar (video və digər faktlar) məhkəməyə bu şikayətə qoşma olaraq ayrıca ərizə ilə təqdim ediləcəkdir. İnanırıq ki, həmin materialların təhlili məhkəmədə, həm ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadın ləğvi, həm də e- 2(5-101)- ****/**** nömrəli mülki iş üzrə iddianın rədd edilməsi barədə əminlik yaradacaqdır. Beləliklə hesab edirəm ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqi barədə verilmiş ərizəni qismən təmin edərkən Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən ##.##.2016-cı il tarixli, *-**/**** nömrəli Qərarının 7.1-ci bəndinə yanlışlıqla istinad etmişdir. Həmin məhkəmənin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə uşaqların məhz ananın, yəni Maraqlı şəxs yanında qalmaları qət edilmişdir və qətnamədə də qeyd olunduğu kimi, Ərizəçi buna etiraz etməmişdir, qətnamə isə qanuni qüvvəsini almışdır. Ali Məhkəmənin Plenumunun göstərilən Qərarının istinad olunan bəndində yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddətdə uşaqlarla valideynlərin ünsiyyətindən bəhs olunur. Bundan əlavə, məhkəmənin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadının məzmununun təhlilindən görünür ki, məhkəmə onu qəbul edərkən ərizələri səhv salmış və səhvən müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin əvəzinə iddia ərizəsinin məzmununa istinad etməklə iddiaçının iddia tələblərindən birini qismən təmin etmişdir. Bu hallar qərardadın ləğv edilməsi üçün ciddi və birbaşa əsaslar kimi çıxış etdiyindən, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı ləğv olunmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maraqlı şəxs Maraqlı şəxs məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(5-101)- ***/**** nömrəli qərardadından ##.##.2026-cı il tarixində Bakı şəhəri Sabunçu rayon məhkəməsinə şikayət vermişdir. Şikayətdə ərizəçi Ərizəçi mənəvi və sair şəxsi keyfiyyətləri, uşaqların ona bağlılıqları və onunla uşaqlar arasında yaranmış münasibətlər, ünsiyyət zamanı uşaqların tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (peşəsi, iş rejimi, maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla), yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallarla bağlı məhkəmənin qərarına ciddi təsir göstərə biləcək təsdiqedici materialların (video və digər faktların) məhkəməyə bu şikayətə qoşma olaraq ayrıca ərizə ilə təqdim ediləcəyini bildirmişdir. Video materialların elektron məhkəmə sistemi üzərindən təqdim edilməsi mümkün olmadığından, bu ərizəyə əlavə olaraq məhkəməyə fiziki daşıyıcıda təqdim ediləcəkdir. Digər faktlar isə aşağıdakılardan ibarətdir: 1) Bakı şəhəri Yasamal rayon məhkəməsinin ##.##.2025-ci il tarixli, 3(004)- ****/**** saylı qərarının məzmunundan da aydın şəkildə göründüyü kimi (qərar əlavə olunur), ##.##.3035-ci il tarixində ərizəçi onu döyərək bədən xəsarəti yetirmiş və buna görə də barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Ərizəçi həmin qərardan şikayət verməmiş, başqa sözlə, əməli törətdiyini etiraf etmişdir. Məhkəməyə təqdim etdiyi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizədə isə həmin cərimənin şər və böhtan nəticəsində tətbiq olunduğunu bildirir; 2) Məhkəməyə təqdim olunan videomateriallardan birində Ərizəçi azyaşlı uşaqlarımızı kaska, şlem və digər hər hansı qoruyucu vasitə olmadan motosikletə mindirib sürdüyü aydın müşahidə olunur. Qəti etirazına baxmayaraq, uşaqları həmin motosikletlə magistral yola çıxarmışdır. Ümumiyyətlə o, demək olar ki, bütün birgə həyatı boyu həm ona, həm də övladlarına böyük təhlükə törədən məsuliyyətsiz hərəkətlərə mütəmadi olaraq yol vermişdir. Bunlar isə öz növbəsində onun uşaqlarla ünsiyyət hüququnun məhdudlaşdırılmasına ciddi əsas yaradan hallar kimi qəbul edilməlidir. 3) Digər videomaterialda Ərizəçi növbəti və az qorxulu olmayan məsuliyyətsiz davranışı əks olunub; o, boşandıqdan az sonra eyni vaxtda 3 ədəd ilanı evə gətirib uşaqlara oynamaq üçün verib və burada hər hansı qeyri-adi halın olmadığını iddia edirdi. Yalnız israrlı təkidlərdən (videoda qışqırığı aydın şəkildə eşidilir) sonra məcbur olub ilanları evdən aparıb. Onun bu hərəkətindən sonra sanitar epidemioloji mərkəzdən dezinfeksiya üçün evə gələn mütəxəssislər belə hallarda mənzildə 3 ayadək bir vaxtda yaşanılmasının düzgün olmadığını bildirmişdilər, lakin, başqa yaşayış yeri olmadığı üçün mənzili dezinfeksiya etdirib yaşamağa məcbur olmuşlar. 2 4) ##.##.2018-ci il tarixində Yeni Günəşli qəsəbəsində kirayədə yaşadığı evin yaxınlığında Ərizəçi ehtiyatsızlığı nəticəsində ölümlə nəticələnə biləcək təhlükəli hadisə baş vermişdi. O, cavabdehi və azyaşlı qızını köhnə BMW markalı avtomobildə qoyaraq kapotu açmışdır. Avtomobil arxaya – eniş istiqamətində hərəkət etməyə başlamışdır. İkinci cəhddə qapını açaraq qızını qucağında avtomobildən tullana bilmişdi. Avtomobil dağdan aşağı, Suraxanı yolu tərəfə yuvarlanaraq məhv olmuşdur. Hadisə nəticəsində üz nahiyəsindən və bədəninin müxtəlif hissələrindən xəsarətlər almışdır. O, təcili yardım çağırmaq istəmədiyi üçün qonşular və valideynləri klinikaya aparmışdır. Sonradan polis əməkdaşları da hadisə yerinə gəlmişdir. 5) Sosial ipoteka proqramı ilə aldığım yeni mənzilə köçdükdən sonra, 2019-cu ilin dekabr ayında 4 yaşına çatmamış qızının gözü qarşısında 5 dəqiqə ərzində üç qapını (zal, mətbəx və ayaqyolu) sındırmışdır. Həmin vaxt o 6 aylıq hamilə idi. 6) 2020-ci ilin iyun ayında oğlunun hələ 40 günü tamam olmamış, qızım isə 4 yaşında ikən, Ərizəçi cavabdehi namaz qıldığına görə aqressiv şəkildə tənbehləyərək Quranı cırmış və xırdalayaraq məhv etmişdir. Həmin dövrdə cavabdeh südverən ana idi. 7) ##.##.2021ci il tarixində oğlunun 1 yaşı münasibətilə restoranda təşkil olunmuş ad günü mərasiminə qatılmamışdır. Bu, ad günündə çəkilmiş fotolarda da aydın şəkildə görünür. 8) 2023-cü ilin oktyabr ayında o, bildirdi ki, qızını (2-ci sinif şagirdi) saat 15:00-da məktəbdən özü götürüb evə gətirəcək. Buna görə də anasına uşağın arxasınca məktəbə getməməsini demişdir. Halbuki, əvvəllər o, heç vaxt qızının məktəbə aparılması və ya məktəbdən gətirilməsi ilə məşğul olmamışdı. Saat 17:00-da iş günü başa çatdıqdan sonra, oğlunu uşaq bağçasından götürməyə getməzdən əvvəl, qızının harada olduğunu və onların artıq evə çatıb-çatmadığını öyrənmək üçün onunla əlaqə saxlamışdır. O isə bildirdi ki, yuxuya qalıb və qızını götürmək üçün məktəbə getməyib. Bu xəbər onda çox güclü stress və narahatlıq yaratmışdır. Dərhal müəllimlərə və məktəbin mühafizə xidmətinə zəng etməyə etmiş, məktəbə tələsərək çatdıqdan sonra uşağı kimin apardığını müəyyən etmək məqsədilə müşahidə kameralarının görüntülərinin yoxlanılmasını xahiş etmişdir. Bu zaman musiqi müəllimi ona zəng etdi, çünki o, cavabdehin zənglərinə cavab vermirdi. O, müəllimə bildirdi ki, qızı onun yanındadır. o, qəsdən yanlış məlumat vermiş və bunu “zarafat” adlandırmışdır. Bu hərəkətlər cavabdehə ağır mənəvi sarsıntı yaşatmış, həmçinin uşağın psixoloji rifahına təhlükə yaratmışdır, çünki uşaq onun telefon vasitəsilə cavabdehi aldatdığını eşitmişdir. 9) İddiaçı 2023-cü ildə psixoloqun qəbulunda olduqlarını və həmin qəbuldan sonra guya psixoloqun cavabdehin bir müddət onun qəbuluna gəlib müalicə almağına ehtiyacı olduğunu bildirir. Onun bu iddiası da tamamilə yalandır və əsassızdır. Belə ki, həmin qəbulun sonunda məhz iddiaçının özündə “obsessiv kompulsiv pozuntu” müəyyən olunmuşdur və bununla bağlı onun göndərdiyi səs yazısı mövcuddur. Həmin səs yazısını da məhkəməyə təqdim edir. Bu hal özü də iddiaçıya uşaqlarla görüş hüququnun verilməsini istisna edən hallardan biri kimi qəbul edilib qiymətləndirilməlidir; 10) 2024-cü ildə (dəqiq tarixi xatırlaya bilmirəm) etirazına baxmayaraq, uşaqları Sədərək yolu ətrafındakı meşəlik əraziyə aparmışdır. Digər bir halda isə qızını öz iş yerinə apararaq orada, hamısı kişi olan iş yoldaşları ilə təklikdə qoyub naməlum istiqamətə getmiş və bir neçə saat sonra geri qayıtmışdır. Hər iki halda uşaqlar möhkəm qorxub stress keçirmişlər. Bu faktları qızı təsdiq edə bilər. 11) ##.##.2025-ci il tarixində razılığı olmadan uşaqları öz anasının evinə aparmış və orada qızını yaşına uyğun olmayan “Saw” (“Pila”) adlı qorxu filminə baxmağa məcbur etmiş, 4 yaşlı oğlunu isə yarımçıq tikilidə nəzarətsiz qoymuşdur. Bunu yalnız qızı ona öz telefonundan video zəng edib danışdıqda bilmiş və çox çək-çevirdən sonra uşaqları evə qaytarmağa razı olmuşdur. Bu faktı qızı təsdiq edə bilər. A. Q.Quliyevin uşaqlarla ünsiyyət hüququnu istisna edən digər çoxsaylı faktlar da mövcuddur, məsələn, ötən bir il ərzində onlarla ümumiyyətlə maraqlanmamış, ad günlərində, bayramlarında və digər tədbirlərində iştirak etməmişdir. Heç vaxt uşaqların təhsil və inkişaf prosesi ilə maraqlanmamışdır, hansı idman növü ilə məşğul olmaqlarından, məşğələlərə getdiklərindən xəbəri olmamışdır. Uşaqların müəllimlərinin adlarını, qiymətlərini və təhsil göstəricilərini bilməmişdir. Onların allergiyası və qida üstünlükləri barədə daim məlumatsız olmuşdur. Ailəni maddi cəhətdən faktiki təmin etməmişdir, evdə mütəmadi münaqişələr yaratmış, əşyaları və telefonlarını sındırmışdır. Uşaqlara evdə baş verənlər barədə danışmağı qadağan etmişdir. Bir ana olaraq məhkəmədən xahiş edir ki, azyaşlı uşaqlarının psixoloji vəziyyəti və yaşadıqları qorxu və stress halları xüsusi diqqətlə nəzərə alınsın. Xüsusilə qeyd edir ki, uşaqlar atasının davranışları nəticəsində təhlükə, qorxu və narahatlıq hissi keçirmiş, bu hallar onların özlərini təhlükəsiz hiss etmələrinə ciddi şəkildə mane olmuşdur. Hesab edir ki, məhkəmə qərar qəbul edərkən uşaqların üstün mənafeyini, onların yaşadıqları psixoloji gərginliyi və gələcək sağlam inkişaf ehtiyaclarını əsas meyar kimi nəzərə almalıdır. Ümid edirəm ki, qeyd olunanlar Bakı şəhəri Sabunçu rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadının ləğvi üçün yetərli əsas kimi qəbul ediləcəkdir və qərardad ləğv ediləcəkdir. Evli olduqları dövrdə və ondan sonrakı davranışları barədə daha geniş fakt və məlumatları e-*(*- ***)-****/**** nömrəli mülki işə baxılarkən məhkəməyə təqdim edəcəkdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 158.1.2.-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2.8-ci bəndində Məhkəmələrə izah edilmişdir ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş müvəqqəti təminat tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət müvəqqəti təminat tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir. Kollegiya hesab edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş müvəqqəti təminat tədbirinin görülməsi mümkündür. Ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mübahisənin həllinədək Ərizəçi övladı ##.##.2016-cı il təvəllüdlü X1 və ##.##.2020-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 11:00-dan 15:00-dək ünsiyyətdə olmasına maneçilik törətməsi Maraqlı şəxs qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-6)-358/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-358/2026
03.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver