Məhkəmə qərarları › İş №e-16(3-6)-359/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-359/2026

04.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-359/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi İsmayıl oğlunun müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: müvəqqəti təminat tədbirinin tətbiqi barədə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, Ərizəçi Ərizəçi İsmayıl oğlunun müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi İsmayıl oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etd Birinci instansiya məhkəməsində icraat Ərizəçi Əliyev İsmayıl Məhəbbət oğlu müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şosesi, giriş 120 ünvanda (köhnə qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küç., ev 9C) yerləşən 0.038380 ha torpaq sahəsində Ərizəçi İsmayıl oğlu tərəfindən tikinti-təmir işlərinin aparılmasına hər hansı bir şəkildə maneənin yaradılması və həmin torpaq sahəsinə daxil olmasının Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi, ev 9 ünvanında qeydiyyatda olan Cavabdeh (AA*******) qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi, ev 9C yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbsi, Şəhər Şosessi, giriş 120 ərazisində yerləşən 0.038380 ha torpaq sahəsi daşınmaz əmlakın 005013030787-10301 reyestr nömrəsi ilə onun adına qediyyatdan keçmiş və Dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Həmin ünvanda yerləşən torpaq sahəsinin üzrərində xüsusi mülkiyyət hüququ ilə 316 kv.m mənzil mövcud olmuş, həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə təmir-tikinti işlərinə başlanılmışdır. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının ## ###### 2026-cı il tarixli ** nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, giriş 120, köhnə ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi, ev 9C ünvanında yerləşən evin qeyri-yaşayış sahəsinə keçirilməsi, yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı layihəsi təsdiq olunması, yaşayış evindən qeyri-yaşayış sahəsi kimi istifadə olunarkən yükdaşıyıcı konstruksiya elementlərə toxunulmaması, sanitariya və yanğından mühafizə norma və qaydalarına riayət olunmasının təmin edilməsi qərara alınmışdır. Həmin torpaq sahəsində tikinti-təmir işləri aparılarkən, Cavabdeh adlı şəxs qanunsuz olaraq ona heç bir aidiyyəti olmadığı halda tikinti işlərinin aparılmasına müdaxilə edir, tikinti sahəsinə daxil olur, işçilərin fəaliyyətinə maneə yaradır və müxtəlif təzyiq vasitələri ilə tikintinin aparılmasını qeyri-mümkün edir. Hazırda Cavabdeh qanunsuz hərəkətləri və müdaxiləsi nəticəsində tikinti işləri dayandırılmışdır. Cavabdeh iddiasına görə ərazidə aparılan təmir-tikinti işlər onun hüquqlarını pozur. Bununla bağlı isə sonuncu tərəfindən hər hansı bir rəsmi sənəd təqdim olunmur. Gələcəkdə torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi ilə bağlı yaxın günlərdə iddia qaldıracaqdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** saylı qərardadı ilə ərizəçi Əliyev İsmayıl Məhəbbət oğlu tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi Əliyev İsmayıl Məhəbbət oğlunun müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsi ilə müəyyən edilir ki, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi ilə bağlı yaxın günlərdə iddia qaldıracaqdır. Bu isə onu təsdiq edir ki, ərizəçi Əliyev İsmayıl Məhəbbət oğlu ilə cavabdeh Cavabdeh arasında torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi ilə bağlı mübahisə vardır. Müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarı ilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə müvəqqəti təminat tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə olan halda sərhədləri mübahisəli olan torpaq sahəsində aparılan tikinti-təmir işlərinə cavabeh tərəfindən hər hansı bir şəkildə maneənin yaradılması və həmin torpaq sahəsinə daxil olmasının qadağan edilməsi müvəqqəti təminat tədbirinin mahiyyətinə zidd olardı. Ona görə ki, müvəqqəti təminat tədbiri o halda tətbiq edilir ki, müvəqqəti təminat tədbiri tətbiq edilmədən cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmasın və ya əhəmiyyətli dərəcədə çətinləşsin. Məhkəmə onu da qeyd etmişdir ki, ərizənin məzmunundan görünür ki, İsmayıl Əliyevin ərizəsində cavabdeh kimi göstərdiyi şəxsdən tələbi onun tərəfindən aparılıan tikinti təmir işlərinə mane olmamasıdır. Hansı ki, bu müstəqil iddia tələbidir və iddiaçı həmin şəxslərə qarşı sözügedən maneələrin qadağan edilməsinə dair iddia qaldırmalıdır. Lakin hazırkı ərizənin xahiş hissəsindən görünür ki, ərizəçi bu qadağanın müvəqqəti təminat tədbiri kimi tətbiq edilməsini xahiş edir. Məhkəmə isə hesab etmişdir ki, bu cür bir müvəqqəti təminat tədbirinin tətbiqi işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi deməkdir ki, heç bir müvəqqəti təminat tədbirinin tətbiqi bunu nəticələnməməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmçinin iş materiallarında iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi Əliyev İsmayıl Məhəbbət oğlu tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə təmin edilməməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** saylı qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** saylı qərardadında yol verilmiş yanlışlıq düzəldilərək qərardadda qeyd edilmiş “Əliyev İsmayıl Məhəbbət oğlu” sözlərinin “Ərizəçi İsmayıl oğlu” sözləri kimi oxunması qərara alınmışdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** saylı qərardadından ərizəçi Ərizəçi İsmayıl oğlu şikayət verərək qərardadın ləğv edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbsi, Şəhər Şosessi, giriş 120 ünvanda (köhnə qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi, ev 9C) yerləşən 0.038380 ha torpaq sahəsində Ərizəçi İsmayıl oğlu tərəfindən tikinti-təmir işlərinin aparılmasına hər hansı bir şəkildə maneənin yaradılmasının və həmin torpaq sahəsinə daxil olmasının Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi, ev 9 ünvanında qeydiyyatda olan Cavabdeh (AA*******) qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müvəqqəti təminat tədbiri ilə bağlı tərəfindən ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət olunaraq, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbsi, Şəhər Şosessi, giriş 120 ünvanda (köhnə qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi, ev 9C) yerləşən 0.038380 ha torpaq sahəsində Ərizəçi İsmayıl oğlu tərəfindən tikinti-təmir işlərinin aparılmasına hər hansı bir şəkildə manənin yaradılması və həmin torpaq sahəsinə daxil olmasının Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi, ev 9 ünvanında qeydiyyatda olan Cavabdeh (AA*******) qadağan edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsində qeyd olunmuşdur ki, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, giriş 120 ünvanında yerləşən 316 kv.metr ibarət fərdi yaşayış evi və onun üzərində yerləşən 0.038380 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir və həmin torpağa və evə mülkiyyət hüququ dövlət qeydiyyatı ilə təsdiq edilmişdir. Təmir-tikinti işləri aparmaq istədiyi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, giriş 120 ünvanında mənə məxsus olan 0.038380 ha torpaq sahəsinin üzərində yerləşən 316 kv.metr fərdi yaşayış evi heç vaxt hər hansı bir mübahisə predmeti olmamışdır. Hal-hazırda təmir-tikinti işlərinin aparılmasının nəzərdə tutulan fərdi yaşayış evinin Cavabdeh aid olmamışdır. Ümumiyyətlə Cavabdeh həmin ərazidə mülkiyyətində və istifadəsində hər hansı toraq sahəsi, ev, mənzil mövcud deyildir. Bundan başqa bildirilir ki, torpaq sahəsi və mənzil hal-hazırda onların istifadəsində və mülkiyyətindədir. Cavabdeh tərəfindən həmin torpaq sahəsi və mənzil zəbt olunmamış, yalnız tikinti işləri gedərkən sonuncu qanunsuz olaraq torpaq sahəsinə daxil olur, ustaların və fəhlələrin iş görməsinə maneələr yaradır. Ona görə də hakimin qərardadda göstərdiyi kimi ona qarşı müstəqil tələb irəli sürülməyi ilə bağlı xüsusatlar qanunsuz və əsassızdır. Hazırki halda cavabdehin qanunsuz müdaxiləsi davam edir və bu onun hüquqlarının həyata keçirilməsini əhəmiyyətli dərəcədə çətinləşdirir. Tələb edilən tədbir mübahisənin mahiyyəti üzrə həlli deyil, yalnız mövcud vəziyyətin qorunmasına yönəlmişdir. Məhkəmə tərəfindən cavabdehin hüquqlarını təsdiq edən və ərazinin zəbt edilməsi barədə hər hansı sübutun olmamasını nəzər almamışdır. Əksinə müvəqəti təminat tədbirinin tətbiq edilməməsi hüquqlarının pozulmasının davam etməsinə şərait yaradır. Ona görə də hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərardadı tamamilə əsassız və qanunsuz olmuşdur. Bundan əlavə, məhkəmə tərəfindən buraxılmış mühüm prosessual pozuntu da mövcuddur. Belə ki, qərardadda onun adı səhv göstərilərək, adının əvəzinə atasının adı kimi qeyd edilmişdir. Bu hal məhkəmə sənədinin düzgün tərtib olunmamasını göstərir və işin hallarına diqqətsiz yanaşıldığı təsdiq edilir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. İşə baxan məhkəmə qeyd olunan prosessual hüquq normasının tələblərini kobud surətdə pozaraq, qərardad qəbul etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** saylı qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi İsmayıl oğlu tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikаyətin işlə birlikdə bаxılmаsı üçün 7 (yeddi) gün müddətində Bakı Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Ərizəçi Ərizəçi İsmayıl oğlunun şikayətinə qarşı maraqlı şəxs Cavabdeh etirazı onunla əsaslandırılmışdır ki, şikayətlə tanış olduqdan sonra hesab edir ki, həmin şikayət tamamilə əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, ərizəçinin məhkəməyə müraciətinin mahiyyəti müvəqqəti təminat tədbirinin tətbiqi adı altında faktiki olaraq mübahisəli ərazi üzərində üstün hüquqi vəziyyət əldə etmək və uzun illər həmin ərazidə yaşayan şəxsin, yəni onun və ailə üzvlərinin faktiki istifadəsini məhdudlaşdırmaq cəhdindən ibarətdir. Belə ki, ərizəçi öz müraciətində tərəflər arasında torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi ilə bağlı mübahisənin mövcudluğunu şəxsən etiraf etmişdir. O, yaxın günlərdə torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi barədə iddia qaldıracağını bildirmişdir. Bu etirafın özü tərəflər arasında hüquqi mübahisənin mövcud olduğunu təsdiqləyən birbaşa sübutdur. Buna baxmayaraq, ərizəçi eyni zamanda məhkəmədən cavabdehin mübahisəli hesab edilən əraziyə daxil olmasının qadağan edilməsini tələb edir. Belə bir mövqe nə məntiqə sığır, nə də prosessual qanunvericiliyin tələblərinə uyğun gəlir. Ərizəçinin tələbi əslində müvəqqəti təminat tədbiri deyil, mübahisənin mahiyyəti üzrə qabaqcadan qərar qəbul edilməsinə yönəlmiş əsassız cəhddir. Çünki sərhədləri müəyyən edilməmiş və tərəflərin hüquqlarının həcmi məhkəmə tərəfindən hələ müəyyən olunmamış əraziyə cavabdehin daxil olmasının qadağan edilməsi faktiki olaraq həmin ərazi üzərində ərizəçinin müstəsna hüquqa malik olduğunun əvvəlcədən qəbul edilməsi deməkdir. Elə bu səbəblə də, mümkün deyildir ki, şikayət təmin edilsin və onun hüquqları əsassız şəkildə məhdudlaşdırılsın. Xüsusilə vurğulanmalıdır ki, o, ailə üzvləri ilə birlikdə otuz ildən artıq müddət ərzində həmin ərazidə yerləşən yaşayış evində yaşayır. İnkar edilməz faktdır ki, şahidləri də qeyd olunan fərdi yaşayış evindən uzun illərdir istifadə etdiklərini sübut edirlər. O, ailə üzvləri ilə birlikdə həmin evdə qeydiyyatdadırlar. Fevral ayında onlara məlum olmuşdur ki, qonşuluqda yaşayan şəxs qeyd olunan ərazini Ərizəçi İsmayıl oğluna satmışdır. Ərizəçi İsmayıl oğlu tərəfindən texnikalar gətirilmiş və ərazidə müəyyən təmir-tikinti işlərinə başlanılmışdır. Bununla yaxınlığında yerləşən bizə məxsus torpaq sahəsi yararsız vəziyyətə salınmışdır və ciddi ziyan vurulmuşdur. Qarşı tərəf özbaşına şəkildə onların torpaq sahəsinin yerləşdiyi ərazinin hasarlamış və qapı qoyulmuş hissəsinin qarşısını bağlamağa çalışır. Bu özbaşınaqlıqlara müdaxilə etməyə və qarşısını almağa çalışsa da, Ərizəçi İsmayıl oğlu ilə heç bir razılıq əldə edə bilməmiş, sonuncu qanunsuz hərəkətlərini etməyə davam etmişdir. Belə ki, Ərizəçi İsmayıl oğlu çıxarışıla ona məxsus olduğunu qeyd etdiyi torpaq sahəsinə onların illərdir ki, yaşadıqları və məskən saldıqları torpağı da aid edir. Hazırda da əsassız ərizəsi ilə mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün mümkün bütün yollara əl atmağa çalışır. Narahat edici hal ondan ibarətdir ki, qarşı tərəf özünü mübahisəli vəziyyətin iştirakçısı kimi deyil, sanki mübahisənin nəticəsi artıq onun xeyrinə həll edilmiş şəxs kimi aparmağa başlamışdır. Belə ki, o, onların uzun illər ərzində istifadə etdikləri və faktiki nəzarətlərində olan əraziləri də öz çıxarışının əhatə dairəsinə daxil etməyə çalışır, həmin ərazilər üzərində birtərəfli qaydada sərəncam vermək niyyətini açıq şəkildə nümayiş etdirir. Halbuki tərəflər arasında məhz torpaq sərhədləri ilə bağlı mübahisənin mövcud olduğunu ərizəçi özü də etiraf etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, ərizəçinin tələb etdiyi qadağa ayrıca müstəqil iddia predmetidir. Ərizəçi faktiki olaraq gələcəkdə qaldırmalı olduğu iddianı müvəqqəti təminat tədbiri adı altında qabaqcadan təmin etdirməyə çalışır. Bu isə müvəqqəti təminat tədbirinin məqsədinə və beləliklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq normalarına açıq şəkildə ziddir. Şikayətin məzmunu onu göstərir ki, ərizəçi yeni hüquqi əsaslar və ya yeni sübutlar təqdim etmək əvəzinə, yalnız əvvəllər irəli sürdüyü əsassız iddiaları şikayətdə yenidən təkrarlamışdır. Şikayətdə göstərilən hallar məhkəmənin gəldiyi nəticələrin səhv olduğunu deyil, əksinə həmin nəticələrin tam əsaslı və qanuni olduğunu bir daha təsdiq edir. Öz təbiəti etibarilə müvəqqəti təminat tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə olan halda sərhədləri mübahisəli olan torpaq sahəsində aparılan tikinti-təmir işlərinə cavabeh tərəfindən hər hansı bir şəkildə maneənin yaradılması və həmin torpaq sahəsinə daxil olmasının qadağan edilməsi müvəqqəti təminat tədbirinin mahiyyətinə zidd olardı. Ona görə ki, müvəqqəti təminat tədbiri o halda tətbiq edilir ki, müvəqqəti təminat tədbiri tətbiq edilmədən cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmasın və ya əhəmiyyətli dərəcədə çətinləşsin. Göstərilənlərə əsasən Ərizəçi İsmayıl oğlunun şikayətinin təmin edilməməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilir. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Maddə 157.4. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: Maddə 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; Maddə 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; 158.1.7. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizəçi Ərizəçi İsmayıl oğlu tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin seçilməsinə dair ərizə qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, təminat tədbirləri müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. İddia icraatından fərqli olaraq müvəqqəti təminat tədbirləri icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. Çünki, bu icraatın məqsədi tərəflərin mövcud vəziyyətinin və ya mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından və mübahisənin daha da dərinləşməsinin qarşısını almaqdan ibarətdir. Müvəqqəti təminat tədbiri cavabdehin və ya digər şəxslərin hərəkətləri nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasını qeyri-mümkün edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Konstitusiya Məhkəməsi Plenumunun müvəqqəti təminat tədbirləri ilə bağlı hüquqi mövqeyinə görə, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Qərar). Hazırkı iş üzrə tədqiq olunan ilkin sübutlardan müəyyən olunur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışa əsasən sahəsi 316 m2 olan Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi İlyas Aslanov küçəsi *C saylı evə (yeni qaydalarla AZ 1034 Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Çəhər çossesi giriş 120) və 0,038380 ha torpaq sahəsinə dair Ərizəçi İsmayıl oğlunun xüsusi mülkiyyət hüququ ##.##.2025-ci il tarixdə qeydə alınmışdır. Tədqiq olunan sübutlardan daha sonra müəyyən olunur ki, tərəflər arasında torpaq sahəsi ilə bağlı mübahisə olsa da, ərizəçi torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədini məhkəməyə təqdim etmiş, ərizəyə qarşı etirazını bildirən maraqlı şəxs isə özünün hər hansı bir hüquqmüəyyənedici sənədini və ya ərizəçinin torpağa dair qeydə alınan mülkiyyət hüququnu təkzib edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, tərəflərdən hər hansı biri iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişlər. Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Ərizəni təmin etməyən birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsi ilə müəyyən edilir ki, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi ilə bağlı yaxın günlərdə iddia qaldıracaqdır. Bu isə onu təsdiq edir ki, ərizəçi Əliyev İsmayıl Məhəbbət oğlu ilə cavabdeh Cavabdeh arasında torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi ilə bağlı mübahisə vardır. Müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarı ilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə müvəqqəti təminat tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə olan halda sərhədləri mübahisəli olan torpaq sahəsində aparılan tikinti-təmir işlərinə cavabeh tərəfindən hər hansı bir şəkildə maneənin yaradılması və həmin torpaq sahəsinə daxil olmasının qadağan edilməsi müvəqqəti təminat tədbirinin mahiyyətinə zidd olardı. Ona görə ki, müvəqqəti təminat tədbiri o halda tətbiq edilir ki, müvəqqəti təminat tədbiri tətbiq edilmədən cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmasın və ya əhəmiyyətli dərəcədə çətinləşsin. Məhkəmə onu da qeyd etmişdir ki, ərizənin məzmunundan görünür ki, İsmayıl Əliyevin ərizəsində cavabdeh kimi göstərdiyi şəxsdən tələbi onun tərəfindən aparılıan tikinti təmir işlərinə mane olmamasıdır. Hansı ki, bu müstəqil iddia tələbidir və iddiaçı həmin şəxslərə qarşı sözügedən maneələrin qadağan edilməsinə dair iddia qaldırmalıdır. Lakin hazırkı ərizənin xahiş hissəsindən görünür ki, ərizəçi bu qadağanın müvəqqəti təminat tədbiri kimi tətbiq edilməsini xahiş edir. Məhkəmə isə hesab etmişdir ki, bu cür bir müvəqqəti təminat tədbirinin tətbiqi işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi deməkdir ki, heç bir müvəqqəti təminat tədbirinin tətbiqi bunu nəticələnməməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmçinin iş materiallarında iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi Əliyev İsmayıl Məhəbbət oğlu tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə təmin edilməməlidir. Kollegiya qeyd edir ki, ərizəçi maraqlı şəxsin və ya digər şəxslərin deyil, öz mülkiyyətində olan torpaq sahəsinə müdaxilənin müvəqqəti təminat tədbiri olaraq qarşısının alınmasını xahiş etdiyindən, ərizəçinin qeyd olunan sahəyə mülkiyyət hüququnu təsdiq edən sənədlərin ləğv edilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından müvəqqəti təminat tədbirinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, bu icraatın məqsədi tərəflərin mövcud vəziyyətinin və ya mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından və mübahisənin daha da dərinləşməsinin qarşısını almaqdan ibarətdir. Müvəqqəti təminat tədbiri cavabdehin və ya digər şəxslərin hərəkətləri nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasını qeyri-mümkün edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Kollegiya maraqlı şəxsin şikayətə qarşı etirazına münasibət bildirib qeyd edir ki, etirazda istinad olunan hallara dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən etirazda qeyd olunanlar müvəqqəti təminat tədbirin seçilməsindən imtina edilməsi üçün əsas ola bilməz. Belə ki, maraqlı şəxs özü də ərizəçinin mülkiyyət hüququna dair müvafiq sənədlərinin olmasını bilir, bunu inkar etmir, özünün hüququnun mövcudluğuna dair hər hansı bir sübutunu məhkəməyə təqdim etmir. İstinad olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizənin məhkəmədə iddia ərizəsi verilənədək də verilməsi mümkün olduğundan, iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul etmək səlahiyyətinə malik olduğundan, müvəqqəti təminat tədbirinin seçilməsində məqsəd ərizəçinin məhkəməyə müraciət edənədək mülkiyyət hüquqlarının qorunmasından, tərəflərin mövcud vəziyyətinin və ya mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından və mübahisənin daha da dərinləşməsinin qarşısını alınmasından ibarət olduğundan, marqlı şəxsin etirazında qeyd etdikləri ərizənin təmin edilməməsi üçün əsas olmadığından şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin **(*-***)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməklə, ərizəçinin ərizəsi qismən təmin edilib Ərizəçi İsmayıl oğlunun Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi İlyas Aslanov küçəsi *C saylı ev (yeni qaydalarla AZ 1034 Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Şəhər şossesi giriş 120) ünvanında yerləşən 0,038380 ha torpaq sahəsinə daxil olması maraqlı şəxs Cavabdeh müvəqqəti təminat tədbiri olaraq qadağan edilməli, hazırkı qərardadla seçilən müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix olaraq ##.##.2026-cı il tarixi müəyyən edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Kollegiya eyni zamanda qeyd edir ki, hazırkı qərardadla seçilən müvəqqəti təminat tədbirinin qüvvədən düşdükdən sonra ərizəçi əsas iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılmasını tələb edəcəyi halda birinci instansiya məhkəməsi təqdim olunan vəsatət və sübutlar əsasında müvəqqəti təminat tədbirinin seçilib-seçilməməsinin zəruriliyini yenidən araşdırıb müvafiq qərardad qəbul etmək səlahiyyətinə malikdir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı Şikayət qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Ərizə qismən təmin edilsin. Ərizəçi Ərizəçi İsmayıl oğlunun Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi İlyas Aslanov küçəsi *C saylı ev (yeni qaydalarla AZ 1034 Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Şəhər şossesi giriş 120) ünvanında yerləşən 0,038380 ha torpaq sahəsinə daxil olması maraqlı şəxs Cavabdeh müvəqqəti təminat tədbiri olaraq qadağan edilsin. Hazırkı qərardadla seçilən müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix olaraq ##.##.2026-cı il tarixi müəyyən edilsin. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə həvalə edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar