Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-361/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : İddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İnşaat Konstuksiyaları” MMC-e tərəfindən Bakı şəhər, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasıının 9-cu mərtəbəsi, 4-cü blokunda ümumi sahəsi 57.3 kv.metr bir otaqdan ibarət 303 (yeni nömrələnmə ilə ***) saylı mənzilin cavabdeh Cavabdeh tərəfindən boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə təqdim edərək məhkəmə qətnaməsi qət edilənə qədər “İnşaat Konstuksiyaları” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsi, 4-cü blokunda ümumi sahəsi 57.3 kv.metr olan bir otaqdan ibarət 303 (yeni nömrələnmə ilə ***) saylı mənzildə cavabdeh tərəfindən hansı təmir-tikinti və s. işlərinin aparılmasının cavabdehə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş edib. Ərizədə göstərilib ki, iddiaçı olaraq Ərizəçi cavabdeh olan Cavabdeh və üçüncü şəxs “İnşaat Konstuksiyaları” MMC-yə qarşı mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə müraciət edərək “İnşaat Konstuksiyaları” MMC tərəfindən Bakı şəhər, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsi, 4-cü blokunda ümumi sahəsi 57.3 kv.metr bir otaqdan ibarət 303 (yeni nömrələnmə ilə ***) saylı mənzilin cavabdeh Cavabdeh tərəfindən boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı həmin mənzili ## ###### 2018-ci il tarixdə almışdır və mənzilin dəyərinin tam ödənilməsi mənzilin nömrəsinin dəyişdirilməsi və təmirə buraxılma barədə arayışı almışdır. Lakin cavabdeh Cavabdeh onun mənzilini zəbt etmiş və hazırda təmir işləri aparır. Bu isə gələcəkdə iddia təmin olunduğu halda iddiaçının hüquqlarını pozacaq ki, qarşısı alınmalıdır. Bu səbəbdən qətnamə çıxarılanadək cavabdehə qanunsuz hərəkətləri yəni mənzildə təmir-tikinti işlərinin aparılması qadağan edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı ilə (hakim Kərim Xudayev) ərizənin təmin edilərək *(*-***)-****/**** saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək “İnşaat Konstruksiyaları” MMC-nin Bakı şəhər, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 57.3 kv.metr olan 1 otaqlı *** saylı (yeni nömrələnmə ilə 319) mənzildə təmir-tikinti və s. işləri aparılmasının cavabdeh Cavabdeh qadağan edilməsi; qərardadın dərhal icra olunması və qərardadın icrasının Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardaddan cavabdeh Cavabdeh (nümayəndəsi və vəkili Nümayəndə) şikayət verərək ləğv edilməsini və Ərizəçi ərizəsinin rədd edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş edib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadın ləğv edilməsi, müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qənaətində göstərib ki, şikayətə əlavə edilmiş ## #### 2020-ci il tarixli müqavilədən göründüyü kimi icraçı “İnşaat Konstruksiyaları” MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbə, ümumi sahəsi 55.3 kv.m olan *** nömrəli izolə olunmuş 1 otaqlı mənzili payçı Cavabdeh pay kimi vermişdir. Cavabdeh Cavabdeh müqavilə üzrə ödənişlər həyata keçirmiş və “İnşaat Konstruksiyaları” MMC ## #### 2021-ci il tarixində Cavabdeh həmin mənzilin ona məxsus olduğunu və təmirə buraxıldığını təsdiq edən arayış vermişdir. İddiaçı Ərizəçi isə məhkəməyə müraciət edərək, “İnşaat Konstuksiyaları” MMC-nin Bakı şəhər, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 9-cu (doqquz) mərtəbəsi, 4-cü blokunda ümumi sahəsi 57.3 kv.metr bir otaqdan ibarət 303 (yeni nömrələnmə ilə ***) saylı mənzildə cavabdeh Cavabdeh tərəfindən hər hansı təmir-tikinti və s. işlərinin aparılmasının ona qadağan edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə münasibət bildirərək, məhkəmə qeyd edib ki, müvəqqəti təminat tədbiri barədə ərizə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında yerləşən yaşayış binasının 4-cü blok, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 57.3 kv.metr olan 1 otaqlı *** saylı (yeni nömrələnmə ilə 319) mənzillə bağlıdır. Lakin ərizədə cavabdeh kimi göstərilən şəxs Cavabdeh məxsus mənzil Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında yerləşən yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşir və ümumi sahəsi 55.3 kv.metr, nömrəsi isə 297-dir. Odur ki, məhkəmə ilkin sübutlara qiymət verərək, hesab edir ki, cavabdeh Cavabdeh məxsus olan mənzillə müvəqqəti təminat tədbiri barədə ərizədə təmirtikinti və s. işlərin aparılmasının cavabdehə qadağan edilməsi xahiş edilən mənzil fərqli olduğundan iddiaçının müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilməməlidir. Qərardaddan ərizəçi Ərizəçi (nümayəndəsi və vəkili Vəkil) şikayət verərək ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş edib göstərir ki, cavabdeh Cavabdeh müqavilə əsasında Bakı şəhəri,Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında yerləşən yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 55.3 kv.metr, nömrəsi isə 297 olan mənzilə dair müqaviləsi olsa da, cavabdeh faktiki olaraq 9-cu mərtəbədə yerləşən iddiaçıya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında yerləşən yaşayış binasının 4cü blok, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 57.3 kv.metr olan 1 otaqlı *** saylı (yeni nömrələnmə ilə 319) mənzili faktiki olaraq zəbt etmişdir və təmir-tikinti işləri aparır. Müqavilələr fərqli mənzillərlə bağlı olsa da, faktiki mübahisə bir mənzilin mübahisəsidir. Belə olan halda, iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə müvəqqəti təminat tədbiri barədə iddiaçı Ərizəçi ərizəsi təmin edilməlidir. Eyni zamanda, çıxarılmış qərardad müvəqqəti təminat tədbiri olmaqla əvvəlcədən nəyisə həll etmir, əksinə icra mərhələsində müəyyən oluncaq ki, iddiaçının və ya cavabdehin mənzilləri fərqlidir ya eynidir. Bu isə icra mərhələsində üçüncü şəxsin də iştirakı və onların təqdim edəcəyi layihə əsasında müəyyən olunacaq. Belə ki, hazırda da cavabdehə qadağan edilməsi tələb edilən mənzilin qonşu mənzillərinin müqavilələri də 9-cu mərtəbəni və nömrələri də iddiaçının mənzilinin nömrələri ilə uyğunluq təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə sonuncu qərardadında göstərib ki, müvəqqəti təminat tədbiri barədə ərizə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında yerləşən yaşayış binasının 4-cü blok, 9cu mərtəbəsində yerləşən ümumi sahəsi 57.3 kv.metr olan 1 otaqlı *** saylı (yeni nömrələnmə ilə 319) mənzillə bağlıdır. Lakin ərizədə cavabdeh kimi göstərilən şəxs Cavabdeh məxsus mənzil Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında yerləşən yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşir və ümumi sahəsi 55.3 kv.metr, nömrəsi isə 297-dir. Odur ki, məhkəmə ilkin sübutlara qiymət verərək cavabdeh Cavabdeh məxsus olan mənzillə müvəqqəti təminat tədbiri barədə ərizədə təmir-tikinti və s. işlərin aparılmasının cavabdehə qadağan edilməsi xahiş edilən mənzil fərqli olduğundan iddiaçının müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilməməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1, 158.1.2, 158.1.3-cü maddələrinə əsasən, müvəqqəti təminat tədbirləri kimi cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Əvvəla, qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbirləri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, müvəqqəti təminat tədbirləri qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edən vəziyyətin əksinin qorunmasına xidmət edir və onun prosessualhüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Birinci instansiya məhkəməsi əvvəlcə ərizəni təmin edib, ancaq maraqlı şəxsin şikayəti əsasında qərardadını ləğv və ərizəni ona görə rədd edib ki, maraqlı şəxs müqavilə üzrə ödənişlər həyata keçirib, MMC ## #### 2021-ci il tarixində mənzilin ona məxsus olduğuna və təmirə buraxıldığını təsdiq edən arayış verib, həmçinin ərizə 9-cu mərtəbədə yerləşən mənzillə bağlı olduğundan, maraqlı şəxsə məxsus mənzil isə 8-ci mərtəbədə yerləşdiyindən, yəni fərqli mənzillər olduğundan ərizə təmin edilməməlidir. Bu dəfə ərizəçi həmin(04.05.26) qərardaddan şikayət verib göstərib ki, maraqlı şəxsin müqaviləsindəki mənzilin 8-ci mərtəbədə yerləşdiyi göstərilsə də, faktiki olaraq ərizəçiyə məxsus mənzili zəbt edib təmir-tikinti işləri aparır, başqa sözlə müqavilələrdə mənzillər fərqli göstərilsə də faktiki olaraq mübahisə eyni mənzillə bağlıdır. Göründüyü kimi, ərizəçi şikayətində faktiki olaraq mübahisənin eyni mənzillə bağlı getdiyini göstərsə də məhkəmə buna əhəmiyyət verməyib, sonuncu qərardadında yenə də sırf müqavilədəki yazıları(rəqəmləri) əsas götürüb, mübahisənin eyni mənzillə bağlı olmadığı barədə əsassız qənaətini və nəticəsini möhkəmləndirməyə çalışıb. Bu yanaşma, eləcə də gəlinən nəticə müvəqqəti təminat tədbirinə dair ərizənin məqsədinə də uyğun gəlmir. Çünki məhkəmədən başqa heç kəs mənzillərin fərqli olduğunu yaxud eyni mənzillər olmadığını bəyan etmir. Başqa sözlə, nə tərəflər, nə də MMC hər iki müqavilədə göstərilən mənzilin fərqli, yəni ayrı-ayrı mənzillər olduğunu israr etmir. Əksinə ərizəçi maraqlı şəxsin müqavilə əsasında ona aid olan mənzili zəbt edib orada qanunsuz təmir-tikinti işləri apardığına görə bunun müvəqqəti qadağan olunmasını istəyir. Məhkəmə isə bu cür mövqeyinə görə, həm də mahiyyəti üzrə qətnamə ilə həll edilməli olan məsələni qərardadla demək olar ki, qabaqcadan həll etmiş olur. Başqa sözlə, müvəqqəti təminat tədbirinə dair ərizə üzrə iddiaçının cavabdehdən boşaldılmasını tələb etdiyi mənzilin fərqli olduğunu, yəni yalnız müqavilə şərtlərindən, o cümlədən müqavilələrdə birinin 8-ci, digərinin isə 9-cu mərtəbədə yerləşməsi barədə yazılanları əsas və mötəbər hesab edib bu cür qənaətə gəlir. Əlbətdə ki, bu cür qənaət və nəticə əsaslı ola bilməz. Çünki məhkəmə təcrübəsində də eyni ünvanda inşa olunan çoxmənzilli yaşayış binalarında analoji problemlər, yəni heç də həmişə xoş olmayan niyyət və məqsədlə müqavilələrdə eyni mənzillə bağlı mərtəbələrin nömrəsi həm qeyri-yaşayış, həm də yaşayış sahəsindən hesablanmaqla fərqli yazılır ki, bu da sonradan çoxsaylı məhkəmə mübahisələrinin ortaya çıxmasına səbəb olur. Buna görə də bütün bu halları birinci instansiya məhkəməsi qərar qəbul edərkən nəzərə almalı idi. Ancaq almayıb, özünün birinci qərardadı ilə ərizəni təmin etsə də maraqlı şəxsin şikayəti əsasnda sonrakı qərardadı ilə onu ləğv və ərizəni rədd edib, bununla da gələcəkdə yarana biləcək(təmir xərci tələbi və.s)yeni məhkəmə mübahisələri üçün münbit şərait yaratmışdır. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşısa və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilməsə də, əks tərəfin lüzümsuz olaraq hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən məhkəmə tərikbi hesab edir ki, şikayət təmin edilməli; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ləğv edilməli; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan e-*(*-***)-****/**** saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək “İnşaat Konstruksiyaları” MMC-nin Bakı şəhər, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 57.3 kv.metr olan 1 otaqlı *** saylı (yeni nömrələnmə ilə 319) mənzildə təmir-tikinti və s. işlərin aparılmasının cavabdeh Cavabdeh qadağan edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a ra a l d ı : Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan e-*(*-***)-****/**** saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək “İnşaat Konstruksiyaları” MMC-nin Bakı şəhər, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 57.3 kv.metr olan 1 otaqlı *** saylı (yeni nömrələnmə ilə 319) mənzildə təmir-tikinti və s. işləri aparılmasının cavabdeh Cavabdeh qadağan edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-6)-361/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-361/2026
08.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver