Məhkəmə qərarları › İş №e-16(3-6)-362/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-362/2026

03.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-362/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X1 cavabdeh Maraqlı şəxs qarşı pul tələbinə dair iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 900.000 manat pul vəsaitinin və həmin pul vəsaitinin tələb edilməsi üçün ödənilmiş 1190 manat dövlət rüsumunun cavabdeh Maraqlı şəxs alınaraq iddiaçı X1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Maraqlı şəxs ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X1 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ilk iddia rədd edilib qarşılıqlı iddia təmin edilərək, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X1 457558 manat məbləğinin, vəkilin (nümayəndənin) göstərdiyi yardıma görə ödənilmiş 320 manat məbləğinin, ödənilmiş dövlət rüsumunun əvəzində 749 manat məbləğinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ərizəçi MMC cavabdeh Maraqlı şəxs qarşı pul tələbinə dair iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Maraqlı şəxs ilə Ərizəçi MMC arasında bağlanmış ## ###### 2022-ci il tarixli **/**** saylı podrat müqaviləsinə əsasən iddiaçı tərəfindən görülmüş 1.021.718,53 (bir milyon iyirmi bir min yeddi yüz on səkkiz manat əlli üç qəpik) manat dəyərində işlərinin və göstərilmiş xidmətlərin dəyərinin, eləcə də 1301 manat dövlət rüsumunun cavabdeh Maraqlı şəxs alınaraq Ərizəçi MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Ərizəçi MMC müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət verərək, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin (hakim Gülnar Babazadə) icraatında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X1 cavabdeh Maraqlı şəxs qarşı “pul tələbinə dair” ilkin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Maraqlı şəxs ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X1 qarşı “pul tələbinə dair” qarşılıqlı, iddiaçı Ərizəçi MMC-nin cavabdeh Maraqlı şəxs qarşı “pul tələbinə dair” iddia ərizələri əsasında başlanmış e-*(***)-****/**** saylı iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Maraqlı şəxs mülkiyyətində olan ##.##.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 66, mənzil 5 (AZ1000, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 26, M5, m2), ##.##.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi 6, mənzil 24, ##.##.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 9, mənzil 4, ##.##.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Niyazi küçəsi 5, mənzil 32 (AZ1000, Bakı şəhəri, Səbail rayonu, Şövkət Aləkbərova küçəsi, 16, M2, m4), ##.##.2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, ***a saylı bağ evi və evin yərləşdiyi 0,24 ha torpaq sahəsinin, ##.##.2019cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 9D, mənzil 49, giriş-1, ##.##.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 9D, mənzil 46, giriş-1, ##.##.2020-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, ***K saylı torpaq sahəsinin, ##.##.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 9D ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, ##.##.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 14, mənzil 19/21, ##.##.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, **** saylı bağ sahəsinin, ##.##.2026-cl il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 1777,9 kv.m olan qeyri-yaşayış binasının üzərinə həbsin qoyulması və onların özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin (hakim Gülnar Babazadə) icraatında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X1 cavabdeh Maraqlı şəxs qarşı “pul tələbinə dair” ilkin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Maraqlı şəxs ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X1 qarşı “pul tələbinə dair” qarşılıqlı, iddiaçı Ərizəçi MMC-nin cavabdeh Maraqlı şəxs qarşı “pul tələbinə dair” iddia ərizələri əsasında başlanmış e-*(***)-****/**** saylı mülki iş vardır. Həmin iş üzrə, iddiaçı X1 – 900.000 manat pul vəsaitinin və 1190 manat dövlət rüsumunun, iddiaçı Ərizəçi MMC isə - 1.021.718,53 manat pul vəsaitinin və 1301 manat dövlət rüsumunun cavabdeh Maraqlı şəxs tutularaq iddiaçılara ödənilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli arayışına əsasən, ##.##.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 66, mənzil 5 (AZ1000, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 26, M5, m2), ##.##.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi 6, mənzil 24, ##.##.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 9, mənzil 4, ##.##.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Niyazi küçəsi 5, mənzil 32 (AZ1000, Bakı şəhəri, Səbail rayonu, Şövkət Aləkbərova küçəsi, 16, M2, m4), ##.##.2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, ***a saylı bağ evi və evin yerləşdiyi 0,24 ha torpaq sahəsi, ##.##.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 9D, mənzil 49, giriş-1, ##.##.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 9D, mənzil 46, giriş-1, ##.##.2020-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, ***K saylı torpaq sahəsi, ##.##.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 9D ünvanında yerləşən qeyri-yaşayış sahəsi, ##.##.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 14, mənzil 19/21, ##.##.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, **** saylı bağ sahəsi, ##.##.2026-cl il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 1777,9 kv.m olan qeyri-yaşayış binası Maraqlı şəxs adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh Maraqlı şəxs müəyyən əmlakları özgəninkiləşdirmək istəyir. Gələcəkdə qəbul olunacaq məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədilə hesab edirik ki, cavabdehin adında olan daşınmaz əmlakların üzərinə həbs qoyulmalı və onların özgəninkiləşdirilməsi qadağan edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X1 cavabdeh Maraqlı şəxs qarşı “pul” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Maraqlı şəxs ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X1 qarşı pul tələbinə dair qarşılıqlı, iddiaçı Ərizəçi MMC-nin cavabdeh Maraqlı şəxs qarşı “pul” tələbinə dair iddia ərizələri üzrə mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 1777,9 kv.m olan qeyri-yaşayış binasının özgəninkiləşdirilməsinin Maraqlı şəxs və digər şəxslərə qadağan edilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Qərardaddan ərizəçi şikayət verərək Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin e- **(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi, müvəqqəti təminat tədbirinin seçilməsi barədə ərizənin təmin edilməsi, Bakı şəhəti, Yasamal Rayon Məhkəməsinin (hakim Gülnar Babazadə) icraatında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X1 cavabdeh Maraqlı şəxs qarşı pul tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Maraqlı şəxs ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X1 qarşı pul tələbinə dair qarşılıqlı, iddiaçı Ərizəçi MMCnin cavabdeh Maraqlı şəxs qarşı pul tələbinə dair iddia ərizələri üzrə mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 66, mənzil 5 (Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, ev 26, M5, m2), Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi ev 6, mənzil 24, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, ev 9, mənzil 4, Bakı şəhəri, Səbail rayonu, Niyazi küçəsi, ev 5, mənzil 32 (Bakı şəhəri, Səbail rayonu, Şövkət Aləkbərova küçəsi, ev 16, M2, m4), Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, ev 9D, mənzil 49, giriş-1, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, ev 9D, mənzil 46, giriş-1 və Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 14, mənzil 19/21 özgəninkiləşdirilməsinin Maraqlı şəxs və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda üzərinə həbs qoyulan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 1777,9 kv.m olan qeyriyaşayış binasının dəyəri təxminən 500.000 manat təşkil edir. Nəzərə alsaq ki, iddia tələbi ümumilikdə 1924209,53 (bir milyon doqquz yüz iyirmi dörd min iki yüz manat əlli üç qəpik) manat məbləğində təşkil edir, həmin daşınmaz əmlakın dəyəri tələb olunan məbləği tam əhatə etmir. Bu isə o deməkdir ki, iddia təmin olunduğu təqdirdə, qətnamənin icrası mümkün olmayacaqdır. İddia tələbinin tam şəkildə əhatə edən əmlaklar aşağıdakılardır: Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 66, mənzil 5 (Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, ev 26, M5, m2), Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, ev 6, mənzil 24, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, ev 9, mənzil 4, Bakı şəhəri, Səbail rayonu, Niyazi küçəsi, ev 5, mənzil 32 (Bakı şəhəri, Səbail rayonu, Şövkət Aləkbərova küçəsi, ev 16, M2, m4), Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, ev 9D, mənzil 49, giriş-1, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, ev 9D, mənzil 46, giriş-1 və Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 14, mənzil 19/21. Bu səbəbdən də, hesab edirik ki, şikayətin təmin edilməsi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim Ülkər Xəlil) e-16(5-104)- ***/**** saylı ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi, ərizənin isə iddia predmetinin dəyəri həcmində təmin edilməsi qanuni və ədalətlidir və gələcəkdə qətnamənin icra olunmasının təminatıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı ##.##.2026-cı il qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Qanunun mənasına görə müvəqqəti təminat tədbiri əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbiri özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, müvəqqəti təminat tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Ona görə də, müvəqqəti təminat tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların, mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Məhz bu məqamda müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Hazırki iş üzrə ərizəçi öz şikayətində cavabdeh Maraqlı şəxs qarşı olan iddia tələblərinin təmin olunacağı təqdirdə onun icrasının mümkünlüyü ilə bağlı ərizəsində göstərilən digər əmlakların da özgəninkiləşdirilməsinin qadağan edilməsini tələb etmiş və bildirmişdir ki, əks təqdirdə bu hal mülki iş üzrə gələcəkdə qəbul ediləcək qətnamənin icrasını çətinləşdirə bilər. Bununla bağlı kollegiya qeyd edir ki, ilk öncə müvəqqəti təminat tədbiri ilə iddia tələbi mütənasib və bir-birinə adekvat olmalıdır. Belə ki, “ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il ## #### tarixli Qərarında da qeyd olunmuşdur ki, Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur:- bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir;- hüquq ancaq qanunla məhdudlaşdırıla bilər;məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Qanunvericiliyin tələblərindən də göründüyü kimi müvəqqəti təminat tədbirinin məqsədi ərizəçinin iddia tələbinin təmin olunacağı təqdirdə bununla bağlı qətnamənin icrasının mümkünlüyünü təmin etmək olsa və ərizəçinin mənafelərinə yönəlmiş bir tədbir olsa da, bu zaman maraqlarına toxunan şəxsin də hüquq və mənafelərinin lüzumsuz və həddindən artıq məhdudlaşdırılmasının qarşısı alınmalıdır. İşdə olan “X7 Mərkəzinin” ##.##.2025-ci il tarixli, YDQMN №***-***/**** nömrəli rəyinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ****K saylı bağ sahəsi ünvanda yerlşən iki mərtəbəli qeyri-yaşayış sahəsinin hazırda bazar dəyəri 3.150.000 manat təşkil edir. Hazırki iş üzrə ərizəçi öz ərizəsində cavabdehə məxsus olan kifayət qədər böyük əmlak dairəsinin özgəninkiləşdirilməsini xahiş etsə də, qeyd edilən tələb cavabdehin maraqlarının həddindən artıq məhdudlaşdırılmasına səbəb olacaqdır və birinci instansiya məhkəməsi bunu nəzərə alaraq cavabdehə məxsus bir əmlakın üzərinə həbsin qoyulmasını qərara almışdır. Kollegiya hesab edir ki, ərizəçinin öz ərizəsində göstərdiyi digər əmlakların da üzərinə həbsin qoyulması cavabdehin əmlak hüquqlarının həddindən çox məhdudlaşdırılmasına səbəb olacağından və qeyd edilən tələbin tam edilməsinin iddia tələbinin həcminə nə dərəcədə mütənasib olması ilə bağlı ərizəçi tərəfindən lazımi sübutlar təqdim edilmədiyindən birinci instansiya məhkəməsi ərizəni qismən təmin etməklə əsaslı nəticəyə gəlmişdir. Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə ## #### 2001-ci il tarixli qərarında müəyyən edilmişdir ki, mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasında proporsionallıq prinsipinin tələblərinə uyğun olaraq fərdin üzərinə qanunun məqsədlərindən kənar olan artıq yük düşməməlidir (§ 71). Məhkəmənin digər iş üzrə qəbul edilmiş qərarında göstərilmişdir ki, mülkiyyət hüququna müdaxilə fərdlə ictimai maraqlar arasında “ədalətli balans” əsasında olmalıdır (Depalle Fransaya qarşı iş üzrə ## #### 2010cu il tarixli qərar, § 83). Qeyd olunan xüsusatlar nəzərə alınmaqla, kollegiya hesab edir ki, hazırkı işin halları, mübahisənin mahiyyəti və tərəflərin münasibətləri baxımından ərizənin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar