Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-363/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Talışinski Fuad Şəmsəddin oğlu (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə,hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə,Bakı şəhəri Yasamal rayon Məhkəməsinin **(*- ***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Həşimova İlahə Tahir qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı Ərizəçi Həşimova İlahə Tahir qızı müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış kompleksindəki (Azure Residence) avtodayanacağa (parkinq yerləri) ərizəçi Həşimova İlahə Tahir qızına məxsus **-AA-*** və **- TS-*** dövlət qeydiyyat nişanlı avtomobillərinin daxil olmasına və çıxmasına törədilən manelərin aradan qaldırılması, avtodayanacaqdan istifadə üçün verilmiş giriş-çıxış kartına tətbiq edilmiş blokun götürülməsi, habelə avtodayancağa giriş, çıxış və ondan istifadə üçün yaradılan bütün maneə və məhdudiyyətlərin cavabdeh1 MMC-ə, "YENİ HƏYAT-BB. KOMPLEKSİ" MMC-ə və digər şəxslərə qadağan edilməsi barədə ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadı ilə qismən təmin edilərək, gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədi ilə 1 ay müddətində ünvan 1 (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, bina 2) ünvanında yerləşən avtodayanacağa (parkinq yerləri) ərizəçiyə məxsus avtomobillərin (77- AA-317 və **- TS-*** dövlət qeydiyyat nişanlı) giriş-çıxışına yaradılan maneələrin aradan qaldırılması, avtodayanacaqdan istifadə üçün verilmiş giriş-çıxış kartına tətbiq edilmiş blokun götürülməsi, avtodayanacağa giriş, çıxış və ondan istifadə üçün ərizəçiyə maneə və məhdudiyyətlərin yaradılmasının cavabdeh1 MMC-yə, "YENİ HƏYAT-BB. KOMPLEKSİ" MMC-yə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Cavabdeh cavabdeh1 MMC-nin nümayəndəsi X2 məhkəməyə şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadının ləğv edilməsini və ərizəçinin ərizəsinin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadının ləğv edilməsi, ərizəçi Həşimova İlahə Tahir qızının ərizəsi təmin edilməməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 158, 163.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ##.##.2018-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, ərizəçi Həşimova İlahə Tahir qızı yalnız müvəqqəti təminat tədbiri barədə ərizə verməklə kifayətlənərək, qanunvericiliyin tələbləri baxımından həmin ərizəni əsaslandırmamış, iddia tələbinin nədən ibarət olmasını, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu və müvəqqəti təminat tədbirinin cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədinə çatması üçün dəlilləri göstərməmişdir. Şikayətə əlavə edilmiş çıxarışdan göründüyü kimi müvəqqəti təminat tədbiri barədə ərizədə qeyd edilən avtodayanacağın (qarajın) yerləşdiyi sahə X1 xüsusi mülkiyyətindədir. Sözügedən avtodayanacaq (qaraj) ümumi istifadədə deyil, şəxsin xüsusi mülkiyyətindədir. “X4” MMC-nin isə həmin avtodayanacağa (qaraja) xidmət göstərməsi və ya idarəetməni həyata keçirməsi yaxud mülkiyyətçiyə təsir göstərmək və ya üçüncü şəxslərə giriş icazəsi vermək səlahiyyətinə malik olması faktı ilkin sübutlarla təsdiq olunmamışdır. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Ərizəçi Həşimova İlahə Tahir qızı apellyasiya şikayəti vermiş və şikayətin təmin edilməsi, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69, 73, 157, 158, 164-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2018-ci il tarixli qərarına istinadən onunla əsaslandırmışdır ki, hesab edir ki, ərizə tamamilə əsassızdır və yuxarı instansiya məhkəmələrinin artıq həll etmiş olduqları məsələlərin ziddinə çıxarılmışdır. Belə iddiaçı fəaliyyətinin qanunsuz olması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin və AR Ali məhkəməsinin qanuni qüvvəsinə almış qərarları mövcuddur. Məhkəmənin ərizəni təmin etməməsi birbaşa olaraq iddiaçının hüquq, mənafe və maraqlarına toxunur. Belə ki, həm məhkəməyə, həm də cavabdehlərə məlumdur ki, cavabdehlərin idarəetmə ilə bağlı faəliyyətləri qanunsuz hesab edilməklə, onların idarəetmədən kənarlaşdırılması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi Ali Məhkəmənin qərarı ilə qüvvədə saxlanılmışdır. Hazırkı iddiada qazanxanalar ilə bağlı məsələ qaldırılsa da, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2026-cı il tarixli qərardadı ilə qətnaməyə izah verilmiş, qazanxanaların dördünün də iddiaçıların ümumi əmlakına aid olması öz təsdiqini tapmışdır. Bundan əlavə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında Xətai-48 MMMC-nin cavabdehlərə qarşı qarajların idarəetməsindən kənarlaşdırılmasına dair e-*(***)-****/**** saylı mülki iş vardır. Qeyd edilən mülki işdə cavabdehlər tərəfindən qarajların idarəetməsinin onlar tərəfindən deyil, başqa şəxslər tərəfindən idarə edilməsinə dair heç bir etiraz irəli sürülməmişdir. Digər tərəfdən hazırkı müvəqqəti təminat tədbirinin bağlı olduğu iddia ərizəsi də e-2(5-104)-2233/2026 nömrə ilə Kərim Xuduyevin ##.##.2026-cı il tarixdən icraatındadır. Həmin iddia ərizəsində də iddianın əsaslılığı kifayət qədər əsaslandırılmışdır. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin 16(3-6)- ***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə ərizədə qeyd edilən məsələlər öz həllini tapmışdır. Yekunda Bakı şəhəri Yasamal Rayon məhkəməsi qərardad qəbul edərkən iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər tətbiq edilən həmin mane və məhdudiyyətlər bina sakini kimi ərizəçinin hüquqlarını cidd şəkildə pozacağını, ona maddi və mənəvi cəhətdən böyük və geridönməz ziyan vuracağını nəzərə almamışdır. Bundan əlavə verilmiş şikayətin əsaslılığı yoxlanılmazdan əvvəl onun mümkünlüyünə qiymət verilməlidir. Qərardaddan verilmiş şikayət hüquqi şəxsin adından verilsə də, onun qanuni təmsilçisinin kim olduğu, həmin təmsilçinin hüquqi şəxsin adından çıxış etmək və qərarlar qəbul etmək səlahiyyəti olub olmadığı dəqiqləşdirilməmişdir. Bundan əlavə hüquqi şəxsin adından etibarnamə əsasında yalnız vəkillər və ya həmin hüquqi şəxsin işçiləri çıxış edə bilər. Yuxarıda adıçəkilən qərardaddan şikayət verilərkən qaldırdığı məsələlərin heç biri səlahiyyətli məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Hüquqi şəxsin özünün təsdiq etdiyi arayış əsasında nümayəndənin həmin hüquqi şəxsdə əmək müqaviləsi üzrə işləməsi faktının hüquq normalarını ədalət mühakiməsi naminə tətbiq etməkdə müstəsna səlahiyyətə malik olan məhkəmə tərəfindən hansı hüquq normasına əsasən müəyyən edildiyi hələ də aydın deyil. Məgər məhkəmə şəxsin həmin hüquqi şəxsin işçisi olmasını elektron əmək bildirişləri və əmək müqavilələri əsasından müəyyən edildiyini bilmir. Görünür məhkəmə nəyəsə görə tələsir. Bu tələskənlik özünü eyni zamanda onda göstərir ki, məhkəmə hazırkı müvəqqəti təminat tədbirinə aid olan işdə istintad etdiyi xəyali çıxarışı da harda və necə əldə etdiyini, nəyə görə iş materiallarına əlavə etmədiyi kimi bu və ya digər sualları yarımçıq qoyur. Verilmiş şikayət daxilən ziddiyyətli olsa da, həmin ziddiyyətləri gözardı edir. Şikayət müəllifi öz şikayətində qarajların idarəetməsinin onun tərəfindən həyata keçirilmədiyini bildirsə də, həyata keçirilməyən idarəetməyə görə tətbiq edilən təminat tədbirləri də məntiqən onun hər hansı hüquqlarını pozmamalı, onun şikayət qaldırmağa da subyektiv hüquqları olmamalıdır. Amma nədənsə məhkəmə bir tərəfdən cavabdehlərin dedikləri ilə razılaşır, onların qarajların idarəetməsinə aidiyyəti olmadığını bildir, lakin şikayəti təmin edərək onların həmin qarajın idarəetməsini həyata keçirdiyini təsdiq edir, halbuki öz qərardadını qarajların xüsusi mülkiyyətdə olması və cavabdehə aidiyyəti olmaması ilə əsaslandırmağa çalışmışdır. Bu isə məhkəmə qərardadını daxilən zidiyyətli edir. Əvvəla müvvəqqəti təminat tədbiri ərizəsində o, yuxarı instansiya məhkəmələrinin aktlarının sürətlərini əlavə edərək göstərmişdir ki, cavabdehlər tərəfindən həyata keçirilən faəliyyət qanunsuzdur. Məhz binanın idarəetməsinin əvvəllər cavabdehlər tərəfindən həyata keçirilməsi işinin mübahisəsiz halı olmaqla, öz təsbitini yuxarı məhkəmə aktlarında tapmışdır. Bundan əlavə o, eyni zamanda ərizəsində mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin qarajların idarə edilməsindən kənarlaşdırılmasına dair hazırkı cavabdehlərə qarşı iddiaların olmasını bildirmişdir. Həmin ərizələrdə də qarajlarının idarə edilməsinin onlar tərəfindən həyata keçirilməməsinə dair hər hansı etiraz olmamışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə əsasən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 397, 398, 400 və 402-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbiri iddianı qabaqcadan həll etməyib, müvəqqəti xarakter daşıyır. Bu, iddianın təmin ediləcəyi təqdirdə iddia tələblərinin realizə edilməsinə təminat verməyə yönəlmiş məhkəmə tərəfindən tətbiq olunan tədbirlərdir ki, şikayətdə qeyd edilən dəlillər isə işin mahiyyəti üzrə baxılma zamanı araşdırmanın predmetidir. Bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi kimi şikayətdə qeyd edilən istinadların hüquqi əsasları yoxdur, habelə qeyd edilənlərlə bağlı iddianın mövcudluğu, tələbin nədən ibarət olması və müvəqqəti təminat tədbirinin həyata keçirilmədiyi təqdirdə tələbin təminat alınma halına müvafiq gələcəkdə icrası mümkünsüzlüyü sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə kollegiyası şikayəti, iş materiallarını, yuxarıda qeyd olunan halları və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Ərizəçi Həşimova İlahə Tahir qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №e-16(3-6)-363/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-363/2026
08.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver