Məhkəmə qərarları › İş №e-16(3-6)-365/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-365/2026

09.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-365/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, m ü ə y y ə n e t d i:

1. Ərizəçi Ərizəçi müvəqqəti təminatı tədbiri barəsində ərizə ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ ilə Quliyeva (Səfərova) Səidə Yusif qızına məxsus olan, Şamaxı rayonu,Nağaraxana kəndində yerləşən 0,24 həyətyanı torpaq sahəsinin (qeydiyyat nömrəsi: 2912004163 olan); mülkiyyət hüququ ilə Quliyeva (Səfərova) Səidə Yusif qızına məxsus olan, ünvan 1 ünvanında yerləşən, ** nömrəli mənzilin; mülkiyyət hüququ ilə Quliyeva (Səfərova) Səidə Yusif qızına məxsus olan, ünvan 1 ünvanında yerləşən, ** nömrəli mənzilin və cavabdeh1 məxsus olan, “xxxx” firmasının nizamnamə kapitalının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə onun mərhum arvadı X3 rəsmi nikahları ## #### 1973-cü il tarixdə qeyd edilməklə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan onların 4 uşağı dünyaya gəlmişdir. Sevda Quliyeva ## ##### 2007-ci il tarixdə vəfat etmişdir. Ərizəçi ilə mərhum həyat yoldaşı nikah dövründə bir çox əmlaklar əldə etmişlər ki, həmin əmlaklar tərəflərin ümumi birgə təsərrüfat apardıqları dövrə aid olmuşdur. Həmin əmlaklar aşağıdakılardır: Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən, 0,24 ha həyətyanı torpaq sahəsi; ünvan 2 ünvanında yerləşən ** saylı mənzil; ünvan 2 ünvanında yerləşən ** saylı mənzil; ## ###### 1995-ci il tarixdə dövlət qeydiyyatına müəssisə kimi qeydə alınmış, “xxxx” firması. Qeyd edilən hüquqi şəxsin təsis payının hamısı, yəni 100% nizamnamə kapitalındakı pay mərhum X3 məxsus olmuşdur (vəfat etdiyi günə kimi). Qeyd edilən daşınmaz əşyaların hər biri tərəflərin birgə nikah dövründə əldə edilmiş və iddiaçı ilə birgə nikah münasibətləri zamanı idarə olunub. Sevda Quliyeva 2007-ci il tarixdə vəfat edəndən sonra, əmlaklar bir müddət onun adında qalmışdır. Eləcə də, sonralar Ərizəçi səhhətində yaranmış problemlərlə əlaqədar əmlakların sonrakı hüquqi vəziyyətinə dair heç bir addım atılmamışdır (yəni, vərəsəliklə bağlı rəsmi qaydada müraciət olunmamış və özünün əmlakı olduğundan şəxsən, faktiki olaraq da idarə etmişdir). Cari ilin əvvələrində Səidə və Rəhman adlı övladları ərizəçiyə aid hansısa bir əmlakının olmadığını, bütün əmlakların anaları mərhum Sevda Quliyevaya məxsus olduğunu və bu kimi hüquqazidd formada məlumatlar verməyə başlamışlar. Həmin məlumatlardan sonra iddiaçıda bir müddət sonra şübhələr yaranmağa başlamış və məsələnin aydınlaşdırılması üçün bir çox vəkil sorğuları hazırlanmışdır. Belə ki, ## #### 2026-cı il tarixli, 84; 85 və ** nömrəli müvafiq sorğularla AR Iqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə müraciətlər edilmişdir. Müraciətlərə verilən rəsmi cavabları əldə etdikdə müəyyən olunmuşdur ki, haqqında danışılan əmlakların hər biri ərizəçinin maraqlarına zidd olmaqla, hətta ona aid olan mülkiyyət hissəsində belə, xəbəri olmadan vərəsəlik münasibətləri baş vermiş və notariat işləri açılmış və saxta vərəsəlik haqqında şəhadətnamələr hazırlanmışdır. Belə ki, torpaq sahəsinə dair Sevda Quliyevanın vəfatından sonra oğlu cavabdeh1 Bakı şəhəri ** saylı notariat ofisinə müraciət edərək, ##.##.2011-ci il tarixdə mərhumun adına ********** nömrəli çıxarış əldə etdikdən sonra 2 V- 01/*** reyestr nömrəli ## ###### 2012-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmiş, daha sonra isə torpaq sahəsi ## ###### 2012-ci il tarixli, 2912003614 qeydiyyat nömrəsi ilə cavabdeh1 adına qeydiyyata alınmışdır. Bundan sonra cavabdeh1 Şamaxı rayon DNK-da bağlanmış 4 Ə - 404 reyetstr nömrəli ## ###### 2012-ci il tarixli bağışlama müqaviləsi ilə digər Səidə Quliyevanın (Səfərova) adına keçirmişdir. Torpaq sahəsinə dair Səidə Quliyevanın ## ######## 2012-ci il tarixdən mülkiyyət hüquqları yaranmış və hal-hazırda da mülkiyyətindədir. Bu barədə * saylı Bakı Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli, 3-21-3-30/2-18902/2026 ************ nömrəli cavab məktubu ilə bildirilmişdir Həmçinin, Bakı şəhəri, ** saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ## #### 2010-cu il tarixli, 2 V-1/** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə ## #### 2010-cu il tarixdə cavabdeh1 ünvan 2 ünvanında yerləşən ** saylı mənzilə mülkiyyət hüquqlarını qeydə aldırmışdır. Daha sonra, torpaq sahəsində olduğu kimi burada da ## ###### 2010-cu il tarixli, 4 Ə-03-*** reyestr nömrəli bağışlama müqaviləsi ilə Bakı şəhəri, * saylı dövlət notariat kontorunda mənzili bacısı S.Quliyevanın adına rəsmiləşdirmiş və ## ###### 2010-cu ildən də mənzil onun mülkiyyətindədir. Səidə Quliyeva da sonradan ərizəçinin hüququ olan ** saylı mənzillə həmin ** saylı mənzili Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə birləşdirmiş və hər iki mənzil vahid mənzil olaraq Səidə Quliyevanın adına yenidən rəsmiləşdirilmişdir. Digər sonuncu əmlak isə ərizəçi ilə mərhum arvadının nikah dövründə özlərinin yaratdıqları hüquqi şəxs – “xxxx” firması olmuşdur. Firma müəssisə şəklində təsis olunaraq, nizamnamə kapitalındakı 100% payın hamısı mərhum Sevda Quliyevaya məxsus olub. Bu reyestr orqanından müvafiq çıxarışla da təsdiq olunur. Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin dövlət qeydiyyatı Idarəsinin ## ###### 2013cü il tarixli çıxarışından görünür ki, artıq hüquqi şəxsin nizamnamə kapitalındakı pay tam formada cavabdeh1 məxsusdur. Eyni zamanda müəyyən olunur ki, cavabdeh1 qabaq X2 adlı şəxsin nizamnamə kapiltalındakı payı 100% olub. Ancaq bu şəxsi nə ərizəçi, nə də onun mərhum arvadı tanımamış, onunla hansısa bir müqavilə münasibətlərində olmamışlar. Bu gün də müəmmalı qalır ki, hüquqi şəxsin nizamnamə kapitalındakı payın mərhumdan sonra hansı qaydada başqa şəxslərin adlarına rəsmiləşdirmişlər. Bütün bu yuxarıda qeyd olunanlar onu göstərir ki, cavabdeh1 və S.Quliyeva ərizəçiyə məxsus olan əmlakları onun xəbəri olmadan öz adlarına rəsmiləşdirmişlər. Ərizəçinin ən azından həmin əmlaklara münasibətdə yarı hissədə mülkiyyət hüquqları vardır. Çünki qeyd edilən əmlakların yarı hissəsi birgə nikah dövründə əldə edilmiş olsa da, miras əmlak kütləsinə daxil ola bilməz və mülkiyyətçi isə sağdır. Deməli, vərəsəlik işləri üzrə bu əmlakların yarı hissəsinin miras əmlak kütləsinə daxil olması tam əsassız və mülkiyyətçinin mülkiyyət hüquqlarının kobud pozuntusudur. Odur ki, ərizəçinin mərhum arvadının adına rəsmiləşdirilmiş və yuxarıda qeyd edilən bütün daşınmaz əşyalara (əmlaklara) münasibətdə vaxtı ilə ərizəçinin xəbəri olmadan aparılmış bütün notariat işləri üzrə verilmiş qanun üzrə vərəsəlik şəhadətnamələri, eləcə də, həmin şəhadətnamlər üzərindən əldə edilmiş mülkiyyət sənədləri və digər mülki-hüquqi əqdlər ləğv və etibarsız hesab olunması barədə məhkəmə qətnaməsi çıxarılmalıdır. Qeyd edilənlərlə bağlı artıq müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün prosesusal hüquqi hazırlıqlar davam edir. Iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra, əmlakların başqa şəxsin (və ya şəxslərin) adlarına özgəninkiləşdirilməsi qaçılmazdır. Nəticədə, gələcəkdə veriləcək iddia tələbi üzrə məhkəmə qətnaməsinin icrasının təmin olunmasının qarşısını aradan qaldıra bilər. Yaxud da, digər üçüncü şəxsə (və ya şəxslərə) özgəninkiləşdirilməsi həmin şəxslərin də vicdanlı alıcı olaraq hüquqlarının pozulması ilə nəticələnməsini istisna etmir. Odur ki, qeyd olunan bütün əmlaklar barədə iddia ərizəsi məhkəməyə verilənə qədər və işə Nəsimi rayon Məhkəməsində baxılıb qurtarana kimi həmin əmlakların üzərinə həbs qoyulmalıdır.

3. Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Quliyeva (Səfərova) Səidə Yusif qızına məxsus olan, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,24 həyətyanı torpaq sahəsinin (qeydiyyat nömrəsi: 2912004163 olan); Quliyeva (Səfərova) Səidə Yusif qızına məxsus olan, ünvan 1 ünvanında yerləşən, ** nömrəli mənzilin; Quliyeva (Səfərova) Səidə Yusif qızına məxsus olan, ünvan 1 ünvanında yerləşən, ** nömrəli mənzilin özgəninkiləşdirilməsi ##.##.2026-cı il tarixinədək Quliyeva (Səfərova) Səidə Yusif qızına və digər şəxslərə qadağan edilməsi qərara alınmış, ərizə qalan hissədə təmin edilməmişdir.

4. Maraqlı şəxs S.Quliyeva qərardaddan şikayət vermiş, ərizəçi və digər maraqlı şəxs cavabdeh1 isə qərardadı mübahisələndirməmişdir.

5. Maraqlı şəxs S.Quliyeva şikayətini belə əsaslandırmışdır ki, rayon məhkəməsi eyni faktiki hallar və eyni sübutlar əsasında bir tərəfə münasibətdə müvəqqəti təminat tədbiri tətbiq etdiyi halda, digər tərəfə münasibətdə fərqli nəticəyə gəlmiş, bununla da tərəflərə münasibətdə qeyri-bərabər yanaşma nümayiş etdirmişdir. Şikayətçi hesab etmişdir ki, həm daşınmaz əmlaklar, həm də “xxxx” firmasının nizamnamə kapitalındakı pay barədə eyni xarakterli iddialar irəli sürülmüş, həmin əmlakların mərhum Sevda Quliyevaya məxsus olduğu və sonradan digər şəxslərin adına keçirildiyi göstərilmişdir. Buna baxmayaraq, rayon məhkəməsi yalnız onun mülkiyyətində olan daşınmaz əmlakların özgəninkiləşdirilməsini qadağan etmiş, hüquqi şəxsin nizamnamə kapitalındakı pay üzərinə həbs qoyulması barədə tələbi təmin etməmişdir. Hər iki şəxsə münasibətdə eyni sayda, növdə, formada sübut təqdim edilmiş, ərizədəki tələblər də eyni qaydada əsaslandırılmışdır. Onun mülkiyyətində olan daşınmaz əmlakların və cavabdeh1 əmlakının üzərinə məhdudiyyət qoyulması hissəsində sübutlar arasında həç bir fərq yoxdur. Buna baxmayaraq, hakim eyni əsaslandırmaya istinad edərək, ona münasibətdə ərizəni qismən əsaslı, cavabdeh1 münasibətdə isə əsassız hesab etmişdir. Ərizədəki ilkin sübutlar hər iki cavabdehin əmlakına dair tələblərə eyni dərəcədə aid edilmişdir. Əgər rayon məhkəməsi digər cavabdehin əmlakı üzərinə həbs qoyulmamasını sübutların olmaması ilə əsaslandırırsa, deməli, ona məxsus əmlaklara da həbs qoymamalı idi. Odur ki, qərardadın ləğv edilməsini və mtt ərizəsinin ona münasibətdə də təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini, hakim barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

6. Maraqlı şəxsin qərardaddan verdiyi şikayət rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

9. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.

11. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

12. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər.

13. Həmin Məcəllənin 157.6-cı müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

14. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

15. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarına əsasən - Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

16. Müvəqqəti təminat tədbirini tətbiq edərkən məhkəmə belə bir mövqedən çıxış etməlidir ki, bu tədbirlərin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyrimümkün edə bilər. Müvəqqəti təminat tədbirininin tətbiq olunmasının MPM-nin 158.1-ci maddəsində göstərilən məqsədi o halda realizə olunur ki, iddia ilə həmin müvəqqəti təminat tədbiri arasında əlaqə mövcud olsun. Hakim qeyd edir ki, müvəqqəti təminat tədbiri müvəqqəti xarakter daşıdığından və işi mahiyyəti üzrə həll etmədiyindən, belə tədbirlərin tətbiq edilməsi, gələcəkdə qaldırılan iddianın təmin olunacağı təqdirdə çıxarılacaq qətnamənin icrasını kifayət qədər real olmasının təminatıdır.

17. Mülki prosessual qanunvericiliyin tələblərindən də göründüyü kimi, müvəqqəti təminat tədbirinin tətbiq edilməsində məqsəd - cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdan ibarətdir.

18. Göründüyü kimi, müvəqqəti təminat tədbiri ərizəçinin hüquqlarının qorunmasını (təmin və ya bərpa edilməsini), o cümlədən gələcəkdə qəbul ediləcək qətnaməsinin icrasını təmin etmək məqsədi ilə görülən və ərizəçinin hüquqlarının qorunmasının çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbir olmaqla, müvəqqəti xarakter daşıyır.

19. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquq şəxsin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli məktubuna əsasən Bakı şəhəri Nəsimi rayonu, 28 May küçəsi, ev 5 ** saylı mənzil (ü/s 54,6 kv.m, 1 otaqlı) Nəsim rayon Icraiyyə Komitəsinin mənzil fondu ilə imzalanmış ##.##.1990-cı ıl tarixli müqaviləyə, Nəsim Rayon Xalq Deputatları Sovet Icraiyyə Komitəsinin 125 nəfərlik ##.##.1990-cı il tarixli qərarına əsasən ilkin olaraq ##.##.1990-cı il tarixdə X13 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri ** saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.1990-cı tarixli 0-5/**** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsəsən ##.##.1995-ci il tarixdə X4 adına qeydiyyatdan keçmışdir.

20. Bakı şəhəri ** saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2010-cu il tarixli 2V1/** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.2010- cu il tarixdə cavabdeh1 adına qeydiyyatda keçmişdir. Bakı şəhəri * saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2010-cu il tarixli 4Ə-03-*** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən ##.##.2010-cu il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci tarixli qərarına əsasən sözügedən mənzil ünvan 2, ** saylı mənzil ilə birləşdirilərək Səfərova (Quliyeva) Səidə Yaşar qızının adına qeydiyyatdan keçmişdir.

21. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquq şəxsin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli məktubuna əsasən Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsi Şamaxı rayon Aqrar islahat Komissiyasının ## ### 1998-ci tarixli ** saylı qərarı iə X5 ayrılmış və onun adına JN 744 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib olunmuşdur. Həmin şəhadətnamə əsasında X3 mülkiyyət hüququ ##.##.2011-ci il tarixində 2911004171 qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydiyyata alınmışdır. 2.V-01/*** reyestr nömrəli ##.##.2012-ci il tarixində Bakı sahən 29 nomrəli notariat notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş Qanun uzrə vərəsəlik hüququ haqqına şəhadətnaməyə əsasən həmin Torpaq sahəsi ##.##.2012-ci il tarixində 291200361 qeydiyyat nömrəsi ilə cavabdeh1 adına qeydiyyata alınmışdı. Sözügedən torpaq sahəsi Şamaxı rayon PNK da bağlanmış 4ə-404 reyestri nömrəli ##.##.2012-cı il tarixli torpaq sahəsinin bağışlanmasına dair müqaviləyə əsasən özgəninkiləşdirilərək Quliyeva (Səfərova) Səidə Yusif qızının adına 2912004163 qeydiyyat nömrəsi ilə ##.##.2012-ci il tarixində qeydiyyata alınmışdır və hal-hazırda onun adınadır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər.

23. Məhkəmə S.Quliyevanın şikayətinin dəlilləri üzrə rayon məhkəməsinin əsaslandırmaları ilə razılaşaraq qeyd edir ki, hüquqi şəxsin nizamnamə kapitalındakı pay üzərinə həbs qoyulması yalnız həmin pay sahibi şəxsin deyil, hüquqi şəxsin fəaliyyətinə, idarə edilməsinə və digər iştirakçıların hüquq və qanuni mənafelərinə də təsir göstərə bilər. Bu baxımdan rayon məhkəməsi həmin hissədə ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Eləcə də, maraqlı şəxs S.Quliyevanın mülkiyyətində olan daşınmaz əmlaklarla hüquqi şəxsin nizamnamə kapitalındakı pay hüquqi təbiətinə, hüquqi dövriyyə xüsusiyyətlərinə görə fərqli obyektlərdir. Buna görə də daşınmaz əmlaklara münasibətdə ərizə əsaslı hesab edilərək mtt-nin tətbiq edilməsi, hüquqi şəxsin nizamnamə kapitalındakı paya münasibətdə isə ərizənin əsassız hesab edilməsi qeyri-bərabər yanaşma, tərəflər arasında ayrı-seçkilik kimi qiymətləndirilə bilməz.

24. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, rayon məhkəməsi müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizəni qismən təmin etməkdə haqlı olmuşdur, qərardad qanuni və əsaslı, şikayətin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

26. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə uyğun olaraq Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

27. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

28. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Maraqlı şəxs cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar