Məhkəmə qərarları › İş №e-16(3-6)-370/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-370/2026

04.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-370/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından cavabdeh cavabdeh1 QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər “xxxx” QSC, Xaçmaz Rayon İcra və Probasiya şöbəsi və cavabdeh3 MMC-yə qarşı “mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbiə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1 ha olan torpaq sahəsinə dair cavabdeh cavabdeh1 QSC-yə aid ************* reyestr nömrəli mülkiyyət hüququna dair çıxarışın və mülkiyyət hüququnun ləğv edilməsinə və həmin əmlak üzərində iddiaçı Ərizəçi MMC-nin mülkiyyət hüququnun bərpa edilməsi, cavabdeh cavabdeh1 QSC-nin mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 2.58 ha olan torpaq sahəsi üzərində cavabdehə aid ************ reyestr nömrəli mülkiyyət hüququna dair çıxarışın və mülkiyyət hüququnun ləğv edilməsi və həmin əmlak üzərində iddiaçı Ərizəçi MMC-nin mülkiyyət hüququnun bərpa edilməsi, cavabdeh cavabdeh1 QSC-nin mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 1.55 ha olan torpaq sahəsi üzərində cavabdehə aid ************ reyestr nömrəli mülkiyyət hüququna dair çıxarışın və mülkiyyət hüququnun ləğv edilməsi və həmin əmlak üzərində iddiaçı Ərizəçi MMC-nin mülkiyyət hüququnun bərpa edilməsi, cavabdeh cavabdeh1 QSC-nin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 2.0598 ha olan torpaq sahəsi üzərində cavabdehə aid ************ reyestr nömrəli mülkiyyət hüququna dair çıxarışın və mülkiyyət hüququnun ləğv edilməsi və həmin əmlak üzərində iddiaçı Ərizəçi MMC-nin mülkiyyət hüququnun bərpa edilməsi, cavabdeh cavabdeh1 QSC-nin mülkiyyətində olan Xaçmaz rayonu, İstisu qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi üzərində cavabdehə aid ************ reyestr nömrəli mülkiyyət hüququna dair çıxarışın və mülkiyyət hüququnun ləğv edilməsi və həmin əmlak üzərində iddiaçı Ərizəçi MMC-nin mülkiyyət hüququnun bərpa edilməsi, cavabdeh cavabdeh1 QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi üzərində cavabdehə aid mülkiyyət hüququna dair çıxarışın və mülkiyyət hüququnun ləğv edilməsi və həmin əmlak üzərində iddiaçı Ərizəçi MMC-nin mülkiyyət hüququnun bərpa edilməsi, cavabdeh cavabdeh1 QSC-nin mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 1.5128 ha olan torpaq sahəsi üzərində cavabdehə aid mülkiyyət hüququna dair çıxarışın və mülkiyyət hüququnun ləğv edilməsi və həmin əmlak üzərində iddiaçı Ərizəçi MMC-nin mülkiyyət hüququnun bərpa edilməsi, cavabdeh "xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə rəylərinin və cavabdeh Xaçmaz rayon icra və probasiya şöbəsinin icra işi üzrə icra hərəkətlərinin qanunsuz sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş və qeyd edilən iş e-2-2(4-11)-2984/2026 nömrə altında icraata qəbul edilmişdir. Eyni zamanda ərizəçi Ərizəçi ASC müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 QSC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1 ha olan torpaq sahəsinə dair cavabdeh cavabdeh1 QSC-yə aid ********** qeydiyyat nömrəli, ************* reyestr nömrəli daşınmaz əmlakın; cavabdeh cavabdeh1 QSC-nin mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 2.58 ha olan torpaq sahəsinə dair cavabdeh cavabdeh1 QSC-yə aid ************ reyestr nömrəli daşınmaz əmlakın, cavabdeh cavabdeh1 QSC-nin mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 1.55 ha olan torpaq sahəsinə dair cavabdeh cavabdeh1 QSC-yə aid ************ reyestr nömrəli daşınmaz əmlakın, cavabdeh cavabdeh1 QSC-nin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 2.0598 ha olan torpaq sahəsinə dair cavabdeh cavabdeh1 QSC-yə aid ************ reyestr nömrəli daşınmaz əmlakın, cavabdeh cavabdeh1 QSC-nin mülkiyyətində olan Xaçmaz rayonu, İstisu qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinə dair cavabdeh cavabdeh1 QSC-yə aid ************ reyestr nömrəli daşınmaz əmlakın, cavabdeh cavabdeh1 QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin, cavabdeh cavabdeh1 QSC-nin mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 1.5128 ha olan torpaq sahəsinin özgəninkiləşdirilməsinin cavabdehlərə və digər üçüncü şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilərək, e-*-*(*-**)-****/**** saylı kommersiya işi üzrə qəbul ediləcək qətnamə qanuni qüvvəsini alanadək, cavabdeh cavabdeh1 QSC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1 ha olan torpaq sahəsinə dair cavabdeh cavabdeh1 QSC-yə aid ********** qeydiyyat nömrəli, ************* reyestr nömrəli daşınmaz əmlakın, cavabdeh cavabdeh1 QSCnin mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 2.58 ha olan torpaq sahəsinə dair cavabdeh cavabdeh1 QSC-yə aid ************ reyestr nömrəli daşınmaz əmlakın, cavabdeh cavabdeh1 QSC-nin mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 1.55 ha olan torpaq sahəsinə dair cavabdeh cavabdeh1 QSC-yə aid ************ reyestr nömrəli daşınmaz əmlakın, cavabdeh cavabdeh1 QSC-nin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 2.0598 ha olan torpaq sahəsinə dair cavabdeh “xxxx” QSC-yə aid ************ reyestr nömrəli daşınmaz əmlakın, cavabdeh cavabdeh1 QSC-nin mülkiyyətində olan Xaçmaz rayonu, İstisu qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinə dair cavabdeh cavabdeh1 QSC-yə aid ************ reyestr nömrəli daşınmaz əmlakın, cavabdeh cavabdeh1 QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin, cavabdeh cavabdeh1 QSC-nin mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 1.5128 ha olan torpaq sahəsinin özgəninkiləşdirilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Hazırda cavabdeh cavabdeh1 QSC həmin qərardaddan şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh1 QSC və Ərizəçi MMC arasında bağlanmış ##.##.2020-ci il tarixli, ** nömrəli alqısatqı müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı mübahisə üzrə Ərizəçi MMC ilkin iddia tələbi üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək tərəfimizdən təqdim edilmiş malların keyfiyyətsiz olmasını əsas gətirərək həmin müqavilə üzrə ödəməli olduqları qalıq borclarının silinməsini və işgüzar nüfuzlarına dəyən zərərin kompensasiya edilməsini tələb etmişlər. Bundan sonra cavabdeh1 QSC qarşılıqlı iddia ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək müqavilə öhdəliklərini və üzərinə düşən vəzifələri vaxtında icra edərək Ərizəçi MMC-ni mallarla təchiz etməsinə baxmayaraq qarşı tərəfin müqavilə öhdəliklərini pozmasını, həmin malların dəyərini iddiaçıya tam olaraq ödəməməsini, müqavilə öhdəliyini pozaraq və ödəməli olduğu 1.045.341,99 manat vəsaiti ödəməyərək yüksək məbləğdə ziyan vurduğunu bildirmiş və 1.045.341,99 manat borc məbləğinin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1312,67 manat pulun cavabdehdən alınıb cavabdeh1 QSC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsi ##.##.2023-cü il tarixli, e-2-2(113)- ***/**** nömrəli qətnaməsi ilə Ərizəçi MMC-nin təqdim etdiyi sənədlərdə adları qeyd olunan şəxslərə mallar satmasını, həmin malların məhz cavabdeh1 QSC tərəfindən iddiaçıya satılan mallar olmasını, malların keyfiyyətsiz olmasını, həmin mallardan istifadə olunması nəticəsində həmin şəxslərə ziyan dəyməsini və s. halları təsdiqləyəcək mötəbər sübut təqdim etmədiyi təqdim olunan sənədlərdə isə ziddiyyətlər olduğu qənaətinə gələrək Ərizəçi MMC-nin ilkin iddia üzrə tələbini təmin etməmiş, qarşılıqlı iddia üzrə cavabdeh1 QSC-nin hissə-hissə olmaqla Ərizəçi MMC-yə malları təhvil verdiyini, tərəflərin ##.##.2022-ci il tarixə 1.145.341,99 manat borcun olduğunu üzləşmə aktı ilə təsdiqlədiyini, həmin məbləğdən 110.000 manat ödənildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 1.035.341,99 manat pulu ödəmədiyini, iddiaçının əşyanın ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq qarşılıqlı iddia tələbini qismən əsaslı hesab etmiş və 1.035.341 (bir milyon otuz beş min üç yüz qırx bir) manat 99 (doxsan doqquz) qəpik məbləğində pulun, həmçinin mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 907 (doqquz yüz yeddi) manat 67 (altmış yeddi) qəpik məbləğində pulun qarşılıqlı iddia üzrə cavabdeh Ərizəçi MMC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 QSC-yə ödənilməsini qət etmişdir. Lakin borclu Ərizəçi MMC Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş ##.##.2023-cü il tarixli, e-2-2(113)- ***/**** nömrəli qətnaməsinin icrasından 2023cü ildən son dövrlərədək qərəzli şəkildə yayınmış, nəticədə müvafiq icra orqanı məcburi icra tədbirlərinin tətbiqinə başlamışdır. Bu çərçivədə borclunun Xaçmaz, Şabran və Şəmkir rayonlarında yerləşən daşınmaz əmlakları və torpaq sahələri cavabdeh3 MMC qiymətləndirmə şirkəti tərəfindən bazar qiymətlərinə uyğun qiymətləndirilmişdir. Qiymətləndirmə rəyi əsasında sözügedən əmlaklar qətnamə əsasında ödənilməli olan borc həddində qanuni şəkildə mülkiyyətimizə keçirilmiş və həmin əmlaklar üzərində mülkiyyət hüquqlarımız dövlət qeydiyyatına alınmışdır. Onu da bildirək ki, qarşı tərəf heç bir əsas olmadan cavabdeh3 MMC qiymətləndirmə şirkətinin bizimlə “əlbir” olaraq məqsədli fəaliyyət göstərdiyini iddia etmişdir. Qeyd edək ki, tərəfi olduğumuz bir neçə məhkəmə çəkişmələrindən müəyyən etmişik ki, həmin qiymətləndirmə şirkəti bir neçə məhkəmə ilə müqavilə əsaslı əməkdaşlıq etməkdədir və onun bu işdəki fəaliyyətini də hər hansı “əlbirliyi” və ya qanunsuzluq adlandırmaq sadəcə əsassız deyil, həm də gülüncdür. Sorğu verilərək bu faktın təsdiqini müəyyən etmək də mümkün olacaqdır və ya həmin qiymətləndirmə şirkətinin nümayəndəsi belə məhkəmə iclasında bu halı təsdiq edə biləcək. Qanuna müvafiq olaraq icra şöbəsi bizə həmin əmlakları təklif etmiş və razılıq məktubu əsasında əmlakları qəbul etmişik. Lakin Ərizəçi MMC icra prosesini sabotaj etmək məqsədilə heç bir rəsmi ekspertiza statusu daşımayan və birtərəfli xarakter daşıyan qiymətləndirmə mülahizələrini əsas gətirərək Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh1 QSC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1 ha olan torpaq sahəsinə dair cavabdeh1 QSC-yə aid ********** qeydiyyat nömrəli, ************* reyestr nömrəli daşınmaz əmlakın; cavabdeh1 QSC-nin mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 2.58 ha olan torpaq sahəsinə dair cavabdeh1 QSC-yə aid ************ reyestr nömrəli daşınmaz əmlakın, cavabdeh1 QSC-nin mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 1.55 ha olan torpaq sahəsinə dair cavabdeh1 QSC-yə aid ************ reyestr nömrəli daşınmaz əmlakın, cavabdeh1 QSC-nin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 2.0598 ha olan torpaq sahəsinə dair cavabdeh1 QSC-yə aid ************ reyestr nömrəli daşınmaz əmlakın, cavabdeh1 QSC-nin mülkiyyətində olan Xaçmaz rayonu, İstisu qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinə dair cavabdeh1 QSC-yə aid ************ reyestr nömrəli daşınmaz əmlakın, cavabdeh1 QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin, cavabdeh1 QSC-nin mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 1.5128 ha olan torpaq sahəsinin özgəninkiləşdirilməsinin cavabdeh1 QSC və digər üçüncü şəxslərə qadağan edilməsinə dair tələblə Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsi isə işin mahiyyətinə varmadan mülkiyyət hüquqlarının həyata keçirilməsini qeyri-müəyyən müddətə məhdudlaşdıran ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardad qəbul etmişdir. Hesab edir ki, qarşı tərəfin heç bir hüquqi əsası və mötəbərliyi olmayan subyektiv mülahizələrinə söykənərək mülkiyyət hüquqlarının əsas elementi olan sərəncam hüquqlarının bu cür əsassız mexanizmlərlə məhdudlaşdırılması tamamilə qanunsuzdur. Bu səbəbdən hesab edir ki, qanuni mənafelərinin qorunması və mülkiyyət hüquqlarının bərpası üçün sözügedən əsassız qərardad ləğv edilməlidir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsi və həmin qərardadla cavabdeh1 QSCnin mülkiyyətində olan Xaçmaz, Şabran və Şəmkir rayonlarında yerləşən sözügedən daşınmaz əmlak və torpaq sahələrinin özgəninkiləşdirilməsinə qoyulan qadağanın götürülməsi barədə qərardad qəbul edilməsi xahiş edirlmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “xxxx” MMC ilə Ərizəçi MMC arasında imzalanmış ##.##.2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən ünvan 2ndə yerləşən, ümumi sahəsi 1 ha olan torpaq sahəsini icarəçinin istifadəsinə verməyi, icarəçi isə ondan, habelə bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu əldə edərək bunun üçün icarəyə verənə icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsinə əsasən, iddiaçı Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra Ərizəçi MMC) cavabdeh cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdeh1 QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kommersiya və biznes nüfuzuna vurulmuş ziyana görə 1 000 000 manat, mediasiya prosesinə çəkilmiş xərcinin əvəzi olaraq 400 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1632 manat olmaqla, ümumilikdə 1 002 032 manat pulun cavadehdən iddiaçının xeyrinə tutulması və iddiaçının cavabdeh cavabdeh1 QSC-yə olan 678 023 manat borcunun silinməsi barədə qətnamə qəbul edilməsini, eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 QSC Ərizəçi MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2020-ci il tarixli, ** nömrəli alqı-satqı müqaviləsi üzrə 1 045 341,99 manat borc məbləğinin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1312,67 manat pulun cavabdehdən alınıb cavabdeh1 QSC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və qeyd edilən qətnaməyə əsasən ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən 1 035 341 (bir milyon otuz beş min üç yüz qırx bir) manat 99 (doxsan doqquz) qəpik məbləğində pul qarşılıqlı iddia üzrə cavabdeh Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 907 (doqquz yüz yeddi) manat 67 (altmış yeddi) qəpik məbləğində pul qarşılıqlı iddia üzrə cavabdeh Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında cavabdeh3 MMC tərəfindən əmlakların qiymətləndirilməsinin nəticələri haqqında ##.##.2024-cü il tarixli hesabata (mütəxəssis rəyinə) əsasən, 1. ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 2.58 ha olan torpaq sahəsinin bazar dəyəri – 6966 manat, 2. ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 1.55 ha olan torpaq sahəsinin bazar dəyəri 4340 manat, 3. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 2.0598 ha olan torpaq sahəsinin bazar dyəri 5768 manat, 4. Xaçmaz rayonu, İstisu qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinin bazar dyəri 12000 manat, 5. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1 ha olan torpaq sahəsinin bazar dyəri 80000 manat, 6. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin bazar dyəri 55000 manat, 7. ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 1.5128 ha olan torpaq sahəsinin bazar dyəri 121024 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publiik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən, ünvan 4ndə yerləşən 2.58 ha (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsi Ərizəçi MMC-nin adına ##.##.2019-cu il tarixdə, 28919033940 nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publiik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən, Xaçmaz rayonu, İstisu kəndində yerləşən 0.08 ha (yaşayış məntəqələrinin torpaqları) torpaq sahəsi Ərizəçi MMC-nin adına ##.##.2020-ci il tarixdə, 2820026413 nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publiik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən, ünvan 3ndə yerləşən 2,0598 ha (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsi Ərizəçi MMC-nin adına ##.##.2020-ci il tarixdə, 2820026415 nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publiik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən, ünvan 4ndə yerləşən 1,55 ha (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsi Ərizəçi MMC-nin adına ##.##.2020-ci il tarixdə, 2820026416 nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publiik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən, ünvan 2ndə yerləşən 1 ha (sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı) torpaq sahəsi Ərizəçi MMC-nin adına ##.##.2020-ci il tarixdə, 2820033463 nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publiik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən, ünvan 5ndə yerləşən 4.5199 ha (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsi Ərizəçi MMC-nin adına ##.##.2022-ci il tarixdə, 3122016979 nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publiik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən, ünvan 5ndə yerləşən 3.0071 ha (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsi Ərizəçi MMC-nin adına ##.##.2022-ci il tarixdə, 3122016989 nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publiik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən, ünvan 2ndə yerləşən 1 ha (sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı) torpaq sahəsi cavabdeh1 QSC-nin adına ##.##.2026-cı il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 157.1 və 157.2-ci maddələrinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər; 157.4-cü maddəsinə əsasən İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir; 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 158.1-ci maddəsinə əsasən aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. 158.2-ci maddəsinə əsasən məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Qanunun mənasına görə müvəqqəti təminat tədbirlərinin tətbiqi qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbirləri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, müvəqqəti təminat tədbirlərinin mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Müvəqqəti təminat tədbiri barədə ərizədən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-2-2(113)- ***/**** saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun sifarişi əsasında cavabdeh3 MMC tərəfindən 7 daşınmaz əmlak üzrə qiymətləndirilmə aparılmış və həmin əmlaklar tələbkar tərəfindən qəbul edilərək, adına çıxarışlar alınmışdır. Ərizəçi isə bunlardan xəbərsiz olduğunu iddia edərək cavabdehlər “xxxx” QSC, Xaçmaz Rayon İcra və Probasiya şöbəsi və cavabdeh3 MMC-yə qarşı “çıxarışların və mülkiyyət hüquqlarının ləğv edilməsi və həmin əmlaklar üzərində iddiaçı Ərizəçi MMC-nin mülkiyyət hüququnun bərpa edilməsi, cavabdeh "xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə rəylərinin və cavabdeh Xaçmaz rayon icra və probasiya şöbəsinin icra işi üzrə icra hərəkətlərinin qanunsuz sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, iddia tələbi mülkiyyət hüquqlarının bərpası ilə bağlı olduğundan, şikayətdə göstərilənlər şikayətin təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsi üçün əsas ola bilməz Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-159, 163, 263-264, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh “xxxx” QSC şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar