Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-371/2026 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi MMC-nin müvəqqəti təminat tədbiri barədə ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından cavabdeh Maraqlı şəxs MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: Işin halları:
1. ##.##.2023-cü il tarixli, №*** AMP/**** saylı alqı-satqı müqaviləsinin predmetinə görə, Müqavilə Satıcı (ərizəçi) ilə Alıcı (cavabdeh) arasında, atipik-çərçivə alqı-satqı müqaviləsi olmaqla, Alıcının müqavilə müddətinin istənilən zaman kəsiyindəki sifarişi əsasında Satıcının satılanın sahiblik və mülkiyyətini Alıcıya ötürməyi Alıcının isə bunun qarşılığında pul ödəməyi öhdəsinə götürdüyü münasibətləri tənzimləyir. Müqavilənin: - 1.4-cü bəndinə əsasən, Qüvvəyə minmiş sifariş, Satıcının qiymət siyahısı, hesabfaktura/elektron qaimə-faktura, tərəflər arasındakı bildirişlər bu müqavilənin ayrılmaz tərkib hissəsidir və müqavilənin şərh olunmasında əsas götürülür. - 2.1-ci bəndinə əsasən, Malın qiyməti X3 və ya Satıcının qiymət siyahısı (price list) ilə müəyyən edilir və o həmişə müəyyən miqdar puldur. - 3.2.1-ci bəndinə əsasən, Alıcı müqavilədə müəyyən olunmuş qaydada malın qiymətini ödəməlidir. Bu öhdəlik Alıcının əsas öhdəliyidir. - 4.1-ci bəndinə əsasən, Bir qayda olaraq Alıcı ödənişi hər bir sifariş üzrə mallar təhvil verilməzdən əvvəl 5 (beş) iş günü ərzində ödəyir. Alıcı ödəniş etməyəcəyini bildirdikdə və ya buna kifayət qədər əsas olduqda Satıcı malı ödəniş olunana qədər özündə saxlamaqda haqlıdır. - 4.2 və 4.3-cü bəndlərinə əsasən, Satıcı Malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və ya elektron qaimə-fakturanı və (tərtib olunubsa) təhvil-təslim aktını da Alıcıya təqdim etməlidir. Malın təhvil verilməsi hesab-faklura/elektron qaimə-faktura və (tərtib olunubsa) təhviltəslim aktı ilə həyata keçirilir. Həmin sənədlərdən birinə Alıcı (təmsilçisi) tərəfindən imza çəkildikdə və ya elektron qaiməfaktura təsdiq edildikdə (həmçinin elektron informasiya sistemi vasitəsi ilə avtomatlaşdırlmış qaydada təsdiq olunduqda) mal təhvil verilmiş hesab edilir.
2. Tərəflər arasında bağlanmış X4 ilə cəmi 695397,78 manat məbləğində malların cavabdehə satılması razılaşdırılmış, eyni zamanda iş materiallarına əlavə edilmiş təhvil-təslim aktları ilə X4 razılaşdırılmış növdə və məbləğdə malların cavabdehə təhvil verilməsi təsdiq edilmişdir.
3. Iddiaçı tərəfindən, cəmi 565962,66 manat məbləğində malların cavabdehə təqdim edilməsinə dair elektron-qaimələr iş materiallarına əlavə edilmişdir.
4. Ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən, ümumilikdə 360736,31 manat məbləğində pul iddiaçının bank hesabına köçürülmüşdür. Birinci instansiya məhkəməsindəki icraat
5. Iddiaçı onunla cavabdeh “xxxx” MMC arasında ## ###### 2023-cü il tarixli, № *** AMP/**** nömrəli Alqı-satqı müqaviləsinə əsasən yaranmış 311 425,75 borcun həmçinin, pozulmuş hüquqlarının bərpası üçün hüquqi xidmətin gösərilməsinə dair müqavilə xərcləri, dövlət rüsumunun məbləği də hesablanaraq, toplamda 312 352,50 manat məbləğin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iş hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır (iş № e-2-2(4-11)- 2023/2026).
6. Həmçinin, ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənədək və məhkəmə aktı qanuni qüvvəsini alanadək cavabdeh Maraqlı şəxs MMC-nin Nəsimi filialında mövcud olan (Kod: 200112; Müxbir hesab: AZ37NABZ01350100000000001944; SWIFT: AIIBAZ2XXXX; Hesablaşma hesabı: AZ10AIIB400300G9444714304111), xxxx” MMC-nin Respublika SKB bank hesabına (Kod: 505668; Müxbir hesab: AZ80NABZ013501000000000014944; SWIFT: BRESAZ22XXX; Hesablaşma hesabı: AZ89BRES40030AZ0021801359001), habelə xxxx” MMC-nin Bank Respublika ASC-nin Müştəri xidməti departamentində olan bank hesabına (Kod: 505668; Müxbir hesab: AZ80NABZ013501000000000014944; SWIFT: BRESAZ22XXX; Hesablaşma hesabı: AZ89BRES40030AZ0021801359001) iddia tələbinin həcmində – 312 352,50 manat məbləğində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, cavabdeh Maraqlı şəxs MMC-nin Nəsimi filialında mövcud olan (Kod: 200112; Müxbir hesab: AZ37NABZ01350100000000001944; SWIFT: AIIBAZ2XXXX; Hesablaşma hesabı: AZ10AIIB400300G9444714304111), xxxx” MMC-nin Respublika SKB (Kod: 505668; Müxbir hesab: AZ80NABZ013501000000000014944; SWIFT: BRESAZ22XXX; Hesablaşma hesabı: AZ89BRES40030AZ0021801359001), habelə xxxx” MMC-nin Bank Respublika ASC-nin Müştəri xidməti departamentində olan (Kod: 505668; Müxbir hesab: AZ80NABZ013501000000000014944; SWIFT: BRESAZ22XXX; Hesablaşma hesabı: AZ89BRES40030AZ0021801359001) bank hesablarında olan pul vəsaitlərinin üzərinə (işçilərin əmək haqlarının, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) verilməsinə məhdudiyyət qoyulmadan)) iddia tələbini təşkil edən əsas borc məbləği həddində, yəni 300604,15 manat pul məbləği həddində həbs qoyulması qərara alınmışdır.
8. ##.##.2026-cı il tarixdə cavabdeh məhkəməyə şikayət təqdim edərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadının ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir.
9. Şikayət onunla əsaslandırılmışdır ki, mövcud məhkəmə mübahisəsi üzrə olduqca ziddiyyətli məqamlar mövcuddur. Belə ki, hazırda ərizəçi tərəfindən təqdim olunmuş malların keyfiyyət tələblərinə uğyun olub-olmaması tərəflərindən araşdırılmaqdadır. Tərəflər arasında müqavilə münasibətləri mövcud olmuş, lakin məhsullar müvafiq keyfiyyətlərə uyğun təqdim edilməmişdir. Bu isə özlüyündə ərizəçinin müqavilə öhdəliklərini layiqincə yerinə yetirməməsinə dair ciddi suallar yaradır. Hazırda isə tərəflərindən qeyd olunan hallar araşdırılır. Belə olduğu halda mahiyyəti üzrə işə baxılmadan bank hesablarının üzərinə həbsin qoyulması əsassız və hüquqazidd olmuşdur. Hazırkı iş üzrə ərizəçi iş materiallarına iddianın gələcəkdə təmin ediləcəyi halda mübahisə tərəfinin və ya digər şəxslərin hansı hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyinə dair zəruri sübutlarını məhkəməyə təqdim etməmiş, ərizəçinin hansı hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağına və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinə dair sənədlər təqdim etməmiş, eləcə də bu halları əsaslandıra bilməmişdir. Qeyd olunan hallar isə məhkəmə tərəfindən nəzərə alınmamış, sadəcə ərizəçinin təqdim etdiyi sənədlərə əsasən qərardad qəbul etmişdir. Bundan əlavə, məhkəmə müvəqqəti təminat tədbirləri tətbiq edilərkən mütənasiblik prinsipinin tələblərini də nəzərə almamışdır. Belə ki, məhkəmə tərəfindən müvəqqəti təminat tədbirinin hansı növünün tətbiqi ilə bağlı seçim edərkən mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalı idi. Qeyd olunur ki, cavabdeh təşkilat xeyli müddətdir ki, ölkə ərazisində fəaliyyət göstərir, aktiv bank hesabları mövcuddur və nüfuzlu şirkətlərdən biridir. Belə olan halda bank hesablarında olan pul vəsaitlərinin üzərinə həbsin qoyulması gəcələcəkdə cavabdehin sahibkarlıq fəaliyyətinə ciddi zərbə vuracaqdır. Bu hal isə yolverilməzdir.
10. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiya məhkəməsindəki icraat
11. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.5, 157.5.1 və 157.5.2-ci maddələrinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.7-ci maddəsinə görə məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Göründüyü kimi, müvəqqəti təminat tədbiri ərizəçinin hüquqlarının qorunmasını (təmin və ya bərpa edilməsini), o cümlədən gələcəkdə qəbul ediləcək qətnaməsinin icrasını təmin etmək məqsədi ilə görülən və ərizəçinin hüquqlarının qorunmasının çətinləşdirə və ya qeyrimümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbir olmaqla, müvəqqəti xarakter daşıyır. 158.1.2-ci maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri olaraq müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. 158.1.3-ci maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri olaraq mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər.
Məhkəmənin mövqeyi
13. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini və tətbiq edilməli prosessual hüquq normalarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. Mülki Prosessual Məcəllənin 157-ci maddəsinin məzmununa görə müvəqqəti təminat tədbirinin tətbiqi işin mahiyyətinin əvvəlcədən həll edilməsi məqsədi daşımır. Bu institutun məqsədi mübahisə üzrə gələcəkdə qəbul edilə biləcək məhkəmə aktının real və səmərəli icrasını təmin etmək, mövcud vəziyyətin dəyişməsi nəticəsində ərizəçinin ehtimal olunan hüquqlarının müdafiəsinin qeyri-mümkün və ya əhəmiyyətli dərəcədə çətinləşməsinin qarşısını almaqdır.
15. Buna görə müvəqqəti təminat tədbiri məsələsi həll edilərkən iddia tələbinin tam və yekun şəkildə sübuta yetirilməsi deyil, ilkin baxışdan kifayət qədər əsaslı görünməsi, tələb ilə seçilən təminat tədbiri arasında əlaqənin mövcudluğu, habelə tədbirin zəruri və mütənasib olması qiymətləndirilir. Bu mərhələdə verilən qiymətləndirmə işə mahiyyəti üzrə baxılarkən məhkəmənin sübutlara verəcəyi yekun hüquqi qiyməti qabaqcadan müəyyən etmir.
16. Iş materiallarından görünür ki, tərəflər arasında ## ###### 2023-cü il tarixli, 389 AMP/**** nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin icrası çərçivəsində X4, təhvil-təslim aktları və elektron qaimələr rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən ərizəçinin bank hesabına müxtəlif tarixlərdə ümumilikdə 360.736,31 manat məbləğində ödənişlərin həyata keçirilməsi də tərəflər arasında faktiki müqavilə icrasının mövcudluğunu təsdiq edir.
17. Ərizəçi iddia ərizəsində cavabdehdən 311.425,75 manat əsas borcun tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi isə təminat tədbirini ərizəçinin tələb etdiyi bütün məbləğə deyil, işin həmin mərhələsində təqdim edilmiş ilkin yazılı sübutlar əsasında 300.604,15 manat həddində tətbiq etmişdir.
18. Kollegiya hesab edir ki, təminat tədbiri üzrə müəyyən edilmiş məbləğin iddiada göstərilən əsas borcdan 10.821,60 manat az olması qərardadın qanunsuzluğuna dəlalət etmir. Əksinə, məhkəmənin ərizəçinin tələb etdiyi məbləği avtomatik olaraq tam həcmdə təmin etmədiyini, yalnız ilkin sübutlarla əlaqələndirilə bilən və iddia tələbinin həddini aşmayan hissədə müvəqqəti məhdudiyyət tətbiq etdiyini göstərir.
19. Müvəqqəti təminat mərhələsində məhkəmə tərəflər arasında yekun qarşılıqlı hesablaşmanı müəyyən etmir, ayrı-ayrı qaimə və təhvil-təslim aktları üzrə borcun yekun məbləğini hesablamır və malların keyfiyyətinə dair etirazları mahiyyəti üzrə həll etmir. Həmin məsələlər sübutların tam, hərtərəfli və obyektiv araşdırılmasından sonra yekun qətnamə ilə həll olunmalıdır. Buna görə təminat məbləğinin iddia edilən əsas borca yaxın, lakin ondan aşağı müəyyən edilməsi mübahisənin mahiyyəti üzrə qabaqcadan nəticə çıxarılması hesab edilə bilməz.
20. Cavabdehin malların keyfiyyəti ilə bağlı etirazları da təminat tədbirinin ləğvi üçün kifayət etmir. Şikayətdə hansı konkret malların qüsurlu olduğu, qüsurların nə vaxt aşkar edildiyi, bu barədə satıcıya hansı formada bildiriş verildiyi, malların geri qaytarılıb-qaytarılmadığı və ya qüsurun hansı mütəxəssis rəyi, akt və ya digər mötəbər ilkin sübutla təsdiqləndiyi göstərilməmişdir. Belə ümumi etirazlar ərizəçinin pul tələbinin ilkin əsaslılığını aradan qaldırmır.
21. Kollegiya, həmçinin, nəzərə alır ki, pul vəsaiti dövriyyə qabiliyyətinə malik aktivdir və bank hesablarındakı vəsaitlər üzərində sərəncam verilməsi nəticəsində gələcək məhkəmə aktının icrasının əhəmiyyətli dərəcədə çətinləşməsi mümkündür. Iddia tələbinin məbləği, tərəflər arasında hesablaşmanın başa çatmaması, borcun ödənilməməsi və cavabdehin tələbi mübahisələndirməsi birlikdə qiymətləndirildikdə, ərizəçinin ehtimal olunan hüququnun müvəqqəti qorunmasına ehtiyacın mövcud olduğu nəticəsinə gəlmək olar.
22. Cavabdehin uzun müddətdir sahibkarlıq fəaliyyəti göstərməsi və aktiv bank hesablarının mövcud olması təminat tədbirinin tətbiqini istisna edən hal deyildir. Hüquqi şəxsin fəaliyyətdə olması və bank hesablarının mövcudluğu həmin hesablardakı vəsaitlərin sonradan çıxarılmayacağına, başqa hesablara yönəldilməyəcəyinə və ya gələcək icranın çətinləşməyəcəyinə təminat vermir.
23. MPM-in 158.1.1-ci maddəsi cavabdehə məxsus əmlak üzərinə həbs qoyulmasını müvəqqəti təminat tədbirinin növlərindən biri kimi nəzərdə tutur. Hazırkı iddia pul tələbinə aid olduğundan cavabdehin bank hesablarındakı pul vəsaitinin iddia tələbinə yaxın və həmin tələbi aşmayan məbləğ həddində məhdudlaşdırılması iddianın predmeti ilə birbaşa əlaqəlidir.
24. Tətbiq edilmiş tədbir cavabdehin bütün əmlakına və ya bütün pul dövriyyəsinə deyil, yalnız 300.604,15 manat məbləğ həddində vəsaitə aiddir. Həmin məbləğ iddiada göstərilən 311.425,75 manat əsas borcdan aşağıdır. Bu isə birinci instansiya məhkəməsinin ərizəçinin və cavabdehin mənafeləri arasında balans yaratdığını və daha məhdud müdaxilə vasitəsi seçdiyini göstərir.
25. Birinci instansiya məhkəməsi, həmçinin, işçilərin əmək haqlarının və dövlət büdcəsinə zəruri ödənişlərin, o cümlədən vergi və sosial ödənişlərin həyata keçirilməsini həbsin təsir dairəsindən istisna etmişdir. Həmin istisnalar cavabdehin cari sahibkarlıq fəaliyyətinin tam dayanmasının qarşısını alır və tətbiq edilmiş tədbirin mütənasibliyini təmin edir.
26. Bank hesablarına həbsin tətbiqi cavabdehin müvafiq məbləğdən artıq pul vəsaitinə sərəncam verməsini istisna etmir. Bir neçə bank hesabının göstərilməsi də hər bir hesab üzrə ayrıca 300.604,15 manat həbs qoyulması kimi deyil, cavabdehin bütün göstərilən hesabları üzrə ümumilikdə həmin məbləğ həddində təminatın həyata keçirilməsi kimi başa düşülməli və icra edilməlidir.
27. Beləliklə, tətbiq olunmuş təminat tədbiri: – iddia tələbi ilə birbaşa əlaqəlidir; – iddia tələbinin məbləğini aşmır; – ilkin yazılı sübutlara əsaslanır; – müvəqqəti xarakter daşıyır; – cavabdehin sahibkarlıq fəaliyyətini tam dayandırmır; – əmək haqqı və büdcə ödənişlərinin həyata keçirilməsinə mane olmur; – tərəflərin maraqları arasında ağlabatan balansı qoruyur.
28. Cavabdehin şikayətində göstərilən dəlillər əsasən mübahisənin mahiyyətinə, malların keyfiyyətinə və yekun borcun mövcudluğuna aiddir. Həmin məsələlərə iddia üzrə yekun məhkəmə aktı qəbul edilərkən qiymət verilməlidir və onlar hazırkı mərhələdə müvəqqəti təminat tədbirinin ləğv edilməsi üçün yetərli əsas yaratmır.
29. Buna görə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqi üçün əhəmiyyətli olan halları düzgün qiymətləndirmiş, təminat tədbirini iddia tələbinin həddini aşmayan məbləğdə tətbiq etmiş və tərəflərin hüquqları arasında mütənasib balans yaratmışdır.
30. Şikayətin dəlilləri qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsas yaratmadığından şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
31. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara a l d ı:
Cavabdeh Maraqlı şəxs MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.