Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-374/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi) X2 və X4 ibarət tərkibdə, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları
1. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin predmeti olan və Şirvan şəhər R M.Ibrahimov küçəsi 1/134-də yerləşən qeyri-yaşayış binası, Şirvan şəhər T.Ismayılov küçəsi 1/16 T-də yerləşən qeyri-yaşayış binası, Şirvan şəhər T.Ismayılov küç. 9-da yerləşən 0,062 ha “yaşayış məntəqələrinin torpaqları” təyinatlı torpaq sahəsi və Şirvan şəhər Naxçıvan küç. 24-də 0,2 ha “yaşayış məntəqələrinin torpaqları” təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin icraatında iddiaçı X10 cavabdeh Cavabdeh qarşı əmlakın bölünməsi tələbinə dair 2(5- **)-****/**** saylı mülki iş vardır.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*- **)-***/**** nömrəli qərardadına əsasən ərizə qismən təmin olunaraq ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası, Şirvan şəhəri T.Ismayılov küçəsi 1/16 T ünvanında yerləşən qeyri-yaşayış binası, Şirvan şəhəri T.Ismayılov küçəsi 9 ünvanında yerləşən 0,062 ha “yaşayış məntəqələrinin torpaqları” təyinatlı torpaq sahəsi və Şirvan şəhəri, ünvan 2 ünvanında yerləşən 0,2 ha “yaşayış məntəqələrinin torpaqları” təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsi qadağan edilmişdir.
4. Qərardad onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binası ##.##.2006cı il tarixdə, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binası ##.##.2008-ci il tarixdə, ünvan 7 ünvanında yerləşən 0.062 ha “yaşayış məntəqələrinin torpaqları təyinatlı” torpaq sahəsi ##.##.2014-cü il tarixdə, Şirvan şəhəri, ünvan 3 ünvanında yerləşən 0.2 ha “yaşayış məntəqələrinin torpaqları təyinatlı” torpaq sahəsi ##.##.2014-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. ünvan 6 ünvanında olan qeyri-yaşayış binasının yerləşdiyi 0.0250 ha torpaq sahəsi icarə hüququ əsasında ##.##.2008-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. əhkəmə, mübahisənin obyektiv və ədalətli həlli, tərəflərin hüquqlarının və qəbul ediləcək məhkəmə qərarının səmərəliliyinin təmin edilməsi kimi halları nəzərə alaraq müvəqqəti təminat tədbiri barədə ərizənin qismən, əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi hissəsində təmin edilməsi qənaətinə gəlir. Belə ki, əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi ərizəçinin hüquqlarının qorunması və müvafiq iş üzrə gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasının təmin edilməsi baxımından kifayət etdiyindən ərizə qalan hissədə təmin edilməməlidir. Iş materiallarından göründüyü kimi məhdudiyyət qoyulması xahiş edilən daşınmaz əşyalar tərəflərin birgə nikahı dövründə cavabdehin adına qeydiyyata alınmışdır. Məhkəmə gələcəkdə iddia təmin edlərsə mübahisənin daha da dərinləşməsinin qarşısının alınması məqsədilə hesab edir ki, daşınmaz əşyaların özgəninləşdirilməsi qadağan edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmənin icraatında iddiaçı X10 cavabdeh Cavabdeh qarşı əmlakın bölünməsi tələbinə dair 2(5- **)-****/**** saylı mülki iş vardır
5. Həmin qərardaddan cavabdeh Cavabdeh tərəfindən şikayət verilərək, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binası özgəninkiləşdirmənin qadağan edilməsi hissəsindən çıxarılaraq qərardadın qüvvədə olma müddətinin müəyyən edilməsi xahiş olunmuşdur.
6. Şikayət onunla əsaslandırımışdır ki, ki, o, cavabdeh Şirvan şəhər * saylı Notariat ofisinə qarşı (üçüncü şəxs Ərizəçi cəlb edilməklə) mülkiyyətində olan ünvan 5 saylı ünvanda yerləşən ümumi sahəsi 62.0 kv/m olan 1 girişli qeyri yaşayış binasını Ərizəçi razılığı olmadan satılmasının rəsmiləşdirilməsinin cavabdeh Şirvan şəhər * saylı Notariat ofisinə həvalə edilməsi haqqında iddia tələbi ilə Şirvan şəhər Məhkəməsinə müraciət etmiş, ərizə ##.##.2025-ci il tarixdə Şirvan şəhər Məhkəməsində icraata qəbul edilmişdir. Iddia tələbi üzrə üçüncü şəxs Ərizəçi heç bir iclasda iştirak etməmiş, iddia tələbi üzrə heç bir münasibət bildirməmişdir. X6 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 76.19 kv.m olan 5 taqlı mənzili ##.##.2000-ci il tarixdə ona Bakı şəhər ** saylı dövlət notaiat kontorunun notariusunda mənzil bağışlanma müqaviləsi əsasında bağışlamışdır. Mülkiyyətində olan mənzili ****** nömrəli alqı-satqı müqaviləsi əsasında ##.##.2003-cü il tarixdə X1 98000000 manata satmışdır. Daha sonra əldə edilmiş pul vəsaitinə ##.##.2003-cü il tarixdə Əli-bayramlı şəhər sakini X3 mülkiyyətində olan Əlibayramlı (indiki Şirvan) şəhəri L-nt Ibrahimov küçəsində yerləşən bir otaqlı ticarət sahəsi 60.7 kv.m olan qeyri-yaşayış (mağaza) sahəsini 42000000 manata alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Hazırda mülkiyyətində olan əmlakı özgəninkiləşdirmək zərurəti yaradığından rəsmi alqı-satqı aparılması üçün Şirvan şəhər * saylı Notariat ofisnə müraciət etmiş, notariat ofisi tərəfindən ##.##.2025-ci il tarixli **** nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, Sizə məxsus ünvan 5 saylı ünvanda yerləşən ümumi sahəsi 60. kv/m olan 1 girişli qeyri yaşayış binasını özgəninkiləşdirmək istəyirsiniz. Birgə nikah döxründə əldə etdiyiniz qeyri-yaşayış binanın arvadınız Ərizəçi razılığı olmadan alqısatqı müqaviləsinin rəsimləşdirilməsinə köməklik göstərməyimizi xahiş etmisiniz. Təqdım olunan sənədlərə nəzər yetirdikdə məlum olmuşdur ki, ##.##.1998-ci ildə rəsmi nikaha daxil olmusunuz və həmin daşınmaz əmlak ##.##.2006-cı ildə Əli-bayramlı şəhər Ərazi idarəsi tərəfindən hüquqlar qeydiyyata alınmaqla sizə dövlət reyestrdən Çıxarış verilmişdir. Məlumat üçün bildiririk, Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır və həmin məcəllənin 33.4-cü maddəsinə əasən Ər- arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Qeyd edilən daşınmaz əmlak birgə nikah dövründə əldə edilsə də, əmlakın əldə edilməsi üçün zəruri olan vəsait anam X11 tərəfindən mənə bağışlanmış mənzilin satılmasında əldə edilmiş pul vəsaiti hesabına əldə edilmişdir. Mübahisənin başqa yolla həll edilməsi mümkün olmadığından hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin e-**(*- **)-***/**** saylı ##.##.2026-cı il tarixli Qərardadı üzrə mübahisələndirilən əmlaklardan ünvan 5 saylı ünvanda yerləşən ümumi sahəsi 60. kv/m olan 1 girişli qeyri yaşayış binası özgəninkiləşdirilməsi zərurəti “xxxx” Qapalı Səhmdar Cəmiyyətində 138804 (yüz otuz səkkiz min səkkiz yüz dörd) manat 59 (əlli doqquz) qəpik məbləğində borcun ödənilməsi üzrə girovda olan Cavabdeh xüsusi mülkiyyətində olan Şirvan şəhəri, Tofiq Ismayılov küçəsində icarəsində olan 0.025 ha torpaq sahəsində yerləşən 1/16 T nömrəli 2 girişli, 219.6 kv.m ümumi, 219.6 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsinin qarşısının alınması (əmlakın satılaraq borcun ödənilməsi) zərurətindən irəli gəlir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı üzrə ərizəçinin müraciətinin əsaslandırılması və qərardadın qüvvədə olduğu müddət qeyd edilməmişdir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrəli qərardadına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Maddə 157.4. Iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. Maddə 162.1. Müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, arbitraj mübahisəsi tərəflərinin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Maddə 162.4. Iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
9. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin məzmununu təşkil edən əsas dəlil - ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının maraqlı şəxsin anasının ona bağışladığı əmlakın satılması nəticəsində əldə olunması məhkəmə araşdırması zamanı həll olunan məsələdir. Hazırkı situasiya bundan ibarətdir ki, həmin daşınmaz əmlak tərəflər arasında mübahisənin predmetidir, ilkin sübutlara əsasən birgə nikah dövründə əvəzli əqd əsasında əldə olunması müəyyən edilir. Buna görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
11. Qərardadın qüvvədə olma müddətinin qeyd olunmaması ilə bağlı şikayətin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilikdə yalnız iddia ərizəsi məhkəməyə verilənə qədər müvəqqəti təminat tədbiri tətbiq olunursa, bu halda müddət qeyd olunur.
12. Işin hallarından görnünür ki, mülki iş məhkəmənin icraatındadır. Belə olduğu halda mülki prosessual qanunvericiliyin tələbinə əsasən müvəqqəti təminat tədbiri iddianın təmin olunduğu təqdirdə icraya qədər, rədd olunduqda isə yekun məhkəmə aktının qanuni qüvvəyə minməsinə qədər saxlanılır.
13. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermədiyi üçün dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
14. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin və qərardad mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.