Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-378/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Talışinski Fuad Şəmsəddin oğlu (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16(5-95)-95/2026 saylı işi üzrə ##.##.2026cı il tarixli qərardadından ərizəçi İsmayılov Rauf Ziyadxan oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı Ərizəçi İslamov Rauf Ziyadxan oğlu müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə Xəzər rayon Məhkəməsinə müraciət edərək, İslamov Rauf Ziyadxan oğlu tərəfindən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində “hərracın nəticələrinin ləğv edilməsi tələbinə” dair iddia ərizəsi qaldıranadək ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, *** saylı sahə ünvannda yerləşən, xüsusi mülkiyyətdə olan 0.0916 ha torpaq sahəsinin (reyestr nömrəsi 003013047374) 1 (bir) ay müddətinədək üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin **(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardadda qeyd edilmişdir ki, ərizəçinin ərizəsində qeyd etdiyi kimi, mübahisəli əmlak olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, *** saylı sahə ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan 0.0916 ha torpaq sahəsi X3 ##.##.2026-cı il tarixdə özgəninkiləşdirildiyi nəzərə alınaraq, həmin əmlakın üzərinə həbs qoyula bilməz. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Ərizəçi İsmayılov Rauf Ziyadxan oğlu şikayət vermiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-**(*-**)-**/**** saylı ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi, İslamov Rauf Ziyadxan oğlu tərəfindən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində “hərracın nəticələrinin ləğv edilməsi tələbinə” dair iddia ərizəsi qaldıranadək ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, *** saylı sahə ünvannda yerləşən, xüsusi mülkiyyətdə olan 0.0916 ha torpaq sahəsinin (reyestr nömrəsi 003013047374) 1 (bir) ay müddətinədək özgəninkiləşdirilməsinə və ipoteka qoyulmasına qadağa qoyulması məqsədilə üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsi iş üzrə nəticəyə gələrkən işin faktiki hallarını araşdırmamışdır. Məhkəmə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, *** saylı sahə ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan 0.0916 ha torpaq sahəsinin artıq özgəninkiləşdirildiyini nəzərə alaraq hesab edir ki, həmin əmlakın üzərinə həbs qoyula bilməz. Məhkəmə əmlakın hərracda satılması prosesini işə əlavə edilən sübutlar üzərindən qiymətləndirə bilməmişdir. Məhkəmənin sadəcə bir cümlə ilə MTT-ni təmin etməməsini qəbul etmir. MTT-nin təmin edilməsi üçün ərizəyə kifayət qədər sübutlar əlavə edilmişdir. Məhkəmə hazırki qərardadı ilə presedent yaradır ki, bu da qəbuledilməzdir. Ərizəçi MTT-nin nəyə görə tətbiq edilməsinin əsaslarını ərizəsində qeyd etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi hazırki iş üzrə nəticəyə gələrkən həmin məhkəmənin qanuni qüvvəyə minmiş ##.##.2026-cı il tarixli e-**(*- **)**/**** saylı qərardadını nəzərə almamışdır. Xəzər Rayon Məhkəməsi qərardadla yanaşı həmin məhkəmənin ##.##.2026-cı il tarixində Ədliyyə Nazirliyinə ünvanlanan məktubunu, xxxx ASC-nin icra sənədinin icra olunmadan geri qaytarılması barədə ##.##.2026-cı il tarixli ərizəsini, Xəzər Rayon İcra şöbəsinin ##.##.2026-cı il tarixli X3 məktubunu nəzərə almamışdır, halbuki bütün bu faktlar işin mübahisəsiz hallarını təşkil edir. Bundan əlavə qeyd etmək istəyir ki, Xəzər Rayon Məhkəməsi daha əvvəl e-**(*-**)-**/**** saylı ##.##.2026-cı il tarixli qərardad qəbul edərkən prosessual pozuntuya yol vermişdir. Həmin işdə ərizə MTT barədə olsa da, məhkəmə ərizəni iddia ərizəsi kimi qəbul edib təmin etməmişdir. Ərizəçi MTT-nin tətbiqini onunla əsaslandırmışdır ki, xxxx” ASC-nin “Əhmədli filialı” ilə İslamov Rauf Ziyadxan oğlu (vöen: 1600056092) arasında 1500000 manat məbləğində 120 ay müddətinə ##.##.2022-ci il tarixində *******-*********L nömrəli Əsas Kredit Limiti Razılaşması bağlanmışdır. ##.##.2022-ci il tarixli, *TORPQ********* nömrəli İpoteka müqaviləsinə əsasən ilkin satış qiyməti 24500 manat qoyulan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə “180M” ünvanında xüsusi mülkiyyətdə olan 0.0189 ha torpaq sahəsi, ##.##.2022-ci iltarixli, *YASEV********* nömrəli ipoteka müqaviləsinə əsasən ilkin satış qiyməti 196,000.0 manat qoyulan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.1222 ha torpaq sahəsi və üzərində yerləşən 328.9 kv.mümumi sahəsi olan 1 mərtəbəli, 6 otaqlı bağ evi, ##.##.2022-ci il tarixli, *TORPQ********* nömrəli İpoteka müqaviləsinə əsasən ilkin satış qiyməti 126,000.0 manat qoyulan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1333 sahə ünvanında xüsusi mülkiyyətdə olan 0.1097 ha torpaq sahəsi, ##.##.2022-ci il tarixli, *TORPQ********* nömrəli İpoteka müqaviləsinə əsasən ilkin satış qiyməti 105000 manat qoyulan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 180 sahə ünvanında xüsusi mülkiyyətdə olan 0.0916 ha torpaq sahəsi ##.##.2022-ci il tarixli *******-*********L saylı əsas kredit limiti razılaşmasının təminatıdır. cavabdeh2 ASC-nin Əhmədli filialı (Bank) İslamov Rauf Ziyadxan oğluna ##.##.2025-ci il tarixində **/*** saylı Bildiriş göndərərək ##.##.2022-ci il tarixli *******-********* saylı Kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə 3,645.83 manat gecikdirilmiş əsas, 377.0 manat faiz və cərimə borcunun olduğu bildirilmişdir. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin **/**M saylı, ##.##.2026-cı il tarixli sifariş məktubuna əsasən İslamov Rauf Ziyadxan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, *** saylı sahə ünvannda yerləşən, xüsusi mülkiyyətdə olan 0.0916 ha torpaq sahəsi 105000 manat “bazar” qiyməti, ilkin satış qiyməti 89250 manat olmaqlaaçıq auksion formasında hərraca çıxarılmışdır. Ədliyyə nazirliyinin “Elektron Hərrac” X8 açıq hərracın cavabdeh1 X3 olan herrac.gov.az saytında online qaydada ## ##### 2026-cı il tarixinə saat 12:09-da keçirilməsi nəzərdə tutulmuşdur. Ərizəçi ##.##.2026-cı il tarixdə cavabdeh2 ASC-yə olan cəmi 99977.69 mant borcdan 85000.00 manatının ödənişini təmin etmişdir. X3 yerləşdirilən istifadəçi şərtləri və qaydalarının 3.7.3-cü bəndində qeyd edilmişdir ki, icra məmuru “İcra haqqında” Qanunun 17, 20, 23, 53.3 və ya 70.4-cü maddələrində müəyyən edilən əsaslar üzrə icra sənədi üzrə icraatı hərracın nəticələrinə dair yekun protokol tərtib edilənədək dayandırdıqda və ya icraata xitam verdikdə, həmçinin icra sənədini qaytardıqda hərrac baş tutmamış sayılır. X3 ##.##.2026-cı il tarixdə İslamov Rauf Ziyadxan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi,*** saylı sahə ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan 0.0916 ha torpaq sahəsini hərracda satmışdır. Ərizəyə əlavə edilən sübutlardan göründüyü kimi borcun hərrac keçirilməmişdən əvvəl ##.##.2026-cı il tarixində ödənilməsi nəzərə alınmadan ##.##.2026 və ##.##.2026-cı il tarixlərdə hərrac keçirilmiş və bununla da ərizəçinin mülkiyyətində olan torpaq sahəsinin özgəninkiləşdirilməsi riski vardır və bu risk mülkiyyətçinin konstitusiya ilə qorunan əmlak hüquqlarından məhrum edilməsi ilə nəticələnə bilər. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin **(*-**)-**/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə əsasən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. 162.1. Müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, arbitraj mübahisəsi tərəflərinin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 77, 88 və 164-cü maddələrinin dispozitiv şərtlərinə görə izah edilməlidir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, mülki prosessual qanunvericilik heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını ehtiva edir və işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 397, 398, 400 və 402-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbiri iddianı qabaqcadan həll etməyib, müvəqqəti xarakter daşıyır. Bu, iddianın təmin ediləcəyi təqdirdə iddia tələblərinin realizə edilməsinə təminat verməyə yönəlmiş məhkəmə tərəfindən tətbiq olunan tədbirlərdir. Bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Hazırda iddianın təmin edilməsi barədə qəbul ediləcək qətnamənin icrasından yayınmasına yönəlik hər hansı əsaslar müəyyən edilmir. Belə ki, həbs geniş məfhum olmaqla özündə bir çox tədbirlərin görülməsini, o cümlədən həmin əmlakdan ümumiyyətlə istifadə olunmasının qadağan edilməsini ehtiva edir. Halbuki, iddianın mövcud olmadığı hazırki vəziyyətdə belə bir tədbirin görülməsinə və qeyd edilən əmlakın üzərinə həbsin qoyulmasına əsaslar müəyyən edilmir. Mübahisəli əmlak olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, *** saylı sahə ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan 0.0916 ha torpaq sahəsi X3 ##.##.2026-cı il tarixdə satılmışdır. Ümumiyyətlə, icra icraatı həddində həlli istisna edilməyən məsələnin müvəqqəti təminat tədbiri növündə həllinin məqsədi belə bəlli deyil. Belə ki, tələbkarla razılığın mövcudluğu və sonuncunun icraatın dayandırılması və icra sənədinin qaytarılması barədə müraciəti nəzərə alınmalı olan məsələdir (iş səh.11). Ərizəçinin (hansı və kimə qarşı) iddia verdiyi təqdirdə onun mahiyyətinə, yəni təqdim edilən tələbin təmin edilməsinə yönəlik əsaslandırılmış ərizə ilə yeni müraciət hüququ istisna edilmir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi İsmayılov Rauf Ziyadxan oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin **(*-**)-**/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №e-16(3-6)-378/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-378/2026
16.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver