Məhkəmə qərarları › İş №e-16(3-6)-380/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-380/2026

12.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-380/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X5 ibarət tərkibdə, **(*-**)-***/**** saylı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli və ## ### 2026-cı il tarixli qərardadlardan ərizəçi Ərizəçi verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər X2, Ərizəçi və X1 qarşı “mənzillərə mülkiyyət hüququnun məhdudlaşdırılması, mənzillərin sökülməsi, yeni mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia üzrə cavabdehlərdən biri olan Qadir Kərimov iddiaçı MMC-yə qarşı “kompensasiya ödənilməklə mülkiyyət hüquqlarına xitam verilməsi tələbi barədə” qarşılıqlı iddia ərizəsi vermişdir. Digər cavabdeh Ərizəçi isə iddiaçı “xxxx” MMC-yə qarşı “rəyin ləğv olunması və tikinti işlərinin aparılmasının dayandırılması tələbi barədə” qarşılıqlı iddia vermişdir. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə iddiaçı) Ərizəçi eyni zamanda “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, yuxarıda qeyd edilən mülki iş üzrə qəbul edilə biləcək yekun qərar qanuni qüvvəyə minənədək, ilk iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh MMC tərəfindən mübahisəli sahədə ünvan 1 ünvanında aparılan tikinti işlərinin dayandırılmasını, MMC-dən tikintiyə dair bütün icazə sənədlərinin, təsdiq edilmiş layihənin və müvafiq sərəncamın əslinin məhkəməyə təqdim edilməsinin tələb olunması, qeyd olunan əsas sənədlər təqdim edilmədiyi halda iddia ərizəsinin təmin edilməməsi və rədd olunması məsələsinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadla “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizəyə mahiyyəti üzrə baxılmadan ərizənin geri qaytarılmasını qərara almışdır (iş v. 17-19) (barəsində şikayət verilmiş birinci qərardad). Rayon Məhkəməsi bu kimi mövqeyini onunla əsaslandırılmışdır ki, Ərizəçi eyni məzmunlu “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizəsinə baxılmış və ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadı ilə təmin edilməmişdir (iş v. 11-15). Buna baxmayaraq Ərizəçi eyni əsaslarla eyni məzmunlu ərizə ilə bir daha məhkəməyə müraciət etmişdir. Buna görə də, yenidən verilmiş “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizəyə baxıla bilməz. Ərizəçi ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardaddan verdiyi şikayətin (iş v. 22-23) qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli, qərardadla şikayətin geri qaytarılmasını qərara almışdır (iş v. 54-57) (barəsində şikayət verilmiş ikinci qərardad). Rayon Məhkəməsi bu kimi mövqeyini onunla əsaslandırılmışdır ki, Ərizəçi qərardaddan verdiyi şikayət prosessual qanunvericiliklə şikayətlər üçün müəyyən edilmiş forma, məzmun və qaydaya uyğun deyil. Ərizəçi hazırkı iş üzrə (iş № **(5-99)-142/2026) Rayon Məhkəməsinin qəbul etdiyi və yuxarıda qeyd edilən ##.##.2026-cı il tarixli qərardaddan, ##.##.2026-cı il tarixli qərardaddan və başqa iş – **(*-**)-***/**** saylı iş üzrə qəbul edilmiş ##.##.2026-cı il tarixli qərardaddan şikayət vermiş, həmin qərardadların ləğv edilməsini və “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizəyə mahiyyəti üzrə baxılaraq ərizənin təmin edilməsini xahiş etmişdir (iş v. 151-154). Şikayətə baxmış Rayon Məhkəməsi şikayətin başqa iş – **(*-**)-***/**** saylı iş üzrə qəbul edilmiş ##.##.2026-cı il tarixli qərardada aid hissəsini nəzərə almamış, şikayətin hazırkı iş üzrə qəbul edilmiş ##.##.2026-cı il tarixli və ##.##.2026-cı il tarixli qərardadlara aid hissəsini isə təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayət üzrə apellyasiya baxışını mümkün hesab edərək, şikayətə yazılı icraata qaydasında, yəni tərəflərin iştirakı olmadan baxılmasını qərara almışdır. Ərizəçi ərizə ilə Məhkəməyə müraciət edərək, şikayətə şifahi qaydada, yəni tərəflərin iştirakı ilə baxılmasını xahiş etsə də, Məhkəmə bunun üçün əsas müəyyən etməmişdir. Şikayətə yazılı icraat qaydasında baxan Məhkəmə şikayətin dəlillərini və iş üzrə materiallarını araşdıraraq hesab edir ki, Ərizəçi şikayəti təmin edilməməli, hazırkı iş üzrə qəbul edilmiş və barəsində şikayət verilmiş ##.##.2026-cı il tarixli və ##.##.2026-cı il tarixli qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə iddiaçı) Ərizəçi “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” eyni məzmunlu və ərizə ilə Rayon Məhkəməsinə iki dəfə müraciət etmiş və həmin ərizələr əsasında **(*-**)-***/**** saylı və **(*-**)-***/**** saylı işlərin icraatı başlanmış, **(*-**)-***/**** saylı iş üzrə qəbul edilmiş ##.##.2026-cı il tarixli qərardadla “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizə əsassız hesab edilərək, təmin edilməmişdir. Bunu nəzərə almış və **(*-**)-***/**** saylı işə baxmış hakim qeyd edilən sonuncu iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizəyə mahiyyəti üzrə baxılmadan ərizənin geri qaytarılmasını qərara almışdır. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi sayca ikinci olan “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizəyə baxmadan onu qaytarmaqda haqlı olmuşdur. Belə ki, Ərizəçi sayca ikinci olan ərizənin məzmunu və əsaslarının fərqli olduğunu bildirsə də, apellyasiya baxışı zamanı şifahi sorğuya əsasən Məhkəmənin Rayon Məhkəməsindən götürdüyü sayca birinci ərizənin surətindən görünür ki, hər iki ərizə eyni məzmunludur, onların yalnız tarixlərində fərq var ki, bu kimi fərq ərizələrin əsaslarının və məzmunlarının fərqli olması anlamını vermir. Məhkəmə qərarlarının sabitliyini təmin edən və Mülki Prosessual Məcəllənin 153.2.2., 261.0.2-ci maddələrində təsbit edilmiş, ədalət mühakiməsinin əsas prinsiplərindən birini təşkil edən “bir müraciətə məhkəmə tərəfindən bir dəfə qiymət verilir” prinsipi nəzərə alınsa onda müəyyən edilir ki, Rayon Məhkəməsi sayca ikinci dəfə onun icraatına daxil olmuş “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizəyə mahiyyəti üzrə baxmadan onu qiytarmaqda haqlı olmuşdur. Ərizəçi şikayətinin Rayon Məhkəməsinin bu kimi nəticəsinə aid dəlili əsassızdır. Yuxarıda artıq qeyd edildiyi kimi Ərizəçi “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında ərizənin qaytarılması barədə” Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi ##.##.2026cı il tarixli qərardaddan şikayət vermiş və həmin şikayətin qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli, qərardadla şikayətin geri qaytarılmasını qərara almışdır. Məhkəmə Rayon Məhkəməsinin bu yanaşmasını qanuni və əsaslı hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinin mənasına görə, məhkəmə aktlarından verilən şikayətlər elektron qaydada və elektron kabinet vasitəsilə verilir. Bundan başqa nəzərə alınmalıdır ki, birinci instansiya məhkəmələrinin aktlarından verilən şikaytlərin forma və məzmunu Mülki Prosessual Məcəlləyə edilmiş “Əlavə 2”-də nəzərdə tutulmuşdur. Lakin Ərizəçi hazırkı iş üzrə qəbul edilmiş ##.##.2026-cı il tarixli qərardaddan verdiyi şikayətdən görünür ki, şikayət elektron qaydada verilməmiş, şikayət qanunla müəyyən edilmiş forma və məzmuna uyğun deyil. Buna görə də Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi həmin şikayətin qaytarılması barədə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardad qanuni və əsaslıdır. Ərizəçi şikayətinin Rayon Məhkəməsinin bu kimi nəticəsinə aid dəlili əsassızdır. Bundan başqa qeyd edilməlidir ki, Ərizəçi verdiyi şikayətdə həmçinin bu iş üzrə deyil, başqa iş – **(*-**)-***/**** saylı iş üzrə qəbul edilmiş ##.##.2026-cı il tarixli qərardadın əsaslılığı mübahisələndirilir. Bununla bağlı Məhkəmə bildirir ki, bir iş üzrə qəbul edilmiş məhkəmə aktından digər işin icraatı çərçivəsində şikayətin verilməsi və həmin şikayətə məhkəmə tərəfindən baxılmasının mümkün olması Mülki Prosessual Məcəllədə nəzərdə tutulmamışdır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi şikayətin başqa iş – **(*-**)-***/**** saylı iş üzrə qəbul edilmiş ##.##.2026-cı il tarixli qərardada aid hissəsini nəzərə almamaqda və şikayətin həmin hissəsinin əsaslılığına qiymət verməməkdə haqlı olmuşdur. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Ərizəçi şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli və ## ### 2026-cı il tarixli qərardadlar dəyişdirilmədən saxlanılsın. Müəyyən edilsin ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən **(*-**)-***/**** saylı iş üzrə qəbul edilmiş ## ##### 2026-cı il tarixli qərardad hazırkı apellyasiya baxışının predmeti olmamışdır. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar