Məhkəmə qərarları › İş №e-16(3-6)-387/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-387/2026

17.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-387/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 16(5-98)- ***/**** saylı qərardadın icraata xitam verilməsi hissəsindən ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsində yerləşən ***/*** saylı evin 1/13 hissəsinə (20.7 kv.m.lik iki yaşayış otağına) iddiaçının daxil olmasına cavabdehlər və digər şəxslər tərəfindən maneələr qoyulmasının qadağan edilməsi və həmin maneələrin aradan qaldırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsində yerləşən ***/*** saylı evin 1/13 hissəsi (20.7 kv.m.lik iki yaşayış otağı) ərizəçinin babası X1 mülkiyyətində olub. Onun ## ###### 2003-cü il tarixdə vəfatından sonra onun mülkiyyətində olan həmin daşınmaz əmlak vərəsəlik yolu ilə onun arvadı X4, həmçinin qızları X3 və Cavabdeh adlarına keçib. X3 onun anasıdır. Anasının ## ###### 2014-cü ildəki vəfatından sonra, həmin ev vərəsəliklə onun mülkiyyətinə keçib. Hazırda həmin evdə babasına məxsus olmuş hər iki otağa cavabdehlər tərəfindən qıfıl vurulub. Onun ora girişinə maneə yaradılır. O, həmin evə dair əmlakın bölgüsünə və istifadə qaydasının müəyyən edilməsinə dair iddia qaldırmağa hazırlaşır. Lakin evə dair texniki sənədləri əldə edə bilmir. DƏDRX-dən dəvət etdiyi mühəndislər onlara aid otaqlara daxil ola bilmir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(5-98)- ***/**** nömrəli qərardadı ilə ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə üzrə icraata cavabdeh kimi göstərilmiş X4 münasibətdə xitam verilmiş, ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(5-98)- ***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən şikayət verilmişdir. Şikayətçi qərardadın ləğv edilməsini və müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizənin təmin olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, məhkəmə X4 qarşı hissədə ərizəyə xitam verib və bunu X4 ölmə ehtimalı ilə əsaslandırıb. MPM-in 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Lakin məhkəmə qərardadının “Tətbiq edilən hüquq”bölməsində MPM-in 261.0.7-ci maddəsinə deyil, MPM-in 261.0.1-ci maddəsinə əsaslanıb. MPM-in 261.0.1-ci maddəsində iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməsi əsası nəzərdə tutulub. Lakin məhkəmə hansı səbəblərdən işin məhkəmədə və ya da mülki məhkəmə icraatında baxılmamalı olmasını qərardadında əsaslandırmayıb. Digər tərəfdən məhkəmə X4 ölməsi barədə sübuta malik deyil, yalnız onun ölməsini ehtimal edir. Ehtimal isə məhkəmələrin qərar qəbul etməsi üçün əsas deyildir, onlar MPM-nin 14.2-ci maddəsinə əsasən yalnız sübutlardan istifadə etməlidirlər. Bundan əlavə, məhkəmə qərardadında yazır ki, məhz 1/13 hissəyə yönəlmiş iddianın əsaslılığına dair kifayət qədər ilkin sübut əlavə edilməmişdir. Təqdim edilmiş ilkin sübutlar isə ərizəçinin evin məhz 1/52 hissəsində hüquqlarının olmasına dair ilkin qənaətə gəlməyə imkan verə bilər. Digər tərəfdən isə məhkəmə özü qeyd edir ki, ərizədə qeyd edildiyi qədər ilə bu pay fiziki olaraq ayrılmamışdır. Dolayısı ilə ərizəçiyə məxsus 1/52 hissə payın evin hansı hissəsinə aid olduğu müəyyən deyil. Məhkəmənin bu arqumentinə cavab olaraq bildirilir ki, təqdim edilmiş sübutdan (seriya MH, ****** nömrəli qeydiyyat vəsiqəsindən) görünür ki, ərizəçinin babası X1 mülkiyyətində Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşev küçəsində yerləşən ***/*** saylı evin 1/13 hissəsi (20, 7 kv.m.lik iki yaşayış otağı) olub. Daha evin məhz bu hissəsi X1 qalan miras əmlak kimi onun vərəsələri arvadı X4 (3/52 hissəsi vəsiyyət üzrə) və qızları X3 və Cavabdeh (1/52 hisəsi məcburi pay olaraq) keçmişdir. Bunu da sübut kimi təqdim edilmiş Bakı şəhəri ** saylı Dövlət Notariat kontorunda verilmiş ## #### 2004cü il tarixli 2V/İ-** reyestr nömrəli Qanunun vərəsəlik hüququ haqqında Şəhadətnamə təsdiq edir. Bundan sonra, X2 vəfət etdikdən sonra, onun payı qızı olan ərizəçi Ərizəçi keçmişdir. Məhkəmənin də təsdiq etdiyi kimi ərizəçiyə aid bu pay fiziki olaraq ayrılmamışdır. Dolayısı ilə ərizəçiyə məxsus 1/52 hissə payın evin hansı hissəsinə aid olduğu müəyyən deyil. Ərizəçinin babasına məxsus olmuş evin 1/13 hissəsindən ibarət olan 20, 7 kv.m.lik iki yaşayış otağı payçılar arasında real bölgüsü paylı mülkiyyətçilər arasında razılaşdırılmayıb və məhkəmə qaydasında müəyyən edilməyi, 20, 7 kv.m.lik iki yaşayış otağı ümumi istifadədir. Burdan irəli gələrək ərizəçi qeyri-müəyyən 1/52 hissəsinə deyil, Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşev küçəsində yerləşən ***/*** saylı evin 1/13 hissəsinə (20, 7 kv.m.lik iki yaşayış otağa) iddiaçının daxil olmasına cavabdehlər və digər şəxslər tərəfindən maneələr qoyulmasının qadağan edilməsi və həmin maneələrin aradan qaldırılması barədə qərardad qəbul edilməsini tələb edir. Elə bu səbəbdən ərizəçi məhkəmənin qərardadında ifadə olunmuş aşağıdakı: “həmin paya münasibətdə müvəqqəti təminat tədbiri tətbiq ediləcəyi halda bu, evin hansısa qeyri-müəyyən 1/52 hissəsinə ərizəçinin daxil olmasına maneə törədilməsinin qadağan edilməsi şəklində ifadə olunmalıdır ki, belə bir qərarın icra edilməsi obyektiv olaraq mümkün deyil” mövqeyi ilə razılaşmır. Yuxarıda qeyd olunan mövqeyində irəli gələrək məhkəmə qeyd edir ki, qəbul edilən təminat tədbiri icra baxımından real və mümkün olmalıdır. İcra mexanizmi müəyyən edilməyən və obyektiv olaraq yerinə yetirilməsi mümkün olmayan tədbirin tətbiqi hüquqların effektiv müdafiəsinə xidmət etmir. Nəzərə alsaq ki, ərizəçi hansısa qeyri-müəyyən evin 1/52 hissəsinə deyil, digər mülkiyyətçilərlə bərabər hüququ olduğu evin 20, 7 kv.m.lik iki yaşayış otağı 1/13 hissəsi ilə bağlı müvəqqəti təminat tədbiri seçilməsini tələb edir, belə tədbir icrası baxımdan real və mümkündür. Bu baxımdan ərizəçinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən hüququ xəyali hüquqa çevrilimir və Avropa İnsan Hüquqları Məhkəməsinin, o cümlədən Hornsby Yunanıstana qarşı işi üzrə formalaşdırdığı hüquqi mövqeyə uyğunluq təmin edilir. Bundan əlavə, məhkəmə təminat tədbirinin tətbiqindən imtina edərkən ərizəçi tərəfindən verilmiş ərizənin müvəqqəti təminat tədbirinin mahiyyətinə də uyğun gəlməməsi ilə bağlı daha iki arqument gətirir: müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün real və təcili təhlükə mövcud olması, həmin tədbirin tətbiq edilməməsi hüquqların sonradan bərpasını əhəmiyyətli dərəcədə çətinləşdirməməsi və ya mümkünsüz etməməsi; təminat tədbirinin mahiyyət etibarilə iddianın predmetini qabaqlaması və mübahisənin həllinə yönəlmiş nəticə doğurması. Bu arqumentlərə bağlı ilk əvvəl ərizəçi müvəqqəti təminat tədbiri seçilməsi barədə ərizəsində bildirib ki, hazırda həmin evdə babasına məxsus olmuş hər iki otağa cavabdehlər tərəfindən qıfıl vurulub. Onun ora girişinə maneə yaradılır. O, mübahisəli evə dair əmlakın bölgüsünə və istifadə qaydasının müəyyən edilməsinə dair iddia qaldırmağa hazırlaşır. Lakin evə dair texniki sənədləri əldə edə bilmir. Çünki DƏDRX-dən dəvət etdiyi mühəndislər həmin otaqlara daxil ola bilmir. Beləliklə, ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizədə qoyduğu tələblə qaldırmağa hazırlaşdığı əmlakın bölgüsünə və istifadə qaydasının müəyyən edilməsinə dair iddia tələbi arasında fərq vardır. Bu baxımdan mahiyyət tədbiri işin əvvəlcədən həll edən tədbir sayıla bilməz. Lakin təminat tədbirinin mahiyyət etibarilə iddianın predmetini qabaqlaması və mübahisənin həllinə yönəlmiş nəticə doğurması isə öz-özlüyündə problem sayılmamalıdır. Çünki təminat tədbiri gələcək qətnamənin icrasını mümkün edə bilməsi üçün iddianın predmeti barədə qabaqlayıcı tədbir olmalıdır. Həmçinin təminat tədbiri mübahisənin həllinə yönəlmiş nəticə doğurmalıdır. Əks halda təminat tədbiri iddia tələbinə yönəlməyən, onunla əlaqəsi olmayan bir tədbir olar, bununla da təminat tədbiri iddia tələbi arasında aidiyyətlik və mütənasiblik prinsipi pozulmuş olar. O ki, qaldı məhkəmənin müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün real və təcili təhlükə mövcud olmaması arqumentinə ərizəçi ərizəsində bununla bağlı kifayət qədər əsas gətirib. O bildirib ki, hazırda həmin evdə babasına məxsus olmuş hər iki otağa cavabdehlər tərəfindən qıfıl vurulub. Onun ora girişinə maneə yaradılır. O, mübahisəli evə dair əmlakın bölgüsünə və istifadə qaydasının müəyyən edilməsinə dair iddia qaldırmağa hazırlaşır. Lakin evə dair texniki sənədləri əldə edə bilmir. Çünki DƏDRX-dən dəvət etdiyi mühəndislər həmin otaqlara daxil ola bilmir. Bundan əlavə, məhkəmə nəzərə almalıdır ki, həmin ərazi söküntü zonasına aiddir. Hazırda əmlaka sahiblik edənlər onlar söküntünü həyata keçirən şirkətlər razılaşıb, tikilini sökdürməklə ərizəçinin mülkiyyətində olan əmlakla bağlı iddia sürəcəyi iddianın təmin edilməsini qeyri-mümkün edə bilərlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 16(5-98)- ***/**** saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı qismən - müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizənin təmin edilmədiyi hissədə ləğv edilmiş, müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsində yerləşən ***/*** saylı evin 1/13 hissəsinə (20.7 kv.m.lik iki yaşayış otağı) ərizəçi Ərizəçi daxil olmasına cavabdeh Cavabdeh və digər şəxslər tərəfindən maneələr qoyulması qadağan edilmiş və həmin maneələrin aradan qaldırılması qərara alınmışdır. Şikayət qalan hissədə təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı X4 münasibətdə icraata xitam verilən hissədə şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən əsaslı olduğundan birinci instansiya məhkəməsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı saylı qərardadı mübahisələndirilən hissədə ləğv edilməli, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsinin cavabdeh kimi göstərilmiş X4 münasibətdə ərizəninin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 157.1-157.3-cü maddələrinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. - 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. - 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. - 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. - 158.1.2 və 158.1.3-cü maddələrinə görə müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər. - 159.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ... işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. ... İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. ...Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Belə ki, yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, müvəqqəti təminat tədbirləri mülki iş üzrə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq, o cümlədən çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən müvafiq tədbirlərin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı, tətbiq olunacaq tədbirin isə irəli sürülmüş tələbə mütənasib olub-olmamasına hərtərəfli qiymət verməli və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktını qəbul etməlidir. Məhkəmə araşdırmasının göstərilən istiqamətdə aparılmasını təmin etmək üçün ərizəçi verdiyi ərizədə mövcud vəziyyətin dəyişəcəyi halda onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğu, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Bundan başqa ərizəçi ərizənin kifayət qədər əsaslı olmasına dair ilkin sübutları təqdim etməli və özünün müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 153.2.1-ci maddəsinin tələbini anologiya ilə qeyd edilən məsələyə tətbiq edərək, ərizənin qəbulundan imtina edilməlidir. Çünki MPM-in tələblərinə görə, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir (maddə 13.4.). MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, müvəqqəti təminat tədbirinin tətbiqi tələb edilən cavabdeh X4 ərizəyə baxılan vaxt vəfat etmişdir (##.##.2014-cü il tarixdə). Sadalanan xüsusata əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçi mövcud ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Ə.Hüseynova ölmüş olduğundan, bununla da Ə.Hüseynova cavabdeh hesab edilmədiyindən, Ə.Hüseynovaya aid hissədə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin Ə.Hüseynovaya aid hissəsində ərizənin qəbulundan imtina edilməlidir və ərizəçiyə Ə.Hüseynovanın vərəsələri olduğu təqdirdə, onun vərəsələrinə qarşı müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə müraciət etmək hüququnun olması izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. MPM-in iddianın təmin edilməsini tənzimləyən normalarına görə, təminat tədbirləri işdə iştirak edən şəxslərin hüquq və vəzifələri ilə əlaqədar tətbiq edilir. Vəfat etmiş şəxs isə artıq mülki prosessual münasibətin subyekti olmadığından onun barəsində hər hansı müvəqqəti təminat tədbirinin tətbiqi mümkün deyildir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, vəfat etmiş şəxsə münasibətdə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə hüquqi baxımdan yolverilməz olduğundan həmin hissədə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Ərizəçi Ərizəçi şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 16(5-98)- ***/**** saylı qərardadı “Ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə üzrə icraata cavabdeh kimi göstərilmiş X4 münasibətdə xitam verilsin” hissəsində ləğv edilsin. Həmin hissədə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizənin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən : Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar