Məhkəmə qərarları › İş №e-16(3-6)-390/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-390/2026

22.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-390/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X5 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin **(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2015-ci il təvəllüdlü X1 ilə onun hər gün ən azı 1 saat olmaqla video-konfrans (whatsapp, skype və ya digər tətbiqetmələr) vasitəsilə, həmçinin həftəiçi 2 gün saat 11:00dan axşam 20:00-dək, həftəsonu isə cümə günü saat 15:00-dan gecə yanında qalması şərtilə bazar günü saat 20:00-dək sərbəst və maneəsiz şəkildə müvəqqəti görüş hüququnun verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin **(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Ərizəçi övladı ##.##.2015-ci il təvəllüdlü X1 ilə hər həftənin bazar günü saat 11:00-dan 16:00-dək görüş vaxtı müəyyən edilməsi və ünsiyyət şəxsinin görüş formasında (atanın iştirakı olmadan) həyata keçirilməsi, Ərizəçi ##.##.2015-ci il təvəllüdlü X1 ilə gündəlik olaraq telefon danışıqları, video-əlaqə və texnologiyaların imkan verdiyi digər vasitələrin tətbiqi vasitəsi ilə əlaqə yaratmasına şərait yaradılması, uşaqla ünsiyyət tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilmiş məkanda (evdə və ya evdən kənarda) həyata keçirilməsi, tərəflər arasında qarşılıqlı razılıq olmadığı təqdirdə görüş yeri icra məmurunun müəyyən etdiyi yerlərdə (uşaqların mənafeyinə uyğun məkanda) həyata keçirilməsi müəyyən edilmişdir. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1, 157.2, 157.6; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarının 7.1-ci bəndinə; "Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2011ci il Qərarına istinadən qeyd edilmişdir ki, uşaqlarından ayrı yaşayan valideynin uşaqları ilə ünsiyyətdə olmaq, onların tərbiyə və təhsilində iştirak etmək hüququ qanunla tanınır və qorunur. Uşaqları ilə birlikdə yaşayıb-yaşamamasından asılı olmayaraq, hər iki valideyn öz uşaqlarına münasibətdə eyni hüquqlara malikdirlər və eyni həcmdə vəzifə daşıyırlar. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr ilk növbədə uşağın mənafeyini üstün tutmalı, valideynlər arasındakı ziddiyyətli münasibətləri uşağın maraqlarına uyğun gəlməyən şəkildə həll etməməlidirlər. Belə ki, hər bir uşaq öz valideynlərini tanımaq və onlarla ünsiyyətdə olmaq hüququna malikdir. Hazırki iş üzrə ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizədə ##.##.2015-ci il təvəllüdlü X1 ilə onun hər gün ən azı 1 saat olmaqla video-konfrans (whatsapp, skype və ya digər tətbiqetmələr) vasitəsilə, həmçinin, həftə içi 2 gün saat 11:00dan axşam 20:00-dək, həftəsonu isə cümə günü saat 15:00-dan gecə yanında qalması şərtilə bazar günü saat 20:00-dək sərbəst və maneəsiz şəkildə müvəqqəti görüş hüququnun verilməsini xahiş etmişdir. Lakin məhkəmə görüşün müvəqqəti təminat tədbiri qismində tətbiq edildiyini nəzərə alaraq, ərizədə göstərilən vaxtlarda keçirilməsini məqsədəmüvafiq hesab etmir. Mövcud vəziyyətdə qeyd olunan tələb həm uşağın mənafeyinə, həm də qanunvericiliyin tələblərinə uyğun deyildir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, görüş vaxtı hər həftənin bazar günü saat 11:00-dan 16:00-dək müəyyən edilməli, ünsiyyət şəxsi görüş formasında həyata keçirilməlidir. Belə ki, hər bir valideynin uşağı ilə kənar müdaxilə olmadan sərbəst şəkildə ünsiyyətdə olmaq, onunla asudə vaxt keçirmək, tərbiyəsində iştirak etmək və s. hüquqları vardır və müəyyən müstəsna hallar olmadan (hüquqdan sui-istifadə, uşağın sağlamlığının təhlükə altında olması və s.) bu hüquqların məhdudlaşdırılması yolverilməzdir. Hazırkı mərhələdə isə belə hallar aşkar edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə telefon danışıqları, video-əlaqə və texnologiyaların imkan verdiyi digər vasitələrin tətbiqi vasitəsi ilə əlaqə yaratmasına şərait yaradılması hissəsində də təmin edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmənin icraatında iddiaçı Cavabdeh cavabdeh Ərizəçi qarşı nikahın pozulması, uşaqların atanın yanında saxlanılması tələbinə dair *(*-**)- ****/**** saylı mülki iş vardır. Apelyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Cavabdeh Cavabdeh şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı tarixli, e-**(*-**)-***/**** saylı qərardadının ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qərardad qəbul edəsiniz, əks təqdirdə şikayəti işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1; Ailə Məcəlləsinin 61; Mülki Prosessual Məcəllənin 218.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı tarixli, e-**(*-**)-***/**** saylı qərardadını əsassız hesab edərək qeyd edir ki, həmin qərardad ləğv olunmalıdır. Belə ki, tərəflər ##.##.2014-cü ildə nikaha daxil olmuş və onların birgə nikahından ##.##.2015-ci il təvəllüdlü X1, ##.##.2017-ci il təvəllüdlü X2 və 19.03.2021ci il təvəllüdlü X3 anadan olmuşdur. Tərəflər arasındakı münasibət 2025-ci ilin sentyabr ayında pozulmuş, ##.##.2025-ci il tarixdə isə Cavabdeh işi ilə əlaqədar ezamiyyətdə olan zaman ərizəçi ilə aralarında telefonda mübahisə etdikdən sonra elə həmin gün ərizəçi evdən getmiş, həmin zaman oğlu Riadı dəfələrlə onunla getməyə məcbur etsə də, o anası ilə gəlmək istəmədiyini, atası və nənəsi ilə qalacağını bildirmiş, bundan sonra ərizəçi qızlarını da özü ilə götürərək yaşadıqları evdən çıxıb getmişdir. Hətta, ərizəçi səhəri gün yəni ##.##.2025-ci il tarixdə yenidən yaşadıqları ünvana qayıdaraq oradan özünə və uşaqlara məxsus şəxsi əşyaları aparan zaman yenə də oğlu Riadı məcbur şəkildə qardaşı F.V.Cəbrayıllının avtomobilinə əyləşdirmək istəyən zaman Riad qışqıraraq israrla getmək istəmədiyini bildirmiş, Riadın səsinə binanın mühafizəçisi yaxınlaşmış və Riadı götürərək mənzilə aparmışdır, hər iki halda isə Cavabdeh uşağın yanında olmamışdır ki, onun Riadı məcburi şəkildə təzyiq və ya təhdidlə özünün yanında saxlaması ilə bağlı hal mövcud olsun. Bundan sonra tərəflər arasında “nikahın pozulması və sair” iddia tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş, sonradan tərəflər arasında barışıq əldə olunduğundan məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış və tərəflər bir yerdə yaşamağa başlayanadək də Riad atası ilə yaşamışdır.Tərəflər arasında barışıq əldə olunduqdan bir müddət sonra yenə də onlar arasında münasibətlər pozulmuş, sonuncu dəfə isə ##.##.2026-cı il tarixdə gecə saat 10 radələrində tərəflər arasında baş verən sözlü mübahisə nəticəsində ərizəçi ilk əvvəl əlini qapının arasına qoyaraq Cavabdeh onun əlinə vurduğunu deyəcəyini bldirmiş, bundan sonra dabankeşi götürərək Cavabdeh vurmuş, daha sonra isə ütünü onun üzərinə atmış və onu şərəfsiz, oğraş, biqeyrət və digər nəlayiq ifadələrlə təhqir etmişdir. Daha sonra isə yaşadıqları evin pəncərəsini açaraq guya Cavabdeh tərəfindən ona zor tətbiq edildiyini qışqıraraq bildirməyə başlamışdır. Cavabdeh ərizəçini sakitləşdirməyə çalışsa da, bu cəhdi alınmamış, sonda ərizəçi AR DİN 102 Xidmətinə zəng vuraraq Cavabdeh tərəfindən döyüldüyünü bildirmiş, daxil olmuş şikayət əsasında Nərimanov RPİ-nin 17-ci PB-nin əməkdaşları hadisə yerinə gəlmiş, səhəri gün isə ərizəçi əsəbi olduğu üçün şikayət etdiyini, Cavabdeh ona heç bir xəsarət yetirmədiyini bildirmiş və ərizəsini geri götürmüşdür. Həmçinin həmin hadisənin səhəri günü Cavabdeh özünə məxsus bəzi əşyaları götürərək evdən çıxan zaman, oğlu Riad isə atası ilə getmək istədiyini, anası ilə yaşamaq istəmədiyini bildirdiyindən Cavabdeh oğlu Riadı da götürərək evdən çıxmışdır və hazırda Riad onunla və nənəsi ilə bərabər yaşayır. Cavabdeh dəfələrlə oğluna anası ilə həm telefon, həm şəxsi görüş formasında ünsiyyət qurmasını xahiş etsə də o anası ilə ünsiyyətdə olmaq istəmədiyini bildirmişdir. Belə ki, Riad atasına bildirmişdir ki, ailə bir yerdə yaşadıqları zaman ərizəçi Riada onun daha çox atasını sevməsini irad tutur, onun yaxşı övlad olmadığını bildirərək ona dəfələrlə həm psixoloji həm də fiziki şiddət göstərir, buna görə də nəinki anası ilə yaşamağa, hətta anası ilə qəti şəkildə ünsiyyət qurmaqdan imtina edir. Hətta, özünün şəxsi istifadəsində mobil telefon olduğu üçün Cavabdeh həmin telefondan bir neçə dəfə ərizəçini blokdan çıxarsa da, Riad anası ilə ünsiyyətdə olmaq istəmədiyindən hər dəfə atası getdikdən sonra anasına məxsus nömrəni yenidən bloka salır. Hətta, hazırki məhkəmə qərardadı ilə təyin edilmiş görüş vaxtlarında belə Riad anası ilə ünsiyyətdə olması üçün tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilmiş əraziyə məcburi aparılsa da, anası ilə qəti şəkildə ünsiyyətdə olmaq istəmir (Bununla bağlı videogörüntülər dəftərxana vasitəsi ilə təqdim ediləcəkdir). Buna görə də ərizənin Riadın Cavabdeh tərəfindən məcburi şəkildə götürülərək evdən çıxarılması, anası və bacısı ilə ünsiyyətinə icazə verilməməsi və təhdid altında saxlanılması barədə ərizəçi tərəfindən irəli sürülmüş fikirlər yalnız fərziyyədən ibarətdir. Bununla bağlı ərizəçi hətta müxətlif polis idarələrinə və hətta Nəsimi Rayon İcra Hakimiyyətinə belə müraciət etsə də, həmin fakt heç bir orqanda öz təsdiqini tapmamışdır. Əgər Cavabdeh Riadı məcburi şəkildə evdən götürüb çıxsaydı, digər qız övladlarına da eyni formada davranar və həmin övladlarını da özü ilə götürüb çıxardı. Lakin Cavabdeh tərəfindən Riadın məcburi şəkildə götürülməsi ilə bağlı hər hansı bir hal mövcud olmamış, Riadın atası ilə yaşaması barədə istəyinə uyğun olaraq Riad atası ilə yaşayır və öz şəxsi iradəsi ilə anası ilə ünsiyyətdə olmaq istəmir. Məhkəmə hazırki işə baxarkən mülki hüquq subyektlərinin bərabər hüquqlarının olmasına baxmayaraq, işin nəticəsində qeyri-qanuni qərar qəbul etməklə Cavabdeh hüquqlarını pozmuşdur. Məhkəmə, uşaqdan ayrı yaşayan valideynin uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirib-yetirməməsini müəyyən etmədən uşağın ərizəçi ilə ünsiyyətdə olması barədə qərardad qəbul etmişdir. Belə ki, Cavabdeh dəfələrlə Riada ərizəçi ilə həm telefon, həm şəxsi görüş formasında ünsiyyət qurmasını xahiş etsə də, o anası ilə ünsiyyətdə olmaq istəmədiyini, bir yerdə yaşadıqları zaman anasının onun daha çox atasını sevməsini irad tutmasını, onun yaxşı övlad olmadığını bildirərək ona dəfələrlə həm psixoloji həm də fiziki şiddət göstərməsini bu səbəbdən də nəinki anası ilə yaşamağa, hətta anası ilə qəti şəkildə ünsiyyət qurmaqdan imtina etdiyini bildirmişdir. Hətta özünün şəxsi istifadəsində mobil telefon olduğu üçün Cavabdeh həmin telefondan bir neçə dəfə ərizəçini blokdan çıxarsa da Riad anası ilə ünsiyyətdə olmaq istəmədiyindən hər dəfə atası getdikdən sonra anasına məxsus nömrəni yenidən bloka salır. Məhkəmə isə bu halları nəzərə almadan ərizəçinin ərizəsinin təmin olunması barədə qərardad çıxarmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin **(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mülki Prosessual Məcəllənin müddəalarına əsasən: 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir; 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu; 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli (№ *-2/2016) qərarına əsasən: “Məhkəmələrə izah edilsin ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq uşaq yanında olan tərəfə digər tərəfin uşağı (uşaqları) ilə məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən uşağı tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir.” Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2011-ci il Qərarında qeyd edilmişdir ki, Məhkəmələrin diqqətinə çatdırılsın ki, qanunvericilik uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid etmişdir. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər( Bənd 2.) İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24 (III), 80 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-164, 372, 385, 387, 395, 397-ci maddələrinə əsasən, məhkəmə kollegiyası hesab edir ki, hər iki valideyn uşağa münasibətdə bərabər hüquqa malikdirlər və onlar uşağa münasibətdə vəzifələrini də uşağın mənafeyinə uyğun icra etməlidirlər. Tərəflər arasında münasibətin pozulması və ailənin dağılması heç bir halda uşağın mənafeyinə zidd istifadə olunmamalıdır. Aralarındakı ziddiyyətləri uşağın mənafeyinə toxunmadan həll etmək hər iki valideynin vəzifəsidir. Uşaqlarına münasibətdə qanun valideynlərdən heç birinə üstünlük hüququ verməmişdir və beləliklə də bu qəbildən olan işlərə baxarkən məhkəmə ilk növbədə uşağın mənafeyini üstün tutmalı, mübahisəni valideynlər arasındakı ziddiyyətli münasibətlərinə əsaslanaraq uşağın maraqlarına uyğun gəlməyən şəkildə həll etməməlidir. Hər iki valideyn uşağın mənafeyini nəzərə alaraq onunla digər valideynin ünsiyyətdə olması üçün şərait yaratmağa borcludur. Qeyd edilən hallardan irəli gələrək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır və ərizəçinin uşağı ilə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən gün və vaxtda ünsiyyətdə olması uşağın mənafeyi baxımından məqbul hesab edilir. Kifayət qədər ciddi əsaslar olmadan uşaqla valideyninin ünsiyyətinə qadağa və ya məhdudiyyət qoyulması yolverilməzdir. Şikayətdə qeyd edilənlər qərardadın icrası zamanı icra məmurunun səlahiyyət və nəzarət həddində həll edilən məsələdir. Bununla belə, izah edilməlidir ki, hazırki tədbir müvəqqəti səciyyə daşıyır, məhkəmə qətnaməsi üzrə və ya ondan sonra qəbul ediləcək qərarla, habelə gələcəkdə uşağın mənafeyinə uyğun tərəflərin razılığı ilə müəyyən olunmuş qaydadan fərqli qaydada müəyyən oluna bilər. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Borclu Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin **(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar