Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-392/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X5 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Abdıyev Fuad Vilayət oğlundan ibarət tərkibdə, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsi ilə bağlı qəbul edilmiş Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadından iş üzrə cavabdeh X7 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Ərizəçi və X10 cavabdehlər X7, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X6 Qeydiyyat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ## ######## 1994-cü il tarixli qərarı ilə qeydiyyata alınmış “xxxx” KM-nin Nizamnaməsinin etibarsız sayılması və həmin Nizamnamə əsasında hüquqi şəxsin dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Ərizəçi cavabdeh X7 qarşı “müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək” növündə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, *(*-**)-****/**** saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, “xxxx” kiçik müəssisəsinin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3105 məhəllə ünvanında yerləşən əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyətinin “xxxx” KM-nin Nizamnaməsinin təsdiq edilməsi haqqında *** saylı ##.##.1992-ci il tarixli Sərəncamından müəyyən olunur ki, “xxxx” KM-nin təsisçisi X2r, hansı ki 2015-ci ildə vəfat etmişdir. Müəsissənin təsisçisi X2 iddiaçı Ərizəçi atası, iddiaçı X10 rəsmi nikahda olmuş əridir. “xxxx” KM birgə nikah dövründə təsis edildiyi üçün iddiaçı X10 həmin müəsissəsinin paylı mülkiyyətçisidir. Ümumi məlum olan haldır ki, Azərbaycan dövləti müstəqilik əldə edəndən sonra hüquq şəxslərin dövlət qediyyatı səlahiyyəti ilk olaraq İcra Hakimiyyətlərinə verilmişdir. Sonradan bu səlahiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verilmişdir, hazırda isə cavabdehin Vergi Xidmətinin Hüquqi şəxslərin səlahiyyətindədir. X6 qeydiyyatı səlahiyyətləri Ədliyyə Nazirliyinə verildikdən sonra, artıq fəaliyyət göstərən “xxxx” KM-nin Nizamnaməsi ## ######## 1994-cü il tarixdə Ədliyyə Nazirliyində yenidən qeydiyyata alınmışdır. Lakin Nizamnamə yenidən qeydə alınarkən müəssisənin təsisçisi kimi X3 deyil, cavabdeh X7 göstərilmişdir və bunun nəticəsi olaraq X6 reyestrində təsisçi kimi də Səlahətdin Məmmədov göstərilmişdir. Bu qanunsuzluğun necə baş verməsini araşdırarkən müəyyən edilmişdir ki, Səlahətdin Məmmədov, Binəqədi rayon İcra Hakimiyyətinin *** saylı ##.##.1992-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “xxxx” KM-nin Nizamnaməsində təsisiçi kimi göstərilən “Мамедов Р.M” hərflərində saxtalaşdıraraq «Мамедов С.Р» soyadına düzəliş etmişdir. Yəni, «Р» hərfinin - “C” hərfinə , «М» hərfini isə - “P” hərfinə saxtalaşdırmışdır. Bu saxtakarlığı etməklə cavabdeh özünü (Məmmədov C.P) güya ki “xxxx” KMnin ilkin təsisçisi kimi göstərmişdir. Lakin, cavabdeh əsl təsisçinin soyadını saxtalaşdırsa da, “Nizamnaməni” təsisçi kimi Rəşid Məmmədov imzalamışdır. Rəsmi sənəddə düzəliş edəndən sonra, Səlahətdin Məmmədov həmin saxta “Nizamnaməni” Ədliyyə Nazirliyə təqdim edərək özünü təsisçi kimi qələmə vermiş və təqdim etdiyi saxta sənəd əsasında “xxxx” KM-nin yeni “Nizamnaməsinin” təsdiq edilməsini xahiş etmişdir. Bu barədə, cavabdeh “xxxx” KM-nin adından Ədliyyə Nazirliyinə ##.##.1994-cü il tarixli ərizə vermişdir. Halbuki, o müəsissəni təmsil etmək səlahiyyətinə malik olmamışdır. Beləliklə, cavabdeh Cavabdeh Binəqədi RİH-nin *** saylı, ##.##.1992-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “xxxx” KM-nin Nizamnaməsində düzəliş edərək, bu saxtakarlıq sahəsindən “xxxx” KM-nin yeni Nizamnaməsində özünün təsisçisi kimi qeydiyyata alınmasına nail olmuşdur. Bununla da, cavabdeh “xxxx” Kiçik Müəssisəsinin mülkiyyətində olan Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 3105 məhəllə ünvanında yerləşən əmlaka qanunsuz sahiblənmişdir. Qanun tələblərinə görə, hüquqi şəxsin nizamnaməsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədikdə və ya yaradılarkən ciddi qanun pozuntularına yol verildikdə, məhkəmə qaydasında etibarsız sayıla bilər. Etibarsız Nizamnamə hüquqi şəxsin qeydiyyatının ləğvinə və ya dəyişdirilməsinə səbəb olur. Hal-hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində *(*- **)-****/**** saylı iş üzrə araşdırma aparılır. Hesab edir ki, “xxxx” KM-nin mülkiyyətində olan əmlak üzərində iddiaçıların da haqqı mövcuddur, həmin müəssisəsinin var olmaq səbəbi də məhz həmin əmlakdır, həmin əmlakın qanunsuz olaraq satılmasının qarşısının alınması üçün onun özgəninkiləşdirilməsinə qadağa qoyulmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilərək, iddiaçılar Ərizəçi və X10 cavabdehlər X7, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X6 Qeydiyyat İdarəsinə qarşı “nizamnamənin etibarsız sayılması və hüquqi şəxsin dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı tam icra olunanadək Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3105 məhəllə ünvanında yerləşən əmlakın özgəninkiləşdirilməsinin cavabdeh X7 və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1, 157.2, 157.3, 157.6 və 157.7-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, müvəqqəti təminat tədbiri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını, əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməyəcəyini araşdırmalıdır. Həmin qərardaddan cavabdeh X7 şikayət verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsi və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3105 məhələ ünvanında yerləşən əmlak üzərinə qoyulmuş özgəninkiləşdirmə qadağasının aradan qaldırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərardad qanunsuz, əsassız və prosessual normaların kobud pozuntusu ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin müvəqqəti təminat tədbirləri ilə bağlı normalarına əsasən müvəqqəti təminat tədbiri yalnız real təhlükə, gələcək məhkəmə qətnaməsinin icrasının çətinləşməsi və ya qeyri-mümkün olması haları sübut olunduqda tətbiq edilə bilər. Hazırkı işdə isə belə hallar ümumiyyətlə mövcud deyildir və məhkəmə tərəfindən müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi yalnız iddiaçıların subyektiv mülahizələrinə və heç bir sübutla təsdiq edilməyən iddialarına əsaslanaraq məhdudlaşdırıcı tədbir tətbiq etmişdir. Halbuki iddiaçılar tərəfindən “xxxx” KM-nin sənədlərinin saxtalaşdırılması barədə hər hansı qanuni qüvvəyə minmiş məhkəmə hökmü, ekspertiza rəyi və ya digər mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçıların “saxta” adlandırdığı sənədlər uzun illərdir dövlət qeydiyyatındadır və hazırda da hüquqi qüvvəsini saxlayır. Dövlət qeydiyyatı ləğv edilmədiyi və ya etibarsız hesab edilmədiyi halda həmin qeydiyyat hüquqi nəticələr doğurur və qanunla qorunur. İş materiallarından da görünür ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamenti Kommersiya X6 Qeydiyyatı İdarəsinin ##.##.2015-ci il tarixli məktubunda “xxxx” Kiçik Müəssisəsinin təsisçisi və rəhbəri kimi X7 göstərildiyi təsdiq edilmişdir. Eyni zamanda Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X6 Qeydiyyatı İdarəsinin çıxarışında müəssisənin 100 faiz payla X7 adına qeydiyyatda olduğu göstərilmişdir. Bundan əlavə, Dövlət Vergi Xidmətinin ##.##.2025-ci il tarixli məktubunda da “xxxx” KM-nin direktoru və təsisçisinin X7 olduğu təsdiqlənmişdir. Həmçinin hüquqi şəxsin qeydiyyat qovluğunda “xxxx” Kiçik Müəssisəsinin qeydiyyatı barədə X7 ##.##.1994-cü il tarixli ərizəsi mövcuddur. Məhkəmə həmin rəsmi dövlət sənədlərinə hüquqi qiymət vermədən yalnız iddiaçıların ehtimalarına əsaslanmışdır. Məhkəmə həmçinin nəzərə almamışdır ki, iddiaçıların atası X2 1992-ci ildən 2015-ci ilədək sağ olmuşdur. Əgər həqiqətən müəssisənin ona məxsus olması və sənədlərin saxtalaşdırılması halı mövcud olsaydı, o, uzun illər ərzində buna etiraz edə, məhkəməyə müraciət edə və ya hüquqlarını müdafiə edə bilərdi. Lakin belə bir hal olmamışdır. Eyni zamanda vərəsəlik işi üzrə sənədlərdən də görünür ki, miras açılarkən “xxxx” KM miras əmlak kimi təqdim edilməmiş, notariat orqanı tərəfindən miras kütləsinə daxil edilməmiş və həmin müəssisə ilə bağlı işlərlə heç bir mübahisə yaranmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri ** saylı Notariat Ofisinin məktublarından görünür ki, miras əmlak yalnız müəyyən edilmiş digər əmlaklardan ibarət olmuş, “xxxx” KM miras əmlak kimi rəsmiləşdirilməmişdir. Belə ki, iddia tələbləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Dövlət Vergi Xidmətinin X6 Qeydiyyatı İdarəsinə qarşı hüquqi şəxsin dövlət qeydiyyatının ləğvi və dövlət reyestr məlumatlarının dəyişdirilməsi ilə bağlıdır. Bu isə inzibati orqanların qərar və hərəkətlərinin mübahisələndirilməsi olmaqla inzibati məhkəmə icraatına aid məsələdir. Hətta Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli qərarı ilə iddiaçılar X10 və Ərizəçi cavabdeh Cavabdeh qarşı (Bakı şəhəri ** saylı notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) miras əmlakdan payların müəyyən edilməsi və əldə edilmiş gəlirin vərəsələrə ödənilməsi tələbinə dair mülki iş üzrə icraat Bakı şəhəri İnzibati Məhkəməsinin icraatında olan iddiaçılar X10 və Ərizəçi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X6 Qeydiyyatı İdarəsinə qarşı “qeydiyyatın ləğv edilməsi” barədə tələbinə dair *-*(***)-*****/**** nömrəli inzibati iş üzrə çıxarılacaq yekun məhkəmə aktı qüvvəyə minənə qədər dayandırılmışdır. Hal-hazırda Bakı İnzibati Məhkəməsinin icraatındadır. Aidiyyət məsələsi tam müəyyən edilmədən və məhkəmənin həmin mübahisəyə baxmaq səlahiyyəti araşdırılmadan müvəqqəti təminat tədbirinin tətbiqi prosessual hüquq normalarının ciddi pozuntusudur. Bundan əlavə, müvəqqəti təminat tədbiri iddia tələbi ilə proporsional olmalıdır. Hazırkı halda isə mübahisəli hüquq münasibəti müəyyən edilmədən cavabdehin mülkiyyət hüququna ağır müdaxilə edilmişdir. Məhkəmə müvəqqəti təminat tədbirini tətbiq edərkən isə nə əmlakın özgəninkiləşdirilməsi təhlükəsini müəyyən etmiş, nə də gələcək məhkəmə qətnaməsinin icrasının mümkünsüz olacağına dair hər hansı sübut göstərmiş, müvəqqəti təminat haqqında qərardad ərizəçilərin saxta mövqeyinə yalnız ehtimalara əsaslanmış, sübutların obyektiv və hərtərəfli araşdırılması təmin edilməmişdir. Məmmədov Səlahəddin 1992-ci ildə xidmətə qəbul edilmək üçün sənədlərini DİN-ə təqdim etmişdir. Həmin ildə qızı “xxxx” dünyaya gəlmiş və onun adına şəxsi müəssisə açmaq fikrinə gəlmişdir. Daxili işlər nazirliyində xüsusi idarədə xidmət apardığından, atasının adı ilə sahibkar kimi fəaliyyət göstərməsi üçün qeydiyyatdan keçmişdir. Bu isə sadəcə kağız üstündə bir müəssisə idi və heç bir fəaliyyəti olmamışdır. 1993-cü ildə həmin müəssisə bağlanmış, o da DİN-də xidmətdən xaric edilmişdir. Müəssisə bağlandıqdan sonra o, Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçmiş, “xxxx” kiçik müəssisəsini ərizə təqdim etməklə ##.##.1994-cü ildə Ədliyyə Nazirliyində qeydiyyat aldırmış təsisçi və direktor kimi fəaliyyətə başlamışdır. 1995-ci ildə 52 kv.metr sahədə tikinti işlərinə başlamış, 1996-cı ildə Vergilər Nazirliyində qeydiyyatdan keçmiş, 1996-cı ildə isə Dövlət Statistika Komitəsində qeydiyyatdan mülkiyyətçi kimi qeydiyyatdan keçmiş, 1997-ci ildə ilk VÖEN almış (********* saylı), çıxarış alandan sonra ##.##.2004-cü ildə ikinci VÖEN almışdır (1000230351). 2003-cü ildə Dövlət Tikinti və Arxitektura Komitəsində müəssissəni qeydiyyatdan keçirmişdir. Artıq 32 ildir ki, onun başçılıq etdiyi ”xxxx” müəssisəsi fəaliyyət göstərir (məhkəməyə qoşma halında təqdim edilmiş sənədlərlə bərabər bu illər ərzində apardığı işlərin, yerinə yetirdiyi öhdəliklərin, bütün instansiyalara verdiyi hesabatların qəbzlərini təqdim ərizəyə əlavə edilir). 1994-cü ildən bu günə qədər əmək kitabçasında direktor və təsisçi kimi qeyd olunmuşdur. Təqdim etdiyi qəbzlər şəxsi imzası ilə təsdiqlənmişdir. Hazırkı qərardad nə qanuni, nə də əsaslandırılmış hesab edilə bilməz. Məhkəmə cavabdehin mülkiyyət hüququnu məhdudlaşdırarkən qanuni əsasları, zəruriliyi, proporsionallığı müəyyən etməmişdir. Bu səbəbdən cavabdehin mülkiyyət hüququna əsassız müdaxilə edilmişdir. Dövlət qeydiyyatının hüquqi qüvvəsi nəzərə alınmamışdır. “xxxx” KM-nin dövlət qeydiyyatı və təsisçilik məlumatları uzun illərdir qüvvədədir və etibarsız hesab edilməmişdir. Məhkəmə qüvvədə olan dövlət qeydiyyatını, rəsmi reyestr məlumatlarını, hüquqi müəyyənlik prinsipini nəzərə almamışdır. Hüquqi müəyyənlik və sabitlik prinsipi pozulmuşdur. 1994-cü ildən mövcud olan hüquqi vəziyyət heç bir məhkəmə aktı ilə ləğv edilmədiyi halda məhkəmə yalnız ehtimalara əsasən həmin hüquqi vəziyyəti şübhə altına almışdır. Bu isə hüquqi müəyyənlik prinsipinin pozulmasıdır. Miras hüququ ilə bağlı normalar düzgün tətbiq edilməmişdir. Mərhum X2 miras əmlakı notariat qaydasında müəyyən edilmiş, lakin “xxxx” KM miras əmlak kimi rəsmiləşdirilməmişdir. Məhkəmə buna baxmayaraq müəssisə üzərində iddiaçıların guya miras hüququnun olması ehtimalını əsas götürmüşdür. Rəsmi sənədlərin hüquqi qüvvəsi nəzərə alınmamışdır. İş materialarında, Vergi orqanlarının rəsmi məktubları, Dövlət reyestri çıxarışları, Notariat sənədləri X7 təsisçi olduğunu təsdiq etdiyi halda məhkəmə həmin sənədlərin hüquqi qüvvəsini nəzərə almamışdır. Hazırkı iddia hüquqi şəxsin dövlət qeydiyyatının, nizamnaməsinin və dövlət reyestr məlumatlarının mübahisələndirilməsi ilə bağlıdır. Bu isə inzibati orqanın hərəkət və qərarlarından irəli gələn mübahisə olduğundan inzibati məhkəmə icraatına aid məsələdir. Aidiyyəti olmayan məhkəmə tərəfindən müvəqqəti təminat tədbiri tətbiq edilməsi prosessual hüquq normasının pozulmasıdır. Məhkəmə sübutları tam, obyektiv və hərtərəfli araşdırmamışdır. MPM-in sübutların araşdırılması və qiymətləndirilməsi ilə bağlı tələblərinə baxmayaraq məhkəmə, Dövlət Vergi Xidmətinin rəsmi çıxarışlarını, Notariat orqanının məktublarını, Müəssisənin uzun illər qüvvədə olan dövlət qeydiyyatını, Rəsmi reyestr məlumatlarını tam və obyektiv qiymətləndirməmişdir. Məhkəmə yalnız iddiaçıların ehtimallarına əsaslanmışdır. Müvəqqəti təminat tədbiri tətbiq edilərkən cavabdehin əmlakı özgəninkiləşdirmək niyyətində olmasına dair heç bir sübut olmadan qərar qəbul edilmişdir. Məhkəmə qətnaməsinin gələcəkdə icrasının çətinləşəcəyi əsaslandırılmamışdır. Məhkəmə qərardadı kifayət qədər əsaslandırılmamışdır. Məhkəmə aktında hansı konkret təhlükənin mövcud olduğu, təminat tədbirinin niyə zəruri hesab edildiyi, daha yüngül tədbirin niyə tətbiq edilmədiyi göstərilməmişdir. Bu isə məhkəmə aktlarının motivləndirilməsi ilə bağlı prosessual tələblərin pozulmasıdır. Məhkəmə sübutetmə yükünü düzgün tətbiq etməmişdir. İddiaçılar sənədlərin saxta olduğunu iddia etsələr də, ekspertiza rəyi, cinayət işi üzrə hökm, sənədin saxtalığını təsdiq edən məhkəmə aktı təqdim etməmişlər. Buna baxmayaraq məhkəmə sübut edilməmiş halları fakt kimi qəbul etmişdir. Məhkəmə çəkişmə və tərəflərin bərabərliyi prinsipini pozmuşdur. Məhkəmə cavabdehin təqdim etdiyi rəsmi sənədlərə lazımi hüquqi qiymət verməmiş, yalnız iddiaçıların mövqeyinə üstünlük vermişdir. Bu isə tərəflərin prosessual bərabərliyi prinsipinin pozulmasıdır. Birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbiri tətbiq edərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bir sıra halları tam və obyektiv araşdırmamış, nəticədə natamam araşdırılmış faktiki hallara əsasən qanunsuz qərardad qəbul etmişdir. Belə ki, məhkəmə ilk növbədə “xxxx” KM-nin uzun illər ərzində faktiki və hüquqi vəziyyətini araşdırmamışdır. İş materialarında olan rəsmi dövlət sənədlərindən görünür ki, “xxxx” KM-nin təsisçisi və rəhbəri kimi uzun illər ərzində X7 dövlət qeydiyyatında olmuşdur. Dövlət Vergi Xidmətinin, Vergilər Nazirliyinin və digər dövlət orqanlarının təqdim etdiyi rəsmi sənədlərdə də bu hal təsdiq edilmişdir. Məhkəmə həmin sənədlərin hansı əsasla etibarsız hesab edilə biləcəyini araşdırmamışdır. Məhkəmə iddiaçıların sənədlərin saxtalaşdırılması barədə iddialarını yoxlamadan qəbul etmiş, lakin X2 1992-ci ildən 2015-ci ilədək sağ olmasına baxmayaraq niyə həmin qeydiyyata etiraz etməməsi; “xxxx” KM həqiqətən ona məxsus olmuşdursa, niyə uzun illər ərzində vergi ödəyicisi kimi qeydiyyatda olmaması, müəssisə fəaliyyəti ilə bağlı sənədlərdə adının göstərilməməsi, hər hansı rəsmi müraciət etməməsi, Müəssisənin dövlət qeydiyyatı 1994-cü ildən mövcud olduğu halda niyə yalnız uzun illər keçdikdən sonra mübahisələndirilməsi; miras açılarkən “xxxx” KM-nin niyə miras əmlak kimi göstərilməməsi, notariat orqanı tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdə müəssisənin niyə miras əmlak kimi daxil edilməməsi, iddiaçıların mərhumun sağlığında müəssisə ilə bağlı hər hansı hüquq iddiası irəli sürübsürməməsi, Müəssisənin faktiki idarə edilməsinin, vergi hesabatlarının, bank əməliyyatlarının və digər hüquqi fəaliyyətinin kim tərəfindən həyata keçirilməsi, mübahisəli əmlakın faktiki sahiblik və istifadəsinin kim tərəfindən həyata keçirilməsi. həmçinin cavabdehin əmlakı özgəninkiləşdirmək niyyətində olub-olmamasını ümumiyyətlə araşdırmamışdır. İş materialarında alqı-satqı müqaviləsi, ilkin razılaşma, elan, üçüncü şəxslərlə danışıqlar, özgəninkiləşdirməyə dair hər hansı sənəd mövcud olmadığı halda məhkəmə ehtimala əsaslanaraq təminat tədbiri tətbiq etmişdir. Bundan əlavə, məhkəmə mübahisəli əmlakın hüquqi statusunu da tam araşdırmamışdır. Belə ki, həmin əmlakın müəssisənin balansında olub-olmaması, mülkiyyət hüququnun hansı əsaslarla yaranması, dövlət qeydiyyatının vəziyyəti, hüquqi aidiyyəti araşdırılmadan onun üzərinə məhdudiyyət qoyulmuşdur. Məhkəmə həmçinin iddiaçıların hüquqlarının real olaraq pozulub-pozulmamasını müəyyən etməmişdir. Çünki iş materiallarından görünür ki, “xxxx” KM uzun illər miras əmlak kimi qəbul edilməmiş, vərəsəlik işinə daxil edilməmiş və notariat orqanı tərəfindən də miras obyekti hesab edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam, obyektiv və hərtərəfli araşdırmadan, natamam müəyyən edilmiş faktiki halara əsasən nəticəyə gəldiyindən qəbul edilmiş qərardad qanunsuz və əsassızdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-157.3-cü maddələrinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Bu Məcəllənin 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Mülki-Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddələrinə görə müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. ...Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Belə ki, yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, müvəqqəti təminat tədbirləri mülki iş üzrə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq, o cümlədən çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən müvafiq tədbirlərin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı, tətbiq olunacaq tədbirin isə irəli sürülmüş tələbə mütənasib olub-olmamasına hərtərəfli qiymət verməli və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktını qəbul etməlidir. Məhkəmə araşdırmasının göstərilən istiqamətdə aparılmasını təmin etmək üçün ərizəçi ərizənin kifayət qədər əsaslı olmasına dair ilkin sübutları təqdim etməli və özünün müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Bundan sonra ərizəçi verdiyi ərizədə mövcud vəziyyətin dəyişəcəyi halda onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğu, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə ki, məhkəmə müvəqqəti təminat tədbirini tətbiq etmədən iddiaçı tərəfindən irəli sürülən (sürüləcək) tələbin uğurlu, mövqeyinin əsaslandırılmış olub-olmamasına dair məsələlər ətrafında araşdırma və qiymətləndirmə aparmalıdır. Daha sonra isə təqdim edilmiş ilkin sübutların iddia tələbinin əsaslılığına kifayət qədər dəlalət etməsi məsələsinə münasibət bildirməlidir. Məhkəmə müvəqqəti təminat tədbiri tətbiq edə bilmək üçün elə bir qənaətə gəlməlidir ki, həmin anda iddiaçının (ərizəçinin) təqdim etdiyi sübutlara əsasən iddia icraatı böyük ehtimalla uğurlu görünsün. Sözügedən böyük ehtimal isə o zaman mövcud olur ki, iddiaçının bildirdiyi faktiki halların və təqdim etdiyi ilkin sübutların məcmusunun qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində (verilmiş və ya veriləcək) iddianın əsaslılığına dair güman yaranmış olsun. Belə qiymətləndirmə aparılmadan yalnız ehtimallara əsasən təminat tədbirinin tətbiqi MPM-in 157-ci maddəsinin məqsədinə uyğun hesab edilə bilməz. Yuxarıda qeyd edilənlərdən isə görünür ki, ərizəçi tərəfindən iddia tələblərinin kifayət qədər əsaslı olmasına dair ilkin sübutlar təqdim edilməmiş, müvəqqəti təminat tədbirinin tətbiqini zəruri edən təhlükənin nədən ibarət olduğu, həmin təhlükənin real xarakter daşıdığı və reallaşacağı təqdirdə hansı əmlak hüquqlarının qorunmasının mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəyə baxarkən ərizəçinin təqdim etdiyi dəlillərin MPM-in 157-ci maddəsində nəzərdə tutulmuş şərtlərin mövcudluğunu təsdiq edib-etmədiyini hərtərəfli araşdırmamış və onlara lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə qərardadında qanunvericiliyin müvafiq normalarını sadalamaqla kifayətlənmiş, lakin müvəqqəti təminat tədbirinin tətbiqini zəruri edən konkret təhlükənin nədən ibarət olduğunu, həmin təhlükənin hansı faktlarla təsdiq edildiyini, gələcək məhkəmə aktının icrasını hansı səbəbdən çətinləşdirəcəyini, habelə təcili müdaxilənin zəruriliyini əsaslandırmamışdır. Şikayətdə göstərilən dəlillərə, habelə cavabdeh tərəfindən təqdim edilmiş və hazırda qüvvədə olan müəssisənin hüquqi statusunun və faktiki fəaliyyətinin davamlı olduğunu təsdiq edən dövlət qeydiyyatı sənədlərinə, Vergi Xidmətinin rəsmi məktublarına, hüquqi şəxsin dövlət reyestri məlumatlarına və notariat orqanının sənədlərinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmiş, həmin sübutların müvəqqəti təminat tədbirinin tətbiqi baxımından əhəmiyyətinə münasibət bildirilməmişdir. Halbuki müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəyə baxarkən məhkəmə təminat tədbirinin tətbiqini əsaslandıran ilkin sübutlara əsasən əmin olmalıdır ki, tələb olunan təminat tədbirinin tətbiq edilməməsi gələcəkdə qəbul ediləcək məhkəmə aktının icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddia tələbi ilə tətbiq edilmiş müvəqqəti təminat tədbiri arasında zəruri hüquqi əlaqənin mövcudluğu müəyyən edilməmişdir. Həmçinin, həmin tədbirin tətbiq edilməsinin gələcəkdə qəbul ediləcək məhkəmə aktının vaxtında, tam və düzgün icrasına necə xidmət edəcəyi əsaslandırılmadığından, onun MPM-in 157-ci maddəsinin məqsədinə uyğun olduğu, eləcə də həmin maddədə nəzərdə tutulmuş zərurət və proporsionallıq meyarlarına cavab verdiyi qənaətinə gəlmək mümkün deyildir. Odur ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16(5-98)- 265/2026 saylı ## ### 2026-cı il tarixli qərardadı ləğv edilməli, ərizə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı ## ### 2026-cı il tarixli qərardadı ləğv edilsin. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsi rədd edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №e-16(3-6)-392/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-392/2026
23.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver