Məhkəmə qərarları › İş №e-16(3-6)-405/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-405/2026

24.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-405/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi ilə bağlı icraat üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X3 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi üzrə qəbul edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadından iddiaçı Ərizəçi və cavabdeh Maraqlı şəxs Fikrət qızı tərəfindən verilmiş şikayətlərə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs Fikrət qızına qarşı “nikahın pozulması, uşaqların atanın yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir.

2. Iddiaçı həmçinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək ##.##.2008-ci il təvəllüdlü X2 və ##.##.2010-cu il təvəllüdlü Rəcəbli Fikrət Xəyal oğlunun saxlanılması üçün Maraqlı şəxs bir uşaq üçün ayda minimum əmək haqqının 1 misli olmaqla, hər ay minimum əmək haqqının 2 misli məbləğində alimentin ##.##.2026cı il tarixdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ilə bağlı e-*(***)-****/**** nömrəli mülki iş hal-hazırda Sabunçu Rayon Məhkəməsinin icraatındadır və alimentin tutulması hissəsində iddia tələbi ##.##.2026-cı il tarixdə elektron məhkəmə sistemində qeydiyyata alınmışdır. ##.##.2026-cı il tarixdən e-*(***)-****/**** nömrəli mülki iş üzrə icraat dayandırılmış və iş materialları rəyin verilməsi üçün aidiyyəti üzrə komissiyaya göndərilmişdir. Bu səbəbdən aydın deyil ki, iş üzrə icraat nə vaxt təzələnəcək. Digər tərəfdən, iş üzrə icraat təzələnsə belə, cavabdeh tərəfindən əmlak tələbinə dair qarşılıqlı iddia ərizəsi də verilmişdir. Hesab edir ki, həmin tələbə baxılması da iş üzrə yekun məhkəmə aktının çıxarılmasını müəyyən müddətə uzada bilər. Hal-hazırda isə uşaqlar iddiaçının yanında qalır və onların alimentin alınması ilə bağlı hüquqları pozulur və yekun məhkəmə aktı çıxarılana qədər pozulmaqda davam edəcək.

4. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)- ***/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, həmin məhkəmənin icraatında olan e-*(*-***)-****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək ##.##.2026-cı il tarixdən başlayaraq ##.##.2008-ci il təvəllüdlü X2 və ##.##.2010-cu il təvəllüdlü Rəcəbli Fikrət Xəyal oğlunun saxlanılması üçün hər ay, hər uşağ üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin Maraqlı şəxs Fikrət qızından tutularaq Ərizəçinın xeyrinə ödənilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

5. Iddiaçı qərardaddan şikayət verərək qərardadın “alimentin ##.##.2026-cı il tarixdən başlayaraq tutulması” hissəsində dəyişdirilməsini, alimentin ##.##.2026-cı il tarixdən başlayaraq tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəməyə müraciət etdiyi vaxtdan tutulur dedikdə, qanunverici müvəqqəti təminat tədbirlərinə dair ərizə ilə müraciət etdiyi deyil, məhz alimentin tutulması üçün iddia ərizəsinin verildiyi vaxtı nəzərdə tutur. Iddiaçı ##.##.2026-cı il tarixdə iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə verərək, alimentin tutulmasını xahiş etmişdir. Yəni, Ailə Məcəlləsinin 100.2.-ci maddəsində qeyd olunan “məhkəmə müraciət edildiyi vaxt” məhz ##.##.2026-cı il hesab olunmalıdır. Göründüyü kimi, məhkəmə qərardadında Ailə Məcəlləsinin 100.2.-cimaddəsinə istinad etsə də, onu səhv tətbiq etmişdir. Bununla da qərardadın dəyişdirilməsi üçün əsaslar yaratmışdır.

7. Qərardaddan həmçinin cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini və müvəqqəti təminat tədbiri barədə ərizənin təmin olunmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə çıxarılmış, işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, cavabdehin maddi və ailə vəziyyəti qiymətləndirilməmiş, müvəqqəti təminat institutunun hüquqi mahiyyəti düzgün tətbiq edilməmişdir. Iş üzrə iddiaçının hazırda kifayıt qədər maddi imkanlı olmaqla yanaşı, birgə nikah zamanı əldə olunmuş əmlakları ədalətsiz şəkildə cavabdehdən alınaraq onun bütün sənədlərinə və əmlakına əl qoyaraq onun vəziyyətini pisləşdirməyə yönəlmişdir. Ayrıca aliment ehtiyacı olan valideyndən tutulmalı olduğu halda, cavabdehin 1 manat gəliri olmadan, valideynlərinin yanına sığınmışdır. Cavabdehi ayağı sınıq şəkildə iddiaçı evdən ev geyimi və ev ayaqqabısı ilə evdən qovmuşdur. Hazırda kifayət qədər yüksək gəlirləri, obyektləri, evləri və.s olan iddiaçı bahalı həyat yaşamağa davam edir. Belə olan halda hansı alimentin tutulmasından söhbət gedə bilər? Qanun müvəqqəti təminat tədbirinin tətbiqini konkret təhlükə, real risk və hüquqların sonradan bərpasının çətinləşməsi ilə əlaqələndirmişdir. Hazırkı iş üzrə isə məhkəmə tərəfindən belə riskin mövcudluğu hər hansı mötəbər sübutla müəyyən edilməmişdir. Iddiaçı yalnız əsas işə baxılmasının müəyyən müddət davam edə biləcəyini ehtimal etmiş, lakin cavabdehin uşaqların saxlanılmasından yayınması, gələcəkdə aliment öhdəliyinin icrasını mümkünsüz edəcək davranışlar nümayiş etdirməsi və ya hüquqların müdafiəsini çətinləşdirəcək hər hansı hərəkətlər etməsi sübuta yetirilməmişdir. Məhkəmə tərəflərin maddi durumlarını, uşaqların o aliment məbləğinə ehtiyac olub olmadığı araşdırmadan, cavabdehin maddi durumu müəyyən olunmadan, xüsusi ilə uşaqların kimin yanında qalması müəyyən olunmadan hazırkı nəticəyə gəlməsi əsassızdır.

9. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026 və ##.##.2026-cı il tarixli qərardadları ilə şikayətlər təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

10. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

12. Cavabdehin nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq həmçinin qeyd etmişdir ki, iddiaçı kifayət qədər yüksək gəlirlərə, daşınmaz əmlaklara, biznes və digər gəlir mənbələrinə malik olmaqla uşaqların bütün ehtiyaclarını ödəmək imkanındadır. Aliment institutu ehtiyac içərisində olan şəxsin təmin olunmasına xidmət edir. Qarşı tərəf isə aliment tələbi irəli sürərkən özünün real ehtiyac içərisində olmasını sübut edə bilməmiş, yalnız qarşı tərəfə əlavə maliyyə yükü yaratmağa yönəlmiş formal tələb irəli sürmüşdür. Qarşı tərəf isə uşaqlarına psixoloji təsir göstərməklə onları analarından ayrı saxlamaqla və cavabdehə qarşı təsir göstərmək üçün hazırkı ərizəni vermişdir. Eyni zamanda əgər bu qədər mal varlığı içində də övladlarına baxacaq imkanı yoxdursa, uşaqları versin analarına. Bundan başqa, qarşı tərəf öz gəlirləri, əmlak vəziyyəti və maliyyə imkanları barədə məhkəməyə dolğun məlumat təqdim etməmişdir. Halbuki MPM-in sübutetmə yükünə dair müddəalarına əsasən, istinad etdiyi haları sübut etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. Bu səbəbdən hesab edir ki, aliment tələbi vicdanlılıq və ədalət prinsiplərinə uyğun olmayıb, hüquqdan sui-istifadə xarakteri daşıyır. Bundan əlavə, iş materialarına əlavə edilən * saylı Bakı Ərazi Idarəsinin məlumatından görünür ki, cavabdehin adına Bakı şəhərinin müxtəlif rayonlarında çoxsaylı daşınmaz əmlaklar qeydə alınmışdır. Təqdim edilən məlumatdan ən azı 6 yaşayış sahəsinin və torpaq sahəsinin mövcudluğu müəyyən edilir. Hanıskı daha sonra cavabdehin iddiaçıya verdiyi etibarnamədən istidadə etməklə cavabdehin anasının adına keçmişdir. Cavabdeh tərəfin mövqeyi ondan ibarətdir ki, həmin əmlakların əhəmiyyətli hissəsi faktiki olaraq iddiaçının və ailənin vəsaitləri hesabına əldə edilmiş, sonradan müxtəlif səbəblərdən anasının adına rəsmiləşdirilmişdir. Bu hal hazırkı mübahisə üzrə tərəflərin real maddi vəziyyətinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının özünü maddi imkanları məhdud şəxs kimi təqdim etməsinə baxmayaraq, ailənin istifadəsində olmuş və ya yaxın qohumlarının adına rəsmiləşdirilmiş çoxsaylı daşınmaz əmlakların mövcudluğu onun faktiki maliyyə imkanlarının daha geniş olduğunu göstərir. Buna görə də məhkəmədən xahiş olunur ki, iddiaçının, onun anasının və digər yaxın qohumlarının adına olan daşınmaz əmlaklar, nəqliyyat vasitələri, bank hesabları və gəlirləri barədə məlumatlar aidiyyəti dövlət orqanlarından tələb edilsin və iş üzrə tam araşdırma aparılsın. Qarşı tərəf özünün maddi vəziyyətini gizlətməyə çalışsa da, onun yüksək gəlirlərə malik olması və uşaqların təminatını tam şəkildə qarşılamaq imkanında olması şübhə doğurmur. Belə olan halda aliment tələbinin irəli sürülməsi həqiqi ehtiyacdan deyil, cavabdehi əlavə maliyyə yükü altında qoymaq məqsədindən irəli gəlir. Iş materiallarından görünür ki, iddiaçının faktiki maddi imkanları təqdim etdiyi vəziyyətdən qat-qat yüksəkdir. Belə ki, Maştağa qəsəbəsində onun fəaliyyəti ilə bağlı "Xəyal" bazarının mövcudluğu, müxtəlif kommersiya fəaliyyətləri, ailə üzvlərinin adına rəsmiləşdirilmiş çoxsaylı daşınmaz əmlakların olması barədə məlumatlar mövcuddur. Təqdim edilən daşınmaz əmlaklara dair arayışlardan görünür ki, yaxın qohumlarının adına Bakı şəhərinin müxtəlif ərazilərində çoxsaylı yaşayış evləri və digər əmlaklar qeydə alınmışdır. Bundan əlavə, dövlət orqanlarına edilmiş müraciətlərdə və vətəndaş şikayətlərində iddiaçının bazar, obyekt və digər gəlir mənbələrinə malik olduğu göstərilmişdir.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 101.1. Məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. Maddə 101.2. Məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası şikayətlərin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının şikayəti təmin edilməməli, cavabdehin şikayəti isə təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı ləğv edilməli və müvəqqəti təminat tədbirinin tədbiqi barədə ərizə təmin edilməməlidir.

16. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ailə qanunvericiliyi aliment tutulması barədə qətnamə çıxarılanadək imperativ qaydada alimentin müvəqqəti tutulmasını tələb etmir.

17. Birinci instansiya məhkəməsi tərəflərin maddi vəziyyətini, gəlirlərini araşdırmadan, həmçinin uşaqların faktiki təminat səviyyəsini və alimentin müvəqqəti tutulmasının zəruriliyini təsdiq edən sübutları qiymətləndirmədən qərardad qəbul etmişdir.

18. Halbuki Ailə Məcəlləsinin 101.2-ci maddəsinə və MPM-in 157.6-cı maddəsinə əsasən alimentin müvəqqəti tutulması zamanı tədbirin mütənasibliyi və tərəflərin maddi vəziyyəti nəzərə alınmalıdır.

19. Kollegiya hesab edir ki, hazırda cavabdehdən iddiaçının xeyrinə alimentin müvəqqəti tutulması üçün əsasların mövcudluğu iş materialları ilə müəyyən edilmir.

20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı: Iddiaçı Ərizəçi şikayəti təmin edilməsin. Cavabdeh Maraqlı şəxs Fikrət qızının şikayəti təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı ləğv edilsin. Iddiaçı Ərizəçi alimentin müvəqqəti tutulması barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar