Məhkəmə qərarları › İş №e-16(3-6)-411/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-411/2026

08.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-411/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi ilə, Babayev Fuad Nazim oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh1 QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra Ərizəçi MMC) ərizə ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, borclu cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan ünvan 1C ünvanda yerləşən əmlak kompleksinin üzərinə müvəqqəti təminat tədbiri kimi həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, cavabdeh2 MMC-nin mülkiyyətində olan ünvan 1C ünvanda yerləşən əmlak kompleksinin barəsində ## #### 2026-cı il tarixdə keçirilmiş hərracın nəticəsində hər hansı sənədləşdirmə işlərinin aparılması Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh cavabdeh1 QSC şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadını ləğv edərək, Ərizəçi MMC-nin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin təmin olunmamasına dair müvafiq qərardad qəbul edilməsini, əks təqdirdə bu şikayəti baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi ilə yanaşı cavabdeh1 QSC-nin də icra sənədinə əsasən həmin əmlak əldə etməyə hüququ olmuş, bu zaman onun tələbi ərizəçidən dəfələrlə çox olmuşdur. Belə ki, Ərizəçi MMC-nin cavabdeh cavabdeh2 MMCdən tələbi 4 milyon manat civarında olduğu halda cavabdeh1 QSC-nin tələbi 496 959 822,55 ABŞ dolları, 208 022,03 Avro və 24 779798,23 manat olmuşdur. cavabdeh1 QSC Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci və "İcra haqqında" Qanunun 62-ci maddələrinə uyğun keçirilən hərracda qanuni əsaslarla iştirak edib əmlakı hərracdan əldə etmiş, bu zaman hərracın keçirilməsi zamanı hər hansı bir qanun pozuntularına da yol verilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci maddəsinə görə də yalnız bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Lakin işin hallarından görünür ki, hərrac keçirilərkən müəyyənləşdirilmiş qaydalar pozulmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər; 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir; 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır; 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir; 158.1.2-ci və 158.1.3-cü maddələrinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətlərin edilməsi cavabdehə, habelə mübahisə predmetinə aid olan müəyyən hərəkətlərin edilməsi başqa şəxslərə qadağan edilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası yuxarıda göstərilən və bu məsələni tənzimləyən digər aidiyyəti müddəalara istinadən qeyd edir ki, müvəqqəti təminat tədbiri, tərəflərin mövcud vəziyyətinin və ya mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından və mübahisənin daha da dərinləşməsinin qarşısını almaqdan ibarət olmaqla, cavabdehlərin və digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasını qeyrimümkün edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Bu da öz növbəsində bu tədbirin təcili (təxirə salınmadan) tətbiq edilməsinin zəruriliyinin əsaslandırılmasını şərtləndirir. Bununla belə, həm ərizədə iddia tələbinin əsaslığına dair ilkin sübutlara istinad olunmalı, həm də ilkin sübutlar iddia tələbinin kifayət qədər əsaslılığına dəlalət etməlidir. Hazırkı işin halları baxımından qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-*/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadından görünür ki, ərizə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-*/**** saylı iş üzrə ## ###### 2018-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş ünvan 1 "C" ünvanında yerləşən daşınmaz əmlakın üzərindən həbs qismən həmin əmlakın (əmlak kompleksinin) Azərbaycan Respublikası * saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin ## ###### 2016-cı il tarixli qətnaməsi əsasında verilmiş ##.##.2016-cı il tarixli icra sənədinin (cavabdeh2 MMC-dən Ərizəçi MMC-nin xeyrinə 3 768 645,82 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə) icrasını təmin edəcək hissəsi istisna olmaqla – götürülməsi, ünvan 1 "C" ünvanında yerləşən daşınmaz əmlakın ##.##.2016-cı il tarixli icra sənədinin (cavabdeh2 MMC-dən Ərizəçi MMC-nin xeyrinə 3 768 645,82 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə) icrasını təmin edəcək hissəsi üzərində həbs saxlanılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadında görünür ki, icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə tələbkar Ərizəçi MMC-nin şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Asəm Əhmədovun * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il ## ###### tarixli ****/**** saylı, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-*-*(**)-***/**** saylı, ##.##.2019-cu il və Bakı Kommersiya Məhkəməsinin ##.##.****-ci saylı icra sənədlərinin saylı icra sənədinin icrası ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilməsi və icra sənədi üzrə icra hərəkətləri davam etdirilməsi qərara alınmışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə borclu cavabdeh2 MMC-nin mülkiyyətində olan ünvan 1 "C" ünvanında yerləşən daşınmaz əmlakın üzərində tələbkar Ərizəçi MMC-nin xeyrinə tutulmalı olan 3768 645,82 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasının icrasını təmin edəcək hissəsi üzərində həbs olmuşdur. Həmçinin qeyd olunan icra sənədləri üzrə icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilmiş və icra sənədləri üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından görünür ki, tələbkar “xxxx” MMC-nin direktoru X2 “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və qiymətləndirmə rəyinin ləğv edilməsi” barədə şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X1 qanunsuz hesab edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** saylı, ##.##.2026cı il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X1 və cavabdeh1 QSC BOKT tərəfindən verilmiş şikayətlər təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı onların şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Lakin icra məmuru yenidən qiymətləndiricinin dəvət edilməsi barədə hərəkətlərinin məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən qanunsuz hesab edilməsinə baxmayaraq, həmin qiymətləndirmə əsasında hərrac keçirilmiş və mübahisə predmeti olan əmlak 25043000 manat qiymətləndirilərək hərracda 16277950,00 manata satılmışdır. Ərizəçi MMC tərəfindən Bakı şəhəri Binəqədi rayonu İcra Şöbəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli **/** nömrəli təklifə cavab məktubunun surətindən görünür ki, “xxxx” MMC tərəfindən borclunun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən əmlak 13315200 manat qiymətləndirilmişdir. MMC rəhbərliyi icra şöbəsinin təklifini qiymətləndirərək hesab edir ki, borclunun mülkiyyətində olan əmlakın borcun əvəzinə qəbul edilməsi məqsədə müvafiqdir, odur ki, mümkün olduğu halda MMC torpaq sahəsini müəyyən edilmiş qiymətə alır və yaxud borc həddində torpaq sahəsini qəbul edir. Göründüyü kimi, ərizəçi Ərizəçi MMC keçirilmiş ilkin qiymətləndirmə nəticəsində təyin edilmiş 13315200 manat məbləğinə öz münasibətini bildirmişdir. Lakin icra şöbəsi tərəfindən bu müraciətə baxılıb nəticəsi barədə müəllifinə cavab verilməsi barədə məlumat təqdim edilməmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən X4, Ərizəçi MMC və digər borclulara ##.##.2026-cı il tarixdə icra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması ilə bağlı sifariş göndərilmiş, əmlakın qiymətinin, İ hərracda minimum satış qiyməti (qiymətin azı 85 faizi) 21286550 manat göstərilmişdir. Lakin sifarişin borclulara, o cümlədən “xxxx” MMCə çatdırılması barədə məlumat təqdim edilməmişdir. ##.##.2026-cı il tarixli ****************** nömrəli hərracın nəticələrinə dair protokola əsasən cavabdeh1 QSC BOKT (VÖEN: **********) hərracın predmeti olan ünvan 3 - Əmlak kompleksi son satış qiyməti 16277950,00 manat pul məbləğində almışdır. cavabdeh1 QSC BOKT-dan Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, borclu cavabdeh2 MMC-nın mülkiyyətində olan və X5 cavabdeh3 MMC Hərrac təşkilatı tərəfindən hərraca çıxarılmış ünvan 3 ünvanında 5940.3 kv.m torpaq sahəsində yerləşən əmlak kompleksinin ##.##.2026-cı il tarixdə "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən tərtib edilmiş 25 043 000.00 manat bazar dəyərinin 85%-i 21 286 550,00 manat ilkin satış qiyməti olmaqla birinci hərrac təyin olunmuş, lakin qalib alıcı olmadığından ##.##.2026-cı il tarixdə isə 25 043 000.00 manat bazar dəyərinin 65%-i 16 277 950,00 manat satış qiyməti olmaqla təkrar hərrac keçirilmiş və cavabdeh1 QSC hərracda iştirak edərək qalib olmuş və əmlak kompleksini əldə etmişdir. Bununla əlaqədar olaraq X6ydalarına əsasən ipoteka saxlayan ipoteka predmetini borc əvəzində əldə etməsi üçün ilkin olaraq əmlakın əldə edilmiş dəyərinin 3 (üç) faizi miqdarında hərrac xidmət haqqını bank vasitəsi ilə köçürülməsi təmin edilmişdir. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası * saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı icra sənədi üzrə cavabdeh1 QSC tərəfindən elektron hərrac vasitəsi ilə əldə olunmuş əmlak kompleksinə dair tutulmuş 10% xidmət haqqı (icra haqqı) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən icra xidmətinin hesabına köçürülməsi, həmçinin cavabdeh2 MMC-nın borclu olduğu şəxslərin vəsaitləri müəyyən edilərək hesablaşma hesablarına ödənilməsi üçün rekvizitlərin təqdim olunmasını xahiş edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən cavabdeh1 QSC BOKT-a ünvanlanmış ##.##.2026-cı il tarixli cavab məktubunda qeyd edilmişdir ki, iş üzrə borclu cavabdeh2 MMC barəsində olan borc tələbinə dair icra sənədləri açıq hərraclar vasitəsi ilə satılan əmlakın satışından əldə edilən vəsaitlər üzrə ödənilməli 10% icra ödənişinin məbləği 1627795 manat, mütənasibliyə uyğun iş üzrə tələbkar şəxslərə ödənilməli vəsaitin məbləği isə 863184,39 manat təşkil edir. Lakin həmin məktubda icra şöbəsi hansı meyarlara əsasən digər tələbkar şəxslərə ödənilməli vəsaitin məbləğinin 863184,39 manat təşkil etməsini bildirməmiş, məhkəmə iclasında iştirak edən icra məmuru da bu məsələyə aydınlıq gətirə bilməmişdir. Göründüyü kimi məhkəmə qərarları ilə qanunsuzluğu müəyyən edilmiş qiymətləndirmə hərəkətləri nəticəsində təyin edilmiş qiymətlə hərrac keçirilmiş, bu hərəkətlərin zəruriliyi əsasladırılmamışdır. Həmçinin qeyd edir ki, cavabdeh2 MMC-nin mülkiyyətində olan ünvan 3 ünvanında 5940.3 kv.m torpaq sahəsində yerləşən əmlak kompleksinin qeyd olunan qiymətləndirmə nəticəsində təyin edilmiş qiymətlə satılması ərizəçi Ərizəçi MMC-nin qanunla qorunan mənafelərinə ziyan vura və qanuni qüvvəyə minmiş və hazırda icraya yönəldilmiş məhkəmə aktlarının icra edilməsini çətinləşdirə və ya mümkünsüz edə bilər. Bu baxımdan ərizəçinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinin qismən təmin edilməsi qanuni və əsaslı olmaqla bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasibdir əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına səbəb olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəçinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsini qismən təmin etməkdə haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 157-158, 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar