Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-414/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X2 ibarət tərkibdə, 16(xxxx-98)-176/2026 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli qərardaddan ərizəçi (iddiaçı) Ərizəçi verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqaviləyə xitam verilməsi, qeyri-yaşayış sahəsinin boşaldılması və pul tələbi barədə” iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı eyni zamanda “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, yuxarıda qeyd edilən iddiaya dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək (1) cavabdeh tərəfindən mübahisəli və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə münasibətdə təhlükə yaradan və “Kirayə müqaviləsinin” şərtlərinə zidd olan bütün hərəkətlərin dayandırılması, (2) obyektdə hər hansı konstruktiv dəyişikliklərin, yenidənqurma və ya icazəsiz müdaxilələrin aparılmasının qadağan edilməsi, (3) iddiaçının özünün və ya nümayəndəsinin obyektə məhdudiyyətsiz daxil olma, texniki baxış keçirmə və xxxxi həyata keçirmə hüququnun təmin edilməsi, (4) cavabdehin həmin hərəkətlərə mane olmamasının təmin edilməsi, habelə (xxxx) mübahisəli obyektin üçüncü şəxslərə verilməsi və ya faktiki istifadəçisinin dəyişdirilməsi ilə bağlı hər hansı hüquqi və ya faktiki hərəkətlərin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla MMC arasında ##.##.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən özünə məxsus olan və ünvan 2 ünvanında yerləşən sahəsi 497 kv.m olan obyekti MMC-yə icarəyə verilmişdir. Müqavilə üzrə icarə haqqı 8.000 manat müəyyən edilmiş, ancaq, mərhələli olaraq icarə haqqının 1xxxx.000 manata qədər qaldırılmasına dair onların arasında şifahi razılıq olmuşdur. Sonradan müəyyən edilmişdir ki, cavabdeh MMC həmin müqavilənin 1.7-ci bəndinin tələblərini kobud şəkildə pozaraq, icarəyə verənin yazılı razılığı olmadan 2023-cü ilin fevral ayından etibarən sözügedən əmlakı üçüncü şəxsə - X1 faktiki istifadəsinə vermişdir. Bununla yanaşı, tərəflər arasında aparılmış çoxsaylı danışıqlara baxmayaraq, cavabdeh MMC icarə haqqının artırılması ilə bağlı müqaviləyə müvafiq dəyişikliklərin edilməsindən yayınmış, həmçinin müqavilədə nəzərdə tutulmuş sahədən əlavə olaraq 487,xxxx kv.m sahədən heç bir hüquqi əsas olmadan və icarə haqqı ödəmədən istifadə olunmasına şərait yaratmışdır. Şifahi razılaşmaya əsasən formalaşmış icarə haqqı fərqləri üzrə cavabdeh MMC-nin yığılmış borcu hazırda 300.787 manat təşkil edir. Bundan əlavə, 202xxxx-ci ilin oktyabr ayında cavabdeh MMC-nin faktiki istifadəçisi olan üçüncü şəxsin nümayəndəsi tərəfindən ünvanlanan müraciətlərdən açıq şəkildə görünür ki, obyekt üzərində faktiki istifadə hüququnun dəyişdirilməsi, müqavilə tərəfinin əvəz olunması və mövcud hüquqi münasibətlərin formal olaraq üçüncü şəxsin adına rəsmiləşdirilməsi cəhdləri mövcuddur. Yuxarıda göstərilən hallar sübut edir ki, cavabdeh MMC müqavilə şərtlərinin kobud şəkildə pozur, hüquqi əsas olmadan obyekti üçüncü şəxslərin istifadə verir, bununla da, mülkiyyətçinin hüquqlarını pozur, obyekt üzərində icazəsiz dəyişikliklər aparmaq niyyətindədir. “Müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizəyə baxmış Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardad ilə ərizənin qismən təmin edilməsini, ərizədə qeyd edilən mülki iş (№ *(xxxx-98)-706/2026) üzrə yekun məhkəmə aktı qəbul edilənədək, (2) mübahisəli qeyri-yaşayış sahəsində hər hansı konstruktiv dəyişikliklərin, yenidənqurma və ya icazəsiz müdaxilələrin aparılmasının cavabdeh MMC-yə qadağan edilməsi, (3) iddiaçının və onun nümayəndəsinin qeyd olunan obyektə daxil olmasına, texniki baxış keçirməsinə və xxxxi həyata keçirməsinə mane olmasının MMC-yə qadağan edilməsi, (xxxx) mübahisəli obyektin üçüncü şəxslərə verilməsi və ya faktiki istifadəçinin dəyişdirilməsi ilə bağlı hər hansı hüquqi və ya faktiki hərəkətlərin edilməsinin cavabdeh MMC-yə qadağan edilməsini, qalan hissədə ərizənin təmin edilməməsini qərara alınmışdır. Cavabdeh MMC həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh MMC mübahisəli qeyri-yaşayış sahəsində - klinikada, onunla iddiaçı arasında bağlanmış müqavilə üzrə ünvanda qanuni fəaliyyət göstərir, MMC-nin rəhbərliyi gizlənmir, klinikanın əmlakını yox etmir. Cavabdeh MMC bu günə qədər həmin obyektdə heç bir konstruktiv dəyişiklik aparmamışdırdır. İddiaçı özü də, “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizədə konstruktiv dəyişikliyin edilməsi imkanını “ehtimal” kimi qeyd edir. “Müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizənin tam və ya qismən təmin edilməsi üçün əsas ola biləcək “mövcud vəziyyətin dəyişəcəyi” təhlükəsi mövcud deyil. Ərizəyə baxmış və ərizəni qismən təmin Rayon Məhkəməsi isə bunu nəzərə almamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, MMC-nin fəaliyyəti tibb xidmətin göstərilməsidir və qeyd edilən obyektdə, MMC, xəstəxana fəaliyyəti həyata keçirir. Tibb müəssisəsinə xüsusi hüquqi rejim tətbiq edilir və bu ona qulluq edir ki, həmin müəssisdə sanitariyaepidemioloji təhlükəsizlik təmin edilsin. Rayon Məhkəməsi isə bunun nəzərə almamışdır. Rayon Məhkəməsi ərizəçinin və (və ya) onun nümayəndəsinin “xxxx” etmək üçün klinikaya daxil olması klinikada daima davam edən tibbi prosedurları, sterilizasiya zonalarını, cərrahiyyə kabinetlərini birbaşa təhlükə altına qoyur. Həmçinin Rayon Məhkəməsi nəzərə almamışdır ki, MMC, mübahisəli obyekti tam və ya obyektin bir hissəsini heç kimin istifadəsinə verməmişdir. MMC-nin şikayətinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin qismən təmin edilməsini, barəsində şikayət verilmiş qərardadın ləğv edilməsini, ərizəçi tərəfindən verilmiş “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizənin qismən təmin edilməsini, ərizədə qeyd edilən mülki iş (№ *(xxxx-98)- 706/2026) üzrə yekun məhkəmə aktı qəbul edilənədək, (2) mübahisəli qeyri-yaşayış sahəsində hər hansı konstruktiv dəyişikliklərin, yenidənqurma və ya icazəsiz müdaxilələrin aparılmasının cavabdeh MMC-yə qadağan edilməsi, (xxxx) mübahisəli obyektin üçüncü şəxslərə verilməsi və ya faktiki istifadəçinin dəyişdirilməsi ilə bağlı hər hansı hüquqi və ya faktiki hərəkətlərin edilməsinin cavabdeh MMC-yə qadağan edilməsini, qalan hissədə ərizənin təmin edilməməsini qərara alınmışdır. Bundan sonra isə ərizəçi (iddiaçı) sonuncu qərardaddan şikayət verərək, həmin qərardadın ləğv edilməsini və MMC-nin ##.##.2026-cı il tarixli qərardadından verdiyi şikayətin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi tərəfindən cavabdeh MMCnin ##.##.2026-cı il tarixli qərardaddan verdiyi şikayətə baxılarkən prosessual qanunvericiliyin tələblərinə tam əməl edilməmiş, nəticədə qanuni və əsaslı müvəqqəti təminat tədbiri əsassız olaraq qismən ləğv edilmişdir. Bundan başqa Rayon Məhkəməsi cavabdeh MMC-nin şikayətin qanunla müəyyən edilmiş müddətdə verilib-verilməməsini araşdırılmamışdır. Halbuki, qərardaddan, qərardad təqdim edildiyi tarixdən 10 gün müddətində şikayət verilə bilər. “xxxx” İnformasiya Sistemindən görünür ki, ##.##.2026-cı il tarixli qərardad ##.##.2026-cı il tarixdə “xxxx” İnformasiya Sisteminə yerləşdirilmiş, lakin MMC həmin qərardaddan yalnız 17 gün sonra, yəni ##.##.2026-cı il tarixdə, yəni prosessual müddət bitdikdən sonra e-kabinet vasitəsi ilə şikayət vermişdir. Belə olan halda şikayətə baxıla bilməzdir, şikayət qaytarılmalı idi. Daha sonra qeyd edilməlidir ki, Rayon Məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktiki halları tam araşdırmamışdır. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi 497 kv.m sahəyə aid olsa da, mübahisəli obyekt üzrə faktiki istifadə olunan 487 kv.m sahə ilə bağlı sübutların təqdim edilməsinin mümkünsüzlüyü cavabdeh MMC-nin iddiaçının obyektə daxil olmasına mane olması ilə bağlıdır. Obyektə daxil olmaq imkanından məhrum edilməsi faktiki istifadə vəziyyətinin müəyyən edilməsini və mülki iş üzrə sübutların toplanmasını çətinləşdirir. Əlavə olaraq qeyd edilməlidir ki, Rayon Məhkəməsi “xxxx” anlayışının qeyri-müəyyən olmasına istinad etməklə iddiaçının və nümayəndəsinin obyektə daxil olması və texniki baxış keçirməsi imkanını tamamilə aradan qaldırmışdır. Halbuki, əvvəlcədən məlumat verməklə, sanitariya və daxili rejim qaydalarına riayət edilməklə obyektə daxil olma, texniki baxış keçirmə, foto və video çəkiliş aparma, faktiki istifadə vəziyyətini sənədləşdirmə kimi daha məhdud və proporsional təminat tədbirinin müəyyən edilməsi mümkün olmuşdur. Eyni zamanda, MMC qərardaddan verdiyi şikayətdə mübahisəli obyektin tibb müəssisəsi olması və sanitariya qaydalarının pozula biləcəyi barədə məsələlərə toxunsa da, Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddiaçı, MMC-nin tibbi fəaliyyətə müdaxilə etmək niyyətində deyil, o, yalnız mübahisəli obyektin faktiki vəziyyətini müəyyən etmək istəyir. Nəhayət qeyd edilməlidir ki, Rayon Məhkəməsinin sonuncu qərardadı ziddiyyətlidir. Belə ki, Rayon Məhkəməsi bir tərəfdən mübahisəli obyektin üçüncü şəxslərə verilməsinin və konstruktiv dəyişikliklərin aparılmasının qarşısının alınmasını zəruri hesab etmiş, digər tərəfdən isə həmin obyektin faktiki vəziyyətinin müəyyən edilməsi məqsədilə iddiaçının obyektə daxil olmasına və texniki baxış keçirməsinə imkan verilməsini rədd etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün, şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər (maddə 1xxxx7.1.). Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (maddə 1xxxx7.2.). Bu baxımdan müvəqqəti təminat tədbiri iddia tələbinin əvvəlcədən təmin edilməsinə və ya tərəflərdən birinə mübahisə predmeti üzərində əlavə üstünlük verilməsinə xidmət etməməlidir. Müvəqqəti təminat tədbiri ərizəçinin mənafeyinin qorunması ilə yanaşı cavabdehin və digər şəxslərin hüquq və qanunla qorunan mənafelərinə qeyri-mütənasib müdaxiləyə yol verməməlidir (maddə 1xxxx7.6.). Məhkəmə qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsində əsas məqsəd mübahisə predmetinin və mövcud hüquqi vəziyyətin yekun məhkəmə aktı qəbul edilənədək qorunmasını təmin etməkdən ibarətdir. Həmin institut tərəflərdən birinə sübut toplamaq, mübahisə predmetindən faktiki istifadə etmək və ya digər tərəfin qanuni istifadəsində olan əmlaka müdaxilə etmək hüququ vermir. İş materiallarından müəyyən edilir ki, ərizəçi (iddiaçı) tərəfindən verilmiş “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizəyə baxmış Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla ərizənin qismən, yəni ərizənin “2”, “3” və “xxxx”ci bəndlərinin təmin edilməsini qərara alsa da, MMC-nin həmin qərardaddan verdiyi şikayətə əsasən həmin qərardadı ləğv etmiş və iş üzrə yeni qərardad, yəni ##.##.2026-cı il tarixli qərardadı qəbul edərək, “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizənin “2” və “xxxx” bəndələrini təmin etmişdir. Rayon Məhkəməsi “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizənin “3”-cü bəndini, yəni “iddiaçının və onun nümayəndəsinin qeyd olunan obyektə daxil olmasına, texniki baxış keçirməsinə və xxxxi həyata keçirməsinə mane olmasının MMC-yə qadağan edilməsi haqqında” bəndinin təmin edilməməsini onunla əsaslandırmışdır ki, MPMin tələblərinin mənasına görə müvəqqəti təminat tədbirləri yalnız gələcək məhkəmə aktının icrasını təmin etməyə yönəlməli, tərəflərin hüquq və vəzifələrinin mahiyyətini əvvəlcədən həll etməməli, habelə mübahisənin predmetindən kənara çıxmamalıdır. Tətbiq edilən tədbir konkret, müəyyən, icrası mümkün və mütənasib olmalıdır. Müvəqqəti təminat tədbiri cavabdehin fəaliyyətini əsassız şəkildə məhdudlaşdırmamalı və üçüncü şəxslərin hüquq və qanuni mənafelərinə təhlükə yaratmamalıdır. Hazırkı halda iş materiallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə əsas etibarilə icarə münasibətləri və qeyri-yaşayış sahəsindən istifadə ilə bağlı mülki-hüquqi xarakter daşıyır. İddia tələbi üzrə əsas mübahisə maliyyə və müqavilə öhdəlikləri ilə əlaqədardır. Bu baxımdan iddiaçının və onun nümayəndəsinin obyektə “məhdudiyyətsiz daxil olma”, “texniki baxış keçirmə” və “xxxx həyata keçirmə” hüququnun təmin edilməsi mübahisənin predmetinə münasibətdə həddindən artıq geniş və qeyri-mütənasib müdaxilə hesab edilməlidir. Məhkəmə həmçinin nəzərə alır ki, mübahisəli obyekt tibb müəssisəsi kimi fəaliyyət göstərən klinikadır və həmin müəssisədə sanitariya-epidemioloji təhlükəsizlik, infeksion nəzarət, tibbi sirrin qorunması və xəstələrin təhlükəsizliyi ilə bağlı xüsusi hüquqi rejim tətbiq olunur. Tibb müəssisələrinə giriş və daxili nəzarət məsələləri xüsusi sanitariya və təşkilati qaydalar əsasında həyata keçirilir. Belə olan halda, iddiaçının və ya onun nümayəndələrinin əvvəlcədən müəyyən edilməmiş vaxtlarda, məhdudiyyətsiz şəkildə klinikaya daxil olaraq “xxxx” həyata keçirməsi müəssisənin normal fəaliyyətinə, tibbi xidmət prosesinə və sanitariya rejiminə müdaxilə riski yaradır. Bundan əlavə, “xxxx” anlayışı qərardadda konkretləşdirilməmiş, həmin nəzarətin müddəti, qaydası, həcmi, həyata keçirilmə mexanizmi və sərhədləri müəyyən edilməmişdir. Bu isə hüquqi müəyyənlik prinsipinə uyğun olmayıb, qərardadın icrası zamanı qeyrimüəyyənlik və tərəflər arasında yeni mübahisələr yaranmasına səbəb ola bilər. Həmçinin “iddiaçı və onun nümayəndəsi” ifadəsinin əhatə dairəsi konkret müəyyən edilmədiyindən, həmin hüququn hansı şəxslər tərəfindən və hansı həcmdə həyata keçiriləcəyini müəyyən etmək mümkün deyildir. Yuxarıda göstərilənləri, o cümlədən MPM-in qeyd edilən normalarının tələblərini nəzərə alan Məhkəmə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi və hazırkı apellyasiya baxıcının predmeti olan ##.##.2026-cı il tarixli qərardadına əks olunmuş və hazırkı apellyasiya baxışının predmetini təşkil edən nəticə ilə razılaşır. Çünki, iddiaçının apellyasiya şikayətində göstərdiyi obyektə əvvəlcədən məlumat verməklə daxil olmaq, texniki baxış keçirmək, foto və video çəkiliş aparmaq, faktiki istifadə vəziyyətini sənədləşdirmək barədə tələblər mahiyyət etibarilə mübahisəli əmlaka faktiki giriş hüququnun təmin edilməsinə yönəlmişdir. Halbuki belə hüququn təmin edilməsi müvəqqəti təminat tədbirinin məqsədlərini aşmaqla cavabdehin qanuni istifadəsində olan əmlaka əlavə müdaxilə təşkil edir və MPM-in 1xxxx7.6-cı maddəsində nəzərdə tutulmuş proporsionallıq prinsipinə uyğun hesab edilə bilməz. Rayon Məhkəməsi mübahisə predmetinin qorunmasına xidmət edən təminat tədbirlərini qüvvədə saxlamaqla yanaşı, cavabdehin faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinə iddiaçının və nümayəndəsinin daxil olmasına yönəlmiş təminat tədbirinin cavabdehin hüquq və qanunla qorunan mənafelərinə qeyri-mütənasib müdaxilə təşkil etdiyini nəzərə alaraq həmin hissədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə həmin hüquqi mövqe ilə razılaşır. İddiaçının şikayətində qeyd edilən cavabdeh MMC tərəfindən ##.##.2026-cı il tarixli qərardaddan verilmiş şikayətin prosessual müddətin ötürülməsi ilə bağlı dəlilinə gəldikdə, Məhkəmə hesab edir ki, bu dəlil əsassızdır. Belə ki, qərardaddan şikayəti verilməsi müddətinin axımı qərardad tərəfə və ya onun nümayəndəsinə rəsmi, o cümlədən elektron kabinetə yerləşdirilməklə təqdim edildiyi vaxtdan başlayır və həmin tarixdən etibarən 10 gün keçdikdən sonra bitir. Cavabdeh MMC hazırkı iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadını elektron kabinet vasitəsi ilə ##.##.2026-cı il tarixdə almışdır və bu səbəbdən ona münasibətdə qeyd edilən prosessual müddət ##.##.2026-cı il tarixdə bitməli idi. Lakin həmin ərəfədə, yəni 2026cı ilin mart ayının sonundan aprel ayının sonuna kimi, bəzi tarixlərdə isə may ayında “xxxx” İnformasiya Sistemində müəyyən problemlər, o cümlədən məhkəmə aktlarından şikayətlərin elektron qaydada verilməsində problemlər olmuş və həmin məsələ ilə bağlı yaranmış məhkəmə təcrübəsi ona yönəlmişdir ki, qeyd edilən müddətdə olan problemlər “prosessual müddətin bərpa edilməsi haqqında” ərizə verilmədən üzürlü hal kimi qəbul edilməlidir. Ərizəçinin (iddiaçının) şikayətində göstərilən digər dəlil Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadında ziddiyyətlərin mövcud olması ilə bağlıdır. Şikayətin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, mübahisəli obyektdə konstruktiv dəyişikliklərin aparılmasının və obyektin üçüncü şəxslərə verilməsinin qadağan edilməsi mübahisə predmetinin qorunmasına xidmət edən təminat tədbirləridir. İddiaçının və nümayəndəsinin obyektə daxil olması, texniki baxış keçirməsi və xxxxi həyata keçirməsi isə hüquqi mahiyyətinə görə fərqli xarakter daşımaqla cavabdehin faktiki istifadəsində olan əmlaka birbaşa müdaxilə təşkil edir. Buna görə də həmin tədbirlərin müxtəlif hüquqi qiymətləndirilməsi qərardadın əsaslandırılması ilə nəticəsi arasında ziddiyyət kimi qiymətləndirilə bilməz. Buna görə də, Məhkəmə şikayətin bu dəlilini də əsassız hesab edir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 397, 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Ərizəçi (iddiaçı) Ərizəçi şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli qərardad apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №e-16(3-6)-414/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-414/2026
25.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver